PRESS RELİZ Türk Dünyası gənc yazarlarının III Bakı Toplantısı uğurla başa çatdı - Efsane BAYRAM - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









PRESS RELİZ Türk Dünyası gənc yazarlarının III Bakı Toplantısı uğurla başa çatdı - Efsane BAYRAM
Tarih: 18.07.2016 > Kaç kez okundu? 1723

Paylaş


İyulun 10-14-ü aralığında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və BAKI TOPLANTISININ KEÇİRİLMƏSİ” adlı 5 aylıq layihə çərçivəsində silsilə tədbirlər düzənləndi.

Ayın 10-u layihənin Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistandan, habelə Təbrizdən (və “Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən, “Azərbaycanın 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən,

eləcə də, Naxçıvan Muxtar Respublikasından) olan iştirakçılarının qarşılanması, iştirakçıların bir-biri ilə tanışlığı və üçgünlük proqram haqqında yekun bilgiləndirmə həyata keçirildi.

Ayın 11-də layihənin bir qrup iştirakçısı Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət etdi. Öncə, Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilərək məzarı önünə gül dəstəsi qoyuldu. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu.

Şəhidlər Xiyabanına gələn iştirakçılar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül düzdülər. Sonra iştirakçılar “Bakı Türk Şəhidliyi” abidə-kompleksini də ziyarət etdi; ziyarət olunan yerlər barədə qonaq yazarlara bilgi verildi.

Türk Dünyası ədəbiyyatının gənc təmsilçilərinin görüş ardıcıllığı ilə sadalasaq, AYB sədri, Xalq yazıçısı ANAR, MM-in Komitə sədrinin müavini, şair-publisist Musa Urud, Atatürk Mərkəzinin müdiri, AMEAnın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, maraqlı türkoloji araşdırmalar müəllifi, millət vəkili dos.dr. Hikmət Babaoğlu, AMEAnın vitse-prezidenti, AMEA Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının üzvü (“Türk dövlətləri birliyi” monoqrafiyası Türkiyə və Qazaxıstanda da işıq üzü görmüş) millət vəkili, dr. Cavanşir Feyziyev, millət vəkili dos.dr. Qənirə Paşayeva ilə, habelə ATXƏM başqanı, Dünya Azərbaycanlılarını əlaqələndirmə Şurasının üzvü İlham İsmayılovla, ATİB Baş katibi Pərvanə Hacıyeva ilə maraqlı görüş-müzakirələr oldu.

Türk coğrafiyası, ümumtürk ədəbiyyatı (mədəniyyəti), ümumiyyətlə türk xalqlarının ortaq dəyərləri ilə bağlı fikir mübadiləsi aparılan görüşlərdə, belə layihələrin türk xalqları arasında qardaşlıq duyğularını qabartdığı, işbirliyi imkanlarını genişləndirdiyini vurğulandı; türk tarixi və ədəbiyyatının zənginliyi, yaradıcı gəncliyin bu zənginlikdən yalnız istifadəçi etməklə yetinməyib, qatqıda bulunmasının vacibliyini ifadə olundu. Qeyd edildi ki, Türk Dünyası ədəbiyyatını öyrənmək, daha da zənginləşdirmək məhz yeni nəslin üzərinə düşür.

Türk Dünyası mədəniyyəti, qarşılıqlı maraq doğuran mövzularla bağlı söhbətlərdə bir sıra maraq doğuran fikirlər səsləndirildi. İstedadlı gənc yazarların əsərlərindən ibarət topluların nəşri, müxtəlif türk ölkələrində kitab təqdimatlarının keçirilməsi önəmli sayıldı. – Belə bir ortaq qənaət hasil oldu ki, bu və bənzəri yolla ümumtürk ədəbiyyatı, o cümlədən türk xalqları arasında ədəbi ilişkilər inkişaf edə bilər. – Əlbəttə, ilk növbədə, yaxşı əsərin özü olmalıdır ki, sonra da onun yayılması, təbliği gerçəkləşsin...

Qonaqlarda yüksək təəssürat doğuran görüş-müzakirədə, türk xalqları ədəbiyyatı ilə bağlı Azərbaycanda görülən işlər barədə ətraflı bilgi verildi. Azərbaycanlı aydınlar tərəfindən indiyə kimi müxtəif türk xalqlarının ədəbiyyatı ilə bağlı bir sıra kitablar nəşr edilib, tədqiqat işləri yazılıb; bu proses bugün də, gənc alimlərin iştirakı ilə uğurla davam edir. Türk xalqlarının tarixin çətin yollarından keçdiyini xatırladan natiqlər, ədəbiyyatın insanlığı mənəvi-idraki baxımdan zənginləşdirən güclü bir vasitə mahiyyəti daşıdığı, gənc yazarların da məhz milli amala xidmət etməli olduğu düşüncəsinə ortaq çıxdılar. Qeyd olundu ki, layihənin məqsədi – türk ölkə və topluluqlarından olan yazarların həm ölkə daxilində, həm də uluslararası ədəbi mühitdə tanıdılması, toplumda ədəbiyyata, ədəbi gələnəklərə, poetik axtarışlara ilgi və diqqətin artırılması, sayğıya layiq düşüncənin məhsuludur. Həmçinin, ölkələr, xalqlararası ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmiş belə layihələrin özgü mənəvi önəm daşıdığı da vurğulanıb.



***

Tədbirlərin gedişində Azərbaycanlı yazarlar, millət vəkilləri, aydınlar qonaq yazarlara öz kitablarını imzaladı, onları ilgiləndirən suallara cavab verdi.

Türk ölkə və topluluqlarından gələn gənc yazarlara, həmçinin Azərbaycan həqiqətlərini əks etdirən nəşrlər, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aparıcı dünya dillərində hazırladığı bilgiləndirici CD-lər təqdim edildi.

Tədbirlər boyu bir qrup iştirakçıya və qonaq yazarlara DGTYB ilə fəal əməkdaşlığa, III Bakı Toplantısı çərçivəsində uğurlu çalışmalara görə “Onur Bəlgəsi” təqdim olundu.



***

Xatırladaq ki, III BAKI TOPLANTISInın açılış törəni birinci işçi gün ( – 11.07.2016) Azərbaycan Yazıçılar Birliyinin “NATAVAN Klubu”nda baş tutdu. Müzakirələr saat 17.00-da Azərbaycanda Atatürk Mərkəzində davam etdirildi.

12 iyulda “Üç əsrin qəzeti” deyə tanıda biləcəyimiz “Kaspi” qəzeti redaksiyasında görüş-müzakirə keçirildi.

İkinci işçi günün ikinci yarısında Yunus Əmrə İnstitutu Bakı Kültür Mərkəzində “Türk Dünyası ədəbiyyatı: dünən, bugün, sabah...” ana mövzusu üzrə müzakirələr keçirildi; qonaq yazarlar öz ölkələrindəki ədəbi durum, ədəbi işbirliyi imkanları haqqında bilgiləri əhatə edən məruzələrlə çıxış etdi.

13 iyulda isə AMEA Ədəbiyyat İnstitutunun Elektron zalında görüş-müzakirə keçirildi.

3-cü işçi günü, s.17-19.30 aralığında isə AMEA Mərkəzi Elmi Kitabxanasının Böyük Zalında “Türk Dünyası Gənc Şairlərinin Şeir Axşamı” təşkil olundu.



***

Qədim və zəngin ənənələrə malik olan türk xalqları ədəbiyyatı bu gün də, uğurlu yaradıcılıq örnəkləri ilə seçilir, çağdaş ədəbi prosesi bir sıra yeni istedadları üzə çıxarır. Bu işdə türk dünyası yazarlarının, özəlliklə də, gənc ədəbi qüvvələrin işbirliyinin möhkəmlənməsi, qarşılıqlı fikir alış-verişi önəmli rol oynayır.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı Toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində silsilə tədbirlər də məhz bu amala xidmət etdi.

Türkiyə (Zeynəb Tək), Qazaxıstan (Sayat Kamşıgər), Qırğız Respublikası (Kaliça Jakup), Özbəkistan (Mahfuza Artikova, Şohista Ortikova), Başqurdistandan (Dövlət Gənclər ödülü sahibi Aygiz Baymuxammet), habelə Təbrizdən (Ümid Nəccar, Dinməz Türk), “Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən və “Azərbaycan Respublikasının 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc qələm sahibləri (Vasif Zöhrab, Lamiyə İsalı, Tural Turan, Gülsadə İbrahim), paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarların iştirakı ilə keçən III Bakı Toplantısı rəngarəng, yaradıcı müzakirələrlə yadda qaldı.



***

Qəbul və görüş-müzakirələrdə qonaqlar öz ölkələrində baş verən ədəbi proseslərdən, gənc yazarların ədəbiyyata verdiyi töhfələrdən, öz ölkələrinin ədəbi fikir tarixindən, bugünkü ədəbiyyat təsərrüfatı, işbirliyi imkanlarından danışdı.

Azərbaycanlı millət vəkilləri, yetkili şəxslər, nüfuzlu aydınlar, tanınmış yazarlar da öz növbələrində, ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti, konkret olaraq ədəbiyyata, yeni yaradıcı qüvvələrə dövlət qayğısından söz açdılar, türk ölkə və topluluqları ilə tarixi, mövcud və gələcək işbirliyi barədə düşüncələrini bölüşdülər.

Türk xalqları ədəbiyyatının inkişafı baxımdan bu cür tədbirləri yüksək qiymətləndirən millət vəkilləri, nüfuzlu aydınlar, layihə iştirakçılarına yeni yaradıcılıq uğurları, səmərəli işbirliyi arzuladılar.

Fəal fikir alış-verişi ortamında keçən görüş və müzakirələrdə layihənin və toplantının məram-məqsədi barədə təqdiredici fikirlər səsləndi, III Bakı Toplanstısının Türk Dünyasında ədəbi işbirliyinə növbəti töhfə olduğu vurğulandı və qeyd edildi ki, istedadlı yaradıcı gənc yazarların görüşü məhz ədəbi işbirliyinin daha da inkişafına, (yalnız bugününə deyil) gələcəyinə xidmət edir.

Qeyd edildi ki, DGTYB yarandığı gündən ümumtürk coğrafiyasında istedadlı yaradıcı gənclərin axtarışında olmuş, onlar arasında ədəbi ilişkilərin güclənməsinə öz töhfəsini verməyə çalışmışdır. Öz gələnəklərinə sadiq qalan DGTYB, III Bakı Toplantsı vasitəsi ilə qardaş ölkə və topluluqların ədəbi mühitində seçilən istedadlı gəncləri bir araya toplayıb.



***

Üç gün sürən silsilə tədbirlərdə qonaq yazarlar öz ölkələrindəki ədəbi durum, ədəbi işbirliyi imkanları haqqında bilgi verdi, bu cür layihələrin gənc yazarların bir-birini yaxından tanıyıb, işbirliyi qurması üçün böyük rol oynadığını vurğuladılar, müvafiq məruzələrlə çıxış etdilər, keçmişdən günümüzə formalaşan ədəbi mühit(lər), çağdaş dövrdə işbirliyi imkanları barədə fikirlərini bölüşdülər.

Həmçinin qeyd edildi ki, çağdaş dövrdə türk xalqlarının əsərlərinin digər türk dillərinə uyğunlaşdırması (çevrilməsi) olduqca vacibdir; ona görə də, bu sahəyə ciddi önəm verilməlidir ki, çağdaş Türk Dünyası ədəbiyyat təsərrüfatı bir-birilə qarşılıqlı əlaqə və harmoniyada olsun. Türk ölkə və topluluqlarını təmsil edən yaradıcı gənclər arasında mənəvi və ədəbi körpünün olmasının alqışlandığı çıxışlarda, bu cür görüşlərin ədəbiyyata həm ilişkilər, həm təcrübə mübadiləsi, həm də biləvasitə yaradıcılıq fakturası baxımından fayda verəcəyi, yeni uğurlara ruhlandıracağı vurğulandı.



***

Layihə rəhbəri Əfsanə Ələsgərli, DGTYB Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, AYB katibi İlqar Fəhmi, AYB katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yeni nəsil yazarları arasında öz populyarlığı ilə seçilən (sevilən romanlar müəllifi) VARİS, Sumqayıtdakı Əli Kərim ad. Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı, Başqurdistanda yaşayan Azərbaycanlı şair Baloğlan Cəlil, dos.dr. Təranə Turan Rəhimli, dos.dr. Pərvanə Məmmədli, Azərbaycanda yaşayan Türkiyəli şair Səlcuk Düzgün, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin məsul əməkdaşı Nuranə Tağı, araşdırmaçı-yazar Elnur Eltürk, “Kaspi” qəzetin baş redaktor müavini Araz Ağayev, “Kaspi-Ədəbiyyat” həftəlik buraxılışının redaktoru Fərid Hüseyn və b.-ları türk ölkə və topluluqlarını təmsil edən gənc yazarların Bakıda olmasından məmnunluq duyduqlarını bildirib, çağdaş ədəbi mühit, Türk Dünyası ədəbiyyatının üzərinə düşən vəzifələr və s. ilə bağlı fikirlərini bölüşdü.

Çıxışlarda, gənc yazarlar Türk Dünyasının işıqlı gələcəyi naminə səyləri birləşdirməyə çağrılıb; müxtəlif ölkələri təmsil edən yazarlar Azərbaycanın haqq işi olan ərazi bütövlüyünün bərpası işindən yazmağa, bu istiqamətdə vahid mövqedən çıxış etməyə səslənilib.



Sazlı-sözlü şeir şöləni...



Üçgünlük silsilə tədbirlər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının böyük zalında “Türk Dünyası Gənc yazarlarının Şeir Axşamı” ilə sonuclandı. Ədəbi-bədii, musiqili gecədə türk ölkə və topluluqlarından gəlmiş gənc yazarlarla yanaşı, doğma Təbrizdən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən, Naxçıvan Muxtar Respublikasından, “Azərbaycan Respublikasının 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” Şəkidən istedadlı qələm sahibləri çıxış etdi. Gecədə istedadlı solo-saz ifaçısı Azər Xanlaroğlu, istedadlı gənc aşıqlar – Elməddin Məmmədli, Şəhriyar Kərim, tanınmış vokalist İlham Əsgəroğlunun ifaları, sevilən bəstəçi Sevinc Tofiqqızının kompozisiyası, tanınmış kanon ifaçısı Humay Abbasın çıxışı tamaşaçılarda xoş ovqat yaratdı.



***

Qeyd edək ki, layihə çərçivəsində Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət toplunun çapı nəzərdə tutulur.

Layihə bu ilin oktyabr ayında başa çatacaq.





Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1787
Bugün Tekil 760
Toplam Tekil 4068681
IP 18.221.165.246






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu