Onu Əlisa Nicat olmağa aparan yol - Prof. Dr. Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Onu Əlisa Nicat olmağa aparan yol - Prof. Dr. Bəhmən SULTANLI
Tarih: 17.07.2016 > Kaç kez okundu? 1988

Paylaş


Doğulduğu 10 avqust 1936-cı ildə ona Əlisa adı qoymuşdular: Əlisa Qulam oğlu Hüseyinov. Böyüdü, məktəbə getdi, Ali Məktəbə - Azərbaycan Dövlət Universitetinə qəbu olundu. Tələbə ikən ədəbi yaradıcılığa başladı. İlk şeiri “Ədəbiyat və İncəsənət” qəzetində çap olunan “Bircə Söz” şeiri oldu. O, 1959-cu ildə hamının ctolüstü kitabına çevrilən “Qızılbaşlar” romanını yazdı. “Qızılbaşlar”ın ideya yönü rus-sovet imperiyası dönəminin ruhu ilə uyuşmadığına görə əngəllərlə qarşılaşdığından, müəllif onu yalnız 24 ildən sonra, 1983-cü ildə çap etdirmək imkanı tapa bildi. Bu hal onun yaradıcılıq əzminə üstün gələ bilmədi. O, ruhdan düşməyərək “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı hekayəsi ilə (1961-ci il) öz yaradıcılıq yoluna davam etdi. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Əlisa 1964-cü ildə “Yay axşamı” adlı ilk şeirlər toplusunu nəşr etdirir. Bununla, Əlisa yaradıcılığının gələcəyindən soraq verən bir arzusu gerçəkləşir.

Əsərlərinin dərc olunmasından daha da ruhlanan Əlisa bəy dünya ədəbiyyatı, tarixi, fəlsəfi irsi ilə yaxından maraqlanır, bu sahələrə aid çoxlarının əli çatmayan, həm də qadağan olunmuş kitabları tapıb alır, mütaliə edir, öz maraq dairəsini, bilik səviyəsini artırır, özəl təsəvvürlərini genişləndirir, gələcək yaradıcılığı üçün təməl yaradır. Belə kitabları əldə etməyin yolunu o, tapmışdı. Sovet məkanının iri şəhərlərinə gedən dost-tanışlarına belə kitab gətirmək xahişi edərdi. Moskva və Leninqrad şəhərlərində olarkən dəfələrlə nadir kitablar mağazasında Əlisa Nicatın tapşırığı ilə nadir kitablar axtaran insanlarla (bunlar arasında öz tanışlarım da olardı) rastlaşmışam. Onlar elə kitablar axtarırdılar, doğrusu, bu kitabların adı da bir kitabsevər adam kimi mənə tanış deyildi. Həmin şəxslərdən kitabları buradan alıb Bakıya Əlisa Nicat üçün hansı məqsədlə aldığını soruşardım. O isə, Əlisa Nicata satmaq üçün apardığını deyərdi. İşləyib qazandığı pulların demək olar, hamısını kitaba verirdi. Əlisanın aldığı kitablar qədim tarixə, fəlsəfi düşüncəli yazıçıların əsərlərinə aid olardı.

Sovet dönəmində ictimai sahələr, özəllikcə, bədii ədəbiyyat sahəsi dövlətin, onun təhlükəsizlik orqanlarının ciddi nəzarətində idi. Dövlət siyasətinə görə, hər bir əsərdə Lenin, Sovet rejimi, Kommunist partiyası tərənnüm edilməli idi. Bunları nəzərə almayan əsər yazmaq risq tələb edirdi. Əlisa Nicat 1970-ci ildə “Gənclik” nəşriyatında bu baxımdan sovet dönəmi üçün əlçatmaz hadisə sayıla bilən “Bir qız, üç çinar” adlı ilk hekayələr toplusunu nəşr etdirir. “Əlçatmaz” ona görə dedim, burada sovet ədəbiyatı ideologiyasına zidd olaraq kommunist partiyasının, Leninin, kommunizmin tərənnümü yer almırdı.

Əlisa Nicat türk tarixini yaxşı bilirdi. Şumerlərin kimliyi, onların tarixi də onu çox maraqlandıran mövzular idi. O, Şumer dilində türk adları, türk sözləri tapmışdı. Bu tapıntısını Anarın “Qobustan” İncəsənət Toplusunda dərc elətdirmişdi. Onun bu yazısı o zamankı Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) diqqətindən yayınmamışdı. Onlar Əlisanı nəzarətdə saxlayırdılar. DTK-nın təqibi 1983-cü ildə Əlisanın Lənkərana köçmməsinə səbəb oldu. Buna baxmayaraq, təqiblər onu heç də tərk etmədi. O isə, Lənkəranda yaşadığı illərdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini yazır, “Qəbilə başçısı” adlı hekayə və povestlər toplusunu, “Gəncəli müdrik romanını çap etdirir. Lənkəranda qaldığı illər ərzində də təqiblərdən qurtulmasa da mənəvi yorğunluğunu çıxardır, çoxlu kitablar oxuyur, yeni-yeni əsərlər, ideyalar üzərində işləyir.

Buna baxmayaraq, Əlisa bəy daha “təhlükəli” olan mövzuda əsərlər yazırdı. Bu mövzu türklər, türk tarixi ilə bağlı idi. Hələ Bakıda ikən tarixin diqqətini çəkə biləcək 33 fəsildən ibarət 50 çap vərəqi həcmli “Türklər keçmişdə və gələcəkdə” adlı əsər yazmağa başlamışdı. O, Azərbaycanda türklüyün, türkçülüyün yayılmasında hamıdan artıq iş görmüşdür. Türk sözünün işlədilməsinin çox təhlükəli olduğu, türk tarixinin, türk varlığının təhrif edildiyi bir zamanda türkün dünyaya dövlətçilik gətirdiyini tarixi faktlar əsasında təbliğ edirdi. Onun “Dünya türkləri” kitabı bu mövzuda yazılmış kitablardan ən dəyərlisidir.

Rus-sovet imperiyası dağılmasının, Azərbaycanın müstəqillik qazanmasının ilk illərində (1993-cü və 1994-cü illər) Əlisa Nicat “Turan” bədii-fəlsəfi toplusunu nəşr etdirdi. “Turan”ın işıq üzü görməsi ictimaiyət arasında hadisə kimi qarşılandı, az bir zaman kəsiyində geniş oxucu kütləsi arasında əldən-ələ gəzdi. Yadımdadır, “Turan”ı axtaranlar, onu tapa bilmədiklərindən gileylənirdilər. Onun çap sayı oxucularının istəyini ödəyəcək qədər deyildi.

Xoşbaxtlıqdan, Əlisa bəy “Turan”ın dərc olunmuş nüsxələrini mənə də bağışlamışdı...

Əlisa Nicat yaradıcılığının ən məhsuldar dönəmi, özünün dediyi kimi, Azərbaycanın müstəqilliyi ərəfəsində mümkün olmuşdur. Bu illərdə o, “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Kədər şərabı”, “Dünya filosofları”, “Dünya sərkərdələri”, “Dünya tarixçiləri”, “Yüz böyük azərbaycanlı”, “Karvan”, “Tarixin qürubu” və bir sıra başqa kitabları ortaya gəldi.

Onun müxtəlif illərdə nəşr olunmuş “Sasanilərin sonu”, “Ehramlar”, “Sarsılmaz Mir Cəfər”, “Mələklər və İblislər”, “Rza xan”, “Fenomen”, “Satrap və demokrat”, “Artakserks və Midya türkləri”, “Əsrin mənzərəsi”, “Gilan”, “Azadlıqdan doyanlar”, “Şirvan”, “Təbriz”, “Çaldıran”, “Sirli xəzinə” kimi əsərləri, dünya ədəbiyatının ən yaxşı nümunələrini, dünya fəlsəfəsinin incilərini, ələ düşməyən tarix kitablarını dilimizə çevirmələri xalqımızın milli şüurunun yüksəlməsinə son dərəcə dəyərli xidmət göstərdi. Bu anlamda Əlisa Nicat publisistikası, təkrarsız Əlisa Nicat gündəlikləri, Əlisa Nicat pritçaları... dünyanın, ölkəmizin, xalqımızın yoluna işıq saça bilən incilərdir.

O, bir alim olaraq türk tarixinin, türklərin tarixə gəlişinin və tarixdə yerinin yorulmaz araşdırıcısıdır. O, tarixçi olmadığı halda, inamla demək olar, türk tarixini tarixçidən yaxşı bilir, bu tarixi tarix araşdırıcılarından daha vicdanla, daha əhatəli öyrənir və araşdırır.

Görkəmli mütəfəkkir Əlisa Nicatın başqa yaradıcı şəxslərdən bir üstünlüyü də öz ideyalarını, düşüncələrini təkcə yazdığı əsərləri ilə deyil, şifahi söhbətlərində, yığıncaqlardakı çıxışlarında ardıcıl təbliğ etməsidir. O, belə söhbətləri zamanı həmişə əski türk tarixindən də söz açır, türk sərkərdələrinin tarixdə göstərdikləri şücaətlərdən danışardı. Azərbaycan Dövlət Universitetinin tələbələri 1973-cü ildə “Bahar Bayramı” adlı bir cəmiyət yaratmışdı. Cəmiyətin adı ictimai anlam daşısa da, çalışmaları sırf siyasi səciyəli idi. Cəmiyətin yığıncaqlarında Əbülfəz Hüseyni, Qafar Kəndli, Mirzə Abbaslı, Aydın Məmmədov, Məhəmməd Tantəkin, Tağı Xalisbəyli, Əlisa Nicat... öz çıxışlarında ədəbiyatımızda, mədəniyətimizdə, tariximizdə qadağan olunmuş problemlərdən danışırdılar. Şumer tarixini yaxşı bilən Əlisa Nicat bir gün öz çıxışını şumer dilində tapdığı türk (o zaman “Azərbaycan” deyilirdi – B.S.) sözlərinə həsr etdi. Ana, nənə, Ata, arpa, saman, qarış... sözləri şumer dilində ilk dəfə olaraq onun tapdığı türk sözləri idi. Onun bu çıxışı “Bahar Bayramı”nda iştirak edənlərin yaddaşında hələ də qalmaqdadır.

Əlisa bəy rus-sovet imperiyasına bel bağlamırdı, kommunistlərin xoşbaxt həyatın daşıyıcısı saydıqları “kommunizm” vəd edən gələcəyinə, insanlara xoşbaxtlıq gətirəcəyinə inanmırdı. Odur, imperiya xəfiyələrində özünə qarşı şübhə yaratsa da, heç zaman Kommunist partiyasının sıra nəfəri belə, olmadı. Oxuduğu, redaktə etdiyi yazılarda da öz əqidəsindən dönmədi, əzəldən tutdyğu yolla getdi. İş yerində də həmişə öz düşüncəsinə sadiq qaldı. Yadımdadır, “Elm və həyat” dərgisində işləyəndə yazılarda kommunist ideologiyasına zidd gələn fikirləri “görmürdü”, belə yazının müəllifinə “yüngülcə” istehza edirdi.

Əziz dostum Əlisa Nicatı həmişə həqiqətin, düz sözün tərəfində olan görmüşəm. Onun bu cəhəti bir çoxlarının düşüncə tərzinə sığmırdı, əxlaqına, mənəviyatına yad idi. Ona görə də o, təqiblərə, çox zaman da laqeyidliyə tuş gəlirdi. Bu hallar onun ən çox qarşılaşdığı, ona ən çox istehzalı gülüş gətirən hallar idi.

Əlisa Nicat çox mütaliəçi bir ziyalıdır. O, bədii ədəbiyyata, tarixə, fəlsəfəyə aid yüzlərlə, minlərlə kitablar, elmi məqalələr oxumuş, saf-çürük etmiş, ən dəyərli əsərləri öz şəxsi kitabxanasında toplamışdır. Klassik və çağdaş əsərlərə, eyni zamanda dünya tarixinə, dünya fəlsəfəsinə Əlisa qədər bələd olan bəlkə də ikinci bir şəxs yoxdur. Bu baxımdan tərcüməçi kimi də onun çalışmaları olduqca ürünverən olmuşdur. Xalqın mənafelərinə zidd olan, onun tarixinə ləkə gətirən, bu tarixi təhrif edən əsərlərin tərcüməsinə heç zaman baş qoşmamışdır.

Əlisa bədii ədəbiyat tərcüməsində başlıca olaraq dərin fəlsəfi tutumlu, xalqımızın gəlişmələrinə yarayan əsərləri seçir. Plutarxın “Makedoniyalı İskəndər”, Məhəmməd Tahirin “Şeyx Şamil”, Albert Kamyunun “Yad”, Ceyms Coysun “Dublinlilər”... onun tərcüməsində olduqca böyük uğur qazandı. Fridrix Nitsşe yaradıcılığından tərcümələri, şərhləri də Əlisanın oxucuda böyük rəğbət oyadan olduqca yararlı, uğurlu işlərindəndir.

Əlisa Nicat yüksək dərəcə duyğusal, zövqlü yazıçıdır, şairdir, haqq, ədalət duyğusu olan bir sənət sahibidir, mütəfəkkirdir. Onda damarlardan sücülüb gələn bir yazıçılıq, şairlik, filosofluq var, tarixin cəngəlliklərinə baş vurmağa sövq edən bir milli düşüncə, insanlıq qüruru, həqiqəti arayıb tapmaq istəyi, fövqəladə musiqi duyumu, rəngayırdetmə qabiliyəti, publisistlik hünəri var. Ona görədir, o, böyük sənət yaradıcılarının zövq aləmini çətinliksiz duya, onları öz yaddaş süzgəcindən keçirərək mənimsəyə bilən qüdrətli şəxsdir. Yaradıcı insana xas olan ədəbiyat, incəsənət, tarix, fəlsəfə, publisistika kimi sahələr heç zaman onun maraq dairəsindən yanda olmamış, düşüncə hədəfinin özəyində dayanmışdır. O, bu sahələri öz genişliyi və dərinliyi ilə dərk etməyə, bu bilik yükü vasitəsilə zamanın iç gerçəkliyini üzə çıxarmaq uğurlarını qazana bilmişdir.

Əlisa Nicat xalqına, Vətəninə, bəşəriyətə, öz ziyalılıq missiyasına yetərincə xidmət edən böyür ziyalıdır. O, 80 yaşın hesabatı qismində 51 cilddən ibarət əsərlərini çapa hazırlayır. Bu cildlərdən 20-dən artıq cild artıq nəşr olunaraq oxuculara çatdırılıb.

Mən uzun illərdir, Əlisa Nicatı tanıyıram. O, sadə və səmimi insandır. Süni nə varsa, ona yaddır. Heç zaman kimsəyə xoş gəlmək, gözə kül üfürmək, süni ad-san qazanmaq, şan-şöhrət yiyəsi olmaq istəyində olmayıb. Geriyə çəkən nə varsa, hamısına qarşı ardıcıl, kəskin etiraz etmək onun varlığına hakim kəsilən yanaşmalardır. Naqisliklərlə barışmazlıq onun xislətindədir. Yalançılığı, yaltaqlığı, riyacıllığı bütün yaradıcılığı boyu qamçılayan qələm yiyəsidir. O, həmişə öz aləminə çəkilib öz yaradıcılığı, yazdığı şeirləri, hekayələri, povestləri, romanları, pritçaları, publisistik yazıları, gündəlikləri, tarixə, fəlsəfəyə aid fundamental yazıları ilə xalqına, Vətəninə təmənnasız xidmət edir. Anma: Əlisanın belə xidməti onun gözdən-nəzərdən yanda qalmasına özül yaradan amil sayıla nilməz. Doğrudur, o, xalq, Vətən qarşısındakı xidmətlərinə görə indiyədək heç bir fəxri ad, mükafat almayıb.

Düşünürəm, onun möhtəşəm xidmətləri diqqətdən yanda qalmayacaq.

Bu il avqust ayının 10-da görkəmli Azərbaycan yazıçısı, şairi, filoloqu, tərcüməçisi, filosofu, tarixçisi, tərcüməçisi, publisisti Əlisa Nicatın 80 yaşı tamam olur. O, 1936-cı il avqust ayının 10-da Azərbaycan Respublikası Lerik bölgəsinin Yuxarı Gədik kəndində doğulmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində ali təhsil almışdır.

Qüdrətli mütəfəkkir, güclü qələm sahibi, sevimli dostum Əlisa Nicatı 80-illik doğum günü münasibəti ilə təbrik tedir, ona uzun ömür, can sağlığı, uğura çevrilən sevimclər, yaradıcılıq uğurlarını bundan sonra da davam etdirmək əzimi arzulayıram.





Yorumlar









Aktif Ziyaretçi 37
Dün Tekil 1388
Bugün Tekil 1146
Toplam Tekil 4062536
IP 18.217.144.32






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























7 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


K rler ar s nda ayna satma, sa rlar ar s nda gazel atma.
(MEVLANA)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu