Fatih Gengiz: “Ərzurumun müdafiəsində Azərbaycanın qəhrəman oğlu Mir Hidayət bəy Seyidovun böyük rolu olub” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Fatih Gengiz: “Ərzurumun müdafiəsində Azərbaycanın qəhrəman oğlu Mir Hidayət bəy Seyidovun böyük rolu olub” - Elnur ELTÜRK
Tarih: 14.10.2012 > Kaç kez okundu? 3366

Paylaş


Ərzurum Əziziyə bələdiyyəsinin başçısı Fatih Gengiz ilə müsahibə



- Bir bələdiyyə başçısı olaraq Azərbaycanın bölgədə tarixi-siyasi rolunu necə görürsünüz?



- İlk öncə onu bildirim ki, Azərbaycanın müstəqilliyi bizim müstəqilliyimizdir. Azərbaycan ilk dəfə olaraq, müsəlman və türk dünyası tarixində demokratik, hüquqi dövləti qurub. O zaman qəbul olunan bir çox qərarla demokratik prinsiplərə cavab verirdi. 1918-20-ci illərdə mövcud olan Azərbaycan Demokratik Respublikası önəmli qərarlara imza atıb və dünyaya müstəqil Azərbaycanın varlığını göstərə bilib.



Qardaş Azərbaycanımızın bu müstəqilliyi 23 ay davam etsə də, insanların yaddaşında dərin iz qoyub. Bu tarixi potensial 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinin qazanmasına şərait yaradıb. Çox şükürlər olsun ki, bu müstəqillik 20 ildir davam edir.



Bu gün Azərbaycanın iqtisadiyyatı inkişaf edir və beynəlxalq arenada söz sahibinə çevrilib. Xüsusilə, bölgənin əsas söz sahibinə çevrilməsi bizi sevindirməyə bilməz. Onu da əlavə edim ki, Azərbaycan və Türkiyə bir ürəkdə iki candır.



Keçən il Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı Əziziyə bələdiyyəsinin, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin, Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İki ürəkdə bir can: Azərbaycan-Türkiyə münasibətləri” adlı beynəlxalq tədbir keçirdik. Bu tədbirlər münasibətlərimizin daha da inkişaf etməsinə kömək edir.



- Qarabağ münaqişəsi ilə bağlı düşüncələriniz nədən ibarətdir?



- Türkiyənin Qarabağ məsələsində mövqeyi qətidir və bunu azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, Qarabağ məsələsində sonsuza qədər onların yanındayıq. Eyni fikri ərzurumlular da bölüşürlər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.



Bu gün Ermənistan dərk etməlidir ki, bölgədə barışsız yaşaya bilməz. Bu siyasətin uzunmüddətli olması mümkün deyil. Baxın, Ermənistan müharibədən sonra səfalət içində olan məmləkətə və öz insanlarının tərk etməyə məcbur olduğu ölkəyə çevrilib. Belə olanda bu siyasət Ermənistana nə qazandıra bilər?! Bu sual ölkə siyasətçilərini ciddi şəkildə düşündürməlidir.



- Ümumiyyətlə, Ərzurumu Azərbaycanla nə bağlayır?



- Ərzurumu Azərbaycana dərin və bir vəfa tarixi bağlayır. Sizə bir fakt deyim: Azərbaycanın çox görkəmli oğlu Mir Hidayət bəy Seyidov adlı bir qəhrəmanı var. Eyni zamanda bu insan Ərzurumun da qəhrəmanı sayılır.



Ruslar 1914-cü ildə Ərzurumu işğal etmişdi və bu işğal 3 il, 3 ay davam etdi. O zaman Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq Ərzurumun müdafiəsinə kömək göndərir və 1918-ci ilə kimi bu yardım davam edir. Ərzurumun işğaldan azad olunmasında Seyidov başda olmaqla azərbaycanlı qardaşlarımız böyük rol oynayırlar.



Bu bir vəfa borcu idi. Onun yaxşılığı heç bir zaman unudulmayıb və ərzurumluların qəlbində yaşayır.



Bir bələdiyyə başçısı olaraq, söz verirəm ki, gələcəkdə Seyidovun adına park salınacaq və xatirə lövhəsi açılacaq. Qoy, gənclərimiz bir daha görsünlər ki, türk dünyasının necə oğulları olub və belə oğullar Ərzurumun müdafiəsində qəhrəmanlıqlar göstəriblər.



- Azərbaycana gəlməyi düşünürsünüzmü?



- Təbii belə bir planım var. Azərbaycanın millət vəkili Qənirə Paşayevə bizi Azərbaycana dəvət edib. Azərbaycan bələdiyyələri ilə əməkdaşlıq etməyi düşünürük. Ümumiyyətlə, azərbaycanlı qardaşlarımızı Ərzuruma tez-tez səfər etməyi dəvət edirəm və bura olduqca gözəl yerdir. Turizm potensialı böyükdür. Ümumiyyətlə, çalışıb qarşılıqlı səfərlərin müntəzəm olmasına önəm verməliyik. Bizim bizdən başqa dostumuz yoxdur və bir-birimizi müdafiə etməliyik.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 30
Dün Tekil 1238
Bugün Tekil 834
Toplam Tekil 4065042
IP 3.149.229.253






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu