MDHP Gənclər Təşkilatı virtual aksiya həyata keçirdi - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MDHP Gənclər Təşkilatı virtual aksiya həyata keçirdi - Seymur HASANLI
Tarih: 28.02.2012 > Kaç kez okundu? 3205

Paylaş


Gənclər 25 min e-mail-ə hücum etdilər



Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Xocalı Soyqırımının 20 illiyi ilə əlaqədar dünya ictimaiyyətinə beş dildə müraciət göndərib. “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adlanan müraciətdə Xocalı Soyqırımına qısa tarixi arayış, ermənilərin etirafları, soyqırım baş verərkən dünya mətbuatının yazdıqları və dünya ictimaiyyətinə haqlının yanında olmaq üçün çağırış öz əksini tapıb. İngilis, rus, fransız, alman dillərində və Türkiyə türkcəsində hazırlanmış müraciət beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlament üzvlərinə, dövlət və mətbuat orqanlarına göndərilib.

Gənclərin təşkil etdiyi aksiya zamanı MDHP sədri, Millət Vəkili Fərəc Quliyev və bir sıra ziyalılar onların gördüyü işlə yaxından tanış olub. Fərəc Quliyev mətbuat nümayəndələrinə bildirib ki, gənclərin 25 min ünvana beş dildə belə bir müraciət göndərməsi təqdirəlayiq haldır və sivil mübarizənin ən mükəmməl üsuludur.



MDHP Mətbuat Xidməti



Müraciəti olduğu kimi sizə təqdim edirik.



“100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”???



Bu yazını oxuyan hər kəs ədalətli olarsa bütün dünyada ədalət bərpa olunar!!!



Xocalı soyqırımı Azərbaycan tarixinin və ümumiyyətlə, insanlıq tarixinin ən qanlı və dəhşətli səhifələrindən biridir. 1992-ci il 26 fevralda Xocalıda edilənlər bəşəriyyət tarixində həyata keçirilmiş qeyri-insani və kütləvi xarakterli qətliam aktı kimi dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Ermənistan Silahlı Qüvvələrinin Rusiyaya (Sovet) məxsus 366-cı motoatıcı, piyada alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini işğal etməsi və onun dinc sakinlərini etnik türk mənsubiyyəti səbəbindən amansızcasına soyqırıma məruz qoymasının bu il 20 ili tamam olur. Tələb edirik ki, insan haqlarının müdafiəsini özü üçün əsas prinsip elan edən demokratik dünya millət haqqının tapdalanmasına göz yummamalıdır. Buna görə də, biz beynəlxalq ictimaiyyəti bu qeyri-insani, qəddar cinayəti pisləməyə, habelə Ermənistan Silahlı Qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş soyqırıma müvafiq hüquqi və siyasi qiymət verməyə çagırırıq.



Qısa tarixi arayış!



Ermənilərin Xocalıya qarşı ciddi hərbi yürüşü ilk dəfə 1905-1906-cı illərdə oldu. Dağlıq Qarabağdakı bu qədim yaşayış məskəninin əhalisi vəhşicəsinə qətlə yetirildi, evləri yandırdı, kənd büsbütün dağıdıldı. 10 il sonra ermənilərin fürsətdən istifadə edərək azərbaycan türklərinə qarşı törətdikləri soyqırım yenə də Xocalıdan başladı. Qırğınlardan yenicə özünə gəlməyə başlayan Xocalı 1917-20-ci illərdə bir daha qanına qəltan edildi. 1920-ci ilə qədər olanlardan sonra da Xocalını yer üzündən silmək mümkün olmadı. Sonuncu, üçüncü həmlə isə 1992-ci ilin fevralında baş verdi. Bu dəfə 7 min əhalisi olan Xocalı şəhərini ermənilər bütövlükdə məhv eləməyi bacardılar, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi, qətlə yetirdikləri insanları meyitlərini təhqir etdilər. Xocalı Soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 qoca daxil olmaqla, 613 nəfər amansızlıqla qətlə yetirilib, 1000-ə yaxın müxtəlif yaşlarda dinc mülki əhali şikəst edilib, 8 ailə tamamilə məhv edilib. 130 uşaq bir valideynini, 25 uşaq hər iki valideynini bu soyqırım zamanı itirib. 1275 mülki vətəndaş girov götürülüb, onlardan 150-nin taleyi hələ də naməlumdur.



Ermənilərdən etiraflar!



Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyidlər isə tikə-tikə doğranmışdır.



Xocalı Soyqırımı dünya gündəmində



Soyqırımı gözləri ilə görən xarici jurnalistlər bu faktları hadisədən dərhal sonra dünyaya çatdırdılar. Belə ki, soyqırım dünya mətbuatında bu şəkildə dəyərləndirilib.

İngiltərənin “Sandi-tayms” qəzeti (1 mart 1992-ci il): “Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər.”

Daha bir ingilis qəzeti “Tayms” yazır(4 mart 1992-ci il): “Azərbaycanlıların çoxunun meyiti eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.” Rusiyanın “İzvestiya” qəzeti (4 mart 1992-ci il): “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir.”

Bu faktlar içərisinda daha çox diqqət çəkən isə Fransanın “Le Mond” qəzetini açıqlaması oldu: (14 mart 1992-ci il): “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər.”

Rus zabitinin türk qanıyla ləkələnən şərəfi - Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi “Məxfi arayış”ında yazır: “ Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi baş kəşfiyyat idarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

Bütün bunlar, azərbaycanlıların təbliğatı deyil, reallıqdır! Bu faktları dünya ictimaiyyətinə çatdıran xarici qəzet və jurnalların sayı yüzlərlədir.



Dünya kimin yanında? Haqlının yoxsa haqsızın?



Xocalı faciəsini kameralarıyla çəkən, bu dəhşətləri dəfələrlə izləmək imkanı olan və erməni vəhşilikləri haqda öz jurnalistlərinin hadisə yerindən reportajlarını oxuyan Avropa (nümunə kimi Fransa), azərbaycan türklərinin deyil, ermənilərin “soyqırım”a məruz qaldığı haqqında 1915-ci il tarixi saxtakarlığını tanıyır. İraqın Küveytə təcavüzünə görə dərhal əməliyyata başlayan Avropa və ABŞ ermənilərin işğalçı olduğunu etiraf etdikdən sonra Azərbaycanı güzəşt etməyə çağırır; Ermənilər işğal etdikləri ərazilərimizdə, o cümlədən Xocalıda tarixi abidələrimizi yer üzündən silir, ata-babalarımızın qəbirlərini dağıdır, bununla həm də dünya mədəniyyətinə qarşı zorakılıq siyasətini yürüdür, əvəzində isə Avropa Şurası Parlament Assambleyası Naxçıvanda mövcud olmayan erməni qəbirlərinin azərbaycanlılar tərəfindən guya dağıdılmasını pisləyən qətnamə qəbul eləyir; Azərbaycanda mili münaqişə törədib ölkəni parçalayan separatçının “insan haqları”nı tanıyan və buna görə bir-birinin ardınca bəyanat verən Avropa gözləri çıxarılmış, diri-diri yandırılmış və torpağa gömülmüş 575 min insanın qatilini görmək istəmir, öz dədə-baba torpaqlarından qaçqın salınmış, yaşamaq haqqı əlindən alınmış 1 milyon didərginin hüquqlarını qorumağı ağlının ucundan belə keçirmir. Bəs, qırılan, məhv edilən, torpaqları əlindən alınan, öz torpağında didərgin salınan Azərbaycan xalqının fəryadı eşidilmirsə…biz nə etməliyik?



Milli Dirçəliş Hərəkatı Partiyası

Gənclər Təşkilatı

Əlaqə: tel: (+994) 12 567 43 95;

(+994) 50 562 89 81

e-mail: gencler.metbuat@yahoo.com







Yorumlar









Aktif Ziyaretçi 10
Dün Tekil 1135
Bugün Tekil 801
Toplam Tekil 4083866
IP 18.226.222.12






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























22 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Size yle bir Vatan ald m ki; ebediyen sizin olacakt r.
(ALPARSLAN)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu