Koreya respublikasında keçirilən təlimlərdə Azərbaycanı Bakı Mühəndislik Universitetinin əməkdaşı təmsil edib - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Koreya respublikasında keçirilən təlimlərdə Azərbaycanı Bakı Mühəndislik Universitetinin əməkdaşı təmsil edib - Receb RZAYEV
Tarih: 08.11.2018 > Kaç kez okundu? 902

Paylaş


11-30 oktyabr 2018-ci il tarixlərində, Koreya Respublikasının Seul, Seongnam, Sejong və Jeonju şəhərlərində keçirilən, "Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı" (High Level STI (Science, Technology and Innovation) Policy and Strategy Development) adlı təlim proqramında, Bakı Mühəndislik Universiteti Texnoparkının direktor müavini dosent İsa Qasımov iştirak edib.

"Yüksək səviyyəli Elm-Texnologiya-İnnovasiya Siyasəti və Strateji İnkişafı" təlim proqramı elmin kommersiyalaşdırılması və inkişafının planlaşdırılması, həmçinin bu istiqamətdə potensialın artırılması istiqamətində Koreya Respublikasının təcrübəsi və qazanılan uğurlu nəticələrin öyərnilməsi, eləcə də əyani şəkildə müşahidə eilməsinə həsr edilmişdi. Beynəlxalq xarakter daşıyan təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət idi. Belə ki, təlim proqramı əsas mövzunu ehtiva edən 16 fərqli seminar və 10-dan çox təcrübə turlarından ibarət idi. Bütün seminar və təcrübə turları ilə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafı sektorunda işləyən, o cümlədən qərar verən şəxslərin yüksək səviyyədə ixtisaslaşmasına xidmət edən təlim proqramı maraqlı və səmərəli olub.

Qeyd edək ki, təlim proqramı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) sponsorluğu və Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) təşkilatçılığı ilə həyata keçirilib. İnkişaf etməkdə olan ölkələrdə elm-texnologiya-innovasiya ekosisteminin formalaşdırılması və inkişafına kömək xarakteri daşıyan təlimlərdə 8 ölkədən 11 nəfər iştirak edib.

Təlim proqramının tələblərinə uyğun olaraq, hər bir ölkənin nümayəndəsi təmsil etdiyi ölkə haqqında, eləcə də ölkənin elmi-texnoloji, həmçinin innovasiyalara əsaslanan inkşaf yolu və imkanları haqqında təqdimat da edilib. Bu təqdimatlar zamanı müxtəlif ölkələrin innovasiya ekosisteminin problemləri geniş müzakirə mövzusu olub. Əməkdaşımız İsa Qasımov tərəfindən edilən təqdimat da xüsusi marağa səbəb olub. Belə ki, Azərbaycanda innovasiya ekosisteminin qrulmasına özünəməxsus mövqe nümayiş etdirə bilən BMU nümunəsi ekspertlərin marağına səbəb olub. İstər sahibkar universitet modelinin qurulması, istərsə də ölkədə innovasiya ekosisteminin qurulması istiqamətində BMU-da görülən işlər koreyalı ekspertlərlə yanaşı, iştirakçı ölkələrin də marağına səbəb olub. Təlimlərin sonunda təq dim olunan fəaliyyət planına görə, STEPİ ilə BMU arasında daha geniş tərkibli layihənin başladılması müzakirə olunub və növbəti addımların atılması üçün müzakirələrin aparılması razılığı əldə edilib.

Təlim proqramı əsasında verilən seminarların materialları elektron və kitab halında bütün iştirakçılara təqdim olunub.

Qeyd edək ki, təlimlər zamanı STEPİ-nin prezidenti cənab Hwang-Hee Cho ilə görüşən İsa Qasımov ona BMU-nun hədiyyəsini təqdim edib.

Xatırladaq ki, BMU Texnoparkının direktor müavini dosent İsa Qasımov elm-təhsil-texnologiya-innovasiya ekosisteminin formalaşdlırılması və inkişafı ilə bağlı xeyli sayda beynəlxalq təlimlərdə, o cümlədən Hindistanda keçirilən “İnnovasiya və Sahibkarlığın biznes inkubatorlarda inkişafı” beynəlxalq təlim proqramı (Hindistan Sahibkarlığın İnkişafı İnstitutu, 04 yanvar-12 fevral 2016-cı il) və ABŞ-da keçirilən “Ali təhsil və gələcək karyera proqramında” da (28 yanvar – 18 fevral 2012-ci il) iştirak edib.





Yorumlar









Aktif Ziyaretçi 42
Dün Tekil 1349
Bugün Tekil 1305
Toplam Tekil 4074581
IP 18.219.22.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu