PRESS-RELİZ - Elçin Cəfərov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









PRESS-RELİZ - Elçin Cəfərov
Tarih: 16.10.2018 > Kaç kez okundu? 1305

Paylaş


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi



Azərbaycan Dövlət “YUĞ” Teatrı



PRESS-RELİZ



19 oktyabr tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Tamaşanın səhnə tərtibatı Vüsal Rəhimə, musiqisi Vüqar Camalzadəyə, plastik həlli Leyla Hacızadəyə aiddir. Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid) və Elşən Əsgərov (II Şahid) çıxış edirlər. Tamaşanın janrı epik pritça kimi müəyyənləşdirilib.

Rejissor tamaşanın yozumu barəsində belə deyir: “Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burda əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir.

Əsər dedektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyllidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.

Müəllif intensiyası: Həqiqət nisbi anlayışdır. Baş verən hər hansı hadisədə iştirak edən tərəflər qədər həqiqət var. Hətta intersubyektiv həqiqət belə hər zaman əlçatan deyil! Həqiqət, yalan, ya etiraf? Aydın deyil. Müxtəlif subyektiv ifadələr əsil həqiqəti aşkarlaya bilərmi? Birmənalı cavab yoxdur. Cəngəllikdə cəngəlliyin qanunu da dəyişib”.



Qeyd: Fotolar Razimə İsmayılovaya məxsusdur.



Əməkdaşlığa görə media nümayəndələrinə

təşəkkür edirik.



Elçin Cəfərov

Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri

Tel.: 077 606 03 93

E-mail: pr.yugteatr@gmail.com





Yorumlar









Aktif Ziyaretçi 6
Dün Tekil 831
Bugün Tekil 1008
Toplam Tekil 4838271
IP 216.73.217.39






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:




































2 Zi'l-ka'de 1447
Nisan 2026
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap