Azərbaycana səfər edənlər - STATİSTİKA-ANALİZ - Kenan QULUZADE - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycana səfər edənlər - STATİSTİKA-ANALİZ - Kenan QULUZADE
Tarih: 24.08.2018 > Kaç kez okundu? 1110

Paylaş


Ölkəyə səfər edən əcnəbilərin sayında ötən ilin İyul ayına nisbətdə 5.2%, Yanvar-İyul aralığına olan nisbətdə isə 9.3% artım müşahidə olunur.

2018-ci ilin İyul ayında Azərbaycana səfər edən əcnəbilərin sayı ötən il ilin eyni ayı ilə müqayisədə 5,3% artaraq 330 minə çatıb. Aşağıdakı qrafikdə (bax Qrafik 1) cari ilin İyul ayında ölkəyə ən çox səfər etmiş altı ölkə və regionun göstəriciləri qeyd edilmişdir.



Əcnəbilərin təqribən üçdə bir hissəsini (119 min nəfər) Rusiya vətəndaşları təşkil edir. Digər 20% və 15% əcnəbilər isə Yaxın Şərq və Gürcüstanın payına düşür. Ümumən götürdükdə, qeyd edilən ölkələrdən gələnlər Azərbaycana səfər etmiş xarici əcnəbilərin 70%-ni təşkil edir.

Yaxın Şərq bölgəsindən səfər edən əcnəbilərin sayında ötən ay ilə müqayisədə 30% artım müşahidə olunur. Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından gələn qonaqlar təşkil edir. Daha bir böyük artım, 63%, Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında müşahidə olunsa da, onların sayı, 24 min nəfər olmaqla, Respublikaya səfər edənlərin ümumi sayının 7%-ni təşkil edir. Qonşu ölkələrin bəzilərində isə cüzi artım və ya cüzi azalma müşahidə olunmaqdadır. Belə ki, Rusiya və Türkiyədən gələn qonaqların sayı müvafiq olaraq 2% və 1% azalmış, Gürcüstandan gələnlərin sayı isə 5% artmışdır. Digər tərəfdən, İrandan gələn əcnəbilərin sayında 35%-ə qədər ciddi azalma mövcuddur.

2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən səyahətçilərin sayı 1,65 milyondan çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% artmışdır. Bu axının böyük hissəsi, 1.5 milyon və ya 31.5%, Rusiyadan olan səyahətçilərin payına düşür. Gürcüstan (20%), Yaxın Şərq bölgəsi (13%), Türkiyə (10%) və İran (10%), həmçinin, əcnəbi axının digər əhəmiyyətli mənbələri sayılırlar.

Aşağıdakı qrafikdə (bax Qrafik №2) 2018-ci ilin Yanvar-İyul ayları aralığında Azərbaycana ən çox səfər etmiş altı ölkə/bölgə vətəndaşlarının sayı qeyd olunmuşdur.

Qrafikdən də göründüyü kimi, xarici ölkələrdən səfər edənlərin, xüsusilə, Gürcüstandan (9%) və Yaxın Şərq bölgəsindən (54%) gələnlərin sayında artım mövcuddur. Yaxın Şərq bölgəsindən səfər edənlərin (58 min nəfər) böyük bir hissəsini BƏƏ vətəndaşları təşkil edir. Lakin qeyd etmək lazımdır ki, keçən ilin İyul ayı ilə müqayisədə BƏƏ vətəndaşları arasında 3% azalma müşahidə olunmaqdadır. Səudiyyə Ərəbistanından Azərbaycana 42 minə yaxın səyahətçi gəlib və bu rəqəm 2017-ci ilin göstəricisi ilə müqayisədə iki dəfədən artıq göstəricidir. İraq (25%), Küveyt (227%), Oman (17%) və İsraildən (240%) gələn ziyarətçilərin sayında da əhəmiyyətli dərəcədə inkişaf nəzərə çarpmaqdadır. 2018-ci ilin Yanvar-İyul ayları aralığında Cənubi və Şərqi Asiya ölkələrindən 112 minə yaxın səyahətçi ölkəmizə səfər edib və bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 57% artım təşkil edib. Bu bölgələrdən olan axının əsas hissəsini Qazaxıstan (5%), Pakistan (209%), Hindistand (188%) və Türkmənistandan (80%) olan səyahətçilər təşkil etmişlər. İrandan səfər edənlərin sayı isə 166 min nəfər olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 21% azalma təşkil etmişdir.



Növbəti qrafikdə (bax Qrafik №3) Yanvar-İyul ayları aralığında Azərbaycana ən çox səfər etmiş 6 ölkə və bölgədən ibarət olan səyahətçi axının inkişaf dinamikası göstərilmişdir. Qrafikdən də göründüyü kimi, bir çox ölkələrdə müşahidə olunan yay mövsümündə ziyarətçi sayının artması Rusiya və Yaxın Şərq bölgəsindən səfər edənlər üçün də xarakterikdir. Asiya bölgəsi, nəzərəçarpacaq mövsümlük olmadan sabit artım nümayiş etdirir. Türkiyə və Gürcüstandan səfər edənlərin inkişaf dinamikasında, demək olar ki, hər-hansı bir nəzərəçarpacaq mövsümi xarakter olmadan stabil temp müşahidə olunmaqdadır. İran səyahətçiləri, digər aylara nisbətdə, Mart ayı ərzində 3-4 dəfə artıq göstərici nümayiş etdirmişlər. Eyni mənzərəni 2017-ci ilin analoji dövründə də müşahidə etmək mümkündür. Buna iran vətəndaşlarının hər il Mart ayında keçirilən Novruz bayramına olan maraqları səbəb ola bilər.



Metodiki qeyd: xarici əcnəbilərin sayı Dövlət Sərhəd Xidməti tərəfindən qeydə alınmış sərhəd keçmələrinin sayıdır. Bu say özündə, turistlər də daxil olmaqla, Turizm Statistikası üzrə Beynəlxalq Tövsiyyələr toplusuna (IRTS 2008) əsasən turist anlamına uyğun gəlməyən sərhəd işçilərini, uzun-müddətli işçiləri, tələbələri, pasient və digər qrup şəxsləri də ehtiva edir. Burdan da belə məna hasil olur ki, ölkəyə gələn turist axınının göstəricisi bu hesabatda göstərilən rəqəmlərdən bir qədər aşağıdır.

Cədvəl 1: 2018-ci ilin İyul ayı və Yanvar-İyul ayları aralığında müxtəlif ölkə və bölgələrdən səfər edən xarici vətəndaşların sayı, eləcə də 2017-ci ilin eyni dövrlər üzrə göstəriciləri və onlar arasındakı dəyişkənlik.



2018 2017 ilə nəzərən dəyişikliklər

Bölgə İyul Yan-İyul İyul Yan-İyul

Rusiya 11 022 520 571 -1,9 5,4

Gürcüstan 48 714 327 816 4,7 8,9

İran 19 200 165 680 -35,2 -21,0

Türkiyə 27 193 169 669 -1,1 2,1

Yaxın Şərq 66 968 217 585 30,3 54,1

Asiya 24 303 112 183 63,3 56,8

Şərqi Avropa 10 861 57 165 -1,4 2,2

Qərbi Avropa 10 839 56 856 15,5 7,1

Amerika 2 864 15 215 31,3 24,8

Afrika 1 012 6 174 71,5 32,2

Digər 1 057 4 420 0,1 14,6

CƏMİ 330033 1 653 334 5,3 9,3







Yorumlar









Aktif Ziyaretçi 14
Dün Tekil 800
Bugün Tekil 463
Toplam Tekil 4294023
IP 18.97.9.173






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























12 Cemaziye'l-Ahir 1446
Aral k 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ey T RK ulusu! Silkin ve kendine d n! Ni in yan l yosun? B t n bunlar kendinden, kendi z benliginden uzakla p d mana d n k ya ad n i in oldu.
(Bilge KA AN)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.883 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu