Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” tədbiri keçirilib - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bakı Mühəndislik Universitetində “31 mart Soyqırımı” tədbiri keçirilib
Tarih: 29.03.2018 > Kaç kez okundu? 1055

Paylaş


“31 Mart Soyqırımı”-nın 100 illiyi ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində tədbir keçirilib. Tədbirə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr lə yanaşı Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Tarix üzrə fəlsəfə doktoru,“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutu və dövlət himninin oxunması ilə başlayıb. Daha sonra tədbirdə 31 Mart soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, 20-ci əsrin bəlkə də ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaqlarının xalqımıza qarşı olan qətliamıdı. Susqundu, ona gorə ki, sovet ittifaqı qurulduqdan sonra bu qanlı tarixin üzərindən dırnaqarası qardaşlıq xətti çəkildi. O dövrün mətbu orqanları bu hadisələrin üzərindən sakitcə keçdilər.SSRİ dağılan kimi yaxın keçmişimizdə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş qanlı hadisələrin arxivləri açıldı, xalqımıza qanlı tariximiz haqqında bilgilər verildi. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.

Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.



Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbir iştirakçılarını salamlayıb və xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımızın tarixi qəhrəmanlıqları ilə yanaşı soyqırımlara da məruz qalıb. Millət vəkili bildirib ki, biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Bununla yanaşı faciələrimizi də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Bu gün ölkə başçısının apardığı düzgün siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq.



Tarix üzrə fəlsəfə doktoru, “31 Mart Soyqırımı” "Türkün Xocalı soyqırımı", "Bağanıs Ayrım soyqırımı" kimi kitabların müəllifi, Akif Aşırlı qeyd edib ki, tarix tək keçmiş deyil. O, həm bu gündür həmdə gələcəkdir. Bu mövzuda tədqiqat aparan alim ölkəmizin arxivləri ilə yanaşı Böyük Britaniya , Türkiyə, İran kimi dövlətlərin arxivində də “31 Mart Soyqırımı” ilə bağlı sənədlərdə olan faktlardan danışıb. İnsanlarin işgəncə ilə qətlə yetirilməsi ilə yanaşı həmin dövrdə təhcizatın, xüsusən mətbələrin də dağıdıldığını diqqətə çatdırıb.

Çıxışını sual-cavab formatında quran Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkəmizin yerləşdiyi coğrafi mövqeyin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu səbəbdən də xarici qüvvələrin həmişə ölkəmizdə gözü olub. Ermənilər də xarici qüvvələrə alət olaraq öz mənafeyləri üçün də tarixən xalqımıza qarşı belə soyqırımlar törədiblər. Bu gün də ölkəmizə qarşı xarici qüvvələr tərəfindən bu istiqamətdə işlər aparılır. Ən acınacaqlısı isə odur ki, xarici qüvvələrin təsirinə düşən, sapı özümüzdən olan baltalar xaricdən müstəqilliyimizə xələl gətirən işlər aparırlar.

Çıxış edən qonaqlar onu da qeyd ediblər ki, Bakı Mühəndislik Universiteti ölkəmizin ən öndə gedən təhsil ocaqlarındandır. Burada yüksək ballı tələbələr təhsil alır. Biz inanırıq ki, sizlər elminizlə və bacarığınızla dövlətçiliyimizin möhkəmlənməsinə və inkişafına xidmət edəcəksiniz. Çünki "Erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işimiz var"





Yorumlar









Aktif Ziyaretçi 26
Dün Tekil 1238
Bugün Tekil 484
Toplam Tekil 4064691
IP 18.222.163.31






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu