İslam və Bəşəriyyət - Receb RZAYEV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İslam və Bəşəriyyət - Receb RZAYEV
Tarih: 15.11.2017 > Kaç kez okundu? 1218

Paylaş


Dünya var olduqca İslam dininin həmçinin var olacağına şüphələrin olması bəzən təəcüb doğurur. Çünki, bəxəriyyət tarixinin ən şəffaf, təmiz və məntiqə əsaslanan dinlərindən biridir, fikrimcə birincisidi. Ayrı-ayrılıqda hərbir din gözəlliklərlə doludur, bunun səbəbi isə onların insanları düzgün, mədəni yola dəvət etməsidir.

Hal-hazırda mübahisali əraziyə çevrilən Qüds ( Yerusəlim ) şəhərində yaranan dinlərin demək olar ki hərbiri öz şəhərləri kimi ecazkar, möcüzəli və müqəddəsdir. Məhz bu şəhərdən bəhs etməyimin səbəbi onun dünyaya nümunə olan əhalisi və orada yaşayan müxtəlif dinlərin daşıyıcılarının artıq min ilə yaxın bir müddətdə eyni şəhərdə yaşamalarıdır. Əlli faizi müsəlman, digər yarısı isə Yəhudi və Xristian olan şəhərin memari quruluşu da fərqli gözəlliyə malikdir. Ümumiyyətlə, qədim şəhərlərin yaranması, tərəqqisi yalnız maddiyətlə bağlı deyil, hər bir divarında həmçinin insana hörmət, dünyaya məhəbbət hisləri gizlidir.

Maraqlıdır ki, qədim zamanlardan bu günə kimi böyük təməllər atılan vaxtı, ilk olaraq ora müqəddəs kitab ( Quran-i Kərim, Tövrat, Zəbur, İncil, Bibliya ) qoyular sonra onların üzərində hansısa tikili ucaldılardı. Bu cür hadisələr dünyanın demək olar ki hər yerində müşahidə olunub. Həmin faktlar, insanların və dövlətlərin din aspektinə hansı dərəcədə hörmətlə yanaşdıqlarının bariz sübutudur.

Dövrünün böyük hökmdarlarından olan Şah İsmayıl Xətaidən yazmaq yerinə düşərdi. O, təkcə gənc yaşlarında Vahid Azərbaycan reallığını uzun ömürlü edən hökmdar deyil, həmçinin təriqət şeyxi, şair və ən əsası ədalətli şəxsiyyət idi. Şah əhalinin etiqadına hörmətlə yanaşar və onları dövlət dinini qəbul etməyə məcbur etməzdi. Buna nümunə olaraq indiyədək Azərbaycan, İran ərazilərində qeyri-şiə məntəqələrin mövcud olmasıdır. Digər nümunə isə Səfəvilərin hərbi qarnizonu olan Ağdaş şəhərinin əsasən sünnülərdən ibarət olmasıdır.

Xarici siyasətdə də Səfəvilər dini ayrıseçkiliyə yol vermirdilər. Tarixin qüdrətli dövləti Osmanlı ilə Səfəvilər arasında dostluq münasibətləri var idi. Ancaq öz atasını və qardaşını öldürdükdən sonra hakimiyyətə gələn Sultan Səlimin dövründə vəziyyət dəyişilir. Əlavə olaraq, Avropa fəthlərindən yayındırmaq üçün Qərb iki müsəlman dövləti arasında həmişə etdiyi kimi müharibələri qızışdırır. Nəticədə hər iki dövlət süquta uğrayır və Avropa ölkələrindən yarımmüstəmləkə şəklində asılı vəziyyətə düşürlər.

Dünyaya İslamın sülhsevər bir din olduğunu sübut edən Osmanlı dövlətinin özünə məxsus yeri var. O zamanlar Anadolu türkləri, İslamın qılıncını onun alovunu Avropaya daşıyan quruluşun rəhbərləri idi. Mövləvilik, Bektaşilik kimi möhtəşəm, parlaq fikirlər əsasında qurulan “ Devlet-i Aliyye-i Osmaniye “-yə inam və etiqat bu günə qədərdə davam etməkdədir. Bunun səbəbi isə çox sadədir Osmanlı digər İmperialist dövlətlər kimi öz strategiyasını “ Güc “ üzərində qurmurdu. Bunlardan əlavə, Osmanlı dövləti Balkan yarımadasında, Afrikada, Qara Dəniz sahillərində, Ərəb yarımadasında, Şam torpaqlarında və Avropada yaşayan xalqlara birlik, dostluq içində yaşamağı, müxtəlif dinlərə mənsub insanlara firavan həyat bəxş etmişdir və bu cür işləri 500il fasiləsiz olaraq davam etdirmişdir. Bunlara dair birçox faktlar var, bunlardan biridə Konstantinopolun işğalından sonra Fateh Sultan Mehmet tərəfindən 29 May 1453-cü ildə verilmiş fərmandır.

Təbii olaraq eyni maraqlar, ictimai fikirlər və uzaqgörən siyasət 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin qurulmasında böyük rol oynamışdır. Həmin zamanın tələblərinə uyğun formalaşan Parlamentdə Slavyan-Ruslara 5, Polşalılara 2, Almanlara 1, Yahudilərə 1, Ermənilərə 6 yerin verilməsi xalqın və ondan ilhamlanan dövlətin demokratik dəyərlərə hər zaman sadiq olduğunu göstərib.

Müsəlman-türk cəmiyyətinin ən önəmli dəyəri başqasını xoşbəxt etməyə əsaslanır. Hər gün bir dəyərin qloballaşmaya qurban edilməsi, sıradan çıxdığı bir dövrdə ailə dəyərlərinin də korlanması cəmiyyətin əxlaqi kodeksinə vurulan zərbədir. Sevgi, hörmət, güvən, ümumi mənafe yerinə ikiüzlülük, xəyanət, eqoizm kimi mənfi davranışlar ortaya çıxır. Bax beləcə mürəkkəb bir dönəmdə millət olaraq, əvvəlcə ailədən başlamaq şərtilə ümumbəşəri dəyərləri milli və mənəvi dəyərlərimizlə birləşdirərək gələcəyə inamla baxan, fədakar və əzmli, ənənələrə sadiq, demokratik prinsiplərə sahib, sevgi və ədalət duygusu uca olan gənclər kimi yetişmək ən ümdə vəzifəmiz olmalıdır.

Biz nə Şərqə məxsusuq, nə də Qərbə. Biz həm Şərqə məxsusuq həm də Qərbə.Çünki biz qədimdən hər iki mədəniyyət içərisində formalaşmış,lakin özümüzə məxsus toplumuq. Biz dünyaya qazandıqlarımızdan daha çox şeylər verə bilərik. Bunun üçün heç bir mədəniyyətin içində əriməməliyik, əksinə, inteqrasiya proseslərinin mərkəzinə çevrilməyi bacarmalıyıq.

Təbii ki, islam dininin də mənəvi dəyərlərimizin inkişafındakı rolunu qeyd etmək vacibdir. İslam dini təmizlik, düzlük, insanlıq, kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərdir. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır.

2017ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması xüsusi bir məna kəsb edir.

Yaxın tarixdə bütün İslam dünyasında gedən inkişaflar xüsusi ilə Azerbaycanda ardicil olaraq yuksək səviyyədə keçirilən Eurovision, Baku Olympic Games, Baku Global Forum, 7th UNAOC Global Forum kimi beynalxalq idman yarışları, musiqi festivali ve tədbirlər bir sıra dövlətlər tərəfindən xoş qarşılansada, bəzilərinin xoş olmayan siyasətini birdaha gözlər önünə sərdi. Həmin fikirlər sadəcə fikir olaraq da qalacaq, çünki Azerbaycan dövləti oz siyasətini xalqa xidmətdə və onu qorumaqda görür. Ümumi baxdıqda isə, xalq daima İslami dəyərləri və qədim Türk ənənələrini qorumaqla inkişafa doğru getməyi üstün tutmuşdur. Bununla yanaşı, ölkənin gəncləri doğru yolu seçməkdədir.

Bütün bu araşdırmalardan sonra Azərbaycan məkanında qloballaşmanın elə bir təhlükəli proses olmadığını, dövlətimizin xalqla birgə apardığı düzgün daxili və xarici siyasət nəticəsində milli-mənəvi dəyərlərimizin qorunduğu, bütün millətlərə və dinlərə tolerant münasibətin hökm sürdüyü və hər kəsin mənəvi seçimində yanılmayacağı arzularıyla bu mövzuyla vidalaşır, ölkəmə işıqlı gələcək dilləyirəm.



Məcid İskəndərov,

Bakı Mühəndislik Universiteti

4cü kurs tələbəsi

YAP Gənclər Birliyi Təşkilatının üzvü





Yorumlar









Aktif Ziyaretçi 43
Dün Tekil 1927
Bugün Tekil 1106
Toplam Tekil 4067240
IP 3.143.168.172






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























10 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu