PRESS-RELİZ Yuğ Teatrında tədbir keçiriləcək - Teatrın mətbuat xidməti - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









PRESS-RELİZ Yuğ Teatrında tədbir keçiriləcək - Teatrın mətbuat xidməti
Tarih: 18.10.2017 > Kaç kez okundu? 1242

Paylaş


Bu gün Azərbaycan Dövlət YUĞ Teatrı Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə birlikdə18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirəcək.

Mərasimdə özünün suverenliyini qeyd edən və dünya siyasi xəritəsində öz dövlətçilik ənənələrini uğurla yaşadan dövlətimizin şanlı müstəqillik tarixinə nəzər salınacaq.

Bayram ovqatlı tədbir kompozisiya ilə davam edəcək. Belə ki, hər iki teatrın aktyorlarının ifasında şeirlər səsləndiriləcək, tamaşalardan səhnəciklər nümayiş olunacaq. Tədbirin davamı olaraq Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında vətənpərvərlik mahnılarından ibarət konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, bu gün Yuğ Teatrı üçün ikiqat bayramdır. Belə ki, Yuğ teatrının və onun yaradıcısı ustad rejissor Vaqif İbrahimoğlunun doğum günüdür. Bu gün teatrın kollektivi V.İbrahimoğlunun məzarını ziyarət edib.

“YUĞ” teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində rejissor Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılmışdır.

1992-ci il 3 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 644 saylı qərarı ilə studiyaya dövlət statusu verildi və Azərbaycan teatr məkanında “YUĞ” teatr-studiyasını YUĞ Dövlət Teatrı əvəzləmişdir.

Akademik Milli Dram Teatrının kiçik zalında fəaliyyət göstərən teatr 18 iyul 2003-cü ildə M.Muxtarov küçəsi №83-də yerləşən binaya köçürülmüşdür. 2016-ci ildə Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində yenidənqurma işləri çərçivəsində binası söküldükdən sonra Yuğ Teatrı müvəqqəti olaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında fəaliyyətini davam etdirir.





Yorumlar









Aktif Ziyaretçi 49
Dün Tekil 1505
Bugün Tekil 1541
Toplam Tekil 4076322
IP 3.135.213.214






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap