QARA YANVAR - Derleyen Yrd. Doç. Dr. Elnur Hasan MİKAİL(Wikipedia) - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









QARA YANVAR - Derleyen Yrd. Doç. Dr. Elnur Hasan MİKAİL(Wikipedia)
Tarih: 20.01.2016 > Kaç kez okundu? 2375

Paylaş


Hadisədən əvvəl

20 yanvar qurbanlarından



1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı.[2] Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.[3]



1988-ci il fevralın 20-də Er­mənistanın bilavasitə müdaxiləsi ilə DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər­baycanlı de­putatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət edildi.[4] 1988-ci il fevralın 25-də Georgi Şahnazarovun və Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Silva Kaputikyanı və Zoriy Balayanı qəbul etmişdir. Onlar M. Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar.[5]



Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. 1988-ci il fevralın 19-da İrəvanda "Ermənistan türklərdən təmizlənməli!", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" kimi mənfur şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da antierməni ruhlu kütləvi mitinq təşkil olundu. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi.[6] Bu olaylara Moskva göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın o zamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər.[7]



Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Respublikada milli mənlik şüurunun daha da güclənməsi və demokratik proseslərin inkişafı 1989-cu ilin sentyabrında Azərbaycan Ali Sovetinin "Azərbaycan SSR-in Suverenliyi Haqqında" Konstitusiya qanunu qəbul etməsi ilə əlamətdar olmuşdur.[8]



1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi.[9] Hakimiyyət böhranı və respublikadakı hadisələrə nəzarətin tam itirilməsi bunda təzahür etdi ki, Dağlıq Qarabağda və Ermənistanla sərhəddə erməni yaraqlılarının qanlı əməllərinin ardınca Cəlilabad və Lənkəran rayonlarında sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.[10]

Hərbi müdaxilə



1990-cı il yanvarın 16-da Bakı şəhərinin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar yük və minik avtomaşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər (bilavasitə şəhərdə 60 qoşun hissəsindən 34-nün yolu kəsilmişdir). Piketlərin ətrafında daim şəhər sakinlərinin böyük dəstələri olurdu.[11]



1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinqçilər Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar.[12]



1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.[13]



1990-cı il yanvarın 19-u saat 19:27 dəqiqədə[14]SSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Xalq Cəbhəsinin bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü.[15]



SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.[16]Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.[17][18]



Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.[19]



Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular.[20]



Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.[21]



Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.[22]

Qara yanvar və media



SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin əzəmətli səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı.[23]



Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 Yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər -Yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 Yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava - Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 Yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi". [24]



"Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi.[25]



Sovet sistemi nə qədər qapalı olsa da, xarici ölkələrin informasiya agentlikləri, mətbu orqanları Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciədən xəbər tutaraq öz münasibətlərini, öz mövqelərini bildirmişdilər. Dünya mətbuatında 20 Yanvar faciəsi haqqında yazılan informasiyalar həcmcə kiçik olsa da, mənaca, mahiyyətcə çox dolğundur. Sözlər, fikirlər həqiqəti əks etdirir.[26]

" Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanm qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir.[27]



The Guardian qəzeti, 22 yanvar 1990-cı il.

"

" Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.[28]



Los Angeles Times qəzeti, 23 yanvar 1990-cı il.

"

" Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir.[29]



The Times qəzeti, 29 yanvar 1990-cı il.

"

" Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb.[30]



The New York Times qəzeti, 18 fevral 1990-cı il.

"

“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından



"Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi ittifaqının" (Şit) rəyi istintaq komissiyasının materiallarından istifadə edilməklə hazırlanmışdır. Bu rəy 1990-cı ildə SSRİ-nin və respublikanın kütləvi informasiya vasitələri (KİV) tərəfindən yayılmış, o cümlədən xarici dillərdə yayılmışdır.[31]



Hesabatdan məlum olur ki, Bakıya yeridilmiş qoşun kontingenti - bəzi məlumatlara görə onun sayı 60 min nəfərə çatırdı. Onlar "döyüş tapşınğını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında oxuyuruq: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".[32] Faktlarla sübut olunmuşdur ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta, erməni kursantlar da daxil edilmişdi.[33]



Hesabatdakı 3-cü bölmədən (Ordunun hərbi cinayətləri) bir parça:



Adamların xüsusi qəddarlıqla və yaxın məsafədən güllələnmələri. İçərisində sərnişinlər, o cümlədən uşaqlar olan 39 nömrəli “İkarus” markalı marşrut avtobusu atəşə tutulmuşdur.[34]

xəstəxanaların, "təcili yardım" maşınlarının atəşə tutulması. Məsələn: 67-50 АГП, 67-51 АГП, 39-97 АГС dövlət nömrə nişanlı "təcili yardım" maşınları tanklar ilə atəşə tutulmuşdur. Həkim A.M.Marxevka öldürülmüşdür.[35]

Süngü-bıçaqla qətl hadisələri. Belə qurbanlardan biri kor və milliyyətcə rus B.V.Yefimiçevdir.[36]

"Kalaşnikov" avtomatlarında ağırlıq mərkəzi dəyişən 5,45 mm kalibrli güllələrdən istifadə edilmişdir.



Azərbaycan tərəfinin mövqeyi



Xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.[37]



1992-ci il yanvarın 18-də Azərbaycan Respublikasının qanunu ilə "Şəhidlər günü" adı altında Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı (Maddə 66-1. Şəhidlər günü)[38] və mətni 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsində tamamilə dəyişildi və yeni redaksiyada belə verildi:

" Maddə 106. Ümumxalq hüzn günü



Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.[39]

"

Şəhidlər Xiyabanı



Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il 22 yanvar tarixli fövqəladə sessiyasında qəbul olunmuş qərarda SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanı qanunsuz sayılmış, onun əsasında həyata keçirilən hərbi-siyasi tədbir suveren Azərbaycan Respublikasına qarçı təcavüz kimi, Bakı şəhərinin yüzlərlə sakininin həlakına və yaralanmasına səbəb olmuş hərbi qulluqçuların hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilmişdir. Respublika Ali Sovetinin həmin sessiyasında yanvar faciəsinin təhqiqi üzrə deputat-istintaq komissiyası yaradılmış, komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri də daxil edilmişdi. M.T.Abasov komissiyanın sədri, T.Y.Qarayev sədrin müavini təsdiq edilmişdi.[40]



Komissiya deputatların iştirakı ilə sorğular keçirmiş, Əbdürrəhman Vəzirov, Viktor Polyaniçko, Əfrand Daşdəmirov, Həsən Həsənov, Rafiq Zeynalov, Rafiq Əliyev, Elmira Qafarova, Ayaz Mütəllibov, Aydın Məmmədov, Vaqif Hüseynov, N. Kərimov, Əbülfəz Əliyev, Hikmət Hacızadə, Sabit Bağırov, İsa Qəmbərov, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Firudin Səməndərov sorğu-sual edilmişlər.[41]



1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.[42]

Filmoqrafiya



Azadlığa gedən yollar (film, 1990)

Heç kim və heç nə unudulmayacaq - 20 Yanvar (20.01.1994)

İmperiya ilə toqquşma. 20 yanvar 1990 (AzTV)

Kanlı Yanvar. Ağla karanfil ağla (Bengü Türk TV)

KARANFİLİN GÖZYAŞLARI (TRT AVAZ)

Qanlı yanvar 1990 (AzTV)

Qara yanvar. Qırmızı qərənfillər (ANS TV)

Zamanın sınaq yolu (İTV)

Дело №2. "Чёрный январь" (CBC TV)

Qanlı Yanvar (film, 2015)



İstinadlar



"Şəhidlər Xiyabanı 25 il sonra — FOTOLAR" (az). Ölkə.az saytı. olke.az. 20.01.2015. İstifadə tarixi: 2015-01-21.

Rəsmiyyə RZALI (06.10.2011). "Öz müqəddəratını təyin etmək hüququ: həqiqətlə yalan arasında" (az). "Azərbaycan" qəzetinin saytı. azerbaijan-news.az. İstifadə tarixi: 2015-02-01.

Vüqar Orxan. "Azərbaycan tarixi günbəgün: 21 oktyabr" (az). Azərbaycanlı.org saytı. azerbaycanli.org. İstifadə tarixi: 2015-01-25.

"Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq və diplomatik fəaliyyət" (az). Shusha.az saytı. shusha.az. İstifadə tarixi: 2015-01-25.

"XRONOLOGİYA - 20 YANVARA APARAN YOL" (az). Prezident Kitabxanasının saytı. preslib.az. İstifadə tarixi: 2015-02-08.

Tarix (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait). Bakı, TQDK-Abituriyent, 2013. səh. 587-589

Nuru MƏMMƏDOV, Xaqani MƏMMƏDOV. (20.01.2010). "Milli qürur günü" (az). Milli Kitabxananın saytı. anl.az. İstifadə tarixi: 2015-01-26.

"1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti Komissiyasının Rəyi" (az). Xalq qəzetinin saytı. 18.01.1992.

Nuru MƏMMƏDOV, Xaqani MƏMMƏDOV. (20.01.2010). "Milli qürur günü" (az). Milli Kitabxananın saytı. anl.az. İstifadə tarixi: 2015-01-26.

Aydın Balayev, Rasim Mirzə.. "20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər (1990-2000). Bakı-2000. səh. 185." (az).

Aydın Balayev, Rasim Mirzə.. "20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər (1990-2000). Bakı-2000. səh. 186." (az).

"1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti Komissiyasının Rəyi" (az). Xalq qəzetinin saytı. 18.01.1992.

"20 yanvar - qan yaddaşımız!" (az). 20january.az saytı. 20january.az. İstifadə tarixi: 2015-01-25.

Ləman Əliəşrəfqızı (19.01.2015). "20 Yanvar faciəsinin görünməyən tərəfləri (VİDEO)" (az). ANSPRESS.COM saytı. anspress.com. İstifadə tarixi: 2015-02-02.

Nazim Mustafa. "20 YANVAR – QAN YADDAŞIMIZ" (az). Prezident Kitabxanasının saytı. preslib.az. İstifadə tarixi: 2015-02-02.

Havva MƏMMƏDOVA (18.01.2014). "20 Yanvar faciəsi Sovet rejiminin xalqımıza qarşı törətdiyi misli görünməmiş qətliam idi" (az). Xalq qəzetinin saytı. xalqqazeti.com. İstifadə tarixi: 2015-01-25.

Ləman Əliəşrəfqızı (19.01.2015). "20 Yanvar faciəsinin görünməyən tərəfləri (VİDEO)" (az). ANSPRESS.COM saytı. anspress.com. İstifadə tarixi: 2015-02-04.

Джангир Араслы. Армяно-Азербайджанский конфликт" (военный аспект). Баку-1995. стр. 8.

"Bu gün Azərbaycanda "20 Yanvar" Ümumxalq Matəm Günüdür" (az). SalamNews informasiya agentliyinin saytı. salamnews.org. 20.01.2015. İstifadə tarixi: 2015-01-25.

"Qanlı Yanvar şəhidləri yad edildi" (az). Tərtər Rayon İcra hakimiyyətinin saytı. terter-ih.gov.az. 20.01.2015. İstifadə tarixi: 2015-01-25.

"20 Yanvar faciəsi (\"Qanlı yanvar\")" (az). BDU Tarix fakültəsinin saytı. history.bsu.edu.az. İstifadə tarixi: 2015-01-25.

Nazim Mustafa. "20 YANVAR – QAN YADDAŞIMIZ" (az). Prezident Kitabxanasının saytı. preslib.az. İstifadə tarixi: 2015-01-25.

"20 Yanvar- Şərəf Tariximiz" (az). Səs qəzetinin saytı. sesqazeti.az. 24.01.2011. İstifadə tarixi: 2015-01-25.

"Mirzə Xəzər haqqında" (az). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin saytı. mct.gov.az. İstifadə tarixi: 2015-01-25.

Cəmil Həsənli (19.01.2015). "Qanlı Yanvar tarixi faktlarda" (az). CONTACT internet-qəzetinin saytı. contact.az. İstifadə tarixi: 2015-01-25.

Vahid Məhərrəmov. Qanlı gecə - Qanlı tarix. Bakı - 2011. səh. 60-61.

Vahid Məhərrəmov. Qanlı gecə - Qanlı tarix. Bakı - 2011. səh. 61.

Vahid Məhərrəmov. Qanlı gecə - Qanlı tarix. Bakı - 2011. səh. 61.

"Qara Yanvar: O vaxt Britaniya qəzetləri nə yazırdılar?" (az). BBC saytı. bbc.co.uk. 20.01.2010. İstifadə tarixi: 2015-02-08.

Vahid Məhərrəmov. Qanlı gecə - Qanlı tarix. Bakı - 2011. səh. 62.

"1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti Komissiyasının Rəyi" (az). Xalq qəzetinin saytı. 18.01.1992.

Telman ƏLİYEV (15.01.2014). "20 Yanvar – öz azadlığı uğrunda canından keçməyə hazır olan xalqın sınaq gecəsi" (az). Xalq qəzetinin saytı. xalqqazeti.com. İstifadə tarixi: 2015-01-25.

Vahid Məhərrəmov. Qanlı gecə - Qanlı tarix. Bakı - 2011. səh. 82.

Nazim Mustafa (2010). "20 YANVAR – QAN YADDAŞIMIZ" (az). Nazim Mustafanın şəxsi veb səhifəsi. nazimmustafa.info. İstifadə tarixi: 2015-02-06.

Aydın Balayev, Rasim Mirzə.. "20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər (1990-2000). Bakı-2000. səh. 179-180." (az).

"Общее заключение независимых военных экспертов общественной организации «Щит» на события в г. Баку 13-25 января 1990 г." (az). Prezident Kitabxanasının saytı. preslib.az. İstifadə tarixi: 2015-02-04.

"20 yanvar – Şanlı tarixi səhifəmiz" (az). Qaradağ Rayon İcra Hakimiyyətinin saytı. qaradagh.gov.az. 22.01.2013. İstifadə tarixi: 2015-01-25.

"Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi" (az). «LegalActs» MMC-nin saytı. legalacts.az. 04.11.1997. İstifadə tarixi: 2015-02-02.

"AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ" (az). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı. mlspp.gov.az. İstifadə tarixi: 2015-02-02.

"1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti Komissiyasının Rəyi" (az). Xalq qəzetinin saytı. 18.01.1992.

Aydın Balayev, Rasim Mirzə.. "20 Yanvar hadisələri. Sənədlər, mövqelər, şərhlər (1990-2000). Bakı-2000. səh. 182-183." (az).

İlham Abbasov (17.01.2014). "QANLI YANVAR FACİƏSİ" (az). Respublika qəzetinin saytı. respublica-news.az. İstifadə tarixi: 2015-02-02.





Yorumlar









Aktif Ziyaretçi 33
Dün Tekil 1238
Bugün Tekil 1803
Toplam Tekil 4066010
IP 3.17.74.227






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























9 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Saraylarda s remem da larda s rd m , Bin cihana de i mem u ks z T rkl m .
(H seyin Nihal ATSIZ)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.287 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu