Azərbaycan Dövlət YUĞ Teatrı yeni teatr mövsümünü premyera ilə açacaq - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycan Dövlət YUĞ Teatrı yeni teatr mövsümünü premyera ilə açacaq
Tarih: 22.09.2015 > Kaç kez okundu? 2584

Paylaş


Azərbaycan Dövlət YUĞ Teatrı sentyabrın 20-də saat 18.00-da 26-cı mövsümünü açacaq. Teatr yeni mövsümünə “Sonuncu” tamaşasının premyerası ilə başlayacaq. Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tətribatçısı Xalq artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.

Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edir.

Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxım bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.

Bu il YUĞ Teatrının aktyoru, Əməkdar artist Fərhad İsrafilovun 60 yaşı tamam olub. “Sonuncu” tamaşası, həm də Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.







Əməkdaşlığa görə nümayəndələrinə təşəkkür edirik!

















Yorumlar









Aktif Ziyaretçi 5
Dün Tekil 831
Bugün Tekil 1001
Toplam Tekil 4838264
IP 216.73.217.39






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:




































2 Zi'l-ka'de 1447
Nisan 2026
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk hakanlar ve T rkmen Padi ahlar devlet i lerinde hatunun fikirlerini st n tutar.
(N ZAM L-M LK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap