BMU-da anım tədbiri keçirilib - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









BMU-da anım tədbiri keçirilib
Tarih: 30.03.2019 > Kaç kez okundu? 382

Paylaş


31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Bakı Mühəndislik Universitetində anım tədbiri keçirilib. Tədbirdə universitetin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir dövlət himninin oxunması ilə başlayıb, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə 31 Mart soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, XX əsrin, bəlkə də, ən susqun soyqırımı 1918-ci il mart ayının 31-də erməni daşnaklarının xalqımıza qarşı olan qətliamıdır. Ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan–Naxçıvan–Zəngəzur–Qarabağ və Qazax–Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırmış və deportasiya etmişlər.

Rektor qeyd edib ki, yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilmişdir. Bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır.

Bu gün ölkə başçısı İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində güclü iqtisadiyyatımız və qüdrətli ordumuz formalaşıb. Bu da bizə inam verir ki, yaxın vaxtlarda torpaqlarımız işğaldan azad olunacaq.

Daha sonra söz alan BMU-nun Pedaqoji fakültənin müəllimi Ülvi Babayev tədbir iştirakçılarını salamlayıb və xalqımızın nümayəndələrinin dünyanın ictimai inkişafındakı rolundan danışıb. Qeyd edib ki, xalqımız tarixi qəhrəmanlıqları ilə yanaşı, soyqırımlara da məruz qalıb. Biz gəncləri humanist, tolerant və elmi istiqamətdə tərbiyə edirik. Eyni zamanda xalqımızın tarixində baş vermiş faciələri də gənclərimizin bilməsi və gələcək nəsillərə ötürməsi vacibdir. Ülvi Babayev qeyd edib ki, hər bir xalqın tarixi faciəsi onun siyasi, elmi və mədəni yaddaşında iz qoyur. Yaddaş bütün mübarizələr üçün böyük stimuldur, o tarix həm də “bədii yaddaş” şəklində yaşanarsa, əhəmiyyətli olar. Yazıçı və şairlərimizin əsərlərində faciələrimizin necə əks olunduğundan tədbir iştirakçılarına nümunələr göstərib.

BMU-nun İqtisadiyyat və İdarəetmə fakültəsi, Dövlət və Bələdiyyə idarəetməsi kafedrasının I kurs tələbəsi Ləman Şərifova çıxışında qeyd edib ki, Azərbaycan xalqı, xüsusilə gənclər qanlı tarixi unutmamalı, möhkəm milli yaddaş formalaşmalı, onlar dəhşətləri törədənlərə qarşı mübariz ruhda böyüməlidirlər. Çünki “Erməni vəhşiliyini dünya miqyasında ifşa etmək üçün hələ görüləsi çox işimiz var”.









Yorumlar









Aktif Ziyaretçi 18
Dün Tekil 803
Bugün Tekil 14
Toplam Tekil 3135208
IP 3.226.248.180






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























































7 Safer 1442
Eylül 2020
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Türk milletindenim diyen insanlar her şeyden önce ve mutlaka Türkçe konuşmalıdır.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2020 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu