- MÜSAHİBƏ - Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









- MÜSAHİBƏ - Fuad MADATOV
Tarih: 06.03.2016 > Kaç kez okundu? 801

Paylaş


- MÜSAHİBƏ -



Bir neçə gün əvvəl Rusiyanın ən reytinqli layihələrindən biri olan, məşhur teleaparıcı Andrey Malaxovun təqdimatında yayımlanan “Pust Qovoryat” verilişində Azərbaycan ailəsi ilə bağlı maraqlı anlar yaşanıb. Belə ki, verilişin yayımlandığı “Birinici kanal”a müraciət edən gənc qız heç vaxt görmədiyi atasını axtardığını bildirib. "Birinci kanal" həmin ailəni verilişə dəvət edib və veriliş zamanı qız Azərbaycandan gələn atası ilə görüşüb. Tam səmimi müstəvidə baş tutan görüşün əsl səbəbkarları telekanal nümayəndələriylə yanaşı, Rusiya Dumasının əməkdaşı, beynəlxalq əlaqələr üzrə ekspert, “Pust Qovoryat” verilişinində ekspert qismində çıxış edən Ramin Qasımovdur.



R.Qasımov, qeyd olunan və insanları daha çox düşündürən bütün bu kimi problemli məsələlərlə bağlı jurnalist Fuad Mədətovun suallarını cavablandırıb:



- “Pust Qovoryat” verilişdəki həmin hadisə ilə bağlı təəssüratlarınızı bölüşərdiniz.



- Adətən problemli ailələrin taleləri bu verilişdə həll olunur. Bəzi insanların ağlına gəlməzdi ki, məhz bu dəfəki verililiş nikbin notlar üzərində qurulacaq. Çünki neçə illərdir ki, ata ilə bala bir-birilərinə qovuşa bilmirdilər. Nəticədə “Birinici kanal” rəsmiləri və bizim köməyimizlə ata-balanı qovuşdurduq. Verilişdə söhbət sadə bir ailədən gedir. Atası uzun illər daxili işlər nazirliyində çalışan, anası isə evdar xanım olan gənc qızın taleyi insanları düşündürməyə bilməzdi. Lakin atanın hazırki həyat yoldaşı, Azərbaycandan gəlmiş xanım, qızın anasını necə səmimiyyətlə qəbul etdi. Bəli, o, rus dilində fikirlərini yaxşı ifadə edə bilmirdi. Rus dilində ləhcə ilə danışırdı. Lakin onun audiotoriya və qızın anası ilə qurduğu səmimiyyət hamını heyran edirdi. Bu, sözsüz ki, Azərbaycan qadınına xas olan milli xüsusiyyətlərindən, istiqanlılığından və səmimiyyətindən xəbər verirdi. Düşdüyü vəziyyət qadına nə dərəcədə çətin olsa da, o, bəlkə də ərinin gənc yaşlarında etdiyi səhvi dərk edirdi. Bəlkə də qəlbinin daxilində qısqanclıq hissi keçirsə də, ərini olan hörmət və sevgisi nəticəsində qıza qarşı istinqanlılığını nümayiş etdirirdi. O, həmçinin qızı, öz qızı kimi qəbul etməyə hazır idi. Hər qadın bunu etməzdi, lakin həmin xanım Azərbaycan qadını obrazında belə addım atdı və söylədi ki, mənim neçə uşağımın olmasına baxamayaraq, bu qızı böyük məmnuniyyətlə qəbul edirəm. Əsasən Rusiya mətbuatından, verilişlərində hər zaman həmvətənlərimizi neqativ xarakterli insan kimi təqdim edirlər. Lakin bizim milli mənəvi dəyərlərimizi, xarakterik xüsusiyyətlərimizi bu kimi xoşməramalı verilişlərdə ortaya çıxanda, sevincimizi gizlədə bilmərik.



- Sizin bu kimi çıxılmaz vəziyyətlərdə olan uşaqlara münasibətiniz necədir və bu məsələnin həll yolunu nədə görürsünüz?



- Situasiyalara münasibətim yalnız birmənalı ola bilər. Heç bir uşaq həyatı boyu valideynsiz yaşamağa layiq deyildir. Biz bilirik ki, bəzi müsəlman ölkələrində uşaq evləri belə yoxdur. Çünki valideyn sevgisindən və himayəsindən məhrum olan uşaqları qohumları övladlığa götürür və öz ailələrində böyüdürlər. Lakin elə ailələr də olur ki, orada valideynlərin biri olmur. Bu, Azərbaycanda çox böyük problemdir. Azərbaycan kişilərinin əksəriyyəti qazanc dalınca Rusiyaya və başqa ölkələrə gedirlər. Hətta öz ölkəsində evli olduğu halda, qürbətdə yenidən ailə qururlar. Bəzən də Azərbaycandakı ailələrini unudurlar. Daha sonra onlar öz vətənlərinə geri dönəndə, əksinə, qürbətdəki ailələrini unudurlar. Zaman keçir, bu fidanlar böyüyürlər və həyatda müəyyən nailiyyətlər əldə edirlər. Onlar bu nailiyyətlərini valideynləriylə bölüşmək istəyirlər. Həmçinin onlarla yanaşı, valideynləri də əldə etdikləri uğurlarından həzz almalarını arzulayırlayır. Valideynlərinə isbat etmək istəyirlər ki, bir zaman sən məni tərk etmişdin, amma indi mən narkoman da, içki düşkünü də ola bilərdim, amma bu gün bir çox insanlara nümunəyəm.



Təbii ki, hər dəfə uğurlu nəticə əldə etmək olmur. Bəzi valideynlər uşaqlarını qəbul edirlər, bəziləri isə qəbul etmirlər. “Birinci kanal” ilə əməkdaşlıq etdiyimiz dövrdə bizə valideynlərin axtarışı ilə bağlı həddindən çox müraciətlər olur. Rusiya dumasının əməkdaşı olduğum üçün Azərbaycan televiziyalarından da müraciətlər olur. Ancaq hər zaman müsbət nəticə əldə edə bilmirik. Hətta bəzi zamanlar bizim Azərbaycan üzrə axtarışlarımız nəticəsiz olub. Bir çox valideynlər övladlarıyla görüşməkdən imtina ediblər, bir çoxları isə sevinc hissi ilə qarşılayıblar. Kömək məqsədi ilə Bakıda yaşayan dostum, tanınmış ictimai xadim Hacı Quliyevə də müraciət etmişik. Sadəcə olaraq onu demək istəyirəm ki, Azərbaycan mentalitetində övladlardan imtina mədəniyyəti birmənalı qarşılanmır. Harada olmasına baxamayaraq, cavanalıq səhvi belə olsa, valideynlər öz övladlarını hər zaman axtarırlar və övladlarına dəstək olurlar.



- Malaxov müsahibələrinin birində “Mən Azərbaycandan gedəndən sonra Rusiya küçələrini gördüm və düşündüm ki, niyə bizim küçələrdə bu cür abadlıq yoxdur?” fikrini bildirib. Maraqlıdır, xaricdən Azərbaycana baxış Malaxovun fikri ilə uzlaşır, yoxsa fərqlidir?



- Əvvəlcə onu xatırladım ki, dəfələrlə Malaxovla Azərbaycanda qonaq olmuşuq. Deyərdim ki, Azərbaycana gələn bir çox ziyalılar deyil, hətta sadə vətəndaşlar da Azərbaycanda köklü dəyişikləri görürlər. Veriliş zamanı da Malaxov qeyd etdi ki, azərbaycanlılar çox qonaqpərvər və gələn qonaqlara böyük sevgi hissi ilə yanaşırlar. Deyirlər ki, Azərbaycan tolerant ölkədi. Amma bu, söz olaraq deyil, həqiqətən də Azərbaycan tolerant ölkə kimi dünyaya bir nümunədir. Azərbaycanda bir çox millətlər yaşayır. Azərbaycanda dini xadimlər çox rahatlıqla dini geyimdə, gənclər müasir geyimlərdə şəhərdə gəzə bilirlər. Və siz bununla heç kəsin diqqətini çəkmirsiniz. Bir daha qeyd edirəm ki, müasir, qədim tarixə malik Azərbaycan sözün əsl mənasında, tolerant, multikultiralist ölkədir və Azərbaycanda bir çox gəziləsi, görüləsi yerlər var. Hər kəsə bu gözəlliyi yaşamağı və şahidi olmağı arzulayıram!





Yorumlar










Aktif Ziyaretçi 28
Dün Tekil 868
Bugün Tekil 723
Toplam Tekil 1935739
IP 54.224.13.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































2 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türkçüler Günü olan 3 Mayıs (1944) büsbütün ayrı bir düşüncenin sonucudur. İç düşman olan, kılık değiştirerek milletin içine giren ve hükümetin gafletinden yararlanan komünizme karşı Türkçü gençlerin bir uyarma yürüyüşüdür.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu