DÜNYANI FƏTH EDƏN DALĞALAR - Prof. Dr. Behmen SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









DÜNYANI FƏTH EDƏN DALĞALAR - Prof. Dr. Behmen SULTANLI
Tarih: 21.02.2016 > Kaç kez okundu? 1269

Paylaş


(Elektromaqnit dalğaları. təbiəti, tətbiqləri)

Biz hara gediriksə, harda oluruqsa, daim elektromaqnit (EM) şüaları əhatəsində oluruq. Günəş, hər birimiz, çevrəmiz, qəbuledici antenalar müxtəlif adlarla adlandırılmış EM şüaları saçır. İnsan orqanizmi də elektrik və maqnit sahəsinin qaynağıdır. Hər bir bioloji orqana müəyyən EM sahəsi xasdır. Yaşın keçməsilə yanaşı bu sahə də dəyişir. İnsanın EM sahəsini öyrənmək üçün işlədilən ensefaloqraf qurğusu ən təkmil cihazdır. O, başətrafı ayrı-ayrı nöqtələrdə sahəni ölçməyə, alınan sonuclara görə beyin qabığındakı elektrik aktivliyinin paylanmasını bərpa etməyə imkan verir. Bu, həkimlərə ensefaloqraf vasitəsilə bir çox xəstəliklər diaqnoz qoymağa imkan verir.EM dalğalarının kəşfi və istifadəsindən vur-tut 100 il zaman ötüb. Ancaq, elm baxımından bu az zaman kəsiyində EM dalğalarının bütün “dünyanı fəth etməsi” ilə “onun insana təslim olması” bir zamanda baş verdi. İndi biz öz həyatımıızı onlarsız təsəvvür edə bilmərik. EM şüaları evimizi işıqlandırır və qızdırır, qida hazırlamağımıza xidmət edir, dünyanın bütün guşələri ilə ani bağlantımızı təmin edir.

İsan varlığı boyu EM dalğaları ilə birgə olub. Günəş şüası, istilik almaq üçün istifadə olunan ocaq, insanın öz bədəninin buraxdığı EM dalğaları əski zamanlardan bəri insan varlığının müşaiyətçisi olmuş, həm də onun təbii şüa qaynaqlarıdır. Ancaq zaman keçdikcə EM dalğalarının şüalandırıcıları da artmış, istifadə sahələri günbəgün genişlənərək bizi radio-televiziya, kompyüter, mobil telefon, kosmik bağlantılar zamanına gətirib çatdırmışdır. Elektromaqnit dalğalarının köməyi olmadan canlı varlıq olmazdı, onun tətbiqi olmadan, elmin, texnikanın, tibbin, məişət yaraqlarının, hərbi sənaenin çağdaş yüksəlişi baş tutmazdı.

EM dalğalarının yaranma mexanizmi belədir: elektrik sahəsinin dəyişməsi maqnit sahəsinin dəyişməsini törədir və əksinə: maqnit sahəsinin dəyişməsi elektrik sahəsinin dəyişməsini. Ona görə də deyə bilərik: EM dalğaları dəyişən elektrik və dəyişən maqnit (burulğan) sahələrinin fəzada yayılma prosesidir. Dalğa isə, zaman keçdikcə fəzada yayılan rəqsə deyilir.

EM dalğaları eninə dalğalardır, yanı, elektrik sahəsinin intensivlik vektoru və maqnit sahəsinin induksiya vektoru dalğaların yayıldığı səmtə perpendikulyar istiqamətdə rəqs edir. Elektromaqnit dalğalarının hamısı bir yerdə elektromaqnit dalğalarının bütöv tayfı adlanır. Buna elektromaqnit dalğaları düzgüsü (şkalası) də deyirlər. O, dalğa uzunluğunun azalması (tezliyin artması) qismində aşağıdakı altı diapazona ayrılır.

Elektromaqnit dalğaları dalğa uzunluqlarına (və uyğun olaraq uzunluqlarına) görə altı diapazona bölünmüşdür: 1.Radiodalğalar; 2.İnfraqırmızı şüalar (istilik); 3.Görünən şüalar; 4.Ultrabənövşəyi şüalar; 5. Rentgen şüaları; 6.Qamma-şüalar.

Bütün şüa növləri mövcudluğuna görə eyni fiziki təbiətlidir: elektrik sahə vektorları və maqnit induksiya vektorları rəqslərinin eninəliyi; bircinsli mühitdə yayılmasının düzxətliliyi; iki mühit ayrılma sınırında sınması və qayıtması; interferensiya; difraksiya.

Radiodalğalar dalğa uzunluğu 105-10-3 metir (m) olan EM dalğalarıdır. Günəş, çevrəmizdəki cisimlər, radiodalğalar da yer almaqla, müxtəlif adlı (qısadalğalı, uzundalğalı...) EM dalğaları şüalandırır. Ayrı-ayrı atmosfer və ionosfer olayları, rəqs konturları, yarımkeçirici cihazlar , makroskopik vibratorlar, makroskopik vibratorlar, radiobağlantılar zamanı antenalardan axan yüsəktezlikli cərəyanlar da radiodalğa qaynaqarıdır.

Müxtəlif tezlikliyə və müxtəlif dalğa uzunluğuna malik radiodalğaların mühitdə udulması, yayılması və qayıtması da müxtəlif olur. Radiodalğalar qaz-boşalma trubkasının işıqlanmasını törədir, havada yaxşı yayılır, buluddan və atmosferdən əks olunur. Onlar vasitəsilə səslər, siqnallar, rəsmlər, telemetrik informasiyalar və bir çox başqa göndərişlər peyklərin köməyi ilə hər hansı məsafəyə simsiz ötürülür. Radiolokasiya çağdaş dəniz donanmasında, aviasiyada və kosmonavtikada böyük rol oynayır. Tibbin, fizioterapiyanın büöv bir istiqaməti müxtəlif xəstəlikləri müalicə etmək üçün elektromaqnit şüaları önəmli rol oynayır. Kəskin iltihab prosesində hamının tanıdığı qısadalğalı EM şüaları buraxan ultrayüksək tezlik cihazları tətbiq olunur. Orqanizmin toxumaları bu şüaları udur və istilik enerjisinə çevirir, bununla, xəstəliyin sağalma prosesi sürətlənməsinə yol açır. Uzun, orta və qısa dalğalara ayrılır, qazboşalma trubkasının işıqlanmasını törədir, havada yaxşı yayılır, bulud və dumandan səpilir



Ifrat yüksək tezlik diapazonunun mikrodalğaları və radiodalğaları 300 millimetrdən 1 millimetrədək uzunluğunda olur. Bir metirdən uzun dalğaları mikrodalğa və ya ifrat yüksək tezlikli dalğa adlandırırlar. Desimetrlik və metirlik dalğalar kimi santimetirlik dalğalar da atmosferdə udulmur. Bu səbəbdən, peyk bağlantısında, bir sıra başqa telekommunikasiya sistemlərində geniş işlədilir.

Yüksəktezlikli dalğaların ən kiçiyi sənayedə və məişətdə çoxlu tətbiq sahələri tapmışdır. Sənaye çörəkçiliyində və ev mətbəxində mikrodalğa sobaları bu gün geniş işlədilməkdədir. Mikrodalğa sobaları elektronların klistron adlanan qurğuda sürətlə dönməsinə əsaslanır. Bu sobalar işlədilərkən elektronlar su molekulunun udduğu müəyyən yüksəktezlikli dalğaları özündən şüalandırır. Ərzağı mikrodalğa sobasına qoyduqda onun tərkibində olan su molekulları mikrodalğa enerjisini udur, daha iti hərəkət edərək ərzağın qızmasına səbəb olur. Başqa sözlə, çöl yandan qızdırılan duxovkadan və ya sobadan fərqli olaraq, mikrodalğa sobası ərzağı içdən qızdırır.

İnfraqırmızı şüalar. Dalğa uzunluğu 2.10-3-8.10-7 m, tezliyi 3.1011-4.1014 Hs olan, başqa sözlə, radiodalğa diapazonu ilə görünən işıq diapazonu arasında yerləşən elektromaqnit şüaları infraqırmızı şüalar adlanır. Bu şüalanma istilik şüalanmasıdır, istiliyin infraqırmızı şüalanma yolu ilə bir cisimdən başqa cisimə keçməsi prosesidir. Başqa sözlə, müəyyən temperaturadək qızdırılmış istənilən cism infraqırmızı şüalanma qaynağıdır. Tayfın bu bölümünün şüalarını insan bilavasitə öz dərisi vasitəsilə istilik şəkilində duyur. Əli alov və ya közərmiş cisim səmtə uzadılarsa, istilik duyulacaqdır. Bu istilik infraqırmızı şüalar vasitəsilə verilir.

Günəş, ulduzlar, lazerlər, elektrik qövsü, közərmə lampaları, mərkəzi istilik batareyaları, qızdırıcı cihazlar, maşın mühərrikləri, insanlar, heyvanlar infraqırmızı şüalanma qaynaqlarıdır. Yer üçün ən güclü istilik şüalanması qaynağı Günəşdir: onun şüalandırdığı enerjinin yarıya qədəri yalnız elektromaqnit şüalarının infraqırmızı kəsiminə düşür. İnfraqırmızı şüalar interferensiya və difraksiya oluna bilir; şəffaf olmayan müəyyən cisimlərdən, eləcə də yağış, duman və qardan keçir; fotoplastinkaya kimyasal təsir göstərir; maddədə udularaq onu qızdırır; istilik, fotoelektrik fotoqrafiya yöntəmləri ilə qeydə alınır; cisimlərin elektrik müqavimətini dəyişir, dalğa xaslıqları göstərir, infraqırmızı şüalar görünməz şüalardır.

Yer üzündəki obyektlərin çoxu infraqırmızı dalğa diapazonunda enerji şüalandırdığı üçün infraqırmızı şüa detektorları çağdaş aşkarlama texnologiyasında böyük rol oynayır. Gecəgörmə cihazlarının infraqırmızı okulyarları (şüşələri) adamlara “qaranlıqda görmə” imkanı verir. Onların gücü ilə təkcə adamları deyil, həm də bir gün öncə qızan və axşam öz istiliyini infraqırmızı şüa şəklində ətraf mühitə verən texnikanı və qurğuları aşkarlamağa imkan verir. İnfraqırmızı şüa detektorlarından xilasetmə işlərində, məsələn, zəlzələ zamanı uçqun altında qalmış, ya da başqa bədbəxt olayın qurbanına çevrilmiş və ya qəzaya düşmüş canlı adamları aşkarlamaq üçün istifadə edirlər.

Yer səthi və bulud Günəş şüalarını udur və enerjinin böyük bölümünü infraqırmızı şüa şəkilində yenidən atmosferə buraxır. Atmosferdə bir sıra maddələr, başlıca olaraq su damcıları, su buxarı, karbon dioksid, metan, azot... infraqırmızı şüaları udur, Yerlə birlikdə bütün istiqamətlərə yenidən şüalandırır. Beləliklə, bu effekt atmosferi və Yer səthini infraqırmızı uducuları olmadığı şəraitdəkindən daha isti halda saxlayır.

Bəzi heyvanlarda (məsələn, dağ gürzəsində) hələ qanı soyumamış ölünün yerləşdiyi yeri onun bədəninin saçdığı infraqırmızı şüalara görə təyin edə bilən duyğu orqanı mövcuddur. Bu hal Yer üzündə yaşamın varlığı üçün çox mühümdür. İnfraqırmıızı şüalar fəzada yaxşı yayılır – onların yayılmasını nə duman və ozon qatı, nə də atmosfer əngəlləyə bilmir.

Cisimlərin təsvirini qaranlıqda, gecəgörmə cihazlarında (gecə binoklları), dumanda ala bilir; kriminalistikada,tibbdə, hərbdə, məişətdə, sənayedə boyanmış məmulatların, binaların divarlarının, oduncaqların, meyvələrin qurudulmasında geniş istifadə edilir.



İnfraqırmızı şüalar məsafədən idarəetmədə, avtomatikada, mühafizə sistemlərində və bir sıra başqa sistemlərdə tətbiq olunur; infraqırmızı aparatura hərbi texnikada (məsələn, raket sahmanlanması, uzaqda təyyarələrə və helikopterlərə göndərilən mərmilər də bu yanaşma ilə işləyir. Mərmi, uçan obyektdən gələn istilik şüalarına tərəf uçur, mülki texnikada da geniş tətbiq tapmışdır. İlk infraqırmızı döyüş yaraqlarını İkinci Dünya Müharibəsi zamanı almanlar işlətmişlər. İnfraqırmızı şüalarla əlac tibbdə geniş yayılmışdır. Bu şüalarların əlac effekti iltihab əlehinə, limfoirinçəkici, damargenişləndirici təsirlərlə özünü göstərir. İnfraqırmızı şüaların terapevtik istifadəsi daha geniş yayılmışdır. Bu şüalar orqanizm toxumalarının başqa işıq şüalarına nisbətən daha dərinliyinə keçir.

İnfraqırmızı şüalar sənayedə dərmanların səthini qurutmaq, yeyinti məhsullarının sterilizələşdirilməsi üçün tətbiq olunur; infraqırmızı şüaların yeyinti sənayesində tətbiqinin özəllikləri taxıl, yarma, un kimi məsaməli ərzaqlara elektromaqnit dalğalarının nüfuz etmə imkanlarının olması ilə bağlıdır. Şüalar məhsullara yalnız termiki, həmçinin bioloji təsir göstərmir, bioloji polimerlərdə (kraxmal, zülallar, lipidlər) biokimyasal proseslərin sürətlənməsinə kömək edir.

Bina və otaqların qızdırılması, lak-boya təbiətli örtükləri, tərəvəz və meyvələri qurutmaq üçün də infraqırmızı şüalardan istifadə edirlər. Nəsnənin infraqırmızı təsvirini görünən təsvirə çevirən gecəgörmə cihazları sutkanın qaranlıq çağlarında müşahidə aparmaq, binaların, otaqların divarlarında, Yer səthində, insan bədənində temperatur zonalarını öyrənmək üçün istifadə olunur.

İnfraqırmızı şüalar iltihab proseslərinin geriyə sorulmasını tezləşdirir, itirilmiş toxumaların (orqanların) yenidən bərpasını təmin edir, yerindəcə müqavimətə və infeksiyaya qarşı müdafiə yaradır.

Görünən işıq. Elektromaqnit dalğaları tayfının 770-380 nanometir arasında yerləşən bölümü görünən işıq dalğalarına aiddir. İnsan gözü bu diapazonun dalğalarını qeyd etmək və çözmək üçün ən yaxşı vasitədir. Bu, iki səbəbə əsaslanır. Birincisi, tayfın görünən bölümünün dalğaları atmosferdə əngəlsiz yayılır. İkincisi, Günəş səthinin temperaturu (50000 C) onun şüa energisinin ən yüksək həddinin tayfın görünən bölümünə düşməsinə imkan verir. Beləliklə, baş enerji qaynağımız olan Günəş təkcə görünən işıq diapazonunda külli miqdarda enerji şüalandırır. Bu şüalar üçün çevrəmizdəki mühit yetərincə şəffafdır. Buna görə də, gözün təkamül prosesində insanda elektromaqnit dalğaları tayfının bu bölümünü duyma və qavrama qabiliyəti formalaşmışdır. Biz ətraf aləm haqqında bütün bilgiləri görmə vasitəsilə aldığımız üçün, görünən şüalar həyatımızda son dərəcə mühüm önəm daşıyır. Görünən işıq bitkilərin inkişafı və Yer üzündə həyatın varlığı üçün mühüm şərtdir.

Elektromaqnit şüaları elektromaqnit sahəsini səciyələndirən mühüm fiziki kəmiyətlərdəndir; görünən işıqda rənglər onların dalğa uzunluqlarının azalması yönümündə qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi ardıcıllığı ilə dəyişir; ən böyük dalğa uzunluğuna uyğun gələn rəng tayfın qırmızı sınırını təyin edir; ən kiçik dalğa uzunluğuna uyğun gələn bənövşəyi işıq bənövşəyi sınıra uyğundur. Ağ işıq prizmada tərkib bölümlərinə ayıran zaman, müxtəlif dalğa uzunluqlu şüaların müxtəlif bucaqlar altında sınaraq tayf yaratması olayı orta məktəbin fizika dərsliklərində verilmişdir.





Ultrabənövşəyi şüalar dalğa uzunluğu 4.10-7-3.10-8 m, tezliyi 7,5.1014-3.1017 Hs olan elektromaqnit dalğalarıdır. Ultrabənövşəyi (UB) şüalar günəş işığının tərkibində insan dərisinin qaralmasına səbəb olan bioloji proseslər törədir. Günəş tayfında, məsələn, mülayim (tayfın görünən bölümünə yaxın dalğa uzunluğu) ultrabənövşəyi şüalar orta dozada insan bədənində qaralma, artıq dozada isə ağır yanıq törədir. Şiddətli ultrabənövşəyi şüalar bioloji hüceyrələr üçün məhvedicidir və buna görə səhiyədə cərrahlıq alətlərinin, tibb avadanlıqlarının səthindəki bütün mikroorqanizmləri məhv etmək məqsədilə işlədilir.

Diskotekalarda UB lampalardan istifadə olunur, onların altında rəngli material işıldamağa başlayır. Bu şüalar heyvan və bitkilər üçün nisbətən təhlükəsizdir. Yapma qaralma üçün və tibbdə işlədilən UB lampalar gözün qorunmasını tələb edir, çünki görmənin müvəqqəti itməsinə səbəb ola bilər. Otaqları zərərsizləşdirmək üçün işlədilən bakterisid UB lampalar dəriyə kanserogen etki göstərir, bitkilərin yarpağını yandırır.

Yer üzündə yaşayan canlıları şiddətli UB şüaların öldürücü etkisindən atmosferin ultrabənövşəyi şüaları udan ozon qatı qoruyur. Bu təbii qoruyucu olmasaydı, Yer üzündə canlı varlıqlar məhv olardı və həyatın mövcudluğu mümkün olmazdı. Ancaq, ozon qatının olmasına baxmayaraq, sərt UB şüaların hansısa bölümü Yer səthinə çatır, və, xüsusilə bəbəlik çağından solğunluğa meyilli olan, bununla da Günəş şüalarında normal qaralmadan mərhum olan adamlarda dəri xərçəngi törədə bilir.

UB şüalar günəş işığının tərkibində insan dərisinin qaralmasına səbəb olan bioloji proseslər törədir. UB şüa qaynağı qismində tibbdə qazboşalma lampaları işlədilir. Belə lampaların trubkasını UB şüalar üçün şəffaf olan kvarsdan qayırırlar (bu lampaları kvars lampaları adlanır).

UB şüaların Yerdə başlıca təbii qaynağı Günəşdir. UB şüaların Yer səthindən yuxarıda ümumi miqdarı atmosfer ozonunun qatılığından, Günəşin üfüqqdən olan məsafəsindən, dəniz səthindən olan hündürlükdən, atmosfer səpməsindən, bulud örtüyünün durumundan, UB şüaların suyun, torpağın səthindən əksolunma dərəcəsindən asılıdır.

Yapma şüalar sırasında Civə-kvars lampaları, bakterisid və lyüninesent lampaları, işıq diodları fərqləndirirlər. UB şüa qaynağı qismində tibbdə qazboşalma lampaları işlədirlər. Belə lampaların trubkasını UB şüalar üçün əngəlsiz olan kvarsdan qayırırlar. Ona görə, bu lampalar kvars lampaları adlandırılır. Temperaturu 1000 dərəcə selsidən yuxarı olan, həm də civə buxarı ilə işıqlanan bütün bərk cisimlər UB şüa qaynağıdır. Günəş, kosmos, lazerlər, elektrik lampaları bu qaynaqlar sırasındadır. Heyvanların çoxu insanın görmədiyi, yəni görünən diapazonda olmayan şüaları görmək qabiliyətindədir. Məsələn, arı və bir çox başqa böcəklər işığı UB diapazonda görürlər, bu da onlara çiçəklərdən şirə tapmağa kömək edir. Böcəklərlə tozlandırılan bitgilər UB oblastda parlaqdırlarsa, onlar artım baxımından daha əlverişli durumda olurlar. Quşlar da ultrabənövşəyi şüaları görmək qabiliyətindədirlər, bəzi növlər isə, hətta qarşı tərəfi özünə cəlb etmək üçün yalnız UB şüada görünən lələyə malikdirlər.

Yüksək kimyasal aktivlik (gümüş xloridin parçalanması, sink-sulfid kristallarının işıq saçması), böyük nüfuzetmə qabiliyəti, mikroorqanizmləri öldürə bilməsi, kiçik dozalarda insan orqanizminə faydalılığı (qaralma), böyük dozalarda mənfi bioloji təsir göstərməsi, toxumaların inkişafını və maddələr mübadiləsini dəyişməsi, gözə, fotoelementlərə, lüminisent maddələrə etki göstərməsi, bakterisidliyi, foto-kimyasal reaksiya yaratması, ozonda udulması, müalicə xaslığına malik olması, gözlə görünməzliyi UB şüaların başlıca xaslıqlarına aiddir.

UB şüalar xəstəliktörədən bakteriyaları öldürməyə qabil olduğundan, onları tibbdə geniş tətbiq edirlər. UB şüaları hər şeydən öncə, kosmik və tibb məqsədləri üçün tətbiqdə görürük. Bu şüalardan, həmçinin çap işində, su və havanın zərərsizləşdirilməsində, yeri gələndə, polimerləşmədə və materialların fiziki halının dəyişdirilməsində istifadə olunur. Günəş tayfında yumşaq (uzundalğalı) UB şüalar, məsələn, orta dozalarda qaralma, artıq dozalara isə, ağır yanıq törədir. Sərt (qısadalğalı) UB şüalar bioloji hüceyrələr üçün öldürücüdür. Buna görə o, cərrahlıq alətlərini və avadanlıqlarınının səthindəki mikroorqanizmləri öldürmək məqsədi ilə işlədilir. UB şüalardan orqanik maddələrin kimyasal quruluşunu və bir sıra fiziki xarakteristikasını öyrənmək üçün də istifadə edirlər

5.Rentgen şüaları dalğa uzunluğu 10-8-10-12 m, tezliyi 3.1016-3.1020 Hs olan, gözlə görünməyən EM şüalarıdır. Rentgen trubkası, lazerlər, betatron, günəş tacı, göy cisimləri sürətlənmiş yüklü hissəciklərin etkisi ilə baş verən atom prosesləri rentgen şüalarının qaynaqlarıdır.

O, görünən işıq üçün şəffaf olmayan maddələrin xeyli qalın təbəqəsindən udulmadan keçir. Rentgen şüalarını bəzi kristallarda müəyyən işıqlanma yaratması və plyonkaya etki göstərməsi ilə müəyyənləşdirirlər. Rentgen şüaları güclü bioloji etki göstərmək gücündədir. Kristal qəfəsdə interferensiya və difraksiya edir, güclü sızıbkeçmə qabiliyəti göstərir, bir sıra maddələrdə lüminesensiya yaradır, çanlı orqanizmin hüceyrələrinə, fotoemulsiyaya etki göstərir, qazları ionlaşdırır, kristal qəfəsin atomları ilə qarşılıqlı etkidə olur, zərrəcik xaslığına malikdir, görünmür

Rentgen şüaları vasitəsilə insan bədənini şüalandırmaq, sümüyün, rentgenoqrafiya və rentgenoskopiya kimi çağdaş cihazlarda isə, iç orqanların təsvirini alınmasına, materiallarda (relslərdə, qaynaq tikişlərində ...) defektlərin tapılmasına imkan verir. Şüa terapiyasının bir bölməsi olan rentgenterapiyadan insan bədəninin üz bölümündə yerləşən şişlərin, eləcə də başqa xəstəliklərin müalicəsində istifadə edilir. Tibbdə iç orqanların xəstələnməsi diaqnostikası, sənayedə müxtəlif məmulatların iç strukturunun, qaynaq bitişiklərinə kontrol olunması bu şüaların köməyi ilə mümkün olur. Rentgen şüaları vasitəsilə elmdə maddələrin kristal quruluşunu, kimyasal tərkibini təyin edirlər. Bu şüalar aeroportlarda əl yüklərinin nədən ibarət olduğunun təyin edilməsində işlədilir.



Rentgen şüaları orqanizmin yumşaq toxumalarından sızıb keçmək gücündə olduğu tibb diaqnostikasında əvəzsiz vasitədir. Rentgen şüalarının tətbiqi onun kəşfindən (1895 il) az keçməmiş Parij xəstəxanalarının birində rentgen çəkilişi ilə başladı.

6.Qamma-şüalar. EM tayfında ən kiçik dalğa uzunluqlu (10-11-10-13 m) və ən böyük tezlikli (3.1019-3.1029 Hs) şüalar qamma-şüalardır. Coşmuş atom çəkirdəkinin saçdığı EM şüaları qamma-şüalar adlanır. Qamma-şüalar özlərini eninə dalğalar kimi aparırlar.

Radioaktiv parçalanmalar, betatron, çəkirdək prosesləri və kosmik proseslər, coşmuş halda atom çəkirdəklərinin keçidləri zamanı buraxılır. Öz enerjisinin bir bölümünü elektronlara verməklə atomların elektron təbəqələri ilə qarşılıqlı etkidə olur. Dalğa enerjisinin artması və maddə sıxlığının azalması ilə qamma-şüaların sızma imkanları böyüyür. Çox güclü sızıbkeçmə, güclü bioloji təsir göstərmə qabiliyətinə malikdir. Rentgen şüalarının diapazonunu qismən örtür, daha güclü dərəcədə korpuskulyar-kvant xaslığı büruza verir, cisimlərin atom və molekullarını ionlaşdırır, canlı hüceyrəni dağıdır, elektrik və maqnit sahələri ilə qarşılıqlı etkidə olmur. Yer atmosferi kosmosdan gələn EM şüalarının yalnız bir bölümünü buraxır, qalanlarını, məsələn, qamma-şüaları demək olar, udur. Bu hal Yerdə canlıların mövcudluğunu mümkün edir. Qamma-şüalar rentgen şüaları diapazonunu qismən örtür, cisimlərin atom və molekullarını ionlaşdırır, canlı hüceyrələri məhv edir, elektrik və maqnit sahələri ilə qarşılıqlı etkidə olmur.

Qamma-şüalar tibbdə şişləri müalicə etmək üçün, iş və yaşayış yerlərini, aparaturanı və dərman preparatlarını sterilizə etmək üçün işlədilir. Həyat şəraitinin dəyişməsi etkisi altında orqanizmdə yeni bioloji xaslığın əmələ gəlməsi üçün tətbiq edilir. Texnikada, məsələn, metallik detallarda defektləri tapmaq (qamma-defektoskopiya) üçün tətbiq olunur. EM dalğaları yeyinti sənaesində yeyinti məhsullarını sterilizə etmək üçün işlədilir. Onlar çoxyüksək enerjili fotonlardan ibarətdir və onkologiyada xərçəng şişlərinə əlac etmək üçün işlədilir. Qamma-şüalar, texnoloji proseslərin diaqnostikasında, atomların iç strukturunun açılması işində, tibbi terapiya və diaqnostikada, geologiyada karotaj üçün, qammq-lazerlərdə, hərbi işlərdə geniş işlədilir. Onkologiyada xərçəng hüceyrələrinin keyləşdirilməsində işlədilir.

Sonda EM şüalarının bütün növlərinin özlərini müxtəlif cür büruza verdikləri müşahidə olunsa da, onlar mahiyətcə bir-birinə yaxındırlar. EM dalğaları tayfın istənilən bölümündə özlərini boşluqda və ya mühitdə elektrik və maqnit sahələrinin eninə yayılan rəqsləri kimi göstərirlər hamısı vakuumda c işıq sürəti ilə yayılırlar, bir-birlərindən yalnız dalğa uzunluğuna, tezliklərinə, sonuc olaraq, daşıdıqları enerjiyə görə fərqlənirlər. Yanı, deyilən diapazon sınırları şərtidir. Xüsusilə, mikrodalğalı şüalanmanı haqlı olaraq üstyüksəktezlikli radiodalğa diapazonuna aid edirlər. Sərt UB və yumşaq rentgen, həm də sərt rentgen və yumşaq qamma-şüalar arasında dəqiq sınır yoxdur.

Prof. Dr. Behmen SULTANLI





Yorumlar










Aktif Ziyaretçi 20
Dün Tekil 753
Bugün Tekil 61
Toplam Tekil 1983057
IP 107.20.120.65






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































27 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Körler çarşısında ayna satma, sağırlar çarşısında gazel atma.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu