“TÜRK” ETNONİMİNƏ BAXIŞ - Yunus OĞUZ - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









“TÜRK” ETNONİMİNƏ BAXIŞ - Yunus OĞUZ
Tarih: 08.02.2016 > Kaç kez okundu? 914

Paylaş


Giris



Tarix üçün “etnonim” anlayışının öyrənilməsinin vacibliyini bu sahədə çalışan çoxsaylı alimlər həmişə qeyd etmişlər.

“Etnonimin yaranması, onun coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, digər bir sözlə, etnonimin bütün tarixi bu və ya başqa şəkildə etnosun tarixi ilə bağlıdır. Tarixin dərin əsrlərinə endikdə etnonim və etnos anlayışları daha dolğunlaşır” və bunları tədqiq etmək daha da asanlaşır. R. Q. Kuzev yazır ki, etnonimin öyrənilməsi mürəkkəb və çoxpilləli tarixin dərin qatlarının tədqiq edilməsinə imkan verir (Р.Г.Кузев. «Происхождение башкирского народа. Этнический состав расселения». Москва,1974. 76-77).

M. B. Kryukov “Eramızdan əvvəl II-I minilliklərdə Qədim Çin yazılı abidələrində dünyanın etnik xəritəsi”adlı əsərində yazır: “Etnonimin nəzəri problemlərinin tədqiqatı (ən əsası onların yaranması və funksiya daşıyıcıları) etnik insanların tarixi tipologiyası üzrə mürəkkəb xüsusiyyət yaratmaqla yanaşı, həm də mürəkkəb komplekslərin çözülməsinə imkan verir” (М.В. Крюков. «Об этнической картине мира в древнекитайских письменных памятниках II-I тыс.до н.э., Книга «Этнонимы». Москва, 1970. 34).

Etnonimlərin həqiqi etimologiyasını öyrənmədən və bilmədən tarixçilər ictimaiyyəti çaşdırıcı yola apara bilər. Bu barədə rus tarixçisi D. İlovayskiy xəbərdarlıq edir: “Xalqların əsrlər tarixində, biz daim adların dəyişməsini görürük, bu da bizi mənbələrdən uzaqlaşdırır və rus, bulqar, xəzər xalqlarının tarixinin öyrənilməsində çox güclü təsirini göstərir; ancaq tarixşünaslıq elmi dediklərimdən kənarda qalır və yeni xalqlarla rastlaşdıqda, onları yeni xalq kimi qeydə alır”. (Д. Иловайский «Разыскания о начале Руси. Вместо введения в русскую историю». Москва, 1882. 259). D. E. Yeremeyev izə özünün “Türk etnonimlərinin semantikası” adlı əsərində qeyd edir ki, türk etnonimləri həm məzmun, həm də formaca müxtəlif və çoxşaxəlidir. Çox zaman isə bu sosiumun etnik tarixinin yaranmasını əks etdirir və etnogenetikanın tədqiqatında əlavə mənbə rolunu oynayır (Д.Е. Еремеев. «К семантике тюркской етнонимии». Книга «Этнонимы» . Москва, 1970. 134).

Etnonimlərin etimologiyası türkşünaslıqda ən çətin məsələ olaraq qalır (Н.А.Баскаков. «Модели тюркских етнонимов и их типологическая классификация». Книга «Ономастика Востока». Москва, 1980. 199) və bunun həlli yeni mənbələr axtarmaq və araşdırmanı davam etdirmək lazımdır.

Avropada eramızın VII əsrində, ilk dəfə olaraq Troya (Turova) haqqında əfsanələr gəzəndə, əvvəlcə “türk” sözünə ciddi diqqət yetirməyə başladılar, çünki Troya çarının adı TORQURUS “türk” etimologiyası ilə çox uyğun gəlirdi.

Qeyd etmək lazımdır ki, “Avesta”nın qəhrəmanlarından biri Tur olub.

Firdovsinin “Şahnamə”əsərində də “TURAN” sözünün “tur”, daha sonra isə “türk” termini ilə bağlılığı göz qabağındadır.

“Divanü lüğati-it-Türk” əsərində Mahmud Kaşğari “türk” sözünü üç mənada verib:

1. Türk kudaş edi- günəş göyün ortasında

2. Türk üzüm edi- üzümün dəymiş vaxtı

3. Türk yigit- ər türk, döyüşkən cavan (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006. 5)

“Qədim türk sözlüyü”ndə isə “türk” termini aşağıdakı mənaları verir:

1. Türk- güclü, qüdrətli

2. Türk- tayfalar ittifaqı («Древнетюркский словар». Л., 1969. 599)

Azərbaycan tarixçisi Altay Məmmədov Türkiyə alimi Adilə Aydana istinadən qeyd edir ki, ərəb əlifbası ilə iki şəkildə yazılan “türk” sözü dörd cür oxuna bilər: “TÜRK, TÜRÜK, TÖRK, TÖRƏK”. Daha sonra o yazır: “Türk qrammatikası formalaşma mərhələsində ikən bir qisim türklər verimli-məhsuldar bir torpağa yerləşib köçərilikdən əl çəkəndə, bunlara başqa türklər- “TUR”lar, “TURUK”lar, DURALLAR demişlər” (A.Məmmədov. “Oğuz səltənəti”. Bakı, 1992. 151-152)

Göründüyü kimi, yuxarıda qeyd etdiyimiz “türk” sözünün dörd cür oxunuşuna təəssüflər olsun ki, uzun illər diqqət yetirilməmiş, eyni məna daşıyan bu sözlərə müxtəlif interpretasiya vermişlər.

F. Ağasıoğlu “Azər xalqı” kitabında sözlərimizin təsdiqi kimi yazır: “Qədim Azərbaycanda türk adlı boylar m.ö. III minillikdə qurulan Aratta, Quti, Lulu dövlətləri zamanında üzdə olmasalar da, həmin dövlətlərin qurulmasında digər türk boyları ilə birgə iştirak etmişlər.

Assurları (aşşurlar – Y. O.) ən çox narahat edən məlumat türk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li tabletdə verilən məlumat xarakterikdir.

“Turuk duşmani çıxdı və ( ... )yə getdi.

O, Kakkulatimi işğal etdi... bu hücumdan bəzi turukların sayı çox görünmür.

Ancaq arta bilər. Onlar gəlməyə davam edəcək” (F.Ağasıoğlu. “Azər xalqı”. Bakı, 2009. 44-45).

Ümumiyyətlə “türk” termininin mənasını dünya alimləri müxtəlif cür yozmuşlar. Məsələn, Vamberi və L. Munkaçi “türk” sözünə “yaradıcı”, “insan”, V. Tomson və Y. Nemət “güc”, “qüvvə” mənasının verilməsini daha məqsədə uyğun hesab edirlər.

Bununla yanaşı “türk” sözünə yanaşmada iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyə tərəfdarları hesab edirlər ki, “türk” etnoqrafik termindir. İkincilər isə belə düşünürlər ki, bu sözə yalnız siyasi anlamda yanaşmaq düzgün olardı. Akademik V.V. Bartold ikinci nəzəriyyənin tərəfdarıdır və “türk” sözünü etnoqrafik termin hesab etmir (B.B. Бартольд. «Сочинения». Т. I-IV. Москва, 1958. II. 553). O, iddia edir ki, “türk” sözü “qanun”, “adət” deməkdir və “türk” < “türü” “xalqların qanun əsasında birləşməsi” anlamını verir. Lakin akademiklər A.N.Kononov və N.Y.Marr V.V.Bartoldun bu fikri ilə razılaşmır və belə hesab edirlər ki, V.V.Bartoldun yazdıqları mülahizələrdən başqa bir şey deyil və bunun inkişafı bu sahədə özünə yer tapa bilmədi.

Qeyd etməliyik ki, A.N.Kononov N.Y.Marrın “türk” sözünün “tar-xan”dan yaranması fikri ilə razılaşır və bu termin altında Tanrı tərəfindən seçilmiş təbəqə və tayfa birləşmələrinin eyni kökdən olan ittifaqı kimi qəbul edir.

A.N.Kononov yazır: “Burada mən diqqəti N.Y.Marrın dediyi sözlərə yönəltmək istəyirəm. Belə ki, “türk” termini Allaha bərabər olan seçilmiş təbəqə ilə bağlıdır” (A.Н.Кононов. «Опыт анализа термина «трюк»». 43).

Qeyd etməliyik ki, “tar” sözünün “türk” termininə sinonim olması bir çox müasir alimlərimiz tərəfindən təsdiq olunur. Məsələn, professor F.Ağasıoğlu yazır: “Proto-azərlərin (həmçinin proto-türklərin) mənşəyinə işıq salan teonimlərdən biri də tar/tur allomorfu ilə işlənən Tar sözüdür ki, bu da sonralar türk (tur-uk) etnonimin yaranmasına səbəb olmuşdur. Azər dialektlərində bu gün də Tarı sözü “Allah” anlamında işlənir” (F.Ağasıoğlu. “Azər xalqı”. Bakı, 2009. 296)

Sonralar Tar/Tur termini müxtəlif toponim, etnonim, hidronim, həmçinin adlarda öz əksini tapmışdır. Turan, Turova, Tural, Tarkan, Terek, Taran, Tar. Qəribədir ki, Troyadan İtaliyaya məlum səbəbdən köç etmiş etruskların ulu babasının adı Tarkan olmuşdur. Çinin qərbində yaşayan uyğurlara, həm də “tarançı” deyirlər. Tatar sözü “tarlıq tatarları” sözünə bərabərdir.

Qeyd etmək yerinə düşərdi ki, tarixin atası Herodot iskitlərin (skiflərin) soy-kökü haqqında yazarkən aşağıdakı önəmli sözləri qeyd edir: “...Bir vaxtlar hələ məskulaşmamış bu ölkənin ilk sakini TARQITAY (kursiv-Y.O.) adlı bir adam olmuşdur. İskitlərin (skiflərin) dediyinə görə, Tarqıtayın atası Zevsdir, anası isə Borisfen çayının qızıdır (iskitlər burada israr etsə də, mən buna inanmıram). Belə bir əsil-nəsəbi olan Tarqıtayın da üç oğlu varmış...” (Herodot. “Tarix”. Bakı, 1998. 218).

Yeri gəlmişkən, eyni dilə və inanca malik olan bütün tayfaların birləşmiş adı türk olsa da, siyasi baxımdan bunu “EL” adlandırırdılar. Maraqlıdır ki, “el” sözü həm siyasi ittifaq, həm ordu, həm də tayfaların birliyi kimi nəzərdə tutulurdu.

“El” termini tarixi semantika baxımından indiki ənənəvi çalarlarla (“Oğuz elləri”, “Kafir elləri”, “El-oba”) yanaşı, siyasi səpkidə- dövlət mənasında işlədilir. Bu sözə “Kitabi-Dədə-Qorqud”da tez-tez rast gəlirik. Burada “El” sözü həm də siyasi məna daşıyır (103). Məsələn, “Eldə yağı yox ikən, sənin babanın üstünə yağı gəldi” cümləsində “el” siyasi termin kimi verilmişdir.

Mahmud Kaşğarinin lüğətində də “El” termini öz mahiyyətini itirmir:

El=el, vilayət (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, I. 122, II. 39, 51, 240, III. 26, 131, 210)

El= açıqlıq, boşluq (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, I. 122)

Elbaşı= atabaxan, mehtər, vilayətin başçısı (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, I. 122)

El= iki bəy arasında barışıq (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, I. 122)

Elbol= sülh, barışıq etmək (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, I. 122)

L.N.Qumilyova görə isə qədim türklər böyük bir ərazini “El”adlandırırdılar.

F. Ağasıoğlu “El” sözünü başqa bir nöqteyi-nəzərdən yanaşır. Biz onun fikirlərinə diqqət yetirməyə və bölüşməyə borcluyuq. O, yazır: “Ulu soydaşlarımızın qurduğu Quti elinin tarixi, həm də demokratiya tarixi kimi qiymətlidir, çünki, əsl xalq hakimiyyəti olan demokratik seçki ilə formalaşan iqtidar institutu olan Quti eli hakimiyyətin atadan oğula keçdiyi qonşu Akkad, Şumer, Elam dövlətlərindən fərqlənirdi. Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə- “El” sözü ilə ifadə olunması da türk etnosunun demokratik ruhunda yaranmışdır”(F.Ağasıoğlu. “Azər xalqı”. Bakı, 2009. 149).

“Qədim türk sözlüyü”ndə də “el” sözü müxtəlif mənalarda işlənir:

1. El- tayfa ittifaqı; ( men elig etmiş men – mən tayfaların ittifaqını yaratdım)

2. El- xalq

3. El- dövlət

4. El begi- vəzifədə olan

5. El kün- xalq

6. Elçi- səfir, qasid, elçi («Древнетюркский словар». Л., 1969. 168-169)

A.N.Baskakov “türk” termininin qohum tayfaların münasibətlərindən və ittifaqından yaranan bir söz olduğunu iddia edir (Н.А.Баскаков. «Модели тюркских етнонимов и их типологическая классификация». Книга «Ономастика Востока». Москва, 1980. 201).

A.N.Kononov isə hesab edir ki, müasir xüsusi ədəbiyyatda rast gəlinən “türk, turuk, turkü, türküt” sözlərindən ən düzgün olan variantı və düzgün oxunası “türk” terminidir (А.Н.Кононов. «Грамматика языка тюркских гунических памятников VII-IX вв». Москва, 1976. 46-47).

L.N.Qumilyov isə qeyd edir ki, istənilən xalqın tarixi kök etibarı ilə qədimə çıxıb gedir və konkret tarixdən başlanır (Л.Н.Гумилев. «Дверние тюрки». М.,1967. 26).

Qədim türk lüğətində, əgər semantika nöqteyi-nəzərdən yanaşsaq “türk” sözünü “tör”lə də əvəzləmək olar. Bu zaman bunun mənası “layiqli yer” kimi də başa düşülə bilər.

E.M.Murzayeva, M.Q.Pavlova kimi alimlər qeyd edirlər ki, qazax, qırğız, pamir, ispan, katalan və başqa dillərdə “tör”, “tor” sözləri “yuxarı”, “yüksək”, “zirvə”, “dağ”, “qüllə”, “bürc”, “dağın ən yüksək zirvəsi”, “yüksək dağlıq yer”, “layiqli yer” mənasını verir (Е.М.Мурзаева. «Избранная тюркская географическая лексика»; М.Г.Павлова. «О структуре и семантике киргизских топонимов». Книга «Ономастика Востока». Москва, 1979 82-83).

Bu açmalar bir daha göstərir ki, “tör”, “tor” sözləri müxtəlif mənalarda işlənsə də, hamısı “yuxarı”, “yüksəklik” anlamları ilə üst-üstə gəlir, yəni bu sözlərdən yaranan “türk” sözü də yüksəkdə duran bir xalq, yaxud tayfa kimi nəzərdə tutulur və bu yüksəklik “güc” və “qüvvə” olaraq cəmiyyətini iyerarxiyasına tətbiq olunur.

XIII əsrdə Qaraqorumda olan səyyah Marko Polo xaqanın ziyafətində iştirak edərkən bu iyerarxiyanı belə təsvir edir: “Ziyafətdə böyük xaqan (Xubilay xan) masa arxasında belə oturur; onun masası digər masalardan çox yuxarıda durur. Xan zalın dərinliyində arxası şimala, üzü cənuba yerləşir. Sol tərəfində böyük və sevimli xatunu, bir az aşağı masada oğulları və yaxın qohum-əqrəbası otururlar. Özü də onlar masalarına əyləşərkən başları xaqanın ayaqları bərabərliyində olmalıdır. Bir az aşağıda isə adlı-sanlı əyanlar və onların xanımları yerləşirlər... Burada hər kəs öz yerini bilir və hər kəs böyük xaqanın müəyyən etdiyi qaydada əyləşməlidir” (Марко Поло. Москва,1955. 111).

Göründüyü kimi “türk” sözünün anlamına XIX-XX əsrlərdə müxtəlif cür yanaşsalar da, iqtibas gətirdiyimiz alimlər, yanaşmaları müxtəlif olsa da, eyni fikirdə olurlar ki, bu söz “güc”, “qüvvə” mənasını verir. Təbiidir ki, “güc”, “qüvvət” olan bir yerdə millətin “layiqli”, “yüksək”də yer tutması heç kimi təəccübləndirməməlidir.

Biz də belə fikirləşirik ki, birinci element “türk” termini “TÜR” sözünün fonetik variantıdır. Bu söz bizi qəbilələrin, tayfaların, xalqların çox qədim vəziyyətinə gətirib çıxarır. TÜR (TİR-TÖR-TÖS) elementi bizi türk elementilə ibtidai totem baxışlarla başlayır. TİR-TÖR-TÖS-ün semantikası imkan verir ki, bu söz “məbəd yeri”, “seçilmiş yer”, “obada ən yaxşı yer”, “ocaq başında ən başlıca yer” mənasında “hakim”, “ağa”,”qanun”, “adət”ə qədər uzun bir yol keçsin. Elə M. Kaşğaridə də TÖR/TÖRƏ evin yuxarı başı, divanı, kürsüsü (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, III 130, 209), TÖRÜ sözü adət-ənənə və törədilmək, yaradılmaq kimi başa düşülür (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, IV 565), “El kalır, törü kalmas, yəni eldən vaz keçmək olar, törədən vaz keçmək olmaz” (M.Kaşğari. “Divani-lüğati-it-Türk”. Bakı, 2006, III. 209).





Yorumlar










Aktif Ziyaretçi 9
Dün Tekil 565
Bugün Tekil 203
Toplam Tekil 1982789
IP 54.92.194.75






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































22 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu