Mobil telefonlar və sağlamlıq - Prof. Dr. Bəhmən Yunus SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









Mobil telefonlar və sağlamlıq - Prof. Dr. Bəhmən Yunus SULTANLI
Tarih: 01.02.2016 > Kaç kez okundu? 1004

Paylaş


Mobil telefon və mobil bağlantı həyatımıza ildırım sürətilə və dönməz olaraq daxil olub. Telefon hamıda və hər yerdə var, o, çox “ağıllı” və faydalıdır. Artıq, onsuz keçinmək olmaz. Bununla, hamıya məxsus olan və hamının adət etdiyi mobil telefon qarmaşıq texniki qurğudur, ondan istifadə təkcə düyməni və onun funksiyalarını bilməkdən ibarət deyil. Mobil telefonun başlıca texniki parametirlərinə və xarakteristikalarına fikir verməmək insan sağlamlığı üçün xoşagəlməz sonuclar verə bilər. Çünki o, elektromaqnit şüalanmaları qaynağıdır.

Bir zamanlar insanlar ən adi xəstəliklərin əlində əsir idilər, indi artıq o xəstəliklər sağalan xəstəliklər sayılır, onların yerini “xərçəng” tutmuşdur. Bu xəstəlik daha amansızdır, insanda baş qaldırıb onun orqanlarında yayıldısa, əlacı tapılmır. Xərçəng xəstəliyini doğuran səbəblər də onu tutanların sayına mütənasib olaraq artır. Onlardan biri və məişətimizdə özünə möhkəm yer qazanmış olanı elektromaqnit şüalarıdır. Elektromaqnit şüaları olmadan, həyatı təsəvvür etmək mümkünsüzdür. Əslində, bu dalğalar çox müxtəlif qaynaqlarda şüalanır və elektromaqnit sahəsi şəkilində ətrafa yayılır. Bu cür qaynaqlardan biri mobil telefonlardır. İndiki yazıda mobil telefonların bugünkü faydasını fikirdən qaçırmadan, onun insan orqanizminə ziyanlarından söz açacağıq.

Elektromaqnit şüaları insan orqanizmdə hüceyrə səviyəsində dəyişikliyə yol açmaq gücündədir, gen nizamının pozulmasına səbəb olur, xəstə hüceyrələrin, xəstəliktörədən şişlərin meydana gəlməsinə səbəb olur. Alimlərin araşdırmalarına görə, şəbəkə telefonu istifadəçilərinin çoxu başağrısından, yuxusuzluqdan əsəbilikdən şikayətli olur. Bütün bu əlamətlər vegeto-damar mərhələsi üçün səciyədaşıyandır. Bundan başqa, mobil telefonlarda yaranan elektromaqnit sahəsinin ziyanlı etkisi altında orqanizmdə imun sisteminin gərgin reaksiyası yaranır. Həkimlərin sözlərinə görə, bu, orqanizmin xəstəliklərə müqavimətinin azalmasına səbəb ola bilər.

Mobil telefondan uzun müddət adi ev telefonları kimi istifadə edənlərin imuniteti fasiləsiz olaraq ciddi təhlükə altında olur. Amerikada vəkillər baş beyinin şişindən əziyət çəkən qadınların ölməsinin yalnız mobil telefonların ziyanı sonucunda baş verdiyini bir fakt olaraq müəyyənləşdirmişlər. Əlbəttə, bu fakt yalnız Amerika qadınlarına şamil edilə bilməz. Hazırda ölkəmizdə yaşayan qadınların heç də az olmayan bölümü mobil telefon işlədəndir və bunlar arasında bryin xərçəngindən ölənlər də yox deyil.

Televiziya kanallarından birinin bu günlərdə yaydığı məlumata görə, Salyan rayonunda 18 yaşlı gənc qız nişanlandıqdan sonra başağrısı səbəbindən həkimə müraciət etmişdir, həkim də onun beynində xərçəng şişi olduğunu ortaya çıxartmışdır. Bu ağır xəbərə dözməyən 18 yaşlı gənc qız özünü Kür çayına ataraq intihar etmişdir. Doğrudur, həkimlər bəlkə də bunu mobil telefonla bağlamamışlar, ancaq beyində şişin yaranma səbəbinin mobil telefonla fasiləsiz danışan zaman bu telefonun şüalandırdığı elektromaqnit dalğaları olduğunu istisna etmək olmur. Hazırda daha çox gənclər mobil telefonlardan istifadə edirlər. Onlar sırasında intihar edənlər, müəmmalı ölənlər də olur. Bu, faciədir, daha doğrusu, gələcək faciənin bugünkü görüntüsüdür.

Son zamanlar alimlər mobil bağlantının istənilən cür başqa ziyanlı elektromaqnit şüasaçma qaynaqları (kompyüter, televizor, mikrodalğalı soba, radiotelefon, fen, elektroülgüc, tozsoran) kimi bioloji aktiv olmasını, yanı, insan səhhətinə güclü etki göstərməsini ən çağdaş araşdırma yolu ilə ortaya çıxarmışlar. Həkimlərin fikrinə görə, üstəlik, bu, insan orqanizminə mənfi etki göstərən amildir. Gündəlik həyatda işlədilən texniki vasitələr (məsələn, kompyüter, televizor, radiotelefon) sırasında elektromaqnit şüalanması etkisinin səviyəsinə görə, insana mobil telefonun ziyanı ilə müqayisə edilə bilinəcək başqa bir vasitə yoxdur.

Sıraladığımız cihazlardan fərqli olaraq, mobil telefon işləyən zaman beyinə və gözlərə birbaşa yaxın tutulur. Borucuqun yaratdığı radiotezlik diapazonlu elektromaqnit şüalanması beyin toxumalarında, gözün tor təbəqəsində, görmə strukturlarında, vestibulyar və eşitmə analizatorlarında udulur, bununla, şüalanma bilavasitə ayrı-ayrı orqanlara və strukturlara eləcə də dolayısı ilə ötürücülər vasitəsilə əsəb sisteminə etki göstərir. Alimlər elektromaqnit dalğalarının toxumaya keçərək onların qızmasına səbəb olduğunu da sübut etmişlər. Bu, hər zaman bütövlükdə orqanizmin, əsəb, ürək-damar, həmçinin, endokrin sistemlərinin münasib bilinməyən şəkildə işləməsində özünü göstərir.

Mobil telefondan görmə və imunitet az ziyan çəkmir. Rusiyada siçanlar üzərində aparılan eksperimentlər vasitəsilə intensivliyi mobil telefondakı normal şüalanma intensivliyi ilə müqaisə oluna bilən elektromaqnit şüalanmasına məruz qalmış hevanların görməsinə elektromaqnit dalğalarının öldürücü etkili olduğunu ortaya çıxartmışlar. Şüalanmanın heyvanların imun sisteminin durumuna da mənfi etki göstərməsi özünü mobil telefonun ziyanını təsdiqləyir.

Alimlər topladıqları bilgilər özülündə xəbərdarlıq edirlər: mobil telefondan istifadə edən uşaqların yaddaşları və yuxuları yüksək dərəcə pozulma təhlükəsinə məruz qalır. KİV-lərimiz dünyanın çoxlu başqa ölkələri kimi, bizim ölkəmizdə də son zamanlar uşaqlar arasında xərçəng xəstəliyinə tutulanların mövcud olduğu haqqında statistik məlumatlar yayırlar. Ola bilsin, uşaqlar mobil telefonla danışmırlar. Ancaq, sözsüz, çox zaman onların ətrafında elektromaqnit şüaları buraxan məişət cihazları işlətməklə eyni zamanda mobil telefonla danışanlar olur. Mobil telefonların buraxdığı elektromaqnit dalğaları uşaq orqanizmlərində böyüklərdə olduğundan dəfələrlə asan yayılması elmi özüllü faktdır. Bu baxımdan, uşaqların xərçənglə xəstələnməsi də elə həmin böyüklərin mobillərinin şüalandırdığı elektromaqnit dalğalarının “ayağına” yazıla bilər.

Uşaq orqanizmində pozulmanın başlıca səbəbolanı həkim Gerard Hylandın dediyinə görə, kiçik intensivlikli elektromaqnit şüalarıdır. Yuxarıda vurğulandığı kimi, belə şüalar uşağın yumşaq bədən orqanlarından, kiçik olan baş qafasının ən incə yerindən keçə bilər, beyin ritmlərinə etki göstərər, uşağın inkişaf prosesində olan imun sisteminə ciddi ziyan vura bilər.

Alimlərin əldə etdikləri sonuclar bunları ortaya çıxardıb: ziyanlı elektromaqnit şüalanması orqanizmin hüceyrələrinin stabilliyini pozur, başağrısı, yaddaş itgisi törədir, yuxunu “zədələyərək” əsəb sisteminin işinə ciddi əngəl törədir, insanıın yuxusuna əngəl olur.

Mütəxəssislərin qənaətləri bunları deməyə özül yaradır: hətta söndürülməmiş, ən adi iş rejimində belə, olmayan mobil telefon sadəcə, şəxsin yatağının yanında qalıbsa, sözsüz, onun yatmasına əngəl törədəcəkdir. Bunu bir çoxları müşahidə etməmiş deyil, ya da müşahidə etmək zorundadır.

Rusiya Elmlər Akademiyası Ali Əsəb Fəaliyəti və Neyrofiziologiya İnstitutu alimlərinin aldığı sonuca görə, mobil telefonun elektromaqnit şüalanmaları hətta gözləmə rejimində belə, yuxu fazasının normal əvəzlənməsini pozaraq mərkəzi əsəb sisteminə mənfi etki göstərir. Alimlərin araşdırmaları mobil telefonların yaratdığı 900 meqahers tezlikli elektromaqnit şüalanması canlı hüceyrələrin törətdiyi, tezliyi 800-1000 meqahers olan təbii elektromaqnit şüalanması ilə interferensiyada olaraq güclənə bildiyini söyləyirlər. Bu sonucda şüalanma orqanizmin funksiyalarını tənzimləyən əsəb mərkəzlərinin işində fasilə əmələ gətirə bilər. Məsələn, yuxunun dövriliyi, gümrahlaşma, iti və yavaş yuxunun tənzimlənməsi fasiləsi baş verər. Bütün bunlar onu göstərir, elektromaqnit sahəsinin içində olduğumuz indiki zamanda yalnız ağılla, elmi əsaslarla, özümüzə, ailəmizə, cəmiyətə sağlam, məsuliyətli münasibətlərlə yaşasaq, faydalı ömür sürmüş olarıq.

Həkimlər, bioloqlar, fiziklər mobil telefonun insan orqanizminə mənfi etkisindən hazırda həmişəkindən daha çox əndişələnməkdədirlər. Bu, bir yandan şəbəkə bağlantı istifadəçilərinin günü-gündən böyük sürətlə çoxalması ilə, başqa yandan, özül stansiyaların durmadan artması və onlarınsa, bilavasitə şüasaçma qaynaqları olması ilə bağlıdır. Telefon dəstəyinin başa sözsüz yaxınlığı və beyin şişlərinin artdığını göstərən statistik qeydlər insan səhhətinin qolaylaşması ilə telefonun birbaşa bağlılığını göstərən faktdır. İsveç alimi professor Leyf Salfordun iztehzalı fikiri: “Beyini mobil telefondan könüllü şüalandıırmaq insan üzərində ən böyük bioloji eksperimentdir”.

Insan orqanizmin elektromaqnit sahəsinə ən çox həssas sistemi əsəb, imun, endokrin və cinsiyətdir, ancaq şəbəkə telefonunun elektromaqnit sahəsindən bütöv orqanizm iztirab çəkir. Elektromaqnit sahəsinin orqanizmə çoxillik etkisi, mərkəzi sınır sisteminin bioloji və ruhi cəhətdən pozulmasına, qan xərçənginə, beyin şişlərinə, harmonal , eləcə də müxtəlif başqa sonuclara gətirib çıxarda bilər. Elektromaqnit sahəsi uşaqlar, hamilə qadınlar, mərkəzi sınır sistemi, harmonal, ürək-damar sistemləri, allergiyalılar və zəifləmiş imunitetlilər üçün xüsusilə təhlükəlidir.

Çox zaman bir çoxlarının duyduğu kimi, başgicəllənmə, qulaq ətrafında “istilik” duyulması, təngənəfəslik, əsəb pozulmları, yüksək yorğunluq şəbəkə telefonları etkisinin ən tipik təzahürləridir.

Şəbəkə telefonları həmçinin ürək-damar sisteminə də etki göstərir. Məsələn, Böyük Britaniyada yaşayanlar döş ciblərində telefon gəzdirərkən ürək ağrılarından şikayətlnirlər. Steffordşit universitetindən A.Davud Şeffilddə şəbəkə telefonu ilə arterial təzyiqin yüksəlməsi arasında asılılıq müəyyən etmişdir.

Baş Tibb Təşkilatı öz “Elektromaqnit şüalanması və insan sağlamlığı” proqramında biranlamlı olaraq bildirir: «…xərçənglə xəstələnmə, aqibətin dəyişməsində, yaddaşın itməsi, sağlam uşağın qəfildən ölməsi və özünəqəst də burada olmaqla, çoxlu başqa hallar elektromaqnit etkilərinin sonucudur”. Bunun əsas götürülməsi bu məsləhətləri çatdırmağa özül verir: gərək olmadan şəbəkə telefonunu işlətməməli; 3-4 dəqiqədən artıq ardıcıl danışmamalı; uşaqların şəbəkə telefonlarını işlətməsinə yol verməməli; qadınlara hamiləlik dövründə şəbəkə telefonu işlətməyi məhdudlaşdırmalı; şəbəkə telefonu alanda şüalaanma gücü maksimumunun aşağı sərhəddində olanı seçməli; vacib olmayan halda şəbəkə telefonu işlətməməli.

Sözsüz, burada mobl telefondan imtina edilməsi təklif olunmur. Ancaq mobil telefon istifadəçiləri onun ziyanını azaltmaq haqqında mütəxəssislərin yuxarıdakı tövsiyələrini yerinə yetirsələr, müsbət sonuc almış olarlar.

24.03.2015









Yorumlar










Aktif Ziyaretçi 4
Dün Tekil 565
Bugün Tekil 178
Toplam Tekil 1982764
IP 54.90.92.204






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































22 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu