Tarixe ve dünyaya sepelenmish bilginlerimiz - Prof. Dr. Behmen SULTANLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Tarixe ve dünyaya sepelenmish bilginlerimiz - Prof. Dr. Behmen SULTANLI
Tarih: 31.01.2016 > Kaç kez okundu? 1055

Paylaş


“Hürriyet” qezetinin 19.10. 2015 sayında E.Yusifoghlunun “Azerbaycanın diaspor hedeflerinde aydınlar” adlı projesini maraqla oxudum. Yazıda bildirilen fikirler xalqımız, dövletimiz üçün çox önemli ve düshündürücüdür. Müellif bu yazını yazmaqla qeyret yüklü bir ish görmüshdür. Yazıda adı chekilen dünyaya sepelenmish ve elm aleminde yaxshı tanınan türk kökənli bilim, kültür hizmetchilerle baghlı sorular dövlet orqanlarımızı, diaspor, bilim, kültür teshkilatlarımızı düshündürmeye bilmez.

Bizde Enver beyin dediyi sayaq, böyük bilgin Lütfi Zade (Lütfeli Esgerzade), dünyaca tanınmısh ressam Ferman Quliyev, ünlü pianochu Ferid Mahmudov, böyük shöhret qazanmısh xirurq Elchin Memmedov, Londonda yashayan görkemli yazıchı Nigar Hesenzade, Amerika Birleshik dövletlerinde yaşayan soydashımız, qeyretli qadın kosmonavt Enush Ensari, Avstraliyada yashayan ünlü yazıchı Rena Yüzbashılı, ünlü interyer ressamı Med Eliyev, alternativ psixologiyanın özülünü qoymush Yashar İbrahimov teki elm, kültür hizmetchileri öz Vetenleri Azerbaycanda ya olduqca az tanınırlar, ya da demek olar, hech tanınmırlar.

Yaponiyada, Rusiyada, Almaniyada, ABSH-da, Güney Koreyada, Kanadada, İsvechde, Finlandiyada, İngilterede, Fransada, Avstraliyada, Yunanstanda... yashayan ve çalışan, adı chəkilmish yazıda vurghulanan onlarca fizik, riyaziyyatchı, kimyachı, bioloq, filosof, tibb bilgini, edebiyat, kültür hizmətçiləri ilə qarshılıqlı ilishki qurmaghımıza böyük ehtiyac duyulmaqdadır. Yashadıqları və chalıshdıqları ölkelerle yanashı, bashqa ölkelerde de yaxshı tanınırlar, bununla belə, dısh ölkelerde yashasalar da, xalqımızın, Vetenimizin bilimsel, kültürel potensialının örnekleridirler.

Sözsüz, ”aydınlarımızı tanımaq ve tanıtmaq” demek tekce onların adlarını bilmek anlamında deyil. Eserlerini öz dilimize chevirmek, arashdırmaq, derc etmek, haqlarında kütlevi informasiya vasitelerinde, ders kitablarında bilgiler vermek, ortaya chıxa bilen güclerinden yaraqlanmaq anlamındadır. Onlara esaslanan ecnebi bilginlərin Azeraycanda ve Türkiyede chıxan dergilerdeki eserlerine delil olaraq esaslanmaları Azerbaycan ve Türkiye elminin dünyanın hər yerinde genish tanınmasına, Azerbaycanda ve Türkiyede chıxan elmi dergilerin nüfuzunun artmasına güclü tekan vere biler.

Enver beyin hemin yazısında dısh ölkelerde yashayan indiki bilim ve kültür hizmetchilerimiz, eləce de tanınmısh idmanchılarımız haqqında tutarlı bilgiler verilir. Bu tipli yazılara gelecekde de böyük ehtiyac duyulacaghı gözlenilendir. Ancaq ulu fikir adamlarımıza, onların eserlerinin yayımına da diqqet yetirmeyin gerekliyini de nezerden qachırmaq olmaz.

Zalım rus-sovet imperiyası döneminde yalnız rus ulusal irsinin öyrenilmesine imkan verilirdi, mühit yaradılırdı. İmperiyanın terkibindeki baghımsızlıghı elinden alınmısh xalqları da rus tarixini, elmini, kültürünü öyrenib tebligh etmeye qurshadırdılar. Bu, sözsüz, hemin xalqlar arasında yalnız rusların tarixen qedim bilimli, kültürlü, fəlsəfi düshünceli xalq oldughunu göstermek amalı dashıyırdı. Tarixi chox da uzagha getmeyen rus biliminin, kültürünün, felsefesinin təblighine, okullarda, derneklerde, kurslarda, yıghıncaqlarda öyredilmesine yüksek qayghı gösterilirdi. Bunlar shishirdilmish halda ders kitablarına salınırdı, genish shekilde Kütlevi informasiya vasitelerinde, kitablarda yayımlanırdı. Rus-sovet imperiyası mekanındakı cümhuriyetlerde orta mektebler üchün özellikle fizika, riyaziyat, kimya, biologiya, coghrafiya, tarix dersliklerinin yazılması yasaq edilmishdi. Bu derslikler merkezde (Moskva ve Leninqradda) rus dilinde yazılırdı, milli dilləre chevrilib Rusiyanın ishghalı sonucunda baghımsızlıqlarını itirmish xalqların okullarında oxudulurdu. Ders kitablarında bu xalqlar ise, bashshdan-basha savadsız, geride qalmısh xalqlartek verilirdi. Chünki rus-sovet imperialistleri xalqların özünü tanımasından chox qorxurdular. Milli dilde yazılmısh ders kitablarında bu kural pozulsaydı, xalqlar öz tarixinden, tarixi kechmishinden soraq tutardılar, özlerinin ruslardan üstünlüklerini anlaya bilerdiler. İmperiyanın bashlıca amaclarından biri de xalqların, ilk önce de türk ve müselman xalqlarının tarixi irsini gizletmek, ört-basdır etmek, bu xalqları ashaghılamaq, gözden salmaq idi...

Acınacaqlıdır, bizde bir choxları indinin özünde de rus-sovet imperiyası zamanı qoyulmush yolla gedirler, konushmalarında öz bilginlerinden deyil, zalım ulusların “tanınmıshları”ndan misallar getirir, ders kitablarında, eserlerinde yerine düshdü-düshmedi, hemin ulusların “tanınmıshları”ndan mentiqi delil olaraq esas alırlar. Chünki chox zaman bir sıra bilginlerimizin eserleri rus dilinde yazılmısh eserlərden qaynaqlanırlar. Bu eserlerin chçevirisinden tamlıqla faydalanılır, delil olaraq esas alma qaynaqları da mexaniki olaraq ele oradan köchürülür. Hemin bilimsel yazıları və monoqrafiyaları, ele de ders kitablarını oxuyanda esaslanmalarda bizim bilginlerimiz olmayıbmış sayaq, ardıcıl olaraq yalnız Aristotel, Eynşteyn, Hegel, Kant, Qaliley, Nyüton, Demokrit, Rassel, Fales... sıralanması ilə rastlashmaq olar. Burada esaslanma fikirleri bashlıca olaraq felsefeye, mentiqe, etikaya, exlaqa... aid olur. Hemin fikirler Ferabi ət-Türki (Aristotelden sonra en uzman filosof sayılır), ele de Behmenyar, Eynelqüzzat, Sühreverdi, ibn-Sina, Biruni, Nesirəddin Tusi, Siraceddin Urmevi, ibn-Xeldan ve bir chox bashqa türk bilginlerinin, neheng fikir adamlarının eserlerinde tamamlanmısh shekilde verilmishdir. Ancaq, yuxarıda dediyim sebebe göre, bu yazarların eserlerine öteri hal kimi esaslanılmır. Doghrusu, men sırası Aristotelle bashlayan bilginlere esaslanmagha qarshı deyilem. Ancaq ulusal, dinle ilgili olan ayrı-sechgiliye yol vermeden her bilginin fikrine sayqı iıe yanashılmasını isteyirem.

Öz ulusunu tanımayanlara və tanıtmayanlara münasibet hech zaman begenilen olmur. İnsanı yalnız tanıdanda o, tanınar. İnsan öz fikir adamlarını, bilginlerini özü tanıtmasa, onları bashqaları hech zaman tanıtmaz. Ona göre de, milli anlamda olanları indiki zamanda indiki, gelecek zamanda gelecek nesil öyrenmeli, təbligh etmeli, eserlerini neshr edib yaymalıdır.

Ulu peyghemberimiz Zerdüshtü (m.ö. VII-VI yüziller), ondan azı 1200 il sonra yashamısh Ebunesr Ferabi et-Türki (873 – 950), Ebu Reyhan el-Biruni (973-1048), Ebülhesen Merzban oghlu Behmenyar el-Azerbaycani (993-1066), Xetib Tebrizi (1030-1109), Eynelqüzat Miyaneci (1099-1131), Sihabeddin Ömer Sühreverdi (1145-1234), Sihabeddin Yehya Sühreverdi (1154-1191), Siraceddin Urmevi (1198-1283), Efzeleddin Xuneci (1194-1248), Nesireddin Tusi (1201-1274), Sefieddin Urmevi (1217-1294) ), Ebdülqadir Maraghalı (1353-1436), Bedreddin Lalevi (1436-1506), Sadiq bey Efshar (1533-1610), Sheyx Mehemmed Nizami (1622-1700), Mehemmed Qarabaghi (… -1535), Melikseid Mehemmed oghlu (…-1625), Recebeli Tebrizi (…-1669), Hacı Zeynalabdin Shirvani (1779-1837), Abbasqulu agha Bakıxanov (1794-1847), Mirze Kazım bey (1802-1870), Lütfi Zade (Lütfeli Rehim oghlu Esgerzade-Lütfi Zade 1921), Rober Osseyn (Rüstem Eminulla oghlu Hüseyinov, 1927)... təki onlarca böyük fikir adamlarını özümüz tanımasaq və tanıtmasaq, kim tanıyacaq, kim tanıdacaq? Bu bilginlerin her biri zamanında riyaziyata, fizikaya, kimyaya, biologiyaya, geologiyaya, felsefeye, mentiqe, psixologiyaya, edebiyat və incesenete, hüquqshünaslıgha, tebietshünaslıgha yenilikler getirmish neheng bilim ve kültür hizmetchisi, mentiqchi ve filosof olmushlar.

Kechmish fikir adamları sırasında, özellikle, felsefe ve mentiqe aid choxsaylı arashdırması olmayan birini tapmaq çətindir. Yashamı, tebiet ve toplumun yükselish qanunauyghunluqlarını bu bilim saheleri vasitesile anlamaq mümkündür. Chünki felsefe ve mentiq insanın getmek istediyi yolu qısaltmagha, insanın amac və görevlerini aydınlatmagha, xeyir ve sheri bir-birlerinden ayırmagha kömek eden, müdrikliyi axtaran bilik sahesidir.

Biz her birimiz bir vetendash olaraq bunu düshünmeliyik, öz aldadılmısh tefekkürümüzü dircheltmeliyik, onda deyishiklik etmeliyik. Nezerden qachırmamalıyıq, milletin böyük shexsiyetleri tanınmazsa, millət de tanınmaz. Millet tanınmasa o, sayılmaz, onun haqqı tanınmaz. Bu, adi heqiqetdir.

Dünya miqyaslı eski chagh shexsiyetlerimiz haqda məlumatlar görkemli filosof, Azerbaycan Milli Elmler Akademiyasının müxbir üyəsi, mərhum professor Zakir Memmedovun “Azerbaycan felsefesi tarixi” kitabınında layiqli yer almıshdır. Bu haqda bilgi alanlar nece de böyük bir millətin övladı oldughu ile fexr eder ve görerler, Albert Eynshteyn teki uzman alimlerle bir sırada dayanan bilginlerimiz olmushdur ve indi de vardır. Ancaq bir zamanlar onların eserleri Avropa ölkelerinin kitab evlerinde gizledilmishdir, Avropa dillerine chevrilib Avropada yayılmısh, ders kitabi olaraq faydalanılmıshdır, ancaq haqlarında lazımlı bilgilər almagha bizlere imkan verilmemishdir. Rus-sovet imperiyası dönəmində olan bilginlərimizin ise, ireli getmesine engeller yaradılmışdır. İndi artıq, eski chagh bilgin ve fikir adamlarımızın eserlerini tam halda elde etmek üçün imkanlar yaranmıshdır.

Men fikir adamlarımızın doghum-ölüm tarixlerini özel amaclarla, bilerekden yazdım. Göründüyü təki, göstərilən shexsler İslamdan sonrakı tarixlerde yashamısh fikir adamlarımızdır. Bu, Zerdüsht zamanından İslamadek kechen azı 1200 ilde türk aleminde hech bir filosof, riyaziyatchı, fizik, astronom... ortaya chıxmısh olmadıghını göstərir. Ancaq bele olması mümkünsüzdür. Felsefi düshünce, bilimsel ve mentiqi tefekkürle yanashdıqda, bele bilginler, fikir adamları İslamdan önce de mövcud olmaya bilmezdi. Ancaq İslamdan önceki adlarımızın (bashqa müselman xalqları adlarının da) İslamdan sonrakı adlarımızdan ferqli oldughunu demeye ciddi esaslar vardır. Chünki, İslamdan sonra müselmanlar peyghembelerin, imamların adları ile Mehemmed, Eli, Zehra, Fatima, Veli, Hesen, Hüseyin... adlandırılırdılar. Odur, İslamdan sonrakı adlarla önceki adlar sözsüz, bir-birinden kəskin ferqlenib (Qorqud, Mete, Atropatena, Manna, Balasaqun...). Mence, bu sebeb ucbatından anlashılmazlıq yaranıb, İslamdan önceki fikir adamlarımız öz adları baxımından dolashıgha düsherek yunanlara, almanlara, italyanlara, ingilislere, fransızlara... aid edilibler. Mene bele gelir, bilimsel, felsefi, mentiqi arashdırma aparılsa, bu mühakime öz tesdiqini tapa biler. Ola bilsin, yabanchı dövletlerin qınaghına tush gelmek tehlükesi yaranmasın deye, indiyedek bu düyünü achmagha teshebbüs gösterenler bele, tapılmayıb. Bu adlar hazırda hem aid edildiyi, hem de aid edilmediyi xalqların dillerinin qramatik qanunları nezere alınmaqla yazılsa, bu qanunlar nezere alınmaqla oxunsa, ciddi arashdırmalar aparılsa, bir chox indiyedek bilinmeyen sheyler ortaya chıxa biler...





Yorumlar










Aktif Ziyaretçi 32
Dün Tekil 868
Bugün Tekil 164
Toplam Tekil 1935180
IP 54.92.141.211






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































2 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Türkçüler Günü olan 3 Mayıs (1944) büsbütün ayrı bir düşüncenin sonucudur. İç düşman olan, kılık değiştirerek milletin içine giren ve hükümetin gafletinden yararlanan komünizme karşı Türkçü gençlerin bir uyarma yürüyüşüdür.
(Alpaslan TÜRKEŞ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu