Ekspert Hacı Quliyevdən valideynlərə xəbərdarlıq - Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









Ekspert Hacı Quliyevdən valideynlərə xəbərdarlıq - Fuad MADATOV
Tarih: 06.01.2016 > Kaç kez okundu? 911

Paylaş


Yeni İl bayramı ərəfəsində uşaqların daha çox maraq göstərdikləri Şaxta baba, Qar qız və başqa nağıl qəhrəmanlarıdır. Təbii ki, nağıllar uşaqların psixologiyasına təsir edən amildir. Bu məsələ ilə bağlı “Lider” telekanalında aparıcı Lamiyə Ələkbərqızının təqdimatında yayımlanan “Həyat tərzi” verilişində maraqlı fikirlər səslənib. “Uşaqlar nağıllara inanmalıdırmı?” mövzusu ətrafında danışan qonaqlar daha çox bugünkü bəzi cizgi filmlərin qəhrəmanlarını tənqid ediblər.

Verilişdə iştirak edən ictimai xadim, ailə məsələləri üzrə ekspert Hacı Quliyev Rusiya istehsalı olan “Maşa və Ayı” cizgi filminin uşaqlar üçün zərərli vərdişlər aşıladığını bildirib:

“Bu barədə mənə çox valideynlər müraciət edib. Bildirirlər ki, uşaqlar evdə Maşanın hərəkətlərini təkrarlayır. Bildiyiniz kimi, Maşa da yaramaz bir uşaqdır. İnanın ki, bununla bağlı araşdırma aparmışıq və bu cizgi filmi uşaqların formalaşmasında çox pis təsir edir. Uşaqlar hündürə qalxırlar, oradan da özlərini atırlar. Uşaqlarımız nağıllara inanmırlarsa, bunun ən böyük günahkarı bizik: nənələrdi, babalardı, valideynlərdi. Əvvəllər nənələr uşaqlara nağıllar danışırdı. Uşaqların da öz qəhrəmanları olurdu. Həmin qəhramların simasında uşaqlarda mərdlik, cəsurluq, valideynə hörmət, vətənə sevgi, dostlara qarşı bağlılıq və başqa bu kimi müsbət xasiyyətlər formalaşırdı. Bu gün isə uşaqlarımızın həmin qəhrəmanları yoxdur. Başlıca olaraq, bütün problemlər də buradan əmələ gəlir və yaxud da uşaqlarımızı o qədər azad buraxırıq ki, uşaqların qəhrəmanları qorxulu, naməlum və davranışları ilə heç bir məntiqə sığmayan qəhrəmanları olur.”

İctimai xadim bildirib ki, uşaqları möcüzələrə inandırmağa çalışmalıyıq. O, bunun nəticələrini də açıqlayıb:

“Yeni İl bayramını qeyd edirik. Diqqət edin, Yeni İldə Şaxta baba və Qar qız kimi qəhrəmanlar var. Bunların varlığına uşaqlarımızı inandırmağa çalışmalıyıq və uşaqlarımız onun üzərində tərbiyə etməliyik ki, onların möcüzə yaradacaqlarına inansınlar. Biz uşaqların erkən yaşlarında möcüzənin olacağını inandırsaq, onlar da böyüyəndə şüuraltı məntiqlə düşəcəyi hər bir çətin vəziyyətdən möcüzə olacağına inanaraq, çıxış yolu tapmaqda əziyyət çəkməyəcək.”

H.Quliyev uşaqların valideynlərə, böyüklərə hörmətlə, kiçiklərə isə nəvazişlə yanaşmasında nağıl qəhrəmanlarının böyük rol oynadığını söyləyib:

“Şaxta baba vasitəsiylə babaya hörmət mesajı çatdırılır. Babanın hədiyyə gətirməsi uşağa xoş təsir edir. Və yaxud şam ağacının bəzədilməsi... Onları elə zövqlə, maraqlı təxəyyül ilə bəzəmək lazımdır ki, uşaqlar üçün bir möcüzə olsun. Bu da uşaqların gələcəkdə yaradıcı düşüncələrinə müsbət təsir edir. Ən yaxşı metod isə uşaqların iştirakıyla şam ağacı bəzədilsin.”

Bundan başqa, verilişdə bütün bu kimi məsələlərə görə valideynlərə müraciət edən H.Quliyev qeyd edib ki, uşaqları nağıllar aləminə bağlantı yaratsınlar və müəyyən yaş həddinə qədər bu nağıllarla tərbiyə etsinlər.

Məlumat üçün onu da vurğulayaq ki, verilişdə müğənnilər İzzət Bağırov və Gülay Qədirova da iştirak edib.

https://youtu.be/3LnGRSVHcvY





Yorumlar










Aktif Ziyaretçi 18
Dün Tekil 565
Bugün Tekil 445
Toplam Tekil 1983031
IP 54.167.44.32






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































22 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu