Ekspert Hacı Quliyev Azərbaycan xalqının ünsiyyət mədəniyyətindən danışdı - Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Ekspert Hacı Quliyev Azərbaycan xalqının ünsiyyət mədəniyyətindən danışdı - Fuad MADATOV
Tarih: 30.11.2015 > Kaç kez okundu? 993

Paylaş


Milli-mənəvi dəyərlərimiz azərbaycanlılar tərəfindən dünyada necə qorunub, saxlanılır? Təbbi ki, bu mövzu hər bir azərbaycanlı üçün maraqlıdır. Elə bu səbəbdən də ailə məsələləri üzrə ekspert Hacı Quliyevin təşəbbüsü ilə “DTV” telekanalında aparıcı Samir Bayramlının təqdimatında yayımlanan “Tam səmimi” verilişində mövzu ilə bağlı danışılıb. Verilişin fəxri qonaqları olan Hacı Quliyev və onun yaxın dostu, Rusiya Federasiyası Dumasının əməkdaşı Ramin Qasımov maraqlı fikirləriylə diqqət çəkiblər.

H.Quliyev Azərbaycan xalqının ünsiyyət mədəniyyətiylə bağlı danışaraq, bəzi məqamları xüsusi qeyd edib:

“Bizim xalqın əhvalının yüksək olmasına səbəb nədir? Buna cavab olaraq deyə bilərəm ki, başqa xalqlara nəzər salsaq, yalnız problemi, dərdi olarsa, psixoloqa müraciət edirlər. Daha sonra da məsələni araşdırırlar, səbəbləri ortaya çıxarırlar. Bizim millətin ən gözəl xarakterlərindən biri də odur ki, ünsiyyət mədəniyyəti çox güclüdür. Biz qohumlarımızla, yaxınlarımızla, tanımadığımız insanlarla çox gözəl ünsiyyət qura bilirik, hətta sosial şəbəkələr vasitələriylə bütün dünya azərbaycanlıları bir-biri ilə əlaqə saxlayırlar. Təbii ki, bu sevindirici haldır. Bizi qoruyub-saxlayanda birliyimizdir və dəyərlərimizdir. Bizim qədər bir-birinə arxalanan millət yoxdur. Qonaqpərvərliyimiz, istiqanlılığımız, işgüzarlığımız və başqa bu kimi amillər buna misal ola bilər.”

R.Qasımov isə Azərbaycan kişilərinə müraciət edərək bildirib ki, Azərbaycanda yaşayan ailələrinə sadiq qalmalarını vurğulayıb:

“İnsanlar Rusiyaya işləmək üçün gedirlər. Amma Azərbaycan kişiləri unutmasınlar ki, onların ailələri, uşaqları burada-Azərbaycanda yaşayırlar. Elə kişilər var ki, gedirlər, 5 ildən çox heç əlaqə saxlamırlar. Yazıq qadınlar da, həyat yoldaşlarını axtarmağa başlayırlar və yaxud da bunun üçün telekanallara müraciət edirlər. Bu, həqiqətən də böyük problemdir. Sizə deyim ki, yüzlərlə məktub alırıq. Amma elə insanlar var ki, mən onları anlaya bilmirəm.”

RF Dumasının əməkdaşının bu fikrinə H.Quliyev də dəstək olub. O, Azərbaycana gələn Rusiya xanım millət vəkillərinin təəssüratlarını bölüşüb:

“Rusiyadan Azərbaycana xanım millət vəkilləri gəlmişdi. Onlar bizim ailə həyatımıza, yaşayış səviyyəmizə nəzər yetirirlər və deyirdilər ki, kaş biz də Azərbaycan xanımları olardıq, bizim də belə şansımız olardı. Həyat yoldaşlarımız bizə belə xidmət edərdilər. Biz də evdə əyləşib, xanım kimi yaşayardıq, nəinki hazırda tutduğumuz mövqedə işləyərdik.”

Daha sonra veriliş zamanı R.Qasımov Uluöndər, Ümummili lider Heydər Əliyevi nümunə göstərərək, insanların soyadlarının dəyişməsinə də toxunub. RF Dumasının əməkdaşı söyləyib ki, Heydər Əliyev Rusiyada ağır mübarizələrdən məhz öz soyadı ilə çıxıb:

“Hər zaman hər yerdə sevə-sevə ürəklə deyirəm ki, valideynlərim azərbaycanlıdır, mən də həmçinin... Dünyanın elə bir yeri yoxdur ki, orada azərbaycanlı olmasın. Amma elə insanlar var ki, başqa ölkəyə gedəndə soruşanda, deyir ki, mən azərbaycanlı deyiləm. Hətta soyadlarını dəyişmək üçün müraciət edənlər də olub. Guya ki, soyadlarını dəyişəndə onlar üçün Rusiyada yaşamaq daha rahat olacaq. Dəfələrlə onlara bildirmişəm ki, bizim böyük şəxsiyyətimiz Heydər Əliyev olub. O, sovet vaxtında belə soyadını dəyişməyib. Mən də öz soyadımı dəyişməmişəm. Halbuki bütün həyatım Rusiyada keçib. Soyadıma görə heç bir problem yaşamamışam.”

Qeyd edək ki, verilişdə qonaq qismində müğənni Ceyhun Əliyev də iştirak edib.





Yorumlar










Aktif Ziyaretçi 19
Dün Tekil 1032
Bugün Tekil 528
Toplam Tekil 1936576
IP 54.225.47.94






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Safer 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Köpeklerin dudakları değdi diye deniz kirlenmez.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu