Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Azərbaycanlı teatrşünaslar Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib - Elçin CEFEROV
Tarih: 18.10.2015 > Kaç kez okundu? 985

Paylaş


Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov Gürcüstanda keçirilən VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.

Tbilisi Beynəlxalq Teatr Festivalı bu gün dünyada ən nüfuzlu festivallardan hesab olunur. Festival 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilir və nəinki MDB ölkələrində, eləcə də Avropa teatr məkanında böyük marağa səbəb olur. Burada dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.

Festivalın əsas proqramlarından olan Gürcüstan Showcase proqramı dünya mədəniyyət şəbəkəsinə inteqrasiyanı hədəfləyir. Showcase teatr sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və mübadilə baxımından mühüm əhəmiyyət kəsb edir. Dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin - festival təşkilatçıları, teatr menecerləri, tənqidçilər, jurnalistlər və sənətçilərin qatıldığı Showcase iştirakçılara qarşılıqlı əməkdaşlıq, yaradıcı mübadilə, birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Bu ilki Showcase proqramında Azərbaycanla yanaşı, Hollandiya, Almaniya, İtaliya, Litva, Latviya, Rusiya, BƏƏ, İran, Yunanıstan, Norveç, İspaniya, Bolqariya, Türkiyə, Belçika, Polşa, Oman, İsrail, Rumıniya, Çexiya, Estoniya, Kanada, ABŞ, Böyük Britaniya, Belarusiya, Əlcəzair, Norveç, Macarıstan və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri işirak edib.

Showcase-in proqramına Ş.Rustaveli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram Teatrının, A.Qriboyedov adına Rus Dram Teatrının, N.Dumbadze adına Dövlət Gənclər Teatrının, Royal District Teatrının (Kral məhəlləsi teatrı), İlia Dövlət Universitetinin “İluanu” teatrının, İ.Çavçavazde adına Batumi Dövlət Teatrının, Hərəkət Teatrının, S.Axmeteli adına Dövlət Dram Teatrının, “Dəmir” teatrının (The IRON THEATRE), Suxumi teatrının, Tel-Avi Teatrının, Kutaisi Teatrının, Poti Teatrının, Azadlıq Teatrının (LIBERTY THEATRE) tamaşaları daxil olub. Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə geniş müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib. Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Sheakspeare of Our Time and My Country” (Bizim dövrün Şekspiri və mənim ölkəm) adlı elmi konfransda çıxış edən Elçin Cəfərovun “İnterpretation of Sheakspeare’s drama in Psychosopy theatre conception” (Şekspir dramaturgiyasının “Psixosof” teatr poetikasında yozumu) adlı məruzəsi çap olunub.

Dünyanın müxtəlif ölkələrindən festivala qatılmış teatr mütəxəsisləri ilə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər müzakirə edilib. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.







Yorumlar










Aktif Ziyaretçi 22
Dün Tekil 876
Bugün Tekil 352
Toplam Tekil 1934500
IP 54.224.155.169






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.597 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu