Akademik Milli Dram Teatrında 143-cü teatr mösümünün açılışına həsr olunmuş PRESS-RELİZ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Akademik Milli Dram Teatrında 143-cü teatr mösümünün açılışına həsr olunmuş PRESS-RELİZ
Tarih: 12.09.2015 > Kaç kez okundu? 1083

Paylaş


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 143-cü teatr mövsümünü 18 sentyabr tarixində İ.Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında, Xalq artisti Mərahim Fərzəlibəyovun quruluşunda hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.

Yeni mövsümdə bir sıra yeni tamaşaların hazırlanması, eləcə də teatrın beynəlxalq festivallarda, xarici qastrol səfərlərində iştirakı gözlənilir.

3 oktyabr tarixində Böyük Britaniyanın məşhur “Qlobus” teatrı “Hamlet” tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. “Şekspirin evi” adlandırılan “Qlobus” teatrı U.Şekspirin 450 illik yubileyi münasibətilə həyata keçirdiyi turne marşrutunda Qafqaz regionu üzrə ilk dayanacaq kimi məhz bizim teatrı seçib. İnanırıq ki, Dominic Dromgoole və Bill Buckhurstun rejissorluğu ilə hazırlanmış “Hamlet” tamaşası həmişə Şekspir yaradıcılığına xüsusi marağı və məhəbbəti olan Azərbaycan tamaşaçılarının ürəyincə olacaq.

Cari mövsümdə ötən mövsümlərdə başlanmış “Məktəb və teatr” layihəsi də davam etdiriləcək. Ötən illər ərzində Akademik Milli Dram Teatrı Təhsil Nazirliyi ilə birgə çox gözəl, səmərəli bir layihəyə başlayıb. “Məktəb və teatr” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən 130-a yaxın məktəbin rəhbərləri ilə görüş keçirilib, teatr-məktəb münasibətlərinin daha sıx qurulması, məktəblilərin mənəvi tərbiyəsində teatr sənətinin rolunun artırılması üçün görülə biləcək müştərək işlər müzakirə olunub, Akademik Milli Dram Teatrın təşəbbüsü ilə müxtəlif məktəblərdə teatrın aparıcı simalarının iştirakı ilə silsilə görüşlər keçirilib. “Məktəb və teatr” layihəsi məktəblilərin teatra cəlb olunmasını, məktəblərdə teatr sənətinin təbliğini, həmçinin məktəblərdə dram, qiraət dərnəklərinin təşklini nəzərdə tutur. Qarşıdan gələn teatr mövsümündə bu uğurlu layihə davam etdiriləcək.

19-26 noyabr tarixlərində Belarusiyanın paytaxtı Minsk şəhərində Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Beynəlxalq Teatr Xadimləri İttifaqları Konfederasiyasının və A.P.Çexov festivalının təşkilatçılığı ilə iki ildən bir keçirilən teatr forumu olduqca əhəmiyyətli və əlamətdar sənət hadisəsidir.

Keçmiş MDB məkanına daxil olan ölkələrdən, Baltikyanı ölklərdən və Gürcüstandan teatr kollektivlərinin iştirak edəcəyi Forumda Azərbaycan böyük bir nümayəndə heyəti ilə təmsil olunacaq. Forumda Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə çıxış iştirak edəcək. “İlahi oyun” tamaşası Forumun ekspert komissiyası tərəfindən seçilərək təsdiq olunub. Gənc rejissor Mikayıl Mikayılovun “Kitabi Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edirlər. Forum məhz Akademik Milli Dram Teatrının tamaşası ilə açılacaq.

Gənclərin Teatr Forumu yalnız tamaşaların nümayişi ilə məhdudlaşmır. Belə ki, Forum çərçivəsində 13 ölkədən gəlmiş gənc teatrşünaslar, dramaturqlar, rəssamlar və rejissorların iştirakı ilə dəyirmi masalar, ustad dərsləri, seminarlar keçiriləcək.







Yorumlar










Aktif Ziyaretçi 16
Dün Tekil 983
Bugün Tekil 791
Toplam Tekil 1932020
IP 54.158.212.93






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































27 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Saraylarda süremem dağlarda sürdüğümü, Bin cihana değişmem şu öksüz Türklüğümü.
(Hüseyin Nihal ATSIZ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu