Lal sevgiləri dilə gətirən insan - Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Lal sevgiləri dilə gətirən insan - Fuad MADATOV
Tarih: 21.08.2015 > Kaç kez okundu? 1211

Paylaş


Artıq neçə müddətdir ki, “Space” radiosunda yayımlanan “Kaş ki, səni sevməyəydim” serialı dinləyicilərin diqqətini çəkib və serialın müəllifi Rövşən Əyyubovun yaradıcı işi böyük marağa səbəb olub.

... məlumatına görə, serial “Space” radiosunda tanınmış aparıcı Anarın təqdimatında yayımlanan “Yanar saat Anarla” verilişində qonaq olan jurnalistlər Mətanət Şamilqızı, Fuad Mədətov, Zümrüd Güləliqızı və Nazim Qasımzadə, o cümlədən, Azərbaycanın əməkdar artisti Rühəngiz Allahverdiyava arasında müzakirə olunub. Veriliş zamanı məlum olub ki, tezliklə serial London şəhərində ekranlaşdırılacaq. Maraqlısı budur ki, serialın həm rejissoru, həm bəstəkarı, həm də mahnıların ifaçısı əsrarəngiz səsə malik müəllif Rövşən Əyyubov özüdür. Həmçinin verilişin xüsusi məqamlarından biri isə Rövşən müəllimin doğum gününün qeyd olunması idi.

Qonaqlar səbəbkara təbriklərlə yanaşı, xoş arzularını da bildiriblər. R.Əyyubovun məlahətli səsə və məhsuldar insan olmasını valeh olduğunu gizlətməyiblər.

Verilişdə jurnalist Mətanət Şamilqızı səbəbkar haqqında ürək sözlərini söyləyib:

“Nə yaxşı ki, siz varsınız! Səsiniz bizi elə ovsunladı ki, sanki səssizliyin arxasında gizlənən yorğun ümidlərə cəsarət verdiniz, səssizliyə məhkum lal sevgiləri dilə gətirdiniz. Bir sözlə, həyatın dağıtdıqlarını bir araya topladınız səsinizlə. Keçmişlə bu gün arasında çəkilən pərdə arxasından işıq saçmağa müvəffəq oldunuz!”

Daha sonra həmkarının fikirlərinə qoşulan Fuad Mədətov Rövşən Əyyubovun yaradıcı düşüncəsinin məhsulu olan “Kaş ki, səni sevməyəydim” serialının beynəlxalq səviyyədə uğur qazanacağını deyib və təşəbbüsü sayəsində təşkil olunan xoş anlara görə təşəkkürünü bildirib:

“Serial ilə 2011-ci ildən tanışam. O vaxtlar “Azəri Top Model” yarışmasının mətbuat katibi çalışdığım zaman serialı gözəl xanımlarımız səsləndirməyə çalışırdılar. İlk dəfə serialın musiqisi səslənəndə dinləyən hər kəs heyran olurdu. İnanın ki, bu, tərif deyil, əsl gerçəkdir. Çünki serialın çox maraqlı süjet xətti reallığı əks etdirir. Düşünürəm ki, bu serial Azərbaycan serial sahəsində böyük dönüş olacaq və yeni çığır açacaq.”

Təxminən 3 saata yaxın davam edən verilişin sonunda zəfər işığına toplaşan qonaqların iştirakıyla R.Əyyubovun şəninə tort kəsildi. Veriliş boyu səslənən iki sualın cavabını düzgün tapan dinləyicilərə isə səbəbkar tərəfindən “İphone 6” mobil telefonu hədiyyə olundu.

Onu da qeyd edək ki, “Kaş ki, səni sevməyəydim” serialı özünəməxsus musiqiləri, insanı düşündürən, keçmişə boylanıb və gələcəyə doğru əzmlə irəliləməyə sövq edən mövzusu ilə ürəklərə yol tapıb.





Yorumlar










Aktif Ziyaretçi 16
Dün Tekil 844
Bugün Tekil 235
Toplam Tekil 1982478
IP 54.92.194.75






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































26 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Kargalar ötmeye başlayınca bülbüller susar.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 3.504 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu