25 may tarixində Akademik Milli Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Ramiz Novruzun 60 yaşı tamam olur. - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









25 may tarixində Akademik Milli Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Ramiz Novruzun 60 yaşı tamam olur. - Elçin CEFEROV
Tarih: 31.05.2015 > Kaç kez okundu? 1332

Paylaş




25 may tarixində Akademik Milli Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Ramiz Novruzun 60 yaşı tamam olur.

22, 23, 24 may tarixlərində Akademik Milli Dram Teatrında Xalq Artistinin 60 illik yubileyi münasibəti ilə aktyorun baş rolları ifa etdiyi “Nadir şah”, “Silindr” və “Xanuma” tamaşaları nümayiş olunub.

24 may tarixində tamaşadan öncə pərdə önünə çıxan sənət dostları aktyoru təbrik edib, ona yeni-yeni sənət uğurları arzulayıblar.

Sonra M.Mikayılovun quruluşunda hazırlanan “Xanuma” tamaşası nümayiş olunub. A.Saqarelinin pyesi əsasında hazırlanan tamaşa seyrçilər tərəfindən coşğunluqla qarşılanıb.



Ramiz Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.

1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul oluunb. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. Akademik Milli Dram Teatrının səhnəsində Nəvvab və İran şəhzadəsi ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Mayor Edmund ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Bahadur ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Məhəmməd Suvarlı ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev), Cəmil ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev), Seyton ("Maqbet" Uilyam Şekspir), Edmund ("Kral Lir", Uilyam Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Səlim bəy ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), Laçın ("Hara gedir bu dünya?", Bəxtiyar Vahabzadə), Toğrul ("Cəzasız günah", Bəxtiyar Vahabzadə), Fərhad ("Sənsiz", Şıxəli Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik və Nostradamus ("Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hüseynbala Mirələmov), Cəbrayıl ("Teleskop", Elçin), “Yaşlı qadının gəlişi”(F.Dürrenmat), Knyaz Pantiaşvili (“Xanuma”, A.Saqareli), Nadir şah (“Nadir şah”, Y,Oğuz), Attilio (“Silindr”, E. de Filippo) və s. rollar oynayıb.



R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser sonatası"(Musiqi müəllimi), V.Şekspirin "Antoni və Kleopatra"(Antonio), O.Kamalın "Dodaqdan qəlbə"(Kənan bəy), "Yad qızı"(Nihad) və s. maraqlı rollar oynayıb.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 1998-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə[1] Prezident Mükafatına layiq görülmüşdür.







Yorumlar










Aktif Ziyaretçi 18
Dün Tekil 844
Bugün Tekil 728
Toplam Tekil 1982971
IP 54.226.227.175






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































26 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Kargalar ötmeye başlayınca bülbüller susar.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu