Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Dövlət İdarəçilik Akademiyasının səhnəsində çıxış edib - Altay Cəfərsoy - TURAN-SAM : TURAN Stratejik Ara�t�rmalar Merkezi - http://www.turansam.org









Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Dövlət İdarəçilik Akademiyasının səhnəsində çıxış edib - Altay Cəfərsoy
Tarih: 26.04.2015 > Kaç kez okundu? 1315

Paylaş


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədbir keçirilib.



Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru - fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev qonaqları salamlayıb, iki ali təhsil ocağı arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib.

Daha sonra çıxış edən ADMİU-nun müəllimi, teatrşünas Elçin Cəfərov Nəcəf bəy Vəzirovun yaradıcılığı, görkəmli ədibin Azərbaycan teatr sənətindəki yeri haqqında danışıb. Nəcəf bəy Vəzirovun dramaturji yaradıcılığının estetik parametrləri haqqında ətraflı məlumat verən teatrşünas fikrini Ü.Hacıbəyovun fikirləri ilə bitirib:

“Nəcəf bəy cənabları, siz həmişə diri qalacaqsınız. Dünyada siz əkdiyiniz ağacların meyvələrinin toxumlarını külək müsəlman aləminin səhralarına səpib, göyərdib, minlərcə Nəcəf bəylər yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər. Sizin adınız tarixlərin vərəqlərində səbt olunub dillərdə zikr olunacaqdır”.

Dahi Üzeyir bəyin sözləri bu gün həqiqətə çevrilib. Ölümündən bir əsrə yaxın zaman keçsə də, Nəcəf bəy Vəzirov bu gün də diridir, sağdır, Azərbaycan xalqının yaddaşında yaşayır. Hazırda Lənkəran Dövlət Dram Teatrı Nəcəf bəy Vəzirovun adını daşıyır, əsərləri müxtəlif teatrlarda tamaşaya qoyulur.

Elə hesab edirəm ki, Azərbaycan teatrı bu gün mövcudluğuna görə başda Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov olmaqla maarifçi-ziyalılarımıza borcludur. Xalqın rifahı, mənəvi tərbiyəsi, cəhalət və zəlalətdən xilas olması yolunda ömrünü şam kimi əridən bu ziyalılarımızın adları tariximizin ən parlaq səhifələrində əbədi olaraq həkk olunub. Milli ədəbiyyatımızın, teatr sənətimizin inkişafında misilsiz xidmətləri olan Nəcəf bəyin adı həmişə dilimizdə zikr olunur. Bu mənada, mən ADMİU-nin tələbələrinin ifasında nümayiş olunacaq bu tamaşanı da Nəcəf bəy Vəzirovun adını zikr etmək kimi qavrayıram. Zikriniz mübarək, əzizlərim!”

Tədbir çərçivəsində Dövlət İdarəçilik Akademiyasının akt zalında Mədəniyyət və İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə 4-cü kurs tələbələrinin (kurs rəhbəri Gülşad Baxşıyeva) ifasında görkəmli dramaturqun “Ev tərbiyəsinin bir şəkli” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru ADMİU-nun professoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Gülşad Baxşıyeva, rejissor assistenti Ayşən Mirzəyeva, musiqi tərtibatçısı Seymur İkramdır. Tamaşada ADMİU-nun “Aktyor sənəti” fakültəsinin 4-cü kurs tələbələri Elməddin Məmmədov (Bayraməli bəy), Ayaz Məmmədov (Şahmar bəy), Əbdül Məcidli (Səfdərqulu), Elmir Yusif (Rəsul) və Məhəmməd Abdulla (Əsgər) çıxış ediblər. Tələbələrin ifasında nümayiş olunan tamaşa Universitetin müəllim-tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Sonda çıxış edən Gülşad Baxşıyeva tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Gülşad Baxşıyeva qeyd edib ki, Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan şəxsiyyətlərimizdəndir. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin böyük bir mərhələsi onun adı ilə bağlıdır. Görkəmli pedaqoq N.B.Vəzirovun dramaturji irsinin tədris prosesi üçün mühüm əhəmiyyətini vurğulayıb:

“Elə hesab edirəm ki, bu gün Nəcəf bəy Vəzirov irsi milli ədəbiyyatşünaslıq və teatrşünaslıq elmimiz tərəfindən yetərincə öyrənilməyib. Teatrlarımızın repertuarında da Nəcəf bəyin əsərləri əsasında hazırlanan tamaşalara o qədər də sıx-sıx rast gəlinmir. Amma ADMİU-nun müəllim-tələbə heyəti görkəmli ədəbin pyeslərinə tez-tez müraciət edir, bu əsərlərdən diplom işlərində, yaradıcılıq ifa işlərində ədəbi əsas kimi istifadə edirlər. Yəqin bu, onunla bağlıdır ki, Nəcəf bəyin əsərləri tədris işi üçün son dərəcə səmərəli ədəbi materialdır”.

Gülşad xanım bütün tədbir iştirakçılarını Səda Tədris Teatrında nümayiş olunacaq “Evlənmə” tamaşasına dəvət edib. Xatırladaq ki, N.Qoqolun eyniadlı əsəri əsasında hazırlanmış “Evlənmə” tamaşası IV kurs “Dram teatrı və kino aktyorluğu” ixtisası üzrə təhsil alan tələbələrin diplom işidir.





Yorumlar










Aktif Ziyaretçi 16
Dün Tekil 565
Bugün Tekil 302
Toplam Tekil 1982888
IP 54.221.136.62






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:































































22 Rebiü'l-Evvel 1439
Aralık 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Yabancı kültürlere girmek demek, onun hakimiyetine girmek demektir.
(Mete'nin Oğlu)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.692 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu