Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Türkiyədə işgüzar səfərdədir - Elçin CEFEROV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Türkiyədə işgüzar səfərdədir - Elçin CEFEROV
Tarih: 21.04.2015 > Kaç kez okundu? 1330

Paylaş


Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov fəxri qonaq qismində Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında iştirak etmək üçün Türkiyəyə yolda düşüb.

Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 8 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 8 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib. Xatırladaq ki, ötən il festivalda Azərbaycanı Akademik Milli Dram Teatrı “İlahi oyun” tamaşası ilə təmsil etmiş və teatrımızın tamaşası böyük müvəffəqiyyət qazanmışdı.

Festivalın bu ilki proqramına Türkiyə, Azərbaycan, Qazaxıstan, Dağıstan, Başqırdəstan, Türkmənistan, Kipr, Albaniya və Xakasiya teatrlarının tamaşaları da daxildir. Bu il “Min nəfəs, bir səs” festivalında Azərbaycanı Şəki Dövlət Dram Teatrının “Xəsis” tamaşası təmsil edəcək.

Festival müddətində Məşhur türk dramatuqu Haldun Tanerin xatirəsinə həsr olunmuş Beynəlxalq pyes müsabiqəsi də keçiriləcək. TÜKRKSOY və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçiriləcək müsabiqədə bütün türkdilli xalqların nümayəndələri iştirak edəcək. Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak edəcək.

Bununla yanaşı səfər çərçivəsində İsrafil İsrafilovun beynəlcalq əməkdaşlıq layihələri ilə bağlı bir sıra işgüzar görüşləri nəzərdə tutulub.



Səfərin nəticələri ilə bağlı tezliklə daha ətraflı məlumat veriləcək.





Bakı Ali Neft Məktəbinin kollektivi Akademik Milli Dram Teatrının

“Nadir şah” tamaşasını izləyib



Xəbər verdiyimiz kimi, Bakı Ali Neft məktəbi ilə Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq müqaviləsi mövcuddur. Əməkdaşlığın əsas məqsədi teatr sənətinin gənclər arasında təbliği, tələbələrin mədəni səviyyəsinin yüksəldilməsi, onların dünyagörüşlərinin genişləndirilməsi və sosial-mədəni tələblərinin ödənilməsindən ibarətdir.

Müqavilə çərçivəsində Bakı Ali Neft Məktəbi mütəmadi olaraq teatrın repertuarı haqqında əvvəlcədən məlumatlar əldə edir və kollektiv şəkildə tamaşaları seyr edirlər. Dövlətçilik, vətənpərvərlik və qəhrəmanlıq mövzularında qoyulmuş səhnə əsərlərinə baxışların təşkilinə xüsusi önəm verilir.

Artıq əməkdaşlıq çərçivəsində bir sıra maraqlı layihələr həyata keçirilmişdir. Bu dəfə Bakı Ali Neft məktəbinin kollektivi Akademik Milli Dram Teatrında Yunus Oğuzun eyniadlı əsəri əsasında hazırlanan “Nadir şah” tamaşasını izləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, rejissoru Əməkdar Artist Vidadi Həsənov, quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Həsənovadır. Döyüş səhnələrinə Əməkdar Artist Pərviz Məmmədrzayev, rəqslərə Lalə Hacıyeva quruluş verib.

Tamaşada Nadir şah obrazını Xalq artisti Ramiz Novruz ifa etmişdir. Janrı iki hissəli dramatik xronika kimi təyin olunmuş tamaşada Əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, İlham Hüseynov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, Amid Qasımov, Ramin Şıxəliyev, Şamil İbrahimov, Oqtay Mehdiyev, Vüsal Mustafayev, Vüqar Hacıyev, Elgün Həmidov, Əminə Babayeva, Könül Cəfərzadə, Sabir Məmmədov və Adil Dəmirov çıxış etmişdir.

Tamaşada Bakı Ali Neft məktəbinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Müəllim və tələbə heyəti aktyorların oyununu gurultulu alqışlarla müşaiyət etmiş, təqdim edilən tamaşadan məmnun qaldıqlarını bildirmişlər.







Yorumlar










Aktif Ziyaretçi 19
Dün Tekil 983
Bugün Tekil 752
Toplam Tekil 1931981
IP 54.196.72.162






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































27 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Saraylarda süremem dağlarda sürdüğümü, Bin cihana değişmem şu öksüz Türklüğümü.
(Hüseyin Nihal ATSIZ)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu