Həbib Ələkbərov ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Həbib Ələkbərov ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 07.11.2009 > Kaç kez okundu? 3288

Paylaş


Həbib Ələkbərov “Bu gün hər bir azərbaycanlının, hər bir türkün cənublu soydaşlarımıza dəstək vermək, yardım etmək borcu var”



Bu gün Azərbaycanda bir cox təşkilatlar var ki, onların əsas məramları Türk dünyasının birliyinə xidmət etməkdir. Belə təşkilatlarımızın yaranması və fəaliyyət göstərməsi, türk dünyası arasında mənəvi-ideoloji və içtimai körpülərin yaranmasında böyük rol oynayırlar və qurulmaqda olan bağları gücləndirirlər. Bir növ stimullaşdırıcı funkisiyanı yerinə yetirirlər. Belə qurumlardan biridə Türk Hərakatı İçtimai Birliyidir. Həm təşkilat haqqında və həmdə türk dünyası ilə, Güney Azərbaycan məsələsi ilə bağlı suallarımızın cavabını almaq üçün qurumun başqanı Həbib Ələkbərovun Günaz.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.



-Həbib bəy xöş gördük Sizi! İlk sualımız ondan ibarətdir ki, təşkilat nə vaxt yaranıb və indiyə kimi hansı işlər görüb?



-Xoş gördük. 1999 – cu ildə bir qrup tələbə gənclər olaraq Gənc Türklər Hərəkatını yaratdıq. 2007 – ci ilin iyun ayında GTH – nin nizamnaməsi, məramnaməsi və sosial bazası əsasında Turk Hərəkatı İctimai Birliyini təsis etdik. Əslində bu bir ad dəyişikliyi idi. Turk Hərəkatının milli mücadilə istiqamətində fəaliyyətini konkret ifadə edən geniş bir məramnaməsi var. Əsas məqsəd Türk Birliyinin yaranması istiqamətində aktiv ictimai fəaliyyəti genişləndirmək və milli gücün ortaya qoyulmasına nail olmaqdır. Fəaliyyətimizi millətçilik, vətənçilik, dövlətçilik, öncüllük və əxlaq prinsipləri çərçivəsində qurmuşuq.

Hərəkatın gördüyü işlərə gəlincə isə, 10 illik aktiv fəaliyyətdə görülən işlər çox olub. Gordüyümüz işlər zaman – zaman gündəmdə olub və mətbuatda işıqlandırılıb. Lakin əsas məqsədimizə çatmadığımız üçün atdığımız addımları və görülən işləri hörülməkdə olan ən böyük abidəyə qoyulmuş kiçicik kərpiclərdən artıq hesab etmirik.

Son dövrlər atdığımız addımlardan bir neçəsini sadalaya bilərəm. THİB türk tarixi ilə bağlı tarixi sənədləri Azərbaycan türkcəsinə tərcümə edərək nəşr etdirir. Məlumunuz olduğu kimi Bizans elçisi Priskin Attila haqqındakı qeydlərinin dilimizdə etdirdiyimiz nəşri ölkədə maraqla qarşılandı. Sahil bağından “26 – lar” abidəsinin, eləcə də ölkəmizdə ucaldılmış 26 – ların heykəllərinin götürülməsi barədə THİB ciddi cəhdlə mübarizə apardı və buna nail oldu. Yeri gəlmişkən bildirim ki, Şəhidlər Xiyabanından “İngilis Əsgəri” abidəsinin götürülməsi barədə də, dövlət qurumlarına müraciət etmişik. Nazirlər Kabineti və İcra Hakimiyyətindən rəsmi olaraq bizə bildiriblər ki, abidənin götürülməsi siyasi məsələdir və bunun üçün dövlət qərarının olması lazımdır. Abidənin götürülməsi ilə bağlı təklifimiz ictimaiyyətdə rəğbətlə qarşılandığı üçün bu barədə dövlət qərarının verilməsini biz qaçılmaz hesab edirik və buna nail olacağımızdan əminik. Çünki, ilk dəfə həmin Şəhidlər Xiyabanının yaranmasının baiskarlarından biri də məhz ingilis əsgəridir. Daha sonra mühüm məqamlardan deyə bilərəm ki, Azərbaycanda rus dilinin ikinci dövlət dili olması ilə bağlı Azərbaycanda rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelinin səsləndirdiyi bu Konstitusiyamıza zidd təklifinə etiraz olaraq etiraz aksiyaları və etiraz tədbirləri təşkil etdik. Həmin etirazlar genişləndiyi üçün milli maraqlarımıza qarşı olan bu qanunazidd təklif gündəmdən çəkildi. 2008 – ci ildə keçirilən paradın ilk təşəbbüsü də THİB - ə aiddir. 26 iyun 2008 – ci il tarixdə Hərbi Paradın keçirilməsi barədə 2007 – ci ilin iyununda təşəbbüs irəli sürmüşük və bununla bağlı Ali Baş Komandana müraciət ünvanlamışıq. Ümumilikdə bu kimi işlər hərəkatımızda davamlılıq təşkil edir, amma biz apardığımız təbliğatı əsas işimiz olaraq qəbul edirik.



-Qurumun türk dünyasının başqa yerlərində türkçülük ideyalarını təbliğ edən qurumlarla əlaqələri varmı və bu konkret olaraq hansı qurumlarladı?



-THİB – in məqsədi əslində bütün türk dövlət və muxtariyyatlarında Türk Hərəkatlarının yaranmasına nail olmaqdır. Türk Birliyi uğrunda yaranan bu hərəkatları həmin ölkənin yerli əhalisinin yönətməsində maraqlıyıq və cəhdlərimiz demək olar ki, uğurla alınır. Artıq biz türk ölkələrindən Özbəkistanda, Qazaxıstanda, Tatarıstanda, Türkiyədə, digər dövlətlərdən isə Almaniyada, Fransada və Rusiyada Türk Hərəkatlarının yaranmasına nail olmuşuq. Bu hərəkatların çoxu yerli türklər tərəfindən yönəldilir və özlərində birlikləri cəmləşdirir. Yeri gəlmişkən, bildirim ki, Azərbaycanda fəaliyyətdə olan Türk Hərəkatına da qoşulan birliklər var. Şükürlər olsun ki, bütün fəaliyyətimizdə eləcə də beynəlxalq əlaqələrimizdə təzyiqlərlə üzləşsək də, heç vaxt qınanılmamışıq.



-Bu gün hansı addımlar atılmalıdır ki, türk dünyası arasında mənəvi bağlar daha da güclənsin.



-Türk Birliyinin yaranmasının istiqamətlərini və konturlarını dahilərimiz hazırlayıblar. Bizlərə onun icrası düşər. Nələr tövsiyə edilibsə onlar da edilməlidir. Böyük ideoloqlarımızdan olan H.Cavid dedi ki,

“Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Onun bu iki misrası Sovet İmperiyasının tükünü ürpətdi. Məlumatlarda bildirilir ki, həmişə təqib olunsa da, o, ilk dəfə məhz bu misralara görə dindirilməyə çağırılır ki, başlanan bu proses də böyük ideoloqun cismani məhvinin başlanğıcı oldu. Yəni Sovet İmperiyası Cavid Əfəndinin tam hədəfi vurduğundan təlaşa düşdü. Həqiqətən Türk mədəniyyəti Türkün birliyinin açarıdır.

Bundan əlavə Türk dünyasının birliyini yaratmaq üçün ölkələr arasında ictimai, siyasi, elmi, iqtisadi, eləcə informasiya və digər əlaqələrin gücləndirilməsi, ardınca vahid iqtisadi məkanın, vahid pulun, vahid ordu birləşmələrinin və ortaq dilin formalaşdırılması şərtləri qaçılmazdır. Bu, Türk dünyasının nicatıdır. Bizim məramnaməmizdə də bu istiqamətdə görülən işlərə İctimai Birlik səviyyəsində dəstək olmaq nəzərdə tutulur. Qeyd edim ki, Türk Birliyi təkcə Türk dünyasının yox bütün dünyanın nicatıdır. Türkün dünya üzərində hakimiyyəti olmadan dünyada ədalətin bərqərar olması mümkünsüzdür.



-Hazırda bildiyiniz kimi türk dünyasının bir parçası olan Güney Azərbaycanda milyonlarla insanlarımız İran rejimi tərəfindən əzab-əziyyət çəkirlər. Bu haqda fikirlərinizi bilmək istərdik.



-Cənubi Azərbaycan fars zülmündən, uyğurlar Çin zülmündən, Şimali Azərbaycan erməni işğalından, tatarlar rus işğalından, Türkiyə terrordan və s. əziyyət çəkir. Bu siyahını sona qədər uzatmaq olar ki, dünyada bir dənə də olsun türkü rahat yaşamağa qoymurlar. Çünki qorxurlar. Bütün bu problemlərin bir həlli var-türkün birliyi! Türkün gücü birliyindədir. Birləşmək və milli gücümüzü ortaya qoymaq. Türk Birliyi yarandıqdan sonra, nəinki erməni, fars və s. kimi kiçik xalqlarla problem yaşamayacağıq, hətta super güc hesab etdiklərimiz belə bizə problem yaratmaq iqtidarında ola bilməzlər.

Konkret olaraq İran adlanan tarixi türk dövlətinə gəldikdə isə şərəfli tarixə və türk dövlətçilik mədəniyyətinin beşiklərindən sayılan bu Vətəndə çoxluğun azlığa, ədalətin zülmə tabe olduğu bir şeytançılıq hökm sürür. Cənubda soydaşlarımıza edilən zülmü Tanrı götürməz. O bir insanlıq suçudur. Özlərini ədalətin qarantları adlandıranların fars zülmünə, erməni, çin zülmlərinə susmaları, bizə dünyadakı yerimizi anlatmalıdır.



-Birlik Güney Azərbaycan məsələsinin həllini neçə görür?



-Fars rejimi bu dövləti türklərdən alandan sonra bu günə qədər də təlaşda və qəsbdədir. Biz düşünürük ki, milli inqilabın əzmi və dünya azərbaycanlılarının bu inqilaba dəstəyi məsələnin çözümüdür. Bu gün hər bir azərbaycanlının, hər bir türkün cənublu soydaşlarımıza dəstək vermək, yardım etmək borcu var. Türk dünyasının inkişafı Türkün birliyində olduğu kimi Azərbaycanın da inkişafı Vətənimizin bütövlüyündədir. Bu birlik dünyanın düzənini də dəyişəcək bir məqamdır. Bütöv Azərbaycan-Türkiyə müttəfiqliyi isə farsların və ermənilərin tarix boyu olduğu kimi, yenə də bizim dövlətin tərkibində olmasına və bizlərə sığınmasına gətirib çıxaracaq. Çünki, həm iqtisadi baxımdan, həm də mövcud ola bilmə baxımından onlar bu dövlətlərə möhtac olacaqlar. Bunu mütəxəssislər həmişə faktlarla izah ediblər. Bütün hallarda nicatımız birlikdə və milli gücün ortaya qoyulmasındadır.



-Həbib bəy sonda Sizə suallarımızı cavablandırdığınıza görə öz təşəkkürümüzü bildiririk və gələcək fəaliyyətlərinizdə uğurlar arzu edirik.



-Mən təşəkkür edirəm və bildirmək istəyirəm ki, Günaz.TV dünya azərbaycanlılarının vahid kanalı olaraq özünü doğruldub. Bu kanala dəstək olmaq da bizim milli borcumuzdur. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Həmişə səsiniz gəlsin.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 50
Dün Tekil 1947
Bugün Tekil 1269
Toplam Tekil 4077998
IP 18.118.227.69






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu