Türkiyə- Ermənistan arasında başlanan danışıqlara fərqli baxışların ortada olması - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Türkiyə- Ermənistan arasında başlanan danışıqlara fərqli baxışların ortada olması - Elnur ELTÜRK
Tarih: 06.09.2009 > Kaç kez okundu? 3048

Paylaş


Yenə də, Azərbaycan içtimaiyyətinin həssaslıqla izlədiyi Türkiyə-Ermənistan arasında əlaqələrinin qurulması bağlı danışıqlara start verildi. Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na dair daxili siyasi məsləhətləşmələrin başlanması üçün razılıq əldə ediblər. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, danışıqlar hər iki tərəfin istədiyi formada davam etsə, yanvarın 1-nə kimi sərhədlər açıla bilər. Türkiyə mediası baş nazir Rəcəb Təyyub Ərdoğanın 2009 -ci il may ayındakı Azərbaycana etdiyi səfərini xatırladır və onun Milli Məclisdəki çıxışının əsas məgzi olan Azərbaycan torpaqlarının erməni işğalından azad edilməyənə qədər sərhədlər açıla bilməz fikrini yada salırlar və sərhədlər açılarsa iki qardaş ölkə arasında münasibətlərin korlanacağını yazırlar.



Görünür rəsmi Ankara Amerika, qərbin təzyiqləri qarşısında davam gətirə bilmir və medianın yazdığı kimi bu, siyasətin davam etdirilməsi Amerika prezidenti Barak Obamanın Türkiyə parlamentində etdiyi çıxışının senarisi əsasında gedir. Təbii ki, bu dəfə Türkiyə bu, məsələdə cox ehtiyyatlı siyasət yürüdəcəyini və iki ölkə içtimaiyyətinin etirazını öz üzərinə qaldırmamaq şərti ilə hərəkət etdiyi ortadadır. Belə ki,



- Bundan bir müddət öncə,Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanın prezident İlham Əliyeva zəng etməsi,rəsmi Ankaranın məsələnin Azərbaycanla razılaşdırılmış formada davam etdiyinə işarə olduğunu göstərmək istəyir.



- Türkiyənin iki nüfuzlu diplomatının Azərbaycana səfər edərək prezident İlham Əliyevlə görüşməsi, rəsmi Ankaranın bu məsələdə Bakı ilə siyasətini uzlaşdırmaq cəhdi də ola bilər. Hər halda məsələnin hansı sonluqla bitəciyini yaxın zaman göstərəcəkdir.



Ermənistanla danışıqların aparılmasına Türkiyənin müxalifət partiyaları da sərt etirazlarını bildirirlər və MHP-dən olan Atilla Qaya Türkiyə iqtidarının Amerikanın projesi ilə hərəkət etdiyini və bu, fikri Azərbaycan mediasına verdiyi açıqlamada bildirib. Türkiyə Böyük Millət Məclisinin üzvü Canan Artman isə daha sərt şəkildə AKP-nin yürütdüyü siyasəti tənqid edərək, Ermənistanın prezidenti Serj Sərkisiyanın Türkiyə-Ermənistan arasında keçirilməsi gözlənilən futbol matçını izləməyə gəlməsi ilə bağlı bu, fikrindən vaz keçməyə cağırıb, hətta onu hədələyici sözlərdə işlədib və Canan Artman əgər sərhədlər açılarsa, Türkiyənin daxili vəziyyətinin calğalanacığını bəyan edib. O, sonucda fikrini ölkənin hər bir yerində hökümətin Ermənistanla əlaqələrin qurulması bağlı siyasətinə etiraz dalğası ilə cavab veriləcəkdir açıqlaması ilə tamamlayıb. Türkiyə-Ermənistan sərhədlərin açılması ilə bağlı danışıqların layihəsinin müəllifi Amerikadır bu açıqlamanı Cümhuriyyət Xalq Partiyasının funksionerlərindən olan sabiq diplomat Onur Öymən verib. Onur Öymənə və Türkiyə müxalifətinə görə bu layihəni hazırlayan Amerikanın tanınmış analitiklərindən olan Devid Filips tərəfindən ortaya atıldığını və Türkiyə hakimiyyətinində bu plan üzrə hərəkət etdiyini ehtimal edirlər. Amma, Türkiyədə fərqli düşünən çevrələrdə var. Türkiyənin burada qazandığını və türk diplomatiyasının uğurlar əldə etdiyini deyən media orqanlarıda var. Protokolların imzalanması Türkiyə Ermənistanın iki tarixi tələbinin qarşısını ala bilər: Bu, qondarma erməni soyqırımı siyasətinin tanınması ilə aparılan təbliğatın və Ermənistanın Türkiyə qarşı tarixi torpaq iddialarını qarşısını alır və buda ermənilərin yüz ildə apardığı siyasətin yanlış olduğunu göstərir bu fikirləri Türkiyə Strateji və Beynelxalq Araşıdmalar Mərkəzinin analitiki Bülənt Yavuz bildirib.



Burada həssas məqamlardan biridə və Azərbaycan xalqı üçün əhəmiyyətli olan danışıqlarda Dağlıq Qarabağ məsələsinin prinisip kimi olmaması, şübhələri bir qədər artırır. Bunun ardınca Ermənistan prezidenti Sərkisiyan xarici işlər nazirliyinin əməkdaşları ilə görüşdə Türkiyə-Ermənistan danışıqlarında Dağlıq Qarabağ məsələsinin prinsip kimi olmadığını bəyan etməsi, məsələni birazda çətinləşdirib. Sərkisiyanın bu açıqlaması Azərbaycan içtimaiyyətində Türkiyə hökümətinə qarşı etimadsızlığ mühütinin yaranmasına səbəb ola bilər.



Bu açıqlamadan sonra Azərbaycan Xarici İşlər Naziriliyinin mətbuat xidmətinin katibi Elxan Poluxov Türkiyə-Ermənistan arasındakı danışıqların iki dövlətin suverin hüqüqu olduğunu və ancaq, Türkiyənin Ermənistanla sərhədi açması Azərbaycanın maraqlarına cavab vermədiyini və bunun Dağlıq Qarabağla bağlı danışıqlara təsir edəciyini qeyd edib.



Ermənistanın ən radikal və antitürk ideologiyasını daşıyan daşnaksütun partiyası Sərkisiyanın Ermənistanın milli maraqlarını satmaqda günahlandırıb və sərhədlərin açılması, Türkiyənin şərq torpaqlarına tarixi sahiblik iddialarının sona enəcəyini buda, faktiki olaraq 1921-ci ildə imzalanmış Qars müqaviləsinin Ermənistan tərəfindən tanınmasına gətirib cıxardacağını bəyan edirlər. Hətta ermənipərəst konqresmenlərdə bu lahiyə qarşı çıxırlar və ermənistanın yerli analitikləri İrəvanın uduzduğunu bildirirlər. Bu, fikrin üzərində dayanan analitiklərdən biridə Ermənistan Siyasi və Beynelxalq Araşdırmalar Mərkəzinin sədri Ruben Mehrabyandır. Onun açıqlamasına görə Ermənistan diplomatiyası uduzmağa doğru istiqamət almaqdadır və artıq bunun əsası qoyulub.



Azərbaycanın bir sıra ekspertləri məsələ ilə bağlı fərqli düşünür və bəzi analitiklər Türkiyənin tələsməməyə cağırıblar. Bu fikrin üzərində tanınmış politoloq Vəfa Quluzadə dayanır, analitikə görə Türkiyə siyasi-iqtisadi və sosial problemlər icərisində boğulmaqda olan Ermənistana əl uzatmamalıdır və bu mütləq Azərbaycan-Ermənistan arasında danışıqlara təsir edəciyini və digər açıqlamasında isə AKP hökümətini xəyanatda suçlayıb. Daha bir sərt açıqlama isə Ana Vətən partiyasının sədri Fəzail Ağamalı tərəfindən gəlib. Fəzail Ağamalı Ermənistanla əlaqələrin qurulması iki qardaş ölkə arasında böyük problemlərin yaranmasına və türk dünyası arasında inteqrasiya ya zərbə vura bilər fikrini sərt şəkildə ortaya qoyub.



Məsələyə loyal və türkiyənin dövlət maraqlarından yanaşan ekspertlərdə var. Məsələn politoloq İlqar Məmmədov və Ümid partiyasının sədri İqbal Ağazadə isə danışıqların baş tutması Türkiyənin bölgədə geosiyasi təsirlərinin artmasına və söz sahibinə çevriləcəyini proqnozlaşdırırlar. Hər iki şəxs Türkiyənin apardığı oyunu axıra kimi izləməyi və Ankaranın yürütdüyü danışıqlar diplomatiyasının Azərbaycanın milli maraqlarına cavab verdiyini düşünürlər.



Amerika departamentidə danışıqların başlanmasını alqışladıqlarını və bu, siyasətin aparılması bölgədə vəziyyətin sakitləşməsinə, demokratikləşməsinə xidmət edir yayılan bəyanatda belə bildirilir. Bəzi analitiklər Amerika hazırda bu gün Tükiyənin Cənubi Qafqazda güclənməsini və orada gedən proseslərə təsir imkanlarının artırılması strategiyasını müdafiə edir. Xüsusi ilə Amerika dövləti Gürcüstan olaylarından sonra Rusiyanın bölgədə təsir imkanlarını bilirlər və bu gün bu, siyasətin ortada olması Amerikanın maraqlarına cavab vermir. Çünki, Rusiya istənilən vaxt bölgəyə təsir edir və hətta lazım olanda hərbi müdaxiləni işə salır. Məhz, Amerika dövləti Türkiyə dövlətinin Ermənistanla bağlı strategiyasını ona görə müdafiə edir ki:



- Ermənistanın Rusiyadan asılığının zəifləməsini və ölkənin içtimai-siyasi mühütində Rusmeylliliyin qarşısının alınmasında maraqlıdır və buda nəticə etibarı ilə Türkiyənin təsir imkanlarının genişlənməsi gətirib çıxarda bilər. Amerika analitikləri bu gün bu, siyasəti müdafiə edirlər və onların fikrincə bu, siyasət reallaşsa, Rusiyanın Cənubi Qafqaz mövqeləri zəifləyə bilər. Burada Amerikanın bölgə ilə bağlı diplomatiyasını şərtləndirən amillərdən biridə Vaşinqton maraqlarını Türkiyə üzərindən reallaşdırmaq istəyidir. Çünki, Amerikanın Cənubi Qafqazda bir başa hərəkət etməsi Rusiyanı qıcıqlandırır.



Məncə, burada Amerika dövləti yanlışlıqlara yol verə bilər. Bir şeyi nəzərdən qaçırmaq olmaz ki, Ermənistan əsasən Rusiya və İranın nüfuz dairəsində olan dövlətdir və xüsusi ilə Kremlinin diqtəsi ilə hərəkət edir və Türkiyə ilə sərhədlərin açılmas isə, Ermənistanın iqtisadi-sosial vəziyyətinin yaxşılaşmasına və bu da nəticə etibarı ilə torpağları işğal altında olan Azərbaycanın mövqeylərinə təsir etməyə bilməz. Bu gün bölgədə gedən proseslər və tarixi zərurət Türkiyə və Azərbaycanın birgə hərəkət etməsini diqtə edir.





P.S Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar





























Türkiyə dövləti bu dəfə daha ehtiyyatlı siyasət yürüdür və Azərbaycan dövləti



Təbii ki, Türkiyə bu məsələdə cox ehtiyyatlı siyasət yürüdəcəyini və iki ölkənin içtimaiyyətinin etirazını öz üzərinə qaldırmamaq şərti ilə hərəkət etdiyi ortadadır. Belə ki,



- Türkiyənin baş Naziri Rəcəb Təyyub Ərdoğanın prezident İlham Əliyeva zəng etməsi, məsələnin Azərbaycanla razılaşdırmış formada davam etdiyinə işarədir



- Türkiyənin iki nüfuzlu diplomatının Azərbaycana səfər edərək, danışaqların təfərrüatı ilə bağlı prezideni məlumatlandırmaları





Bu məsələdə tələsməməyə və ehtiyyatlı olmaq lazımdır. Azərbaycan- Türkiyə medi





Türkiyə-Ermənistan danışırlarının formatı ilə bağlı Türkiyə Xarici işlər Nazirliyi rəsmi məlumat yayıb. Türkiyənin Xarici işlər Naziri Ermənistanla sərhədlərin açılması konspepsiyasının müəlliflərindən sayılan və bu strategiyanı həyata keçirməyə çalışan Əhməd Davudoğlu media verdiyi açıqlama, danışaqlarda Azərbaycanın milli maraqları nəzərə alınacağını qeyd edib. Məhz, bir neçə gün bundan öncə, Türkiyə-Ermənistanla danışaqların aparıcıları Feridun Sinirioğlu, Əhməd Ünal Çeviksöz Bakıya gələrək, prezident İlham Əliyevlə görüşüb,Türkiyənin Qarabağ məsələsi ilə bağlı mövqeyini çatıdırıblar. Türkiyə-Ermənisatan sərhədlərin açılması ilə danışıqların layihəsinin müəllifi Amerikadır bu açıqlamanı Cümhuriyyət Xalq Partiyasının funksionerlerindən olan Onur Öymən verib. Ermənistan analitikləridə danışaqları ilə bağlı fikirlərini bildiriblər və daşnaksütun partiyası bunu xəyanat adlandırıraq, prezidenti geri çəkilməyə çağırıblar. Azərbaycan bəzi analitikləri tələsməməyə və amma yenədə bu məsələdə Azərbaycan milli maraqlarının qorunmasının vacibliyini qedy edirlər.



O, qeyd edib ki, bu layihənin müəllifi amerikanın strateqlərin sayılan Devid Filipsdir. Oda heç vaxt Türkiyənin milli maraqlarından çıxış edə bilməz və layihənin gercəkləşməsi üçün Ədalət və İnkişaf Partiyasına təzyiqlır edirlər. Maraqlıdır ki, türkiyə Dağlıq Qarabağ məsələsinin danışaqlarda prioritet təşkil edəciyini bildirinə rəsmi Ankaranın, bu fikrinə Ermənisatan prezidentin maraqlı açıqlama gəlib. Sarkisiyan BBC kanalına bildiirib ki, sərhədlərin açılması ilə danışaqlar Qarabağ məsələsi əsas şərtlərin içərisində ola bilməz. İndi, ortaya bir çox fikirlər çıxır və Türkiyə bir tərəfdən Bakını razı salmaq üçün sakitləşdirici bəyanatlar verir və Sarkisiyan isə başqa bir açıqlama verir. Təbii ki,Türkiyə keçənlərdə sərhəd məsələsi ilə Azərbaycan ilə münasibətlərin hansı gərginliyə gətirib çıxartdığını bilirlər və bu dəfə danışaqlar peşekarlıqla aparılacağı şübhəsizdir. Burada yanlışların qarşısını almaq üçün ən düzgün yol Türkiyə vaxtında danışıqların təfərrütı ilə məlumatlandırmalı, Azərbaycan və Türkiyə içtimaiyyətinə dolğun informasiyanın çatdırılması





Devid Filips adını ilk dəfə Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının funksionerlərindən Onur Öymənin dilindən duyduq. Öymənin iddiasına görə, Türkiyədə kürd problemini həll etməli olan yol xəritəsinin müəllifi hökumət deyil, amerikalı Devid Filipsdir.

Bu şəxsin adı bir də Türkiyə ilə Ermənistan arasındakı münasibətləri nizamlamalı olacaq protokollar açıqlandıqdan sonra hallandı. Türkiyə müxalifəti İsveçrədəki protokolların arxasında da Filipsin dayandığı qənaətindədir.

Devid Filips kimdir?

Vaşinqtonda Atlantik Şura (Atlantic Council) adlı düşüncə mərkəzi fəaliyyət göstərir. Müstəqil qurum olan Atlantik Şuranın fəaliyyətinin ana xəttini Avroatlantika məkanında problemlərin həllinə yönəlik hesabatların hazırlanması təşkil edir. Aparıcı ekspertlərdən olan Devid Filips şurada layihələrin koordinatorudur. Filips Nyu-York və Kolumbiya universitetlərində dərs də deyir.

2007-ci il oktyabrın 15-də Filips “PKK-nın silahsızlandırılması, dağıdılması və ictimaiyyətə yenidən inteqrasiya olunması” adında hesabat yayıb. Bu hesabatı hazırlamadan öncə Filips Ankarada (amerikalı ekspertin İrəvana səfərlər etməsinə dair də xəbərlər var) çoxsaylı görüşlər həyata keçirib. O, kürd mövzusuna bir də bu ilin əvvəlində qayıdıb. 13-15 aprel tarixlərində Atlantik Şurada bir toplantı düzənlənib və həmin toplantıya Türkiyə və İraqdan 14 nəfər qatılıb. Toplantıda Türkiyə ilə İraq kürdləri arasında problemlərin yoluna qoyulması məsələləri müzakirə edilib.

Bundan sonra Atlantik Şuranın internet saytında ABŞ-ın İraqdan çəkilməsi halında türklərlə iraqlı kürdlər arasında sülhün əldə olunması və əməkdaşlığın inkişafına dair hesabat yayımlanıb. Yol xəritəsi şəklində hazırlanan hesabatda PKK probleminin həlli üçün Ankaraya 7 maddəlik məsləhət verilib.

Türkiyə müxalifəti də məhz həmin hesabatı əlində rəhbər tutaraq rəsmi Ankaranın və şəxsən baş nazir Ərdoğanın kürd probleminin həllində ABŞ-ın təlimatıyla hərəkət etdiyini vurğulayır. Bunun qarşılığında türkiyəli rəsmilər isə Atlantik Şuranın hesabatı əsasında hərəkət etmədiklərini, mərkəzin toplantılarına qatılmadıqlarını və Filipslə kürd probleminin həlliylə bağlı məsləhətləşmədiklərini söyləyirlər.

ABŞ prezidenti Barak Obama bu ilin aprel ayında Türkiyə Böyük Millət Məclisində çıxış edərkən Türkiyəni Ermənistanla münasibətləri nizamlamağa çağırmışdı. Bundan 1 ay sonra isə Devid Filipsin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında aşağıdakı şəkildə çıxış etdiyi söylənilir: “Türkiyə ilə Ermənistan arasında protokolların mətni Obamanın Türkiyə səfərindən öncə hazırlanıb. Obama da bu protokollara əsaslanaraq Ankaranı cəsarətli olmağa səsləyib”.

Keçək İsveçrədə imzalanan protokollara. Sən demə, həmin Filips ABŞ hökumətinin dəstəyi ilə qurulan Türk-Erməni Uzlaşdırma Komissiyasının da rəhbəri imiş. Bu komissiyanın varlığı və fəaliyyəti haqqında geniş məlumat yoxdur. Görünür, bu da ondan irəli gəlir ki, Türkiyə ilə Ermənistanı barışdırmağa çalışan Vaşinqton Cənubi Qafqazda Rusiya amilini nəzərə alaraq Kremli qıcıqlandırmaqdan çəkinir və bir növ kölgədə qalmaq istəyir. Yəni əslində Türkiyə ilə Ermənistan arasında real vasitəçi ABŞ-dır, İsveçin rolu isə görüntü yaratmaqdan ibarətdir. Təsadüfi deyil ki, Filipsin İsveçrədəki görüşlərdə ABŞ-ı təmsil etdiyi gələn xəbərlər arasındadır.

Filips və ya bir başqası, Avrasiya bölgəsində böyüklü-kiçikli istənilən prosesin arxasında ABŞ-ın nəfəsinin duyulması təbiidir. Dünyanın tək fövqəldövləti maraqlarını təmin etməyə çalışır. Vaşinqtonun bir marağı İraqdakı silahlı qüvvələrini çıxardıqdan sonra Türkiyə ilə Şimali İraq kürdləri arasında münasibətlərin nizamlanması, o cümlədən bölgəni qarışdıran PKK probleminin həllidirsə, digər marağı Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasıdır ki, bu yolla Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları bir qədər azalsın.

Cənubi Qafqazda nəhəng proseslər sürətlənib. Bir tərəfdən Türkiyə Ermənistanla münasibətləri nizamlamağa çalışır ki, bölgədə daha çox söz sahibi ünvanına yiyələnsin və beləcə Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynasın. Digər tərəfdən Ermənistan da Türkiyə ilə münasibətlərin nizamlanmasına maraq göstərərək, xarici işlər naziri Edvard Nalbandyanın sözləri ilə desək, regional layihələrə qatılmaq, pul qazanmaq və beləcə səfalətdən qurtulmaq imkanı əldə edir.

O biri tərəfdən də Azərbaycan bu proseslərin nəticəsi kimi Ermənistanın ilkin addım ataraq işğal altındakı rayonları boşaldacağına ümid edir. Bütün bu proseslərin fövqündə Vaşinqton dayanır, Avrasiya bölgəsinin bu halqasında anti-Amerika, anti-Qərb yönümlü dövlət və güclərin neytrallaşdırılmasına, bölgənin Qərbə daha sürətlə inteqrasiyasına çalışır. Bu işləri həyata keçirmək üçün isə Vaşinqtona Devid Filisp kimi şəxslər lazımdır.





ABŞ Konqresinin Ermənistanla dostluq qrupunun rəhbərləri Frenk Pallone və Mark Kirk Ankara ilə Yerevan arasındakı razılaşmaya qarşı çıxıblar. “Media forum” xəbər verir ki, konqresmenlər birgə açıqlamalarında protokollarla bağlı narahatlıq ifadə edərək Ankaranın Ermənistana ön şərt qəbul etdirməyə çalışdığını söyləyiblər.

Konqresmenlər xüsusilə tarix komissiyasının yaradılmasına və protokolların tətbiqi prosesinin Dağlıq Qarabağ şərtinə dolayısı ilə bağlanmasına qarşı çıxıblar: “Bu razılaşmalara tarixi həqiqətin müzakirəsi və ya Qarabağ danışıqlarının daxil edilməsi istiqamətindəki hər hansı cəhd müzakirələrin məqsədinə tamamilə ziddir”.

Türkiyə, Ermənistan və İsveçrə Xarici İşlər nazirlikləri avqustun 31-də mətbuat üçün birgə açıqlama yayıblar. Açıqlamada bildirilir ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na dair daxili siyasi məsləhətləşmələrin başlanması üçün razılıq əldə ediblər.

Bu iki protokol ikitərəfli əlaqələrin müəyyən zaman içərisində normallaşdırılması üçün bir çərçivə təqdim edir. Türkiyə ilə Ermənistan arasında siyasi məsləhətləşmələr altı həftə ərzində tamamlanacaq. Bunun ardınca iki protokol imzalanacaq və hər iki ölkənin parlamentlərinin təsdiqi üçün təqdim olunacaq.









Ən sonda yazacağımı ən başda yazım - Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş gözləmədən Ermənistanla sərhədini açmalıdır. Bu təşəbbüsü Azərbaycan irəli sürməlidir. Yaxud Azərbaycan iqtidarı buna heç bir etiraz etməməlidir, tam tərsinə, Ankaraya Ermənistanla sərhədlərini açacağı halda sakit duracağının təminatını verməlidir. Çünki münaqişənin həllində gözlənilən, haqqında danışılan “irəliləyiş” Dağlıq Qarabağın həmişəlik itirilməsi deməkdir. Şuşanın ömürlük ermənidə qalması ilə müqayisədə Türkiyə-Ermənistan sərhədinin açılması nədir ki?..

Dünyanın supergücləri Qarabağ münaqişəsinin həllini ancaq bu şəkildə görürlər – işğal altında olan rayonlardan beşi boşaldılsın, bölgəyə sülhməramlılar yerləşdirilsin, Laçın və Kəlbəcərin taleyi qeyri-müəyyən zamana, Dağlıq Qarabağın taleyi isə neçə il sonrasa keçiriləcək referenduma bağlansın, yəni əslində erməniyə peşkəş verilsin. Azərbaycan iqtidarı Madrid prinsiplərinə razılıq verməklə, həmin prinsiplərə əsaslanan Moskva bəyannaməsini imzalamaqla bu şərtləri faktiki qəbul edib, yalnız məsələnin rəsmi imza tərəfi qalıb. İndi də həmin imza tələb edilir rəsmi Bakıdan. Türkiyə ilə Ermənistan arasında razılaşdırılan protokolların da Azərbaycan üçün təhlükəli tərəfi məhz budur - sərhədlərin açılması, Ankara ilə Yerevan arasında diplomatik münasibətlərin qurulması deyil.

Heç bir sənəd açıqlanmamış, protokolların varlığı belə etiraf edilməmişkən Türkiyəyə qarşı kampaniya başladan, gərginliyi Ankaradan hesab sormağa qədər artıran Azərbaycan hakimiyyəti sərhədlərin açılacağına, diplomatik münasibətlərin qurulacağına dair konkret razılaşmanın elanını nə əcəb bu qədər təmkinlə qarşılayır deyirsiniz? “Türkiyə əvvəl Bakını məlumatlandırmırmış, indi məlumatlandırır” arqumenti protokolların üzərindəki tarixə baxıldığı zaman çox bəsit görünmürmü? Bu sənədlər rəsmi Bakının “Ankara bizi məlumatlandırmır” dediyi günlərdə artıq razılaşdırılıbmış və indi bunun bilinməsi Azərbaycan iqtidarı üçün heç də sürpriz olmadı. Məntiqlə reaksiya “görürsünüz, biz deyirdik, Türkiyə Azərbaycanı satıb, amma inanmırdınız” şəklində olmalı deyildimi?

Bu sualların cavabı mənim üçün aydındır - Türkiyə həm də Azərbaycan iqtidarının Dağlıq Qarabağ danışıqlarındakı mövqeyinə, beynəlxalq güclərin təzyiqi ilə verdiyi sözlü vədlərə əsaslanaraq Ermənistanla danışıqları bu qədər irəlilətmişdi. Sadəcə, Rusiya Türkiyənin bölgənin əsas aktyoru qismində bu prosesə daxil olmasına, Ermənistanla sərhədləri açmasına qarşıydı və Moskvanın bu mövqeyi razılaşdığı biabırçı sülh sənədini imzalamaqdan daha bir müddət yayınmağa çalışan Azərbaycan iqtidarının da işinə yarayırdı. Azərbaycan iqtidarı məhz razılıq verdiyi sülh sazişindən qaçmaq, vaxt udmaq üçün Rusiyaya yan alıb Türkiyəyə qarşı cəbhə açmışdı. “Türkiyə bizi məlumatlandırmadı” deməksə bəhanələrin ən ucuzuydu.

O dönəmdə Ankara yenə Azərbaycanı düşünərək bu ərköyünlüyə göz yumdu, bağlı qapılar arxasındakı razılaşmaları açıb ortaya tökmədi, “bu yola birlikdə çıxmışdıq, bizi pis vəziyyətdə qoydunuz” deyə minnət qoymadı, əksinə, özünün manevr imkanlarını daraltmaq hesabına “Dağlıq Qarabağda işğal bitmədən sərhəd açılmaz” dedi.

Aradan 3 ay yarım keçdi və Türkiyə Ermənistanla anlaşdığını elan etdi. Rusiya ən azı üzdə anlaşmaya qarşı çıxmadı, əksinə, təqdirlə qarşıladı. Qərb “erməni açılımı”nı dəstəklədiyini açıqladı. Azərbaycan rəsmiləri dərhal Ərdoğanın bəyanatını xatırlatdılar, bundan o tərəfə getmədilər. Qafası qarışan, “Türkiyəni söyməyə davam edəkmi, etməyəkmi” çaşqınlığı içərisində olanlar hələ də hansı mövqeni tutacağına qərar verməyib – çünki işarə gəlməyib. Ara-sıra “protokolla Ərdoğanın bəyanatı bir-birinə ziddir” fikrinə söykənən yüngülvari ittihamlar səslənir, amma bunun yanında da Ankara-Yerevan anlaşmasında Azərbaycana sərf edən cümlə axtarışına çıxılır, həmin cümlələr bəzədilib iqtidarın rəsmi və qeyri-rəsmi təbliğat orqanlarının manşetlərinə, ön səhifələrinə çıxarılır. Çünki “protokolla Ərdoğanın Bakıdakı bəyanatı bir-birinə ziddir” deyənlərə də, Türkiyə baş nazirinin Bakıdakı bəyanatını xatırladanlara da bəllidir ki, bu, belə deyil.

Ərdoğan sadəlövh siyasətçi deyil, ictimai rəyi, seçici-səs faktorunu gözardı edən siyasətçi heç deyil – şəxsən mən onun parlament seçkisinə qısa müddət qalmış və ən azı daha bir müddət hökumətin başında qalmağa iddialıykən göz görə-görə belə böyük yanlışa gedəcəyinə inanmıram. Əksinə, Ərdoğanın bir tərəfdə “işğal bitmədən sərhədi açmaram” deyib, o biri tərəfdən sərhədi açacağına dair protokol imzalamanın yaradacağı təlatümü hesablamadığını düşünmək sadəlövhlük olardı.

Türkiyə hökuməti həm “bəyanatımız qüvvədədir” deyir, həm də protokol imzalamağa hazırlaşırsa, bunun bircə izahı var: sənədin ratifikasiya olunacağı müddətə qədər Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın da razı olduğu konkret addımın atılacağının təminatı alınıb. Qapalı qapılar arxasında Dağlıq Qarabağın de-fakto Azərbaycandan qoparılması anlamına gələn razılaşma olub və artıq rəsmi Bakının öz hakimiyyətini qorumaq üçün verdiyi vədlərdən qaçacaq yeri qalmayıb.

İndi biriləri çıxıb “yox, Ərdoğan Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını deməmişdi, bütövlükdə Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq demişdi” şəklində spekulyasiyaların istehsalı ilə məşğul ola bilər, amma artıq gecdir. Qərb də, Türkiyə də, Ermənistan da, elə Madrid prinsipləri ilə razılaşan Azərbaycan da 5 rayonun azad olunmasını Dağlıq Qarabağ münaqişəsinin faktiki həlli kimi gördüyünü ortaya qoyub, gerisi təfərrüatdır...

Təhlükədən qurtulmanın bircə yolu var, başda yazdım – Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş gözləmədən Ermənistanla sərhədini açmalıdır. Bu təşəbbüsü Azərbaycan irəli sürməlidir. Yaxud Azərbaycan iqtidarı buna heç bir etiraz etməməlidir, tam tərsinə, Ankaraya Ermənistanla sərhədlərini açacağı halda sakit duracağı təminatını verməlidir. Çünki münaqişənin həllində gözlənilən, haqqında danışılan “irəliləyiş” Dağlıq Qarabağın həmişəlik itirilməsi deməkdir. Şuşanın ömürlük ermənidə qalması ilə müqayisədə Türkiyə-Ermənistan sərhədinin açılması nədir ki?..









Türkiyə ilə Ermənistan arasında imzalanması nəzərdə tutulan protokollara Ankara, Yerevan və Bakıdan fərqli reaksiyalar gəlir. Türkiyə müxalifəti planlaşdırılan razılaşmanı sərt tənqid etsə də, diqqətini buna yox, daha çox kürd probleminin həllini nəzərdə tutan “demokratik açılım” paketinə yönəldib; Azərbaycanın hakimiyyət və müxalifət dairələri əvvəlkindən fərqli olaraq məsələyə soyuqqanlı yanaşır, gələcək prosesləri izləməyə üstünlük verir; Ermənistanda isə çaşqınlıq müşahidə olunur.

İsveçrənin vasitəçiliyi ilə imzalanması planlaşdırılan “Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”na qarşı ən sərt mövqeni Daşnaksütun Partiyası sərgiləyir. Razılaşmanın sabahısı Daşnaksütun bəyanat yayınladı: “İsveçrədə açıqlanan protokollar Ermənistan üçün təhlükəlidir, buna görə də bu sənədləri neytrallaşdırmağa çalışmalıyıq. Türkiyə soyqırımı və erməni xalqının haqlarını tanıdıqdan sonra onunla münasibətlər qurmaq olar. Ancaq protokollarda bu barədə heç nə yoxdur. Bu da Ermənistan xarici siyasətinin milli və dövlət maraqlarından uzaqlaşdığına dəlalət edir”.

Bəyanatdakı “protokolları neytrallaşdırmaq lazımdır” və “erməni xalqının haqqı tanınmalıdır” ifadələri gurultulu səslənir. İkinci ifadə Türkiyədən torpaq iddiasını ehtiva edir. Daşnaklar Ermənistanın Türkiyənin torpaq bütövlüyünü tanımasını qəbul etmirlər. O ki qaldı protokolların neytrallaşdırılmasına, daşnakların buna gücü çatmaz. Protokolların hüquqi qüvvəyə minməsi üçün sənədlər Ermənistan parlamentində ratifikasiya olunmalıdır. Parlamentdə isə prezident Serj Sərksiyanın rəhbəri olduğu partiya səs çoxluğuna malikdir. Daşnaksütun Partiyasının sentyabrın 2-də İrəvanda düzənlədiyi mitinqə az sayda insanın qatılması da bu partiyanın gücsüzlüyündən xəbər verir.

Ermənistanın real müxalifətini bu gün Erməni Milli Konqresi və onun lideri, keçmiş prezident Levon Ter-Petrosyan təmsil edir. O isə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının əleyhinə deyil. Prezident olduğu illərdə Levon Ter-Petrosyanın ən böyük arzusu Türkiyə ilə diplomatik münasibətlərin qurulması idi. “Gəlin soyqırımı qoyaq bir kənara, diplomatik münasibətlərin qurulmasına çalışaq” – bu sözləri vaxtilə Levon Ter-Petrosyan Ankaraya ünvanlamışdı. Eks-prezident indi də bu mövqeyindən geri çəkilməyib, sadəcə, müxalifət lideri statusu ondan Sərkisyanı hər məsələdə vurmağı tələb edir. Levon Ter-Petrosyan iki ölkə arasında münasibətlərin qurulmasının hər iki xalqın maraqlarına və bölgədə sabitliyə xidmət etdiyini vurğulasa da, İrəvanın ortaq tarix komissiyasının qurulmasına razılaşmasını yanlış addım adlandırıb.

Türkiyə ilə Ermənistan razılaşmasından başlarını itirənlər də var. Ermənistan parlamentindəki müxalifətçi İrs Partiyası Dağlıq Qarabağın “müstəqilliyini” tanıdığını elan edərək başqa partiyaları da bu prosesə qoşulmağa çağırıb. Görünür, bu, Türkiyə ilə razılaşmaya verilən qeyri-adekvat reaksiyadır. Dünyadakı erməni lobbisi daha çıxılmaz vəziyyətə düşüb. Tarix komissiyasının yaradılmasıyla bağlı razılaşma gələcəkdə “soyqırım”ı müzakirə və mübahisə predmetinə çevirəcək ki, bu da erməni lobbisini narahat etməyə bilməz. Təsadüfi deyil ki, protokollar açıqlandıqdan bir gün sonra ABŞ-dakı erməni lobbisi prezident Barak Obamaya müraciət edərək onu, vəd etdiyi kimi, “soyqırım”ı tanımağa çağırıb. Lobbi tələsir, ancaq bu tələskənliyin bir nəticə verəcəyini söyləmək çətindir. Əgər mövcud protokollar gündəmdə olmazkən Obama Ağ evin sahibi kimi “soyqırım” kəlməsini işlətmədisə, Türkiyə ilə Ermənistan arasında təmaslar başlayandan sonra erməni lobbisinə verdiyi vədi heç yerinə yetirməz. Bu mənada Daşnaksütun Partiyasının liderlərindən Vaan Ovanesyan hardasa haqlıdır. O, Türkiyə ilə Ermənistan arasında futbol diplomatiyası başladığı gündən beynəlxalq aləmdə “soyqırım”ın tanınmasına marağın azaldığını deyib.

Bu arada Ermənistan hakimiyyəti bütün gücünü ictimaiyyəti və siyasi dairələri sakitləşdirməyə yönəldib. Serj Sərksiyan Türkiyə ilə münasibətlərin nizamlanmasının Dağlıq Qarabağa aidiyyatı olmadığını deyir. Xarici işlər naziri Edvard Nalbandyan da 2 sentyabrda İrəvanda düzənlədiyi mətbuat konfransında eyni sözləri təkrarlayıb: “Dağlıq Qarabağ münaqişəsinin həlliylə Minsk qrupu məşğul olur, Ermənistan Türkiyənin vasitəçiliyini qəbul etməyəcək. Eyni mövqedən Minsk qrupunun həmsədr ölkələri də çıxış edirlər”.

Doğrudur, protokollarda Dağlıq Qarabağ kəlməsi yoxdur. Ancaq Sərkisyan və Nalbandyana o da məlumdur ki, Ermənistan birinci mərhələdə işğal altındakı 5 rayonu azad etməsə, Türkiyə ilə sərhədin açılmasına nail olmayacaqlar. Bu isə Türkiyə-Ermənistan münasibətlərinin əvvəlkitək Dağlıq Qarabağ amiliylə bağlılığına işarədir. Digər tərəfdən, Nalbandyanın söylədiyinin əksinə olaraq Minsk qrupunun həmsədr ölkələri hazırkı durumda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığının əleyhinə deyillər. Türkiyə BMT Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən biri seçilib. Bu isə o deməkdir ki, İrəvan istəməsə belə, Ankara hər zaman Dağlıq Qarabağ məsələsini Təhlükəsizlik Şurasının müzakirəsinə çıxara bilər.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son müsahibələrində Ankaranın Cənubi Qafqazda fəal olacağını bu sözlərlə ifadə edib: “Türkiyə Yaxın Şərq və Balkanlarda aktiv rol oynayırsa, Cənubi Qafqazda da eyni rola iddialıdır”. Davudoğlu Ankaranın yalnız Ermənistanla münasibətlər qurmaqla kifayətlənməyəcəyini, Dağlıq Qarabağ münaqişəsinin həllində də fəallaşacağını dilə gətirib.



Davudoğlu Nalbandyanın “Türkiyənin vasitəçiliyini qəbul etməyən Minsk qrupunun həmsədr ölkələri”ndəki həmkarlarına zəng edib. O, ABŞ dövlət katibi Hillari Klintonla Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasını, rusiyalı həmkarı Sergey Lavrovla isə Dağlıq Qarabağ danışıqlarını müzakirə edib. Davudoğlu Lavrovdan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində fəallığını artırmasını istəyib. Bunu diplomatik dildən çevirsək, təxminən aşağıdakı məna alar: “Biz Ermənistanla münasibətləri nizamlayır, bölgədə barış və inkişafa çalışırıq. Siz də bunun qarşılığında İrəvanı yola gətirin”.









Hər kəsin “Türkiyə Azərbaycanın təpkisindən çəkinib Ermənistanla danışıqları qapatdı” deyə düşündüyü, diqqətlərin “demokratik açılım” adı altında yürüyən kürd probleminə yönəldiyi anda Ərdoğan hökuməti daha bir gözlənilməz addım atdı. Bu ilin əvvəlində İsveçrənin vasitəçiliyi ilə razılaşdırılan iki sənəd - “Diplomatik münasibətlərin təsis olunması” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi” protokolları ictimaiyyətə açıqlandı və gündəmi dəyişdi. “Demokratik açılım” ən azı qarşıdakı həftələr ərzində “erməni açılımı”nın kölgəsində qalacağa bənzəyir.

“Erməni açılımı”nın yeni mərhələsini Türkiyə müxalifəti zərərli, ekspertlərin bir qismi riskli addım kimi dəyərləndirir. Risk deyərkən ilk növbədə Türkiyənin Azərbaycanla yenidən qarşı-qarşıya gələ biləcəyi və bu dəfə Ankara ilə Bakı arasında iplərin tamamilə qopa biləcəyi ehtimalı nəzərdə tutulur. Amma bu dəfə Ərdoğan müxaliflərinin Azərbaycan kartını ötəndəfəki kimi rahatlıqla oynamaları o qədər də asan görünmür - çünki rəsmi Bakı (və rəsmi Bakının qeyri-rəsmi nəzarətində olan təbliğat maşını) daha ehtiyatlı davranmaq yolunu seçib.

Türkiyədə və Azərbaycanda bir sıra ekspertlər bunu AKP hökumətinin may ayından keçən zaman ərzində Azərbaycan rəhbərliyini inandıra bilməsi, prosesə Bakını daxil etməsi, hətta protokolların açıqlanmasını belə məsləhətli şəkildə həyata keçirməsi ilə izah edirlər. Amma məncə, bu, məsələnin xeyli dərəcədə zahiri tərəfidir. Dəfələrlə yazdığımı bir daha təkrar etmək istəyirəm – bu proses əzəldən Azərbaycandan xəbərsiz aparılmayıb. Sadəcə, Türkiyə may ayından sonrakı mərhələdə rəsmi Bakını hər addımda məlumatlandırdığını açıq şəkildə ifadə və nümayiş etdirməyə başlayıb - Ankaraya qarşı “yaz hücumu”nda istifadə olunan “bilgiləndirilmədik” bəhanəsini ortadan qaldırmaq üçün.

Azərbaycan hakimiyyətinin indiki mərhələdə ifadələrini ehtiyatla seçməsinin, Türkiyənin suveren hüququnu tanımasının ən önəmli səbəbi Rusiyanın bu məsələdə tutduğu mövqedir. Türkiyə keçən müddət ərzində Moskva ilə “erməni açılımı” mövzusunda razılığa nail ola bilib – Rusiya Xarici İşlər Nazirliyinin “məntiqli anlaşma” açıqlaması bunun aşkar sübutudur.

Türkiyənin Ermənistanla anlaşarkən Azərbaycanın maraqlarını nəzərə almadığını düşünmək absurd olardı. Ankara bütövlükdə özünün böyük strateji maraqlarından - bu maraqlar içərisində Azərbaycan da var - çıxış edərək həm öz problemlərini həll etməyə, həm də mövcud olduğu regionun problemlərinin həllində önəmli rol almağa çalışır. “Kürd açılımı”, Ermənistanla münasibətləri normallaşdırma cəhdləri, son aylarda qaynar gündəmin kölgəsində qalmış Kıbrıs məsələsi ilə bağlı hərəkətlilik, Orta Şərqdə vasitəçilik səylərinin artırılması, Rusiya ilə anlaşmalar - bunlar hamısı böyük oynamağa çalışan Türkiyənin böyük riskləri və təhlükələri də gətirən addımlarıdı.

Ermənistanla münasibətlərin normallaşdırılmasına dair protokollarla Ankara öz problemlərinin həlli istiqamətində de-fakto qazanc əldə edib. Dünən “Media forum”da həmkarım Elxan Şahinoğlunun yazısından da oxuduğunuz kimi, hazırkı anlaşmada Ankaranın gözlə görünən iki qazancı var - birincisi, Ermənistan bu sənədlə öz konstitusiyasında əksini tapmış Türkiyədən ərazi iddialarına son qoymağa razılaşmış olur, ikincisi, özünün xarici siyasətinin əsas prioriteti olan “soyqırım” məsələsində geriyə bir addım atır, Ankaranın illərdi təklif elədiyi tarix komissiyasının yaradılmasına razılıq verir.

Prezident Serj Sərkisyan Ermənistan müxalifətinin dərhal topa tutduğu bu iki nüansı ört-basdır eləmək üçün protokollarda göstərilən addımların Dağlıq Qarabağ şərtinə bağlanmadığını söyləməklə həm özünü sığortalamağa, həm Azərbaycanla Türkiyə arasında növbəti təlatümə təkan verməyə çalışır. Amma məsələ bundadır ki, protokollar kağız üzərində Dağlıq Qarabağ şərtinə bağlanmasa da, həmin sənədlərdə çox ciddi bir boşluq var və böyük ehtimalla, qarşıdakı dönəmdə tərəflər həmin boşluğa oynayacaqlar. Belə ki, üzərində anlaşılan sənədlərin qüvvəyə minməsi üçün onlar hər iki ölkənin parlamentində ratifikasiya olunmalıdır. Yalnız ratifikasiyadan sonra sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması, komissiyaların yaradılması və digər bu kimi məsələlər müəyyən olunmuş təqvimlə həyata keçirilə bilər.

Bəs bu ratifikasiya nə zaman olacaq? Bütün detalların konkret tarixlərə bağlandığı protokollarda bu önəmli məqam “unudulub” - parlamentlərin sənədləri təsdiq etmə mərhələsi təqvimdə gəstərilməyib. Şübhəsiz ki, bu, bilərəkdən unudulan detal deyil və üstəlik, bütün tərəflərin də işinə yarayır. Ermənistan hökuməti böyük ehtimalla daxildəki etirazları əsas gətirərək, ratifikasiya prosesini uzatmağa, lobbinin və ölkədaxili müxalifətin təzyiqlərindən bu şəkildə yayınmağa çalışacaq.

Eyni zamanda yəqin ki, Türkiyə hökuməti bu protokolları aylarla Böyük Millət Məclisində gözlədəcək, bu arada da Qərbin Dağlıq Qarabağ probleminin həlli, ən azı Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması istiqamətindəki maraqlarından yararlanmaqla danışıqlar prosesinin intensivləşməsinə, müəyyən nəticəyə nail olunmasına çalışacaq. Türkiyə qanunvericiliyi hökumətə istənilən sənədin müzakirəsini istədiyi qədər ləngitmək imkanı verir. Ərdoğan hökuməti istəsə, bu parlamentin fəaliyyət müddəti başa çatana qədər məsələni gündəliyə gətirməyə bilər. Yaxud sənəd müzakirəyə çıxarılar, lakin ABŞ qoşunlarının İraq əməliyyatında Türkiyə ərazisindən istifadəsini nəzərdə tutan qanun layihəsinin taleyi ilə üzləşər - parlamentdə rədd edilər, məsuliyyət də hökumətin üzərindən qalxmış olar.

Yəni əslində Dağlıq Qarabağ məsələsi sənədlərdə göstərilməsə də, Ankara istənilən mərhələdə onu şərtə çevirə bilər. Baş nazir Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun son açıqlamalarından çıxan nəticə də budur.

Bu mərhələdə Azərbaycana düşən təmkinli, soyuqqanlı şəkildə davranmaq və Türkiyəyə güvənərək, onunla birlikdə prosesdə yer almaqdır. Azərbaycan heç bir halda ilin əvvəlində yol verdiyi yanlışları təkrarlamamalı, Türkiyəyə ən kiçik güvənsizlik belə nümayiş etdirməməlidir. Bütün rəy və dəyərləndirmələrdə “Türkiyə Azərbaycanı satmaz” düşüncəsi prioritet təşkil etməli, saxta “vətənpərvərlik” havalarından vaz keçilməli, başqa mətbəxlərdə hazırlanıb, başqa qazanlarda qaynayan, dünyadakı yeganə dəstəkçimiz olan ölkəni və onun insanlarını üzəcək spekulyasiyalardan uzaq durulmalıdır.

Dağlıq Qarabağ problemi Türkiyədən əvvəl Azərbaycanın problemidir və onu həll etmək Azərbaycanın vəzifəsidir. Əgər Türkiyə Dağlıq Qarabağ probleminə görə illərdi Ermənistanla sərhədini bağlayıb əlaqəsini kəsibsə, bunun üçün ona təşəkkür eləmək, indi özünün maraqları üçün hansısa addımlar atmaq istəyirsə də anlayış göstərmək lazımdı - minnət qoyub, barmaq silkələmək yox...









Yorumlar









Aktif Ziyaretçi 67
Dün Tekil 1947
Bugün Tekil 1573
Toplam Tekil 4078301
IP 3.15.229.164






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 6.914 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu