Iran zindanlarında zorlanma rüsvayçılığı - AZADLIQ - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Iran zindanlarında zorlanma rüsvayçılığı - AZADLIQ
Tarih: 31.08.2009 > Kaç kez okundu? 3344

Paylaş


Babək Azəri: «Cinsi təcavüz birinci mərhələdə siyasi müxalifəti zərərsiz edir»



Iranda prezident seçkilərindən sonra saxtakarlığa qarşı kütləvi etiraz aksiyaları keçirildi. Mədəni formada etiraz aksiyalarında iştirak edənlər hakimiyyətin silahlı qüvvələrinin ağır basqısına məruz qaldılar. Yüzlərlə aksiya iştirakçısının ölməsi və ağır yaralanması barəsində xəbər verildi. Amma islahatçı prezident namizədi Mehdi Kərrubi iddia edir ki, bəzi gənc məhbuslara cinsi təcavüz edilib. Bu xəbər dünya səviyyəsində çox mübahisələrə səbəb olub. Mövzuya aydınlıq gətirmək üçün əslən iranlı olan hüquqşünas Babək bəy Azəriyə müraciət etdik. Babək bəy Isveçdə yaşadığı üçün suallarımızı ona internet vasitəsilə ünvanladıq.

- Babək bəy, son zamanlar hədsiz hay-küyə səbəb olmuş və dünya mətbuatında bununla bağlı saysız yazılar dərc olunmuş, filmlər çəkilmiş Iranın zindanlarında məhbuslara cinsi təcavüzü necə sübut etmək olar. Və ümumiyyətlə, bu məsələ nə qədər fakta əsaslanır?

- Iran zindanlarında təkcə müxalifətçilər deyil, bütün məhbuslar zorlanır. Birinci dəfə 1988-ci ildə Ayətullah Xomeyninin varisi ona açıq məktub yazıb sual etmişdi: “Xəbəriniz var ki, islam hakimiyyətinin zindanlarında qadınları zorlayırlar? Siz bilirsiniz ki, Məşhəd zindanında 25 qızın analıq orqanı üfunət edib iyləndiyi üçün həkimlər onları cərrahi əməliyyat edib, analıq orqanlarını çıxarıblar!” Bu məktuba Ayətullah Xomeyni özünə məxsus şəkildə reaksiya verərək məktub müəllifini varislikdən azad etdi. Iranda prezident seçkilərindən də sonra prezident namizədi Mehdi Kərrubi zindanlarda cinsi təcavüzün olmasını iddia etdi. O, hətta iddiasını sübut etmək üçün əlində konkret sənədlərin olduğunu da bildirib. O, öz iddiasının sübutu üçün Mehdi adlı bir gənc siyasi məhbusu Iranın hökumət orqanlarına göstərib. Tehranın Kəhrizək zindanında məhbus olduğu zaman həmin gəncə dəfələrlə təcavüz olunub. Bu faktı həkim də təsdiqləyib. Mehdi Kərrubi xatırladıb ki, bu ancaq bir nümunədir və onun başqa faktları da var. Prezidentliyə başqa bir namizəd Mirhüseyn Musəvi Mehdi Kərrubiyə açıq məktub yazaraq, zindanlarda olan cinsi təcavüz faktını təsdiqləyib. Məlumat üçün deyim ki, Ayatullah Xomeyni dini rəhbər olanda Mirhüseyn Musəvi 8 il baş nazir olmuşdu və bu gün də onun yaxın adamlarından sayılır. Mehdi Kərrubi keçmişdə Iran məclisinin rəisi və hətta Xomeyninin fərmanı ilə Bunyadi-Şəhid (Şəhidlərə aid hökumət orqanı) rəisi təyin olunmuşdu. Bunlar Iranın zindanlarındakı cinsi təcavüzü təsdiqləyəndə şübhəyə yer qalmır. Bütün bunlardan da əlavə, indi xaricdə yaşayan, keçmişdə siyasi məhbus olmuş bəzi qadınlar dünyanın böyük xəbər agentliklərinin çəkdikləri filmlərdə özləri canlı şəkildə kamera qarşısında oturub, vaxtı ilə Iran zindanlarında onlara necə təcavüz olunduğunu danışırlar. Indi bu filmlər bütün dünya ekranlarında nümayiş olunur. O cümlədən, Amerika səsi və Günaz Tv-də yayımlanan bu filmlərə özüm də baxmışam. Misal üçün, baxdığım filmlərdə öz talelərindən danışan Kətayun Azəri və Azər Alikənanın adını çəkə bilərəm.

- Iran rejimi cinsi təcavüzdən nə qazanır?

- Cinsi təcavüz cismi işgəncədən əlavə, həm də çox ağır ruhu işgəncə sayılır. Və uzun zaman cinayət qurbanının üzərində mənfi təsir qoyur. Hətta bəzi vaxtlar təcavüz olunmuş fərd çox ağır ruh düşgünlüyünə düşüb, intihar edir. Cinsi təcavüz birinci mərhələdə siyasi müxalifi zərərsiz edir, digər tərəfdən zindanlarda cinsi təcavüz toplumda qorxu yaradır. Əlbəttə, təcrübələr nişan verir ki, dəhşətli işgəncələr və cinsi təcavüz ancaq qısa müddətli qorxu yarada bilir. Amma uzun zamanda əks təsir bağışlayır. Beləki, kütləvi etirazlara səbəb olur və çox zaman da rejimin yıxılması ilə nəticələnir. Yeri gəlmişkən, bir misal çəkmək istəyirəm. Patrisiya, Minriva və Traza Dominikan Respublikasında yaşayan üç bacı idilər və onlar bu ölkənin diktatoru Rafail Traxiyoya qarşı siyasi fəaliyyət aparırdılar. 1959-cu ildə onlar tutulub, zindana salındılar. Amma beynəlxalq aləmdəki etirazlar səbəb oldu ki, bu 3 bacını azadlığa buraxalar. Lakin onların həyat yoldaşları zindanda saxlanıldılar. Çox təəssüf ki, bu 3 bacının azadlığının ömrü uzun olmadı. Çünki noyabrın 25-i 1960-cı ildə onları Dominikan ölkəsinin gizli polisləri oğurlayıb, zindanda cinsi təcavüzdən sonra, işgəncə altında öldürdülər. Bu 3 bacının ölümü diktatora qarşı dirəniş ruhunu öldürmək əvəzinə, daha da artırdı. Xüsusən də bu qadınların geniş formada azadlıq üçün siyasi mübarizəyə qoşulmasına səbəb oldu və nəhayət, bu mübarizələr iqtidarın məğlubiyyəti ilə nəticələndi. 20 ildən sonra, yəni 1981-ci ildə Amerika qitəsi və Qəraib dənizi qadınlarının konfransında bu üç qadının qətlə yetrildiyi gün - 25 noyabr qadınlara olan zorakılığa qarşı beynəlxalq gün seçildi. 1999-cu il dekabrın 17-də BMT noyabrın 25-ni Qadınlara Olan Zorakılığa Qarşı Beynəlxalq Gün kimi təsdiq elədi.

- Ayətullah Xamneyi fərman verdi ki, Tehran şəhərində yerləşən Kəhrizək zindanı bağlansın. Belə deyirlər ki, cinsi təcavüzlərin əksəriyyəti bu həbsxanada baş verir. Sizin fikrinizcə, son zamanlar başlanan etirazlar zindanlarda olan cinsi təcavüzü dayandıra bilərmi?

- Mənim fikrimcə, Iranda bir neçə zindanın bağlanması, hətta bir neçə müstəntiqi cinsi təcavüzdə ittihamlayıb tutmaq, zindanlarda cinsi təcavüzə son qoya bilməz. Iranda əsas problem bir neçə nəfər rejim adamının pis olması deyil. Əsas problem Iranda hakim olan siyasi sistemin totalitar mahiyyətidir. Totalitar rejimlərdə gizli polis adlı bir hökumət orqanı olur. Sözdə onun əsas vəzifəsi milli təhlükəsizliyi qoruyub saxlamaqdır, amma əməldə, o, mövcud hakimiyyəti qoruyur. Əlbəttə, diqqət etməliyik ki, gizli polislə dünyanın azad ölkələrində olan milli təhlükəsizlik polisini qarışdırmayaq. Milli təhlükəsizlik polisi qanun çərçivəsində çalışır və nizamlı formada onun işinə nəzarət var.

Amma Iran kimi yerdə gizli polis qanunla çalışmır. Amma o, qanundan üstün sayılır. Onun işçisi neçə nəfərdir, onun büdcəsi nə qədərdir, onun ixtiyarında nə qədər gizli həbsxana var? Bütün bu suallara 30 ildir aydın cavab verilmir. Təcrübələr nişan verir, gizli polisin hətta özünün qatil komandası da olur ki, istədiyi vaxt gedib birbaşa dövlətə müxalifləri sorğu-sualsız öldürə bilər. Gizli polisin əsas vəzifəsi hakimiyyəti qoruyub saxlamaq olsa da, eyni zamanda hakimiyyətə qarşı böyük hədə sayılır. Çünki onların həddən artıq qüdrətləri imkan verir ki, istədikləri vaxt hətta hakimiyyəti də dəyişə bilsin. Elə bu səbəbə görə, gizli polis diktatura rejimində olan ölkələrdə birbaşa diktatorun və ya onun qohum-əqrəbəsi tərəfindən idarə olunar. Misal üçün, Iraqda Səddam Hüseyn prezident olmamışdan öncə gizli polisin rəisi idi. Bunun özü imkan yaratmışdı ki, müxalifləri kənara qoyub, özü ömür boyu prezident ola. O, prezident olandan da sonra öz əmioğlusu Həsən Əliməcidi gizli polisin başqanı təyin etmişdi.

- Irandakı gizli polis necə adlanır və necə hərəkət edir?

- Iranın gizli polisi ETTELAAT nazirliyi adlanır. 1983-cü ildə baş nazir Mirhüseyn Musəvi onun yaradılması təklifini qoyub və sonra bu nazirlik təsis olunub. Onun əsas məqsədi Iran rejiminin müxaliflərini birmənalı şəkildə məğlub etmək və ya zərərsizləşdirməkdir. Hətta bu yolda öz məqəsdinə çatmaq üçün qatil komanda yaradıb, rejimin bəzi müxaliflərini qətlə yetirmişdilər. Bu növ qətllər zəncirvari qətllər adlanır. Məhəmməd Xatəmi prezident olanda ETTELAAT nazirliyi bildiriş verib, etiraf edib ki, siyasi şəxslərin zəncirvari qətllərini ETTELAAT-ın bəzi məmurları törədib. Eyni zamanda qeyd edib ki, onlar özbaşına bu qətlləri həyata keçiriblər. Yəni, hakimiyyətin və onların tabe olduqları nazirliyin xəbəri olmadan. Ən maraqlısı bundan ibarətdir ki, prezident seçkilərindən sonra Iranın gizli polisi Mirhüseyn Musəvinin də havadarlarını işgəncə və cinsi təcavüzə məruz qoyurlar. Iranın gizli polisində özbaşınalıq, qanunsuzluq o yerə çatıb ki, özüm-özgə, dost-düşmən tanımır. Unutmaq lazım deyil ki, gizli polisin vücudu ölkədə olan böhrandan asılıdır. Elə bu səbəbə görə, gizli polisin özü çox zaman bilərəkdən süni böhran yaradar. Stalin Sovet Ittifaqının rəhbəri olan zaman kommunist partiyasının minlərlə üzvünü cəsusluqda ittiham edib, onlara işgəncə altında etmədiklərini etiraf etməyə məcbur edirdilər. Hətta bu adamlar uca səslə bağırmalıydılar: “Mən xainəm, məni öldürün!” Bu gün həmin işi Iranın molla rejimi görür. O, adamlar ki, uzun zaman Iran rejiminin sadiq nökərləri olublar, onları işgəncə altında məcbur edirlər etiraf etsinlər ki, xarici ölkələrin oyuncağı olublar və “vətənə” xəyanət etdikləri üçün günahkardırlar. Iranın ana yasasının 57-ci maddəsində qeyd olunub, Iranın qanunverici orqanı, məhkəmə sistemi və dövlətin idarə orqanları vəzifələrini dini rəhbərin nəzarəti altında həyata keçirirlər. O biri tərəfdən, qanuni baxımdan Iranın ETTELAAT naziri gərək dini xadim olsun. Burdan belə bir nəticə almaq olur ki, gizli polisin rəisi bir dini xadimdir ki, dini rəhbərin nəzarəti altında hərəkət edir.

- Güney Azərbaycanın milli fəallarına cinsi təcavüzlə bağlı hər hansı bir məlumat ictimaiyyətə çatdırılıbmı?

- Bəli, bu barədə də məlumat yayılıb. Misal üçün, 2006-ci il avqustun birində Böyük bəy Rəsuloğlunun başqan olduğu Dünya Azərbaycanlılarının Haqlarının Müdafiə Komitəsi Beynəlxalq Əfv Təşkilatına bir bildiriş göndərib, orada bildirib ki, 22 may Güney Azərbaycanda baş verən milli qiyamda zindana düşmüş bəzi milli fəallara cinsi təcavüz olunub. Bundan əlavə Günaz Tv-də və bəzi sitələrdə zindana düşən soydaşlarımızın bəzilərinə qarşı cinsi təcavüz olunduğu bildirilir. Amma bildiyiniz kimi, biz yaşadığımız toplumda cinsi təcavüz tabu sayılır və onun barəsində açıq-aşkar danışmaq, onu etiraf etmək, bir o qədər də rahat iş deyil. Böyük Bəy Rəsuloğlu cinsi təcavüzlə əlaqədar Əfv Təşkilatına məktub yazanda iki nəfər milli fəal mənə zəng edib, dedilər ki, cinsi təcavüz əgər olubsa da, onun barəsində mütləq mənada danışmamalıyıq. Amma mən tam əksini düşünürəm. Dərdi tanıma, əlacın əlli faizi sayılır. Əgər toplumda çirk, kəsafət varsa, onu açıq-aydın kütləyə göstərməliyik. Əgər bunu gizli saxlasaq, o davam edəcək.

- Siz cinsi təcavüzün tabu olduğunu qeyd elədiniz. Sizcə, bizim cəmiyyətdə bu tabunu necə sındırmaq olar?

- Hər şeydən öncə cinsi təcavüz olunanlara qəhrəman gözündə baxmalıyıq. Ona görə ki, onlar əqidələrindən dönmədikləri, satılmadıqları üçün, onları sındırmağa çalışırlar. Bu adamlara hər cür işgəncə verilib, o cümlədən də onlara qarşı cinsi təcavüz olunub. Onlarda bu inam yaranmalıdır ki, o acı təcrübənin barəsində danışmaq, toplumda onların dəyərin azaltmayacaq və bəlkə də artıracaq.

Yaşadığım Isveç ölkəsində əgər bir fərdə təcavüz olunarsa, hər nədən qabaq onu tibbi müayinə edərlər ki, bilsinlər, o, cinsi təcavüz nəticəsində hər hansı bir xəstəliyə tutulub, ya yox. Bundan sonra onun ruh düşgünlüyünə düşməməsi üçün psixoloqla görüşdürərlər, əgər psixoloq lazım görsə, ona əsəb dərmanı da yazar. Bunlardan da əlavə, onun daim yaxından təmasda olduğu qohum-əqrabasına da lazım olan təlimatı verərlər ki, onunla necə rəftar edələr. Çünki bir fərd ki, cinsi təcavüzə məruz qalır, o, psixoloji baxımdan dəyişib başqa adam olur.

Gülsüm





Yorumlar








Aktif Ziyaretçi 17
Dün Tekil 790
Bugün Tekil 203
Toplam Tekil 1639745
IP 54.146.176.35






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































8 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim Türklükten başka bir şey değildir.
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu