Musa HESENOV'la Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Musa HESENOV'la Müsahibe - Elnur ELTÜRK
Tarih: 26.12.2012 > Kaç kez okundu? 1981

Paylaş


Musa Həsənov: "Azərbaycan dünyanı qazanmaq mərhələsindədir"

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF-in) Belçika və Hollandiya Krallıqları üzrə koordinatoru Musa Həsənovla müsahibə



- Musa bəy, xahiş edirəm, özünüz və ASAIF haqqında bir qədər məlumat vərəsiniz.



- Mən, Həsənov Musa Natiq oğlu 29 avqust 1990-ci ildə Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi bitirkdən sonar ali təhsilimi Belçikada davam etdirməyə qərar verdim və Brussel Universitetində Biznes və iqtisadiyyat elmlər üzrə bakalavr pilləsində ali təhsilimə başladım.



ASAİF-ə gəlincə, bu qurum Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumudur. Təşkilat artıq 10 ildir ki, fəaliyyət göstərir və əsasən sabiq sədri Orxan Əkbərovun rəhbərliyi altında təşkilat böyük irəliləyiş əldə etmişdir. Hazırda təşkilatımızın 6000-ə yaxın üzvü var. ASAİF-in hazırkı sədri Ramin Həkimov, baş katib Vüsal Qurbanovdur.



- Bəs Belçikada gənclərimizin ictimai fəallığını qaneedici saymaq olarmı?



- Fikrimcə, Belçikada oxuyan azərbaycanlı tələbələrin sayına görə onların ictimai fəallığı qənaətbəxşdir. Belçikanı qonşu ölkələr Hollandiya, Fransa və Almaniya ilə müqayisə edəndə, Belçikada ali təhsil alan azərbaycanlı gənclərin sayı elə də çox deyil. Ancaq buna baxmayaraq, tələbələrimizin sayına görə ictimai fəallıqlarını qaneedici hesab etmək olar. Belçika Krallığında oxuyan tələbələrimizi il ərzində fərqli forumlara qatılırlar, həmçinin Belçikadan xaricdə baş tutan konfranslarda iştirak edirlər.

- Ümumiyyətlə, Azərbaycan diasporunun inkişafında gənclərin rolunu necə görürsünüz?



- Ümumi götürsək, gənclərin Azərbaycan diasporundakı rolunun son illərdə eksponensiyal artdığını müşahidə edirik. Və bu işlərdə koordinatoru olduğum ASAİF-in də rolu böyükdür. Belə ki, xaricdə oxuyan tələbələrimizin sayı gündən-günə artır və bu rəqəm minlərlə ölçülür. Tələbələr artıq xaricdə təşkilatlanma məsələlərində daha yaxında maraqlanır və bu prosesdə fəal iştirak edirlər. Artıq xaricə təhsil almağa gələn tələbə öncə onu fikirləşir ki, xaricdə vətənini necə, hansı yolla yaxşı tanıda bilər? Və bunu böyük bir uğur kimi göstərə bilərəm. Minlərlə azərbaycanlı gəncləri xaricdə oxuduqları təhsil ocaqlarında Azərbaycan haqqında bir çox tədbirlər keçirirlər. 2011-ci ildə ASAİF Macarıstanın Budapeşt şəhərində bu mövzu ilə bağlı çox uğurlu bir forum keçirtdi. Bu forum ASAİF-nin sabiq sədri Orxan Əkbərovun rəhbərliyi altında keçirildi və çox uğurlu alındı. Bu vasitədən istifadə edərək, Orxan Əkbərova ASAİF-dəki uğurlu fəaliyyətinə görə minnətdarlığımı bildirirəm



Budapeştdəki forumun adı "Mən gənc səfirəm" adlanırdı və bu mənanı verir ki, təhsillə bağlı xaricə gələn hər bir tələbəmiz ölkəmizin bir səfiridir. Azərbaycan artıq dünyada tanınma mərhələsini keçib. Hazırda Azərbaycan dünyanı özü üçün qazanmaq mərhələsindədir. Fikrimi daha aydın sizə çatdırım: belə ki, bir necə il əvvələ qədər Azərbaycanı bir çox ölkələrin əhalisi tanımırdı. Ancaq bu situasiya tamamilə dəyişib. Artıq əksər ölkələr Azərbaycanı bir dövlət kimi tanıyır və bizim mədəniyyətimizə maraq göstərirlər. 2010-ci ildə keçirilən Avroviziya mahnı müsabiqəsi də bu işdə böyük yardımçı oldu və əminəm ki, 2015-ci ildə ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək Avropa Olimpiya Oyunları ilə vətənimizi tanıtma məsələsində böyük irəliləyişlərə nail olacağıq. Bizim rolumuz indi ondan ibarətdir ki, erməni yalanlarının həqiqətən yalan olduğunu sübut edək. Azərbaycan xalqının qara səhifəsi olan Xocalı soyqırımı hadisəsini olduğu kimi dünya ictimaiyyətinə çatdıraq. Azərbaycanın sivil əhalisinə qarşı olunan hərbi təcavüzü bütün dünya bilməlidir. Bunu etmək üçün sadəcə 1 metoddan istifadə etməliyik, hamımız birləşib yumruğumuzu bir nöqtəyə vurmalyıq.



- Bəs Belçikada erməni gənclərinin fəallığı necədir? Xüsusilə, onlar öz yalanlarını yaymaq üçün hansı addımları atırlar?



- Erməni gəncləri çox fəaldırlar. Xüsusilə, sosial şəbəkələr və fərqli internet portallatında. Əllərindən gələni edirlər ki, hətta özlərinin də inanmadıqları yalanları hər yolla xarici millətlərə çatdırsınlar. Amma onu da bildirim ki, bizim gənclərimiz bu məsələdə heç də geri qalmırlar. İnformasiya mübarizəsində Azərbaycan gəncliyinin fəallığı xeyrli artıb. Son günlərdə sosial şəbəkələrin birində dostlardan biri status olaraq yazmışdı ki, ingilis dilli vikipediada artıq Ermənistandan daha çox Azərbaycan haqqında səhifələr var. Bu da onu göstərir ki, kiçik olsa da, nəsə bacarmışıq. Bu yola davam edirik. Hər bir gəncimiz əlindən gələni edir ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırsın.



- Yerli medianın ölkəmizə münasibət necədir? Ölkəmizlə bağlı hansısa yazı və məqalələrə rast gəlirsinizmi?



- Əvvəla, onu deyim ki, artıq bu çox illərdəki həftə içi hər gün qəzet oxuyuram. Bununla yanaşı, yerli internet qəzetlərini də tez-tez oxuyuram. Onu da bildirim ki, yerli mətbuat nəinki Azərbaycan haqqında, hətta başqa ölkələr haqqında belə çox yazır. Bildiyiniz kimi, Belçika Kralıığı son illər ağır siyasi böhran şəraitində yaşayır. Federal hökumət qurmaq məsələsində ölkə bir çox çətinliklərlə üzləşirdi. Sonunda sosialistlərin çoxluq təşkil etdiyi bir hökumət quruldu. Lakin hamımız bildiyimiz kimi, Avropa Birliyi, xüsusən də avrozona ağır iqtisadi böhran içərisindədir. Əsasən də Yunanıstan, İspaniya, Portuqaliya və İtaliya iqtisadi baxımdan çox çətin günlər yaşayır. Yəni bunları deməkdə məqsədim ondan ibarətdir ki, yerli mətbuat əsasən Belçikanı və Avropanı əhatə edən mövzular haqqında yazır. Azərbaycan haqqında xatırladığım son yazılardan biri də Eldar Qasımovun və Nigar Camalın Avroviziya mahnı musabiqəsini qalib gəlmələri ilə bağlı idi.



- Noyabr ayında ASAİF Belçika və Hollandiya bir aksiya keçirmişdi. Bu aksiya nə ilə bağlı idi



- Bəli, düz vurğuladınız. İcazə verin, ilk olaraq onu qeyd edim ki, bu aksiyanın keçirilməsində ASAİF-in baş katibi Vüsal Qurbanovun böyük səyləri olmuşdur. Həmçinin Vüsal Qurbanovə ASAİF-dəki uğurlu fəaliyyəti ilə bağlı dərin minnətdarlığımı bildirir və təbrik edirəm. Noyabr ayının 11-də ASAİF-in birbaşa dəstəyi ilə Hollandiya Krallığının Hilversum şəhərində aksiya k eçirildi. Bu aksiya ASAİF və Hollandiyadakı Azərbaycan Gənclər Təşkilatının işbirliyi nəticəsində baş tutdu. Hollandiyanın dövlət kanalları holdinqin BNN-in tərkibində olan "Niderland 3" telekanalı qeyri-qanuni olaraq, Ermənistanın dəstəyi nəticəsində, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa daxil olaraq, o ərazi haqqında bir veriliş hazırlamışdı. Veriliş həddindən artıq ermənipərəst xarakter daşıyırdı. Biz də gənclər olaraq təbii ki, bu məsələyə heç cürə biganə qala bilməzdik. Beləliklə, Hollandiya şəhər bələdiyyəsində rəsmi icazə olaraq veriliş efirə getməmişdən öncə etiraz aksiyası keçirdik. Hesab edirəm ki, aksiyamız uğurlu keçdi. Çünki etirazımız zamanı qurumun baş müdiri bizim nümayəndə heyətini qəbul etdi və biz ona həm şifahi, həm də yazılı şəkildə bütün etirazlarımızı bildirdik.



- Musa bəy, təşəkkürlərimi bildirirəm və sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.



- Mən sizə öz təşəkkürümü bildirirəm.



Söhbətləşdi: Elnur Eltürk





Yorumlar








Aktif Ziyaretçi 14
Dün Tekil 763
Bugün Tekil 604
Toplam Tekil 1636898
IP 54.158.83.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.002 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu