İsmayil Safi: ”Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə inkişafı başqa dövlətləri narahat etməməlidir” - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









İsmayil Safi: ”Türkiyə-Azərbaycan əlaqələrinin strateji səviyyədə inkişafı başqa dövlətləri narahat etməməlidir” - Elnur ELTÜRK
Tarih: 14.09.2012 > Kaç kez okundu? 1971

Paylaş


Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Dr. İsmayil Safi ilə müsahibə



İsmayil bəy, Türkiyə baş naziri Rəcəb Təyyub Ərdoğanın Azərbaycan səfəri iki qardaş ölkə arasında əlaqələrin inkişafında hansı rolu oynayacaq?



Bu səfəri əlaqələrimizə yeni töhfə verəcəyini düşünürəm və uğurlu səfərlərdən biri hesab edirəm. Görüşdə bir çox vacib məsələləri müzakirə olundu və önəmli sazişlər imzalandı. Təbii ki, belə qarşılıqlı səfərlər iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxarır.

Bu gün Azərbaycanın hər tərəfli inkişaf etməsi, Türkiyənin də bölgədə güclənməsi və inkişaf etməsi deməkdir. Türkiyə bunu ürəkdən dəstəkləyir və öz qardaşlarının uğurlara nail olması onu sevindirir.

Qardaş Azərbaycan hər zaman Türkiyənin diqqət mərkəzində olub və cənubi Qafqaz siyasətində Azərbaycanın xüsusi çəkisi və önəmi var. Hazırda əlaqələrimiz qardaşlıq səviyyəsindən uğurla strateji-siyasi və iqtisadi maraqların inkişafına qədər davam edir. Bu məni çox məmnun edir. Əlaqələrimizin strateji səviyyədə inkişaf etdirilməsi, hansısa dövlətləri narahat etməməlidir. Bu əlaqələr bölgədə sülhün dəstəklənməsinə və inkişafına dayanan bir strateji xətdir.



Bəzi ekspertlər Türkiyə dövlətinin Qarabağ probleminin həlli məsələsində fəallaşacağı ilə bağlı proqnozlar verirlər. Bu haqda nə düşünürsünüz?



Fikir verirsinizsə, Türkiyə son illər beynəlxalq tədbirlərdə Qarabağ məsələsini gündəmə gətirir və problemin beynəlxalq səviyyəyə çıxarılmasına çalışır. Etiraf edilməlidir ki, münaqişənin obyektiv dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin böyük rolu var. Türkiyə ilk gündən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir. Çünki, Qarabağ münaqişəsinin uzanması bölgənin ümumi vəziyyətinə mənfi təsir göstərir. Qarabağ münaqişəsinin həll olunmaması, Türkiyənin cənubi Qafqaz siyasətində də öz mənfi təsirini göstərir. Münaqişənin yenidən alovlanması və müharibə fazasına keçməsi Türkiyənin maraq dairəsində deyil.

Unudulmamalıdır ki, müharibə Şimali Qafqazda vəziyyəti də gərginləşdirə bilər. Bunun sonradan hansı mənfi nəticələrə səbəb olacağını proqnozlaşdırmaq, elədə çətin məsələ deyil. Bu gün Qafqazlarda sülhün güclənməsi və inkişaf etdirilməsi Türkiyənin əsas maraq dairəsində olan məsələlərdən ən birincisidir.



Bu günlərdə Ermənistanın baş naziri açıqlamasında Türkiyə dövlətinə müraciət edərək, sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını tələb edib. Maraqlıdır ki, Ermənistan münaqişənin həll olunmasını tərəfdar olduğunu qeyd edir, amma buradan da Qarabağa köçürmə planın olduğu ortaya çıxıb...



Ermənistan Türkiyə ilə hədə dilində danışa bilməz. Erməni siyasətçilərinin nə deməsi bizi heç maraqlandırmır. Artıq, Türkiyə dövləti bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoyub. Azərbaycanın işğal altında qalan torpaqları azad olunmamış, hansısa əlaqələrin qurulmasından söhbət gedə bilməz.

Bəli, bu gün Ermənistanın Dağlıq Qarabağa köçürmə planı haqda xəbərləri eşidirik. Bu bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edə bilər. Münaqişənin statusu həll olunmamış, orada hansısa prosesin getməsi, Ermənitsanın xeyrinə deyil. Həmçinin, erməni xalqı yaxşı bilməlidir ki, münaqişənin həlli onların sosial-iqtisadi həyatına böyük müsbət təsir göstərəcək.





Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 825
Bugün Tekil 87
Toplam Tekil 1635618
IP 54.158.83.210






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































3 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ben sadece asil bir ailenin evladı olmakla değil, fakat asil bir milletin evladı olmakla gururluyum.
(ATİLLA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.716 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu