Tomris Azeri ile Müsahibe - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Tomris Azeri ile Müsahibe - Elnur Eltürk
Tarih: 13.04.2009 > Kaç kez okundu? 3166

Paylaş


Tomris Azəri “İlham Əliyevin Türkiyədə keçirilən Mədəniyyətlər Arası Konfransa getməməsini məndə dəstəkləyirəm”

Bu gün Azərbaycan diasporasında dinamiklik müşahidə olunmaqdadır. Xüsusi ilə Türkiyə -Ermənistan sərhədlərin açılması ilə bağlı fikrin ortada dolaşmasından sonra lobbimizin aktiv fəaliyyətə keçməsinə səbəb oldu. Artıq ölkə rəsmilərimizdə məsələyə münasibət bildiriblər. Türkiyə mediasinin yazdığına görə bu günlərdə Türkiyə keçirilən Mədəniyyətlərin İttifaqı Konfransına Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirə getməkdən imtina edib. Bunun ardınca Türkiyədə faəliyyət göstərən diasporamız Türkiyə-Ermənistan sərhədləri açılmaması ilə bağlı internet kompaniyasına başlayiblar. Son məlumatlara görə imzalayanların sayı on beş mini keçməkdədir. Bu məsələlər bağlı suallarımızın cavabını almaq üçün Amerika Azərbaycan Cəmiyyətinin başqanı Tomris Azəriyə müraciət etdik.

Tomris xanım xoş gordük sizi bu gün Amerikadan nəzər saldıqda Cənubi Qafqaz regionda gedən proseslər neçə görsənir. Siz Amerikanın siyasi kuluarlarına yaxın olan şəxsiniz və bu haqda fikirlərinizi bilmək oxucularımızı üçün önəmli olardı.

Bu gün Amerikadan Cənubi Qafqazda gedən proseslərə nəzər saldıqda görünən mənzərə odur ki , Azərbayan regionun güclü dövlətinə çevrilmək mərhələsindədir. Demək olar ki, Azərbaycan artıq söz sahibidir. Amerika Azərbaycanla tərəfdaşlığa önəm verən və enerji layihələrini dəstəkləyən dövlətdir. Ancaq buna baxmayraq istəmədiyimiz və bizdən asılı olmayan proseslərdə baş verməkdədir. Unutmaq olmaz ki, cənubi qafqaz geopolitik baxımından çətin reyleyfdə yerləşir. Amma Azərbaycan cox ağıllı və uzaqgörənliklə siyasət yürüdərək gələcəkdə gözlənilən hadisələrdən özünü qoruyur. Mən xüsusi ilə cənab İlham Əliyevin prosesləri uyğun addım atdığını düşünürəm. Amerikada Azərbaycanı öz müttəfiqi görür. Bir neçə gün bundan öncə Amerika prezidenti Barak Obamanın Azərbaycan prezidentinə zəng etməsi bir daha bu əlaqələrin önəmliyindən xəbər verir.Bundan sonrada bu əlaqələr yüksələn xəttlə inkişaf edəcəkdir. Çünki, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış və avroatlantik məkana inteqrasiya olduğuna görə bu əlaqələr bundan sonrada sülh və əmin amanlıq şəraitində davam edəcəkdir. Amerikanın siyasətçiləri və diplomatları Azərbaycanın strateji önəmliyini dərk edirlər.

Artıq mediadan bildiyiniz kimi, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı fikirlər səslənir və məsələ əlaqədar həm Türkiyənin ana müxalifət liderləri və Azərbaycan tərəfindən sərt münasibət bildirilməkdədir. Həmdə Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu məsələdə cox ehtiyyatlı olmaq lazımdır. Türkiyə-Azərbaycan münasibətlərinin soyuqlaşması düşmənin dəyirmanına su tökmüş kimi bir şey ola bilər. Bu da sonucda hər iki dövlətin və ya ümumilikdə türk dünyasının ziyanıdır.

Türkiyə hökümətinin Azərbaycana qarşı bu hərəkətinə inana bilmirəm sadəcə olaraq inanmaq istəmirəm. Türkiyə qardaş və bir soydan olduğumuza görə işğalçı ermənistanla sərhədləri bağladı. Azərbaycan azadlığını eldə etdikdən sonra ilk gündən bəri dərdini sevincini Türkiyə ilə paylaşdı. Hər iki ölkə arasında ticari və enerji əlaqələri güclü şəkildə inkişaf edir. Türkiyənin iş adamlarına Azərbaycanda şərait yaradıldı. Axı unutmaq olmaz axı “Biz Bir Millət İki Dövlətik”. Ola bilər ki,türkiyə avropa birliyinə üzv olmaq ücün ermənistanla sərhədərin açılmasını istəyir amma avropa birliyi hec vaxt bu quruma türkiyəni üzv eləməz. Fransa artıq bəyan edib ki,Türkiyənin bu quruma üzv olmasını dəstəkləməyəcək. Əgər bu sərhədlər açılarsa Türkiyə həm mənəvi-iqtisadi baxımından. ziyan çəkə bilər. Bunuda bərpa etmək üçün uzun illər zaman vaxt lazım olacaqdır. Axı nəyə görə?nə üçün üç milyon əhalisi olan ermənistana görəmi? Türkiyə Azərbaycanın strateji önəmliyini bilir və orta asiya açılan bir qapı olduğunu görür. Unutmaq olmaz ki,erməni diasporası heç vaxt yüz illik iddiasından əl çəkməyəçəkdir.Onlar artıq qarşılarına məqsəd qoyublar ki,qondarma erməni soyqırımını dünyada tanıtsınlar. Bir həftə bundan öncə ASALA erməni terror təşkilatının türk diplomatlarını neçə qətlə yetirmələri lə bağlı filmi seyr etdikdə vəhşiliyin şahidi olduq və indi sərhəd məsələsinin ortaya çıxması bizi cox üzür. Görəsən Türkiyə rəsmiləri bu filmləri,1992 ci ildə fevral ayının 26 da Xocalıda törədilmiş video kadrları baxıblarmı? Bəli Türkiyə-ermənistan sərhədlərin açılması ilə bağlı imza toplama kompaniyasına məndə qoşuldum və bunun ardınca İlham Əliyevin Türkiyədə keçirilən Mədəniyyətlər Arası Konfransa getməməsini məndə dəstəkləyirəm. Əminən ki,o bizdən daha çox məlumatlıdır və İlham Əliyev bu addımı düşünülmüş və dövlətimizin maraqları üçün hesablanmış siyasət sayılmalıdır. Buda çox düzgün hərəkət idi.

Azərbaycanın diaspor tarixində ilk dəfə olaraq ermənilərin xalqımıza qarşı törətmiş olduğu 31 mart soyqırımı Amerikanın Nevada ştatının qubernatoru cənab Cim Qibbons ştat üzrə matəm elan etdi. Dünyanın böyük gücü olan Amerika kimi ölkədə belə bir qərarın verilməsinə nail olmaq sözün həqəqi mənasında Azərbaycanın və diasporamızın böyük nailiyyətidir.

Məncə bu işi Azərbaycan mediası biraz cox böyütdü. Bu bir kağız üzərində yazılan bir yazıdır. Heç bir ştat matəm günü élan etməyib.Cim Qibbonsun ofisi belə bir bəyanat verib amma sonradan ermənilər bunu öyrənib coxlu basqılar təşkil etdilər. Hamımız diasporamızın cox qüvvətli olmasını istəyirik,amma hər hansı bir ştat üzrə xalqımıza qarşı edilmiş qətliamları bütün ştat üzrə élan edilməsini istəyirik ki,diasporamızın güclü olması lazımdır. Bunun üzərində çalışmaq lazımdır və inanıram ki,amerikada güclü diasporımız yaranacaqdır. Çünki,amerikada azərbaycanı sevən ürəkləri vətənlə döyünən gənclərimiz var.Onlar həqiqətəndən bu gün Azərbaycan üçün böyük işlər görürlər.

Sonda Tomris xanım sizə öz təşəkkürümüzü bildirik və vaxtınızın azlığına baxmayaraq bizlərə vaxtınızı ayırdığınız üçün.

Məndə sizə öz təşəkkürümü bildirirəm.

Söhbətləşdi: Elnur Eltürk

P.S Müsahibə Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzi üçün alınıb.





Yorumlar









Aktif Ziyaretçi 56
Dün Tekil 1947
Bugün Tekil 1269
Toplam Tekil 4077997
IP 18.223.196.59






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu