Çözümsüzlüyün Çözümsüzlüyü - Dr. Elnur Nəsirov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Çözümsüzlüyün Çözümsüzlüyü - Dr. Elnur Nəsirov
Tarih: 11.04.2009 > Kaç kez okundu? 3372

Paylaş


Nəriman Nərimanov Azərbaycanın siyasi və mədəniyyət tarixində özünəməxsus iz qoymuş bir şəxsdir. Doğrusunu desəm, N. Nərimanovun marksist-sol dünyagörüşünü mənimsəməsinə hər zaman təəccüb etmişəm. Nərimanov bu dünyagörüşünü mənsəməklə səhv etdiyini Azərbaycanda bolşevik rejimin qurulmasına xidmət etdikdən sonra ifadə etmişdi. Lakin bu qəti surətdə səmimi bir etiraf deyildi məncə. Heç bir peşə sahibinin səhvi siyasətçinin səhvi qədər böyük fəlakətlərə səbəb olmur. Bir həkimin səhvi bir xəstənin, bir müəllimin səhvi bir sinifin, siyasətçinin səhvi isə bütün bir millətin taleyinin məhv olması ilə nəticələnir. Nərimanov Azərbaycan xalqının son bir əsirlik acı taleyinin əsas səbəbkarlarından biridir. Nərimanovun marksist dünyagörüşünü mənimsədiyinə təəccüb etdiyimi və “səhv etdim” deyərkən səmimi olmadığını düşündüyümü dedim. Məni bu fikirlərə sövq edən Nərimanovun qələmə aldığı əsərlərdir. Bir şəxsin duyğu və düşüncələri haqda təsəvvür sahibi ola bilmənin ən yaxın yolu həmin şəxsin əsərlərini mütaliə etməkdir. Əsərlərini mütaliə edərkən Nərimanovun necə müstəsna müşahidə qabiliyyətinə malik olduğunun şahidi oldum. Bu fitri bir istedadmı idi, yoxsa peşəsi olan həkimliyin ona aşıladığı bir qabiliyyətmi idi deyə bilmərəm. Amma bir həkimin öz xəstəsinin şikayətlərinin səbəblərini və xəstəlik tarixçəsini araşdırdığı kimi Nərimanovun Azərbaycandakı bir çox ictimai və siyasi problemlərin dərinliklərinə endiyini, xalqın tutulduğu ağır xəstəliyin səbəblərin dəqiqliklə təyin və təşxis etdiyini söyləmək mümkündür. Xüsusən Nərimanovun “Pir” və “Bir Kəndin Sərgüzəşti” adlı povestlərini diqqətlə mütailə edərək bu qərara gəlmək mümkündür. Nərimanov içində yaşadığı cəmiyyəti çox yaxşı tanıyırdı, hansı ağırları hansı səbəblərdən ötrü çəkdiyini çox yaxşı bilirdi. Lakin çox təəssüf ki, diaqnozu dəqiq qoyduğu halda müalicəni səhv apardı.

“Hümmət” təşkilatından sonra M. Ə. Rəsulzadə ilə yollarını ayırdı və marksist cəbhədə mövqe tutdu. Onun bu hərəkətinin səbəbi isə, özünün dediyi kimi, “səhv etməsi” deyildi, artıq genetik xəstəliyimizə çevrilən “mən” sindromu idi. Məncə Nərimanov, Rəsulzadə və ətrafındakıların arasında lider ola bilməyəcəyini anladığı üçün marksist cəbhədə mövqe tutmağa üstünlük vermişdi. Çünki həmin dövrdə Azərbaycan bolşevikləri arasında Nərimanov qədər sanballı ikinci bir şəxs demək olar ki, yox idi. Ermənilərin bütün cəbhə boyu Azərbaycana hücum etdiyi 1918-ci ilin payızında Qazax mahalını kənd-kənd gəzərək xalq arasında “uşaqlarınızı orduya verməyin” təbliğatı aparan bir şəxsin, aşağıda haqqında geniş surətdə bəhs edəcəyimiz, “Bir Kəndin Sərgüzəşti” adlı əsərin müəllifi olduğunu təsəvvür etmək çox çətindir. Halbuki həmin ordu “Musavat” firqəsinin deyil, Azərbaycanın ordusu idi və həmin “uşaqlar” da öz yurd-yuvalarını, canlarını, mallarını, namuslarını düşmən təcavüzündən qorumaq üçün orduya çağırılırdılar.

Azərbaycandakı universitetlerdən birində tədrislə məşğul olduğum vaxtlarda Nərimanovun əsərləri ilə daha yaxından tanış olmaq fürsətini əldə etmişdim. Akademik Hüseyn Əhmədov Nərimanov irsini araşdırdığı üçün müəllifin əsərlərinin orjinallarının surətini əldə etməyə çalışırdı. Beləcə mən də həmin əlyazmaların surətləri ilə tanış olmaq fürsəti əldə edə bilmişdim. Ən çox diqqətimi cəlb edən əsərləri arasında Nərimanovun tibb elmi ilə İslamdakı gigiyena qaydaları arasında apadığı müqayisəli araşdırması və “Bir Kəndin Sərgüzəşti” povesti olmuşdu. Nərimanovun İslam dinini necə dəqiqliklə araşdırdığı və dini mövzulardakı ən incə mətləbləri belə mütəxəssis dəqiqliyi ilə bildiyini görmək doğrusu məni heyrətləndirdi. “Bir Kəndin Sərgüzəşti” adlı əsərində isə diqqətimi cəlb edən bu əsərdəki rəqabət və düşmənçilik içində olan iki məhəllənin adları olmuşdu. Müəllifin kiril və latın əlifbaları ilə çap olunmuş əsərlərində bu iki məhəllədən birinin adı “naməlsəm”, digərininki isə “inmirə” olaraq yazılmışdır. Lakin heç bir nəşrdə redaktorlar bu iki sözün hansı mənanı ifadə etdiyi qeyd etməmişdirlər. Halbuki bu iki sözün, üzərində bir az baş sınırılsaydı, əslində “müsəlman” və “erməni” sözlərinin tərsinə yazılmış forması olduğu görülərdi. Bunu etmək əvəzinə naşirlər [مسلمان] və [ارمنى] sözlərinin tərs yazılışı olan və özü-özlüyündə heç bir mənanı ifadə etməyən [ناملسم] və [ينمرا] sözlərinin transkripsiyasını olduğu kimi qeyd etməyə və heç bir şərh verməməyə üstünlük vermişdirlər. Naşirlər və redaktorlar bunu böyük ehtimalla bilmədikləri üçün belə etmişdilər. Lakin Nərimanovun bu iki sözü tərs yazmasının əsaslı səbəbləri olmuşdur. Bu da hər halda erməni millətindən olan bolşevik silahdaşların milli hislərini incitmək və xalqar arasında təfriqə salan millətçi damğasına məruz qalmaq qorxusu olmuşdur.

Bunlar əsərdəki xırdalıqlar olsa da ayırd ediləndən sonra əsərin mənasını daha da dərinləşdirir, istər əsərin yazıldığı dövrdə, istərsə də müasir dövrümüzdə bir çox ictimai-siyasi problemlərə işıq tutur və bir çox qaranlıq mətləbləri aydınladır. Povestdəki obrazlar maraqlıdır. Bir-birinə düşmən olan iki məhəllə arasında ədalətlə hökm verməli olan kəndxuda (oxuyun, məsələn ATƏT, BMT və.s) müsəlman, daha doğrusu Azərbaycan məhəlləsinin sakinlərinin halını, vəziyyətini görəndən sonra bu camaata “lazımi” qiyməti verir və obyektivliyindən şüurlu şəkildə əl çəkərək ermənilərin tərəfini tutur. Povestdəki ən maraqlı obraz isə heç şübhəsiz “Əmi” obrazıdır. Əmi obrazının kimi təmsil etdiyi barədə qərarı məncə hər bir oxucu özü verməlidir, əminəm ki, oxucu bir o qədər də çətinlik çəkməyəcək. Bu povesti oxuyaraq Azərbaycanın son 20 illik tarixinə çözümsüz bir düyün olaraq atılmış Qarabağ düyününün indiyə qədər öz həllini tapmamasının səbəblərini aydınlaşdırmaq mümkün olacaqdır. Sizi kitabxanaları gəzmək əziyyətindən xilas edirəm, buradan Nərimanovun “Bir Kəndin Sərgüzəşti” adlı əsərini endirib oxuya bilərsiniz.

Gələk son bir neçə həftədən bəri gündəmi məşğul edən Türkiyə Azərbaycan əlaqələrindəki gərginliyə çevrilməyə doğru üz tutmuş soyuqluq məsələsinə. Mövzuya Molla Nəsrəddinin bir lətifəsi ilə başlamaq istəyirəm. Deməli bir gün mollanın evinə oğru girir. Molla Nəsrəddin evə gələndə evinin soyulduğunu görüb haray-həşir qopardır. Səsə qonşular toplaşırlar və hərə bir tərəfdən başlayırlar mollanı məzəmmət etməyə: “pəncərəyə barmaqlıq taxdıra bilmirdin?”, “nərdivanı niyə həyətdə qoymusan?”, “niyə barını bu qədər alçaq tikdirmisən?” və.s. Molla deyir: “Deyirsiniz yəni oğrunun heç bir günahı yoxdur?”.

Türkiyəni, yanlış və ya doğru, çox şeylə ittiham etmək olar. Siyasi əlaqələrimizdəki soyuqluğun bu dərəcəyə çatmasında bizim heçmi qüsurumuz yoxdur? Ən yaxın dostunu itirmək üçün insan nə qədər bəsirətsiz olmalıdır? Maraqlıdır deyilmi? Son bir neçə gün Azərbaycanda Türkiyə əleyhinə necə də aktiv və rəngarəng etiraz aksiyaları keçirilir və ya keçirilmək təklif olunur. Türk musiqilərini radiolarda oxutmamaqdan tutmuş, Türkiyə-Azərbaycan sərhəddində etiraz aksiyası keçirməyə qədər. Sanki Qarabağı Türkiyə işğal edib və Ermənistana verib. Görəsən eyni hərəkətləri Rusiyaya qarşı etmək bu parlaq ideya müəlliflərinin heç ağlına gəlibmi? Axı Rusiya Qarabağ məsələsində Ermənistana ən çox yardım etmiş ölkədir və onun Bakıda nəhəng bir səfirliyi var. Bu yaxınlarda Rusiya Ermənistana bir neçə yüz milyon dollarlıq silah vermişdi. Bununla əlaqədar Rusiya səfirliyinin qarşısında möhtəşəm bir etiraz aksiyası keçirmək olardı. Yaxud illərdən bəri özünün qeyri-obyektiv və ədalətsiz mövqeyi ilə işğalçıları cəsarətləndirən ABŞ, Fransa kimi qərb dövlətləri və ya ATƏT-in Bakı ofisinin qarşısında piket keçirmək niyə heç kimin ağlına gəlməyib? Axı bizim bir milyondan çox qaçqın və köçkünümüz var. Məsələn onlardan bir neçə mini BMT-nin Azərbaycandakı təmsilçiliyinə yürüyüş təşkil edə bilər, hətta imza kampaniyası təşkil edə bilərdilər. Bu qəbildən olan aksiyaları bizim müxalifət partiyaları və qeyri-hökumət təşkilatları təşkil edə bilərdilər. Beləcə hökumətin və diplomatlarımızın əlini qüvvətləndirmiş olardılar. Hökumət BMT, ATƏT kimi qurumlar və qərb dövlətlərinə “ictimai tələb və təzyiq var” deyərək onları fakt qarşısında qoya bilərdi. Amma yox, mümkün deyil, çünki qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara qrantı bu qəbildən olan işlərə, yəni milli iradənin dirçəldilməsi və açıq şəkildə ifadəsi üçün vermirlər. Bundan başqa qərb Azərbaycandakı milli iradənin sındırılması və ictimai rəyə tüpürlməsi istiqamətində görülən işlərə məqsədyönlü şəkildə dəstək vermişdir. Buna görə də hökumət “ictimai tələb və təzyiq var” deyə bilər, amma qərbi inandıra bilməz. Çünki qərb Azərbaycanda belə bir şeyin olmadığını çox gözəl bilir. Necə ki, kəndxuda Əmini “əgər İ. məhəlləsinə sizin tərəfdən hücum olsa bütün məsuliyyət sənə aid olacaq” deyə hədələmişdi.

Hələ 1990-cı illərdə Türkiyədə tələbə ikən bu ölkənin Avropa İttifaqına tam üzvlüyü üçün irəli sürülən şərtlərdən birinin Ermənistanla siyasi əlaqələrin qurulması olduğunu bilirdim. Yəqin ki, bunu bilmək birbaşa vəzifəsi olan XİN-nin əməkdaşları da bundan bixəbər deyildilər. Fəqət görünən budur ki, bunu qabaqlamaq üçün lazımi tədbirlər görülməmişdir. Türkiyə-Azərbaycan siyasi əlaqələrindəki soyuqluq addım-addım böyüyərkən ölkəmizdəki ziyalılar, elm xadimləri vəziyyətin bu səviyyəyə çatmaması üçün görəsən nə ediblər?

V. M. Şuşkin yazırdı:

“Ziyalı adam – bu çox məsuliyyətli sözdür.

Bu elə dərin mənalı və ciddidir ki, bu sözün məsuliyyəti

haqqında tez-tez fikirləşməyə dəyər. Ondan başlayaq ki,

ziyalı adam nadir hadisədir.

Bu – narahat vicdandır, ağıldır, bu, dünyada güclünün

“qüdrəti bahasına” həmahəng olaraq “dəm tutmaq”

tələb olunanda susmaqdır, lənətə gəlmiş “həqiqət nədir?” sualına

cavab axtaranda öz-özünlə apardığın daxili mübarizədir, vüqardır... və

xalqın taleyinə yanıb kül olmaqdır, zəruriyyətdir, əzab və əziyyətdir.

Əgər bütün bunlar bir adamda varsa, o – ziyalıdır.

Ancaq bu hələ hamısı deyil: ziyalı bilir ki, ziyalı olmaq – məqsəd deyil”.

Azad Mirzəcanzadə, İxtisasa Giriş, s. 80.

Bu ölkədə yuxarıdakı keyfiyyətlərə sahib neçə ziyalı tanıyırsınız? Yaxud universitetlərimizdə siyasi elmlər sahəsində ixtisaslaşmış dəyərli elm adamları mövzu ilə bağlı neçə məqalə, raport, tədqiqat qələmə alıblar? Türkiyədəki bir neçə media qurumunda fəaliyyət göstərən ermənilər var. Burada adlarını çəkmək istəmirəm, amma maraqlananlar yəqin ki, onları tanıyırlar. Türkiyədə ictimai rəyin formalaşmasında mühüm rol oynayan bir sıra media mənsubu ilə həmin bu erməni jurnalistlərin çox yaxın əlaqələri var. Mənim üçün həqiqətən maraqlıdır, son hadisələrlə əlaqəli olaraq Azərbaycandan Türkiyədəki dövlət, hökumət qurumlarına, milli məclisə, media qurumlarına neçə etiraz məktubu yollanıb? Ən azından elektron poçt vasitəsi ilə. Əminəm ki, çox deyil. Yaxud bir sayt açılaraq imza kampaniyası başladılıbmı?

Hazırki vəziyyətin nə vaxta qədər davam edəcəyini heç kim bilmir? Lakin dəqiq bilinən bir şey var ki, hazırki vəziyyət nə Azərbaycanın, nə Ermənistanın, nə də Türkiyənin xeyrinə deyil. Hazırki vəziyyətdən qazanclı çıxan sadəcə bir tərəf var, o da Rusiyadır və qismən də İran. Dağlıq Qarabağ problemi həll edilmədiyi müddətcə Rusiyanın Qafqazdakı hərbi-siyasi varlığına son qoymaq mümkün olmayacaq. Həm Ermənistanda, həm Azərbaycanda hazırki vəziyyətin olduğu kimi davam etməsində maraqlı olanlar var. Burada ayrı-ayrı şəxslərin maddi maraqları ilə Rusiyanın siyasi-stratejik maraqlarına xidmət etməyi özlərinə missiya olaraq qəbul etmiş şəxslərin maqaları birləşir. Çözümsüzlüyün çözümsüzlüyü də burada başlayır. Qarabağ düyünü necə yaranıbsa elə də açılmalıdır, hərblə. Diqqətlə hazırlanaraq dəqiqliklə həyata keçiriləcək qısa müddətli hərbi əməliyyatla məsələni yoluna qoymaq mümkündür. Bu mövzunu bir sonrakı yazıda ətraflı müzakirə etmək olar. Türkiyə tərəfinin irəli sürdüyü bəzi tələbərin qəbul edilməsi yaranmış gərgin vəziyyəti yumuşalda bilər. Bu tələblər ictimaiyyətə açıqlanmasa da soyuqluğu dərinləşdirən mövzular məlumdur. Qarşıdan gələn iki ay ərzində çox mühüm, səsli-küylü hadisələrin inkişafının şahidi ola bilərik.



http://www.presspost.az/?type=xebergoster&xeber=yazar&id=14010





Yorumlar









Aktif Ziyaretçi 31
Dün Tekil 988
Bugün Tekil 182
Toplam Tekil 4084235
IP 3.141.202.187






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























23 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ey T rk Beyleri, Milletim, itin! Yukar da G k kmedik e a a da yer delinmedik e, T RK Ulusu senin lkeni kim alabilir? T reni kim Bozabilir?
(Bilge KA AN)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu