Türk Dünyasi Başın Sag Olsun Bir Möhsün Yazıçıoğlu Ölər Mini Yetişər - Elnur Eltürk - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Türk Dünyasi Başın Sag Olsun Bir Möhsün Yazıçıoğlu Ölər Mini Yetişər - Elnur Eltürk
Tarih: 02.04.2009 > Kaç kez okundu? 2262

Paylaş


Belə ucuz ölüm ona yarışmırdı. Onun hələ qarşıda cox görəcək işləri var idi. Amma amansız ölüm imkan vermədi.O bir türk qəhrəman idi qəhrəman kimi doğuldu və qəhrəman kimidə dünyasını dəyişdi. Türk dünyası belə şəxsiyyətləri gec gec yetişdirər. Türkiyənin son qırx illik ülkücülk hərəkatının önündə gedən və Türkiyədə Azərbaycan davası aparan,dünyada haqq səsimizi qoruyanlardan olan Böyük Birlik Partiyasının başqanı,Böyük Millət Məclisinin deputatı türk millətcisi Möhsün Yazıçıoğlu vertolyot qəzasında dostları ilə birlikdə dünyasını dəyişdi. Bu xəbər türk dünyasını üzməklə bərabər Möhsün Yazıçıoğlunun faciəli şəkildə vəfat etməsi milliyyətçı dünyagörüşünə malik insanların qəlbində daim yaşayacaqdır və hörmətlə anılacaqdır.

Möhsün bəy və onun silahdaşları bir qəhrəman Mehmetçik kimi dünyasını dəyişdilər. Çünki,bu gün türkiyədə bu dəqiqə “hamımız erməniyik” şüarının ortada olduğu bir dönəmdə və ergenekon adı ilə həbs edilən generalların,içtimai xadimlərin şərlənib içəriyə atıldığı bir vaxtda bu hadisənin baş verməsi özüdə millətçilik dünyagörüşünə malik olan siyasi liderin qəza nəticəsində həlak olması Türkiyənin yaxın və uzaq tarixində uzun müddət getməyəcəkdir və içtimai düşüncələrdə daim müzakirə olunacaqdır. Bundan öncədə Türkiyədə belə bir hadisələr baş vermişdir. Ola bilər ki, bu hadisənin baş verməsi türkiyənin içtimai siyasi mühütini dahada gərginləşdirilməsinə hesablansın və ölümündən az bir müddət öncə özünündə dediyi kimi insanların iki saniyəlik qarantisi olmayan ölkədə yaşamasını bildirməsi Möhsün bəy gələcəkdə başına nələr gələ biləciyini işarə edirdi. Bu hadisənin baş verməsi həmdə yaxın və orta şərq regionunun güclü dövləti sayılan Türkiyənin nüfuzuna xələldir.

Möhsün bəy bunların əksinə gedərək bir addımda olsun geri çəkilmədi və ölümün üzünə dik bağaraq Əsl Türk Millətcisi nədir ölümü ilə onu ortaya qoydu. Bir müddət öncə Möhsün bəy mediaya verdiyi açıqlamada onun qarşısını kəsmək istəyən qüvvələrin olduğunu bəyan etməsi artıq onun kimlər üçün təhlükəli fiqura çevrildiyini göstərirdi. Üstəlikdə hadisədə baş verdikdən sonra hökümətin qəza yerinin tapa bilməməsi və axtarışların ləng getməsi insanlarda belə bir düşüncə formalaşdıracaqdır bu hadisə bilərəkdən törədilib. Hələlik məsələnin görünən tərəfi odur ki, millətçilərin önəmli liderlərindən olan Möhsün bəy vəfat etdi.

Bu gün türk dünyasının Möhsün bəy kimi şəxsiyyətlərinə böyük ehtiyyacı var və hal hazırda türk birliyi ilə bağlı önəmli addımların atıldığı bir vaxtda onun ölümü bəlkədə hansısa qüvvələr tərəfindən türk millətinə qarşı işarədir. Xüsusi ilə Ortaq Türk televiziyasının AVAZ ın yaradılmasından bir necə gün sonra hadisənin baş verməsi bir qədər düşündürücüdür. Möhsün Yazıçıoğlü yuxarıda qeyd etdiyim kimi Azərbaycan sevdalılarından idi sevincimiz və kədərimizdə yanımızda olan dostlarımızdan idi. O, Azərbaycanın içtimai siyasi mühütünə yaxın olan siyasi liderlərdən sayılırdı. Möhsün Yazıcıoğlu hələ Azərbaycan sovetlər birliyinin tərkibində olarkən 1988 ci ildə Azərbaycanda baş verən milli azadlıq hərəkatını dəstəkləyən tək tük liderlərdən biri idi. Sovet ordusu tərəfindən Azərbaycan xalqına 1990 ci ildə 20 yanvar faciəsi törədiləndə zaman türkiyənin nüfuzlu siyasətçiləri buranı şiə dövləti adlandırıb türkiyənin yaxasını kənara çəkmək siyasətini yürüdüb SSRİ ilə münasibətlərini pozmamaq prinsipinə üstünlük verəndə o Azərbaycan türklərinin yanında idi. Azərbaycan türklərini tək qoyan türk siyasətçilərini sərt tənqid edərək Azərbaycanın azadlığını dəstəkləməyə cağırırdı. Möhsün Yazıçıoğlü siyasətdə öz dürüstlüyünə görə seçilən və fikirlərində sabitliyinə görə bəzi siyasətçilərdən seçiliridi sevilirdi. 1992 ci ildə fevral ayının 26 da Rus-erməni hərbi birləşmələri tərəfindən Xocalı faciəsi törədiləndə Türkiyədə etiraz aksiyalarının önündə gedən simalardan idi.

Nədənsə tarix boyu türk millətinin birliyi və bütövlüyü uğrunda mucadilə aparan insanlarımız ya sui qəsd ya da başqa yolla aradan götürülür. XX əsrin önəmli siyasi liderləri Tələt Paşanın və ya Camal Paşanın, 70 ci illərdən başlayaraq Asala tərəfində türk diplomatlarına qarşı törədilən qətllər türk millətinin yer üzündən silmək üçün hesablanmış iyrənc siyasətin tərkib hissəsi olsada amma ucuz və nəticəsi olmayan planlardır. Amma düşmənlərimiz bir şeyi unutmasınlar ki, bir millətin kökü təməli güclü ideyalar üzərində qurulubsa onu məhv etmək Mümkün olmayacaqdır. Atalarımız demişkən su gələn arxa birdə gələr

Türk Milləti Başın Sag Olsun

Sonda olaraq M.Yazıçıoğlunun 25 il öncə həbsxanada qələmə aldığı “Üşüyorum” şeirini sizlərin nəzərinə çatdırırıq.



Bir coşku var içimde bu gün kıpır kıpır

Uzak çok uzak bir yerleri özlüyorum

Gözlerim parke parke taş duvarlarda

Açılıyor hayal pencerelerim

Hafif bir rüzgar gibi süzülüyorum

Kekik kokulu koyaklardan aşarak

Güvercinler ülkesinde dolaşıyor

Bir çeşme başı arıyorum

Yarpuzlar arasında kendimi bırakıp

Mis gibi nane kokuları arasında

Ruhumu dinlemek istiyorum

Zikre dalmış her şey

Güne gülümserken papatyalar

Dualar gibi yükselir ümitlerim

Güneşle kol kola kırlarda koşarak

Siz peygamber çiçekleri toplarken

Ben çeşme başında uzanmak istiyorum

Huzur dolu içimde

Ben sonsuzluğu düşünüyorum

Ey sonsuzluğun sahibi, sana ulaşmak istiyorum

Durun kapanmayın pencerelerim

Güneşimi kapatmayın

Beton çok soğuk, üşüyorum...

P.S Elnur Eltürk Yazı Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmar Mərkəzi üçün hazırlanıb. Mərkəz yeni qurulur başqanı DAK İdarə Heyyətinin üzvü Asif Qurbanovdur.





Yorumlar








Aktif Ziyaretçi 11
Dün Tekil 763
Bugün Tekil 42
Toplam Tekil 1636336
IP 54.161.208.7






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu