"Hepimiz ermeniyiz" deyilərkən nədən narahat olmadınız? - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









"Hepimiz ermeniyiz" deyilərkən nədən narahat olmadınız? - Elnur ELTÜRK
Tarih: 01.03.2012 > Kaç kez okundu? 2281

Paylaş


"Hepimiz ermeniyiz" deyilərkən nədən narahat olmadınız?

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı İstanbulun Taksim meydanında keçirilən möhtəşəm mitinq Türkiyədə bəzi ermənipərəst qüvvələri narahat etməyə başlayıb. Bu mitinq Türkiyədə son iyirmi ildə Azərbaycanla bağlı keçirilən ən izdihamlı tədbirlərdən idi. Eyni zamanda bu tədbir Türkiyə-Azərbaycan qardaşlığının daha bir əyani sübutu oldu.

Xüsusilə, Türkiyə mediası tərəfindən təbdirin yüksək səviyyədə işıqlandırılması və dünya mediasının diqqət ayırması informasiya mübarizəsində erməni lobbisinə vurulan böyük zərbədir. Bu mitinq sözün əsl mənasında ermənipərəst qüvvəllərə türk silləsi oldu desək, yanılmarıq. Azərbaycan türkü belə bir tədbiri necə illədir ki, Türkiyədən gözləyirdi və buna görə təşəkkürlər Türkiyəyə...

Təbii ki, bu gün həmin mitinqi qaralamağa, gözdən salmağa cəhdlərin olacağı gözləniləndir. Artıq ilk təpkilər görünməkdədir. Belə ki, bu günlərdə Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Komissiyasının başqanı Ayhan Sefer üstün mətbuata verdiyi açıqlamasında mitinqdə guya şovinist, irqçiliyi təbliğ edən şüarların səsləndiyi üçün Türkiyə Məhkəməsinin hərəkətə keçməsinin vacibliyini bildirib. Maraqlı olan odur ki, bir jurnalistin öldürülməsi ilə əlaqədar "Hepimiz ermeniyiz" deyilərkən bu insanlardan səs çıxmadı.

Erməni lobbisinin maliyyəsi ilə qardaş Türkiyədə hərəkət edən qüvvələrin bu aksiyadan narahat olması, əllərində olan media vasitəsilə mitinqi gözdən salmağa cəhd təbliğatı fiaskoya uğramağa məhkumdur və belə təbliğatlar türk insanının birliyinə, gücünə təsir edə bilməz.

Bu mitinq türk insanının Azərbaycan türkünün Xocalı dərdi ilə bir cəbhədə olduğunu göstərdi. Türk insanı aydın və açıq şəkildə lazımlı ünvanlara mesaj verərək, yenidən Qarabağ savaşı başlayacığı təqdirdə türklərin Azərbaycanla bir cəbhədə düşmənə qarşı savaşacağını uca səslə ortaya qoydu.

Qayıdaq Ayhan Sefer üstünün daha bir fikirinə. Millət vəkili bundan bir müddət əvvəl Taksim meydanında "hepimiz ermeniyiz" şüarı altında keçirilən tədbirləri xatırladaraq, orada irqçiliyi təbliğ edən şüarların səsləndirilmədiyinə işarə edir.

Əfəndim, əvvəla, irqçiliyə məruz qalan, haqqı tapdanan, torpağı işğal edilən, erməni yox, türk insanıdır. Erməni ilə hansı dildə danışırıqsa, onun fikirləri və düşüncələri "Dənizdən-dənizə" böyük dövlət qurmağla yoğrulub. XXI əsrdə yaşamağımıza baxmayaraq, Ermənistan prezidenti rəsmən Ağrı dağının erməni torpağı olduğunu bəyan edərək, erməni gəncliyini bu torpaqları geri almağa səsləyir. üstəlik, Xocalıda körpələr ana bətnindən çıxarılaraq öldürülür, qız-qadınlarımızın namusuna təcavüz edilir, yenə də iqrçi olan biz olarıq. Bu gün Anadolunun hansı yeri qazalırsa, toplu şəkildə türk insanının cəsədi çıxır və hamısı erməni vandalizminin nəticəsində öldürülən yüz minlərlə insandır.

Türk şovinist millət deyil, türk ona qarşı olan şovinistliyə cavab olaraq özünü qoruyur, haqqına sahib çıxmağa çalışır. Sizlərin nə deməsindən və yazmasından asılı olmayaraq, türk insanı bir cəbhədə olmağa məhkumdur. çünki şərtlər və siyasi oyunbazlıqlar bizləri bir olmağa məhkum edir. Erməni-rus əsgəri Qarabağda dinc insanları vəhşəcinə öldürərkən dünya onları irqçilikdə ittiham etmədi, mənasız və boş bəyanatlar eşidirdik.

İndi deyin görək, təcavüzə, irqçiliyə məruz qalan ermənidir, yoxsa türk?!











Yorumlar








Aktif Ziyaretçi 18
Dün Tekil 767
Bugün Tekil 719
Toplam Tekil 1637780
IP 54.87.119.171






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































5 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Üstümüze kılıç çekilmedikçe, ülkemize girilmedikçe, teb'ama cefa edilmedikçe Bizden kimseye zarar gelmez. (Fatih Sultan MEHMET)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu