MDHP Gənclər Təşkilatı “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adlı tədbir keçirdi - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









MDHP Gənclər Təşkilatı “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adlı tədbir keçirdi - Seymur HASANLI
Tarih: 26.02.2012 > Kaç kez okundu? 3142

Paylaş


MDHP Gənclər Təşkilatı “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adlı tədbir keçirdi.



Azərbaycan Dəniz Balıq Sənayesi Kollecində Xocalı Soyqırımının 20 illiyi qeyd olunub.



Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin rəhbərliyi ilə birlikdə “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adı altında Xocalı Soyqırımının 20 illiyini qeyd edib.

Qafqaz Gimnaziyasının akt zalında gerçəkləşən tədbirdə təhsil ocağının rəhbərliyi, ictimai xadimlər, tələbələr iştirak edib.

MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli dövlət himni və Şəhidlərin ruhuna bir dəqiqəlik sükutla tədbiri açıq elan etdi. “Müdafiə taktikasından hücum taktikasına keçidin zamanıdır” deyən sədr qısa çıxışdan sonra sözü kollecin tədris hissə müdiri Məfkurə Aslanovaya verdi. Rəhbərlik adından tədbir təşkilatçılarına təşəkkürünü bildirən Məfkurə xanım təbliğat məsələsində gecikdiyimizi vurğuladı.

Söz MDHP sədri, Millət Vəkili Fərəc Quliyevə verildi. Ermənilərin 4 T (təhdid, təftiş, təzminat, torpaq) siyasəti barədə məlumat verən Fərəc bəy, gənclərin ortaq düşmənlərə qarşı mübarizədə aktivliyindən razılığını bildirdi. Özünün millət vəkilliyi ilə yox, millətinin 50 milyonuncu əsgəri olmağı ilə qürur duyduğunu dilə gətirdi.

Daha sonra “General Əli” ləqəbi ilə tanınmış Əlövsət Qasımovun Xocalıda çəkmiş olduğu fotolardan ibarət sərgi təşkil olundu. Bundan başqa, Xocalıya həsr olunmuş “Ruhumun Harayı” filmi iştirakçılara nümayiş etdirildi.

Türx Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti, polkovnik Yəhya Əliyev öz çıxışında problemləri ümumiləşdirməyin əhəmiyyətindən bəhs etdi. O bildirdi ki, Azərbaycan türkünün problemi Qazax türkünün dilindən səslənəndə artıq kədərimiz də, sevincimiz də ortaqlaşır və daha çox ağızdan səsləndiyinə görə həlli də asanlaşır.

Çıxış edən kollecin tarix müəllimi İsmayıl Orucov öz atasının 1918-ci ildəki Andraniklə olan xatirələrindən, onlara qarşı mübarizələrindən danışmaqla zaman dəyişsə də, türkə qarşı mənfur siyasətin dəyişmədiyini dilə gətirdi.

Tədbirin qonaqlarından biri də Qarabağ müharibəsi zamanı Bakı Dövlət Universitetində dərs deyərkən öz tələbələri ilə birlikdə döyüş bölgəsinə getmiş və həqiqətləri gözləri ilə görmüş Atamoğlan Məmmədli idi. Atamoğlan müəllim ermənilərə qarşı onların öz mənbələri ilə yazmış olduğu kitablardan və şahidlərin dilindən səslənən faktlardan danışmaqla tədbir iştirakçılarına bir anlıq həmin anları yaşatdı.

Tədbirdə MDHP rəhbərliyindən Qərbi Azərbaycan departamentinin rəhbəri Arif Abbasov, Güney Azərbaycan departamentinin rəhbəri Əlirza Amanbəyli, Türkiyəli qonaq Mehmet Akçay və digər qonaqlar iştirak etmişdir.



MDHP Mətbuat Xidməti







Yorumlar









Aktif Ziyaretçi 64
Dün Tekil 1947
Bugün Tekil 1432
Toplam Tekil 4078160
IP 3.146.221.204






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu