Mətbuat Xidmətinin Məlumatı - Kənan GÖYTÜRK, Vüqar BEYTURAN - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Mətbuat Xidmətinin Məlumatı - Kənan GÖYTÜRK, Vüqar BEYTURAN
Tarih: 09.12.2011 > Kaç kez okundu? 3056

Paylaş


№016/FV 09 dekabr 2011-ci il







Mətbuat Xidmətinin



Məlumatı







MQP başqanı “Siyasi Partiyalar Haqqında” yeni Qanunda iqtidarın nəzərdə tutduğu dəyişikliklərə münasibət bildirdi







Vüqar Bəyturan:”Hakimiyyət təkpartiyalı siyasi sistem qurmaq və ölkədə sərt rejim yaratmaq arzusundadır”







Məlum olduğu kimi, “Siyasi Partiyalar Haqqında” yeni Qanunda iqtidarın nəzərdə tutduğu dəyişikliklər barədə ictimai müzakirələrə start verilib. Nəzərdə tutulan dəyişikliklərə münasibət barədə MQP Mətbuat Xidmətinə açıqlama verən MQP başqanı Vüqar Bəyturan bildirib ki, əgər həqiqətən də yeni qanun təsvir olunduğu qədər irticaçı xarakter daşıyırsa, bu o deməkdir ki, hakimiyyət təkpartiyalı sistem qurmaq və ölkədə sərt rejim yaratmaq arzusundadır. “Belə məlum olur ki, qanun bu şəkildə qəbul olunarsa, Azərbaycan hakimiyyəti hər hansı demokratik islahat aparmaq fikrində deyil, əksinə, dünyada baş verən dəyişikliklərə rəğmən, diktatura rejimini möhkəmləndirmək, siyasi sistemdə mövcud olan müxalifət partiyalarını sıradan çıxarmaq qərarındadır”-deyən MQP lideri partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün bu günə qədər keçirilən hər hansı seçkinin nəticələrinin əsas kimi götürülməsini ədalətsizlik hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən seçkilər total saxtalaşdırma ilə müşaiyyət olunduğu üçün həmin seçkilərdə partiyalara yazılan səslər siyasi partiyaların güc nisbətini müəyyən edə bilməz. Vüqar Bəyturan qarşıdan gələn parlament seçkilərinə qədər dövlət qeydiyyatından keçən bütün siyasi təşkilatların bərabərhüquqlu şəkildə maliyyələşdirilməsinə, hamıya bərabər start vəziyyətinin yaradılmasına, yalnız demokratik seçkilərdən sonra dünyada qəbul olunmuş qaydalara müvafiq olaraq parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsindən maliyyələşməsinə tərəfdar olduqlarını bildirib. Qeydiyyat üçün üzvlərin say normasının 5000-ə yüksəldilməsini növbəti antidemokratik dəyişiklik adlandıran MQP başqanı siyasi sistemi iflic edilmiş və əhalisi qeyri-siyasiləşdirilmiş bir ölkədə bu cür dəyişikliyin siyasi özünüifadənin məhdudlaşdırılmasına xidmət etdiyini bəyan edib. Qeydiyyatsız partiyaların siyasi fəaliyyətinə qadağan qoyulmasını nəzərdə tutan növbəti dəyişikliyi şərh edən Vüqar Bəyturan bu yeniliyin əslində iqtidarın siyasi partiyalarla bağlı planını ifşa etdiyini qeyd edib. “Üzvlərin say normasını yüksəltməklə müxalifət mövqeyində duran partiyaları qeydiyyatdan məhrum etmək, sonra isə qeydiyyatsız olduğuna görə siyasi fəaliyyətinə yasaq qoymaq, həmin partiyaların tərəfdarlarını təqib etmək və nəticədə ölkədə sözəbaxan siyasi sistem formalaşdırmaq sözügedən planın mərhələləridir”-söyləyən Milli Qurtuluşçuların lideri beynəlxalq demokratik təsisatları bu planın həyata keçməsinin qarşısını almağa, iqtidarı isə son nəticədə ölkəyə ziyan vuracaq addımlardan çəkinməyə çağırıb.















Mətbuat Xidmətinin



rəhbəri: Kənan Göytürk





Yorumlar









Aktif Ziyaretçi 58
Dün Tekil 1947
Bugün Tekil 1602
Toplam Tekil 4078330
IP 18.216.190.167






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.098 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu