“Dinə baxış” mövzusu üzrə tədbir keçirildi - Seymur HASANLI/Nicat Cəmilzadə TÜRKSOY - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









“Dinə baxış” mövzusu üzrə tədbir keçirildi - Seymur HASANLI/Nicat Cəmilzadə TÜRKSOY
Tarih: 05.12.2011 > Kaç kez okundu? 3088

Paylaş




Tahir Seyidov: “Sən islamı baş örtünlə yox, ağlınla yaymalısan.”



Milli Dirçəliş Hərəkatı Partiyası “Elçibəy məktəbi” layihəsi çərçivəsində “Dinə baxış” mövzusu üzrə növbəti tədbirini keçirdi. Qonaq, MDHP sədrinin ideoloji və siyasi məsələlər üzrə müavini, analitik Tahir Seyidov idi. Tədbirə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, Borçalı Cəmiyyəti Gənclər Təşkilatının idarə heyətinin üzvü Nadir Məmmədli, ilahiyyatşünas Cəlil Məmmədsoy və MDHP Gənclər Təşkilatının üzvləri qatılmışdı.

MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli ilk öncə təhsil sahəsinə toxundu. O, bildirdi ki, Azərbaycan təhsil sistemində böyük sistemsizlik var. “Universitetlərdə nə sovet təhsil sistemi, nə də Baloniya sistemi düzgün tətbiq olunmur. Hər il nəsə tətbiq olunur, sınaqdan keçirilir və beləliklə bütün bəlalar elmin başında çatlayır. Buna görə də tələbələr asudə vaxt tapıb ideoloji cəhətdən maariflənə bilmirlər. Ki, sonradan da sossial tələbatında artması həmin gənci pulla hansısa yad ideologiyanın qurbanına çevirir.”

Söz tədbirin qonağı Tahir Seyidova verildi. Çıxışına din anlayışının mahiyyətini açmaqla başlayan qonaq bildirdi: “Din anlayışı – inanc anlayışıdır. İnsanlar ikili mahiyyətdir: cismi və ruhi. Allahın yaratdığı insan kainatdan kənar deyil. Allah insanı aləmlər içərisində təbiətin tərkibində şüurlu bir varlıq olaraq yaratmışdır. Allahı dərk etmək anlayışı isə 2600-3000 il öncə yaranıb. Deməli dindən qabaq millətlər yaranıb. Bəs din niyə yaranıb? Din insanları bir istiqamətə, bir yön olaraq tək Tanrıçılığa sitayiş etmələri üçün yaranmışdır. Yaranan dinlər içərisində yalnız İslam dinidir ki, onun kitabı “Qurani-Kərim” dəyişilməyib. Amma “Qurani-Kərim” kitabdır, onun üzərini parça ilə bağlayıb gizlətmək yox, oxumaq lazımdır.”

“Dini geyim kimi təqdim etmək böyük yalnışlıqdır. İnsan geyimi ilə təbiətə uyğunlaşan bir varlıqdır. Məs: Ərəbistanda qumlu küləkdən qorunmaq üçün əbadan, Sibirdə soyuqdan qorunmaq üçün qalın geyimlərdən və s. istifadə edirlər. Ərdoğan öz xanımının başını bağlatdırıb reklam edir ki, mən müsəlmanam. Adama deyərlər ki, o zaman özün niyə ərəb kimi paltar geyinmirsən?”

Tədbirin gedişatı daha çox dinin siyasiləşdirilməsi məsələləri üzərində davam etdi. “Hazırda özünü islam nümunəsi kimi təqdim etməyə çalışan İran İslam Respublikası Qərbdə (konkret Fransada) yaradılmış və İrana göndərilmiş bir bəladır. Məqsəd odur ki, Avropa insanı islamı anlamasın. Digər tərəfdən vaxtilə Avropanı belə öz nüfuz dairəsində saxlayan Osmanlı imperiyası islamlaşmaq əvəzinə ərəbləşdi. Hazırda isə siyasət olaraq Türkiyə özü də xristiyanlığın təsiri altındadır. Başını bağlayıb bütün gününü məsciddə keçirmək Avropanın bir siyasəti olaraq millətləri kilsələrə doldurmaq deməkdir. Adamlar baş örtüsünü bağlayıb universitetə daxil olmalı deyə dava aparır. Sən islamı baş örtünlə yox, ağlınla yaymalısan. İslam ağılsız olmağı bizə təqlid edirsə, gəlin ağılsız olaq. İslam dinində seçim olmamalıdır. “Mən məscidin rəhbəriyəmsə səndən üstün müsəlmanam deyə” bir anlayış yoxdur.”

“Dünya müsəlmanlarının yarım milyarda yaxını türk millətidir. Dünyanın qorxusu da türklərin birliyinin yaranmasındandır. Çünki türk döyüşkəndir. Tarix boyu döyüşüb dövlətini quran millətdir. Mən düşünürəm ki, ərəblər türkü önə çıxartmalıdır ki, parçalanmasınlar, ayaq altında qalmasınlar. Bir sözlə bütün müsəlmanların da xilas yolu türk millətçiliyidir. Kimsə unutmasın ki, Məhəmməd Peyğəmbərdən sonra dinə ən çox önəm və dəyər verən şəxs Mustafa Kamal Atatürk olmuşdur.”

“Son olaraq onu deyim ki, dünyada bütün təriqətlərin yaradılması, müsəlmanların içinə atılması, parçalanmaların yaradılmasının kökündə yeraltı sərvətlərə sahiblənmək dayanır. Elə son aylar yaşanılan “Ərəb baharı” dalğası da buna hesablanıb.”

Tədbirin ikinci hissəsində İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı, ilahiyyatşünas Cəlil Məmmədsoy, Azərbaycan Yazıçılar Birliyinin üzvü Habil Yaşar, MDHP gənclərindən Fərid Qasımov, Elnar Rzazadə, Nicat Cəmilzadə, Elbrus Hacıbəyli və digər qonaqlar çıxış edib suallar verdilər.



Nicat Cəmilzadə Türksoy





Yorumlar









Aktif Ziyaretçi 16
Dün Tekil 952
Bugün Tekil 947
Toplam Tekil 4090791
IP 52.14.33.175






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























29 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim T rkl kten ba ka bir ey de ildir.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu