İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib - Seymur HASANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib - Seymur HASANLI
Tarih: 01.09.2011 > Kaç kez okundu? 3169

Paylaş


Gənclər Urmiya gölünün qurudulmasına etiraz ediblər

31 avqust saat 12:00 radələrində bir qrup gənc İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib. Aksiya iştirakçıları İçərişəhər metrostansiyasının qarşısından İranın Bakıdakı səfirliyinin binasına doğru yürüş ediblər. Yüzə yaxın gəncin qatıldığı aksiya yüksək səviyyədə baş tutub. Önəmli cəhət ondan ibarət olub ki, aksiyada müxtəlif siyasi dünyagörüşün daşıyıcısı olan gənclər qatılıb. Aksiya təşkilatçılarından biri Seymur Həsənli açıqlamasında bilirib ki, İran adlı dövlət Azərbaycan gəncliyinin gücünü hər gün daha çox hiss edəcək. “Son zamanlar İranın Azərbaycan dövlətçiliyi əleyhinə təxribatları artmaqdadır. Hətta siyasi oyunlar o həddə çatıb ki, Azərbaycan türklərinin etnik kimliyi, onun dövlət atributları təhqir olunur. Həmçinin İranın əsarəti altında olan Güney Azərbaycanda soydaşlarımıza qarşı mənəvi və fiziki soyqırımlar güclənməkdədir. Güney Azərbaycanda Urmiya gölü fars şovinistlərinin məkrli siyasəti nəticəsində qurumaq təhlükəsi ilə qarşı-qarşıyadır. Bu münasibətlə müstəqil Azərbaycan gəncliyi olaraq İran adlı dövlətin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək onun məkrli siyasətinə son qoymasını tələb edirik.”

Gənclər aksiyanın qətnaməsini oxuyaraq, qətnamənin sürətini səfirliyə təqdim etmək istəyiblər. Lakin səfirlikdən qətnaməni qəbul edən olmayıb və qətnamə səfirliyin poçt qutusuna atılıb.

Təşkilatçılardan digəri Asim Kazımlı açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz etmək və cənubi azərbaycanlılara dəstək olmaq olub.

Qeyd edək ki, Urmu gölü Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşir: “Güney Azərbaycanın ən böyük gölü olan bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınır. Yuxarıda bildirdiyimiz kimi Urmu gölü son illərdə fars şovinist rejiminin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmunu birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmu gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq”. Bəyanatda qeyd olunur ki, 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmu gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmu gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da Güney Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur. Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, fars şovinist rejimi gölün məqsədyönlü surətdə qurudulmasında israrlı görünür.

Aksiyanın digər təşkilatçıları Əşrəf Elatlı və İlqar Türksoy açıqlamalarında bildiriblər ki, artıq Güney Azərbaycan türkləri farsların şovinist siyasətinə etiraz əlaməti olaraq mitinqlər keçirməkdədir. “Soydaşlarımız kütləvi şəkildə həbs olunur, xeyli sayda yaralı və şəhid olanlar var. Biz də Quzey Azərbaycan Gəncliyi olaraq Güney Azərbaycan türklərinin son dərəcə əhəmiyyətli təşəbbüsünü dəstəklədiyimizi vurğulayaraq, millətimizi bu etirazlara qoşulmağa çağırır, fars şovinist rejimindən azərbaycanlılara qarşı aparılan bu irqçi və qeyri-insani siyasətə son qoymasını və onların haqlı tələblərinin yerinə yetirilməsini tələb edirik.”

Gənclər “Urmiya gölü can verir, Məclis onun qətlinə fərman verir!”, “Deyir: Susuzam!”, “Quzey Azərbaycan oyaqdır, Güneydəki qardaşlara dayaqdır!”, “Bütöv Azərbaycan oyan, Urmuya kömək dayan!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!” kimi şüarlar səsləndirib.

Aksiyada polislə ciddi qarşıdurma olmayıb. Polis aksiya iştirakçılarına səfirliyin qarşısına qədər irəliləməyə imkan verməyib. Amma iştirakçılar bəyanatlarını oxuyub və səfirliyə təqdim ediblər.













Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 988
Bugün Tekil 107
Toplam Tekil 4084159
IP 3.137.220.120






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























23 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ey T rk Beyleri, Milletim, itin! Yukar da G k kmedik e a a da yer delinmedik e, T RK Ulusu senin lkeni kim alabilir? T reni kim Bozabilir?
(Bilge KA AN)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu