Müsahibe - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Müsahibe - Elnur ELTÜRK
Tarih: 01.05.2011 > Kaç kez okundu? 3504

Paylaş


Elnur Eltürk: “Artıq Amerikada Azərbaycanla münasibətlərinin gərginləşdiyinin fərqindədirlər”(“ayna” qəzetinə açıqlamam)

SNT əlavəsi çərçivəsində növbəti sorğumuzun diqqət mərkəzindəki məsələ 15-25 may üçün nəzərdə tutulan "Regional cavab-2011" ABŞ - Azərbaycan birgə hərbi təlimlərinin bilinməz səbəblərdən təxirə düşməsidir. Qeyd edək ki, həftənin əvvəlində Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşündə ABŞ-Azərbaycan ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin gedişatı və inkişaf perspektivləri müzakirə edilib, eyni zamanda təxirə salınmış "Regional cavab - 2011" birgə hərbi təliminin keçiriləcəyi vaxt barədə də danışılıb. Bundan başqa, enerji infrastrukturunun təhlükəsizliyi haqda da fikir mübadiləsi aparılıb. Görüşdə ABŞ-ın Azərbaycandakı hərbi attaşesi polkovnik Melvin Duqlas Saks iştirak edib.



Təlimlərin təxirə salınma səbəbləri nədən ibarətdir? Azərbaycanla ABŞ hərbi əməkdaşlığının tam dayanma ehtimalı varmı? Bu məsələ iki ölkə arasında siyasi və iqtisadi münasibətlərə təsir edərmi? Bu sualları Azərbaycanda ictimai rəyə təsir edən insanlara ünvanladıq. Onların cavabları bir çox baxımdan düşündürücü idi.



Politoloq Xaləddin İbrahimli: İndi diqqət ərəb dünyasında baş verən proseslərə yönəlib, məncə, bununla bağlıdır. İkinci amil Gürcüstanın Rusiya ilə 2006-cı ildə bağladığı müqaviləni uzatmaması məsələsidir. Bu, Cənubi Qafqazda müəyyən gərginlik yaradıb, Rusiya məsələyə həssasdır, o üzdən ABŞ əlavə gərginlik yaratmaq istəmir. Hər halda, birgə hərbi təlim gec də olsa, yəqin ki, kecirilər. İqtisadi və siyasi əməkdaşlığa gəldikdə, hər şey bir-birinə qarşılıqlı təsir edir.



Politoloq İlqar Məmmədov: Bakı bu təlimləri Türkiyə, İran və Azərbaycan xarici işlər nazirlərinin görüşündən dərhal sonra təxirə saldı. Həmin görüşdə nazirlər 6 ayda bir dəfə görüşməyi qərara aldılar. Bundan başqa, aprelin 12-də Ermənistan parlamenti Gümrüdəki Rusiya bazasının icarə müddətinin uzadılması barədə sazişi ratifikasiya etdi, ABŞ isə aprelin 15-də, demək olar, buna cavab qismində "Minilliyin çağırışları" proqramı çərçivəsində Ermənistana çoxmilyonluq yardımı dayandırdı. Nəhayət, Azərbaycan və Ermənistan prezidentləri və nazirləri Rusiyanın vasitəçiliyi altında aktiv olaraq görüşürlər. Bütün bunlar ABŞ-ı bizim regiondan "kənara atır". Təxirə salınmış təlimlər bu mənzərəyə aid edilir. ABŞ-ın məhz hansı addımları atacağını söyləmək hələlik çətindir.

REKLAM







Amma görünür, Ermənistan və Azərbaycan arasında balansı saxlamaq səyləri ABŞ-ın Cənubi Qafqaza yönəlik xarici siyasətində mənfi nəticələrə gətirib çıxarıb. Amerikalılar Rusiyanın müttəfiqi, KTMT-nin Cənubi Qafqazdakı üzvünü daimi olaraq öz neytral mövqeləri ilə mükafatlandırırdılar ki, bu da qeyri-məntiqi idi. Azərbaycan toplumu ABŞ-dan yeni və məntiqi addımlar gözləməli olacaq.



Jurnalist Çingiz Sultansoy: Hökumət mənbələrindən informasiya əldə etmək mümkün olmadığından nəsə demək çətindir. Yalnız ehtimallar söyləmək olar. Əgər maraqlıdırsa, bir neçə variant söyləyə bilərəm:



a) Silahlı Qüvvələrin, o cümlədən xüsusi təyinatlıların zəif hazırlığı səbəbindən Azərbaycan təfəfinin təlimlərə hazır olmadığı - bu, bir səbəbdir. Biz vaxt əldə edilməsi üçün və hərbi hissələri bir qədər hazırlamaq üçün "Regional cavab - 2011" təlimlərini təxirə salmaq cəhdlərini müşahidə edirik. Azərbaycan SQ-nin ümumi zəif hazırlığı isə haqqında indiyə qədər çox danışılmış səbəblərdən əmələ gəlir. Bu, yuxarıdan aşağıyadək korrupsiya, qeyri-nizamnamə hərəkətləri, rəhbər heyətin qeyri-peşəkarlığı və başqa məsələlərdir.



b) Azərbaycanın siyasi rəhbərliyinin özünün qiymətini artırması. ABŞ-a göstərmək istəyir ki, əgər siz bu sahədə bizdən nəsə istəyirsinizsə, digər sahədə bizə güzəşt eləməlisiniz. Bu, son vaxtlar ABŞ və Avropa demokratik strukturlarının və təməl insan hüquqları və azadlıqları sahəsində təşkilatların artan təzyiqləri ilə bağlıdır. Rəsmi Bakı bu üsulla ABŞ-ın zərbəsini yumşaltmaq və öz itkilərini azaltmağa cəhd göstərir.



c) Digər, kiçik səbəblər hakimiyyətin qeyri-peşəkarlığı və səhvləri ilə bağlı məsələlər də ola bilər.



Düşünmürəm ki, Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın tam dayanma təhlükəsi var. Rəsmi Bakı bu əməkdaşlığın bütün faydasını və onun itirilməsi problemini anlayır. Amma Bakı problem olmayan yerdə Vaşinqton üçün kiçik problemlər yaratmağı lazım bilir ki, dediyim kimi özünün dəyərini artırsın və ABŞ-ı özü ilə hesablaşmağa vadar etsin. ABŞ-la əməkdaşlığın tam dayanması hakimiyyətin çox ağılsız hərəkəti olardı.



Məncə, bu hadisələr iqtisadi münasibətlərə təsir etmir. Siyasi münasibətlərə isə qeyd etdiyim səviyyədə təsir göstərir. Amma ABŞ çoxdan bilir ki, kimlə iş görür və hesab etmirəm ki, ABŞ-ın Azərbaycan hakimiyyətinə münasibətdə hansısa illüziyası var.



Publisist Şahbaz Xuduoğlu: Məncə, hərbi təlimlərin vaxtının təxirə salınması mümkündür, amma hərbi əməkdaşlığın dayandırılması mümkünsüzdür. Əməkdaşlığın kəsilməsi üçün ciddi səbəb yoxdur, əksinə, məncə, hərbi əməkdaşlığın yeni fazası açıla bilər. İndi ABŞ Rusiyaətrafı ölkələrlə daha sıx əməkdaşlığa çalışır. Azərbaycanla Xəzər sularında əməkdaşlıq daha sıxdır, nəinki quruda.



Jurnalist Xaqani Səfəroğlu: Ola bilsin ki, bu təlimlər Azərbaycan və ABŞ-ın qarşılıqlı razılaşması ilə təxirə salınıb. Azərbaycan, məncə, Rusiyanın qarşısında Qərbin hərbi tərəfdaşı kimi görünmək istəməyib. Xüsusən Gürcüstan üzərindən Rusiya hərbi yüklərinin daşınmasının dayandırılmasından sonra Moskvanın qəzəbi ortada olduğu bir məqamda rəsmi Bakı təhlükəsiz görünmək istəyib. Digər tərəfdən, bu məsələ Azərbaycanın hərbi təlimləri tam dayandırması anlamına gəlmir. Əvvəllər də belə bir hal olmuşdu. Amma yoluna qoyuldu. Bu, məncə, daha çox balans siyasətində bir reverans sayılmalıdır.



Jurnalist Asəf Quliyev: Hərbi təlimlərin təxirə salınmasının səbəbləri müxtəlif ola bilər.



Hətta çox sadə səbəblər də ola bilər. Sözsüz, bu təlimlər Azərbaycana daha çox lazımdır. Amma ABŞ da bu təlimlərdə maraqlıdır. Məncə, müsəlman ölkəsi olan və Qafqazda strateji mövqeyi olan bir ölkənin hərbi məsələlərdə iştirakına hesablanan belə bir təlim, yəqin ki, keçirilər. Təxirəsalınma isə qarşılıqlı "mənəm-mənəmliyin" göstəricisidir. Hər iki tərəf nədəsə öz mənəmliyini sübut etmək istəyir. Və görünür bu üzdən də təlim təxirə salınıb.



Məncə, Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın tam dayanma təhlükəsi yoxdur. Çünki ən azı ABŞ hələ ki Əfqanıstanda və ümumiyyətlə Yaxın Şərqdə əməliyyatlarını dayandırmayıb və belə bir anda tərəfdaşdan imtina ABŞ üçün sərfəli deyil. Eyni zamanda düşünürəm ki, təlimlərin ləğvi iki ölkə arasında siyasi və iqtisadi münasibətlərə qətiyyən təsir etməz.



Hüquqşünas Günel Quliyeva: Hərbi məsələlərdə özümü heç də güclü saymıram. Amma bəzi məqamlara dair fikirlərimi deyə bilərəm. Məncə, çox güman ki, yenə "siçan-pişik" oyunu gedir. Rusiya və İran arasında qala biləcək axı bizik, ona görə həmişəki kimi Azərbaycan Amerika ilə açıq-aşkar "hərbi sevda"ya girməkdən qorxur. Digər tərəfdən, İraq müharibəsindən və Buşun imicinin buna görə çox aşağı düşməsindən sonra ABŞ yeni müharibə ruhlu əməliyyatlarda, məncə, özü də çox maraqlı deyil. ABŞ üçün İran hələlik gündəmdə deyil, axı Liviya və digər ərəb ölkələri var. Yəqin, buna görə Azərbaycan-ABŞ hərbi münasibətləri qarşılıqlı şəkildə soyuyub.







Məncə hərbi əməkdaşlığa bu təxirəsalma təsir edəcək, amma iqtisadi əməkdaşlığa təsiri olmayacaq.



İqtisadçı Natiq Cəfərli: Rəsmi dairələr bu olayla əlaqədar heç bir ağlabatan açıqlama vermədi. Bu isə müxtəlif fikirlərin, şərhlərin yaranmasına səbəb olur. Fikrimcə, əsas səbəb hakimiyyətin Qərbin, əsasən də, ABŞ-ın Azərbaycanda baş verən son hadisələrə olan münasibətidir. ABŞ Dövlət Departamenti insan hüquqları və azadlıqları ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edən açıqlamalarla çıxış etdi, bu isə, təbii olaraq, hakimiyyət dairələrinin xoşuna gəlmədi.



Hərbi əməkdaşlıqda ilk növbədə biz - Azərbaycan maraqlı olmalıdır. Hakimiyyət anlamalıdır ki, ABŞ kimi hərbi gücə, nüfuza malik bir ölkə ilə hərbi sahədə əməkdaşlıq bizim milli maraqlarımıza cavab verir. Çünki bizim əsgər və zabitlərimiz onlardan çox şey öyrənə bilər. Amma indi elə bir təsəvvür yaranır ki, bu təlimlərdə ABŞ tərəfi nəsə öyrənmək istəyir, Azərbaycan isə bunu etmir. Halbuki, tam tərsi, belə təlimlər torpaqları işğal altında olan ölkəyə - Azərbaycana lazımdır ki, öz hərbi potensialını, şəxsi heyətin professional səviyyəsini artırsın. Bundan başqa, ABŞ kimi dövlətlə hərbi əməkdaşlıq Rusiyanın, Kollektiv Təhlükəsizlık Müqaviləsi Təşkilatının təsiri altında olan Ermənistana, onların havadarlarına da bir mesaj olardı. Ümid edirəm ki, hakimiyyət dairələri belə yanaşmağın səhv olduğunu anlayaraq, gələcəkdə bu kimi təlimlərə mane olmaz, bu tipli əməkdaşlıqda maraqlı və udan tərəfin Azərbaycan olduğunu anlayar. ABŞ kimi dövlətə hərbi təlimdən imtina etməklə təzyiq göstərməyə çalışmaq gülüncdür və heç bir effekt verməz. Strateji baxımdan uduzan biz olacağıq.



Artıq xeyli müddətdir ki, Qərb dünyası və ABŞ ilə Azərbaycan hakimiyyəti arasında soyuq münasibətlər davam edir. Bunun əsas səbəbi hakimiyyətin heç bir islahatlara getmədiyi, dəyişiliklərə açıq olmadığı, insan haqlarına və hüquqlarına sayğısız yanaşmasıdır. Amma rəsmi təbliğat, belə münasibətlərin səbəbi kimi, Azərbaycanın müstəqil xarici siyasət aparmasını göstərir. Bu isə insanların fikirlərini səhv yönləndirməkdən başqa bir şey deyil. Azərbaycanın həm iqtisadi, həm siyasi gələcəyi Qərblə sıx əməkdaşlıqdan keçir. Bu isə ölkədə köklü islahatlar aparılmasını diktə edir. Hakimiyyət dünyada gedən prosseslərdən dərs almalıdır ki, indi tək enerji resursları ilə özünə dost tutmaq mümkün deyil. Dəyərlərə, strateji hədəflərə söykənən əməkdaşlıq enerji faktorundan heç də az önəmli deyil. Əgər Azərbaycan hakimiyyətinin tutumuna görə Qərblə münasibətlər getdikcə daha da gərginləşsə, bu, ölkənin həm iqtisadi maraqlarına, həm də Qarabağ probleminin həlli yönündə görülən işlərə ciddi zərbə olacaq.



Siyasi icmalçı Elnur Eltürk: Son günlər Amerika Azərbaycanla münasibətlərində insan hüquqlarını, demokratik prioriteti əsas götürdüyünə görə, bu təlimlərin təxirə salınması gözlənilən idi. Amerika səfirinin müxalifət partiyaları ilə görüşü, Amerikanın demokratiyanın inkişafı adı altında onlara maddi-mənəvi dəstəyi, təbii ki, Azərbaycan hakimiyyətini razı sala bilməzdi. Ona görə təlimlər təxirə salındı və Amerikaya diplomatik formada cavab verildi ki, siz belə edirsiniz, bizim də sizə cavabımız belə olacaq.



Mən şəxsən Amerika-Azərbaycan münasibətlərinin bundan daha pisləşəcəyinə inanmıram. Çünki Amerikanın bölgədə iqtisadi maraqları tam təmin olunub və müəyyən vaxtdan sonra münasibətlər öz yoluna düşəcək. Bu günlərdə Amerika dövlət katibinin köməkçisi Tina Kaydanounun Bakı səfərinə də bu kontekstdən yanaşardım.



Artıq Amerikada Azərbaycanla münasibətlərinin gərginləşdiyinin fərqindədirlər. Digər tərəfdən, ərəb ölkələrində inqilabi proses başa çatandan sonra vəziyyət əvvəlki duruma qayıdacaq.





Bizim bildiyimiz və bilmədiyimiz bir çox amillər var ki, Amerika-Azərbaycan münasibətlərinin soyuqlaşmasına səbəb olur.



Üstəlik, Qarabağ danışıqlarının getdiyi bir ərəfədə Azərbaycan hakimiyyəti Rusiya amilini də nəzərə alır. İyun ayında Azərbaycan-Ermənistan prezidentlərinin Rusiyada görüşü gözlənilir. Ola bilər ki, hakimiyyət Rusiyanın əlinə əlavə "kozır" vermək, Kremli qıcıqlandırmaq istəməyib. İndiki vaxtda Amerika-Azərbaycan təlimləri Rusiyanı qıcıqlandıra bilərdi...



Politoloq Rəşad Hüseynov: Təlimin təxirə salınma səbəbləri üzərində düşünəndə adamın ağlına min fikir gələ bilər. Bunu, son zaman baş verən müxtəlif hadisələrlə də əlaqələndirmək olar. Bəlkə də sırf texniki səbəblərdən bu baş verib. Amma bunu rəsmi şəkildə açıqlamaq lazımdır ki, lazımsız spekulyasiyalara da əsas qalmasın. Məncə, məsələnin böyüməsi - məlumatsızlığın nəticəsidir. Bunun ikitərəfli münasibətlərə təsir edəcəyini isə düşünmürəm. Diplomatik kanallar artıq fəaliyyətdədir.



Siyasi icmalçı Ələsgər Ələsgərli: Hərbi təlimlərin təxirə salınması bu gün ilə bağlı, yəni bu gün anidən ortaya çıxmış məsələ deyildir. Bundan əvvəl də buna bənzər "gecikmələr" yaşanıb. Habelə 2009-da Əfqanıstana əsgər göndərmək barəsində də iki ölkə arasında fikir ayrılığı meydana çıxmışdı. Daha konkret desək, Azərbaycan tərəfi Əfqanıstana əsgər göndərməyəcəyini bəyan etmişdi. Son hadisə ilə bağlı da Terri Devidsonun açıqlamasından da göründüyü kimi, "top Azərbaycan tərəfindədir". Azərbaycan Müdafiə Nazirliyindən verilən cavab qaneedici bir cavab deyil. Konkret səbəb göstərilməyib. Bu və bənzəri hallarda səbəb göstərilmədiyi zaman spekulyativ ehtimalların sayı daha da çoxalır. Bir çoxları bunu Rusiyanın təzyiqi ilə əlaqələndirir. Rusiyanın təzyiqi hər zaman var və olacaq. Ancaq hərbi təlim məsələsi Rusiyanın qeyri-adi təzyiq vasitələrindən istifadə edəcəyi qədər böyük bir məsələ deyildir. Üstəlik belə hal ortaya çıxdığı zaman Azərbaycanın vəziyyətdən çıxış yolu tapmaq üçün, yəni Rusiyanın təzyiqini balanslaşdırmaq üçün əlində vasitələri var. Mən bunu Azərbaycandakı son hadisələrlə bağlayıram. Azərbaycan rəhbərliyi Amerikanın və Qərbin son dövrdə Azərbaycanda demokratik hüquq və azadlıqlarla bağlı açıqlamalarından narahat olduğunu dilə gətirməkdədir. Tətbiqatın təxirə salınması tək səbəb olmasa da (digər ehtimal olunan səbəblərlə birlikdə), okeanın o tayından səslənən açıqlamalara effektiv cavab sayıla bilər.



Diplomat (ABŞ) Keith Bean: Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğlunun dediyi kimi, hərbi əməkdaşlıq davam edir. Müdafiə nazirinin səfir Brayza və Hərbi Attaşe ilə görüşməsi faktı bu əməkdaşlığı göstərir..



http://www.ayna.az/2011-04-30/sulh/5718p2-Regional%20cavab-2011-%20sefir%20Brayza-Safar%20Abiyev









Yorumlar









Aktif Ziyaretçi 74
Dün Tekil 2050
Bugün Tekil 80
Toplam Tekil 4078858
IP 18.221.239.148






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.096 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu