Elnur Eltürk:"Biz isə özümüz deyib, özümüz eşidirik”. - Oktay HACIMUSALI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Elnur Eltürk:"Biz isə özümüz deyib, özümüz eşidirik”. - Oktay HACIMUSALI
Tarih: 28.04.2011 > Kaç kez okundu? 3555

Paylaş


Elnur Eltürk:"Biz isə özümüz deyib, özümüz eşidirik”.



İnformasiya əsrində ölkələr müharibəni ilk növbədə meydanda deyil, dünya hörümçək torunda aparırlar. Kim ölkəsi haqqında daha çox təbliğat aparırsa, daha ətraflı material yerləşdirirsə və dünyaya səsini daha effektiv şəkildə çatdırırsa həmin ölkənin səsinə səs verənlər də çox olur. Bəs, Azərbaycan necə, dünya internet şəbəkəsində yetərincə tanınırmı və təbliğatın öhdəsindən nə dərəcədə gələ bilir? Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov "Google map" axtarış sistemində Qarabağdakı tarixi torpaqlarımızın adlarının erməniləşdirildiyini bildirdi. Biz də bu məqamı əsas götürərək Azərbaycanın internet məkanında apardığı informasiya siyasətinin çatışan və çatışmayan cəhətlərini araşdırdıq.

Müstəqil ekspert Elnur Eltürk deyir ki, ermənilər müasir informasiya texnologiyalarından istifadə edib dünya media mərkəzlərinə, axtarış sistemlərinə öz yalançı məlumatlarını çatdırırlar: "Biz isə özümüz deyib, özümüz eşidirik. Ona görə heç bir məlumatımız informasiya vasitələrində çıxmır. Ermənilər isə beyin mərkəzləri, elmi dairələrlə işləyirlər. Budur, problemin kökündə duran əsas məsələ. Xaricdə təhsil alan tələbə kontengentini geniş şəkildə diaspor qurulucuğu prosesinə cəlb etməliyik. Diaspor rəhbərlərimiz yaşadıqları ölkənin media qurumları ilə əlaqə qurmalıdır. Bilirsiniz, erməni diasporu media orqanlarını pulla ələ alırlar. Orada özlərinə işləyən jurnalistlər tuturular. Niyə biz bunu etmirik. Dövlət diaspor qurulucuğuna külli miqdarda pul ayırır. Amma təəssüf ki, nəticə istədiyimiz formada olmur. Düzdür, çox fədakar və kifayyət qədər ölkəmizin haqq səsini dünya ictimaiyyətinə tanıdan diaspor fəallarımız var. Bunu demək lazımdır və onlar əllərindən gələni edirlər. Görünür ki, bu hələ azdır".

Sosioloq Lalə Mehralının fikrincə, bu kimi faktlar kifayət qədərdir: "Etiraf edək ki, ermənilər təbliğat sahəsində daha çevikdirlər, həm də yalan məlumat yaymaqda. Atalar nahaq deməyib, "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı."

Ermənilər torpaq oğrusu, mədəniyyət oğrusudurlar. Azərbaycanın bütün mənəvi və milli sərvətlərinə göz dikən bir millət əslində bununla özünün barbar olduğunu sübuta yetirib. Barbarla mədəni dillə danışmaq olmur, ona görə də öz bildikləri dillə danışmaq lazımdır. Bizim bacarıqlı, istedadlı gənclərimiz az deyil. Bu cür yalan və böhtan yazılmış onlarla saytları dağıdan hakkerlərimiz var. Düzdür, konkret olaraq kim olduqlarını bilmirik, amma bu cür saytları dağıda bilirlərsə demək bir iş görə bilirik.

Bizim Qarabağı anladan saytlarımız çoxdur, təbliğatımız da pis deyil. Amma daha yaxşısını da bacara bilərik. Yaxşı olar ki, telekanallarda mətbəx və ulduz proqramlarının yerinə gənclərə yararlı verilişlər göstərilsin".

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, bunun səbəbi bizim bu işi başlı-başına buraxmağımızdadır: "Bu işlə məşğul olan xüsusi elmi mərkəzlərin də fəaliyyət göstərməsinə böyük ehtiyac var. Təəssüf ki, belə mərkəzlərimiz yox dərəcəsindədir və yaradanda da formal yaradırıq. Fəaliyyətləri üçün heç bir şərait yaratmırıq".

"Yeddi dövlət, bir millət" konseynin başqanı Azər Həsrətin fikrincə, bu heç də təəccüblü bir məsələ deyil: "İndi açıq informasiya cəmiyyəti əsridir və hər kəs hər yerdə istədiyini yaza bilir. Kim qabağa düşsə, daha çalışqan olsa, o da dünyaya daha çox informasiya ötürə bilir. Təbii ki, bu zaman hər kəs öz maraqlarından çıxış edir. Ona görə də bu cür halları faciə kimi qəbul etməməklə bərabər, hər halda diqqətdən də qaçırmaq doğru olmaz. Bizim insanlarımız da belə texnologiyalardan yetərincə istifadə etməyi öyrənməlidirlər. Başqa cür heç nəyi dəyişə bilmərik."

DGTYB başqanı Əkbər Qoşalı hesab edir ki, bu, ilk növbədə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin müdaxilə etməli olduğu məsələdir: "Ancaq İKT-dan yetərincə istifadə etməyi bacaran hər bir vətəndaşımız da mümkün olan addımlar atmalıdır. Mən bilən bu maps.google.com-un birinci tərbiyəsizliyi deyil. Bundan öncə də bənzəri yanlışlıqlara -mən buna bilərəkdən yanlışlıq deyərdim - yol vermişdilər. Əgər öz durumumuzu bir neçə il öncəsindəki durumla müqayisə etsək, müəyyən işlərin görüldüyünün fərqində olarıq. Yəni müəyyən saytlar açmış, elmi nəşrlərlə, digər təbliğat vasitələrilə çıxış etmiş - özü də bu işi ingilis, rus, ərəb və digər xarici dillərdə gerçəkləşdirmiş dövlət və qeyri-hökumət təşkilatlarımızın əməyini qiymətləndirməliyik. Ancaq bütün bu işlər kifayət deyil".

Şair Vaqif Səmədoğlunun fikrincə, ad dəyişmə bu günün problemi deyil: "Ermənistan və Gürcüstan bizim coğrafi adları ötən əsrin ortalarından dəyişməyə başladılar. O zaman Kreml bizim etirazlarımızı eşitmədi, bu gün də dünya. Hər gün bizimkilər beynəlxalq təşkilatlara etiraz məktubları yazırlar, amma nə fayda?"

"Qafqazinfo" informasiya portalının əməkdaşı Jalə Məmmədli vurğulayır ki, yeni media dövründə ölkələr müharibəni virtual yolla aparırlar: "Çünki indi hər şey informasiya siyasətinin necə qurulmasından asılıdır. Bu gün internetdə Azərbaycan haqqında istər informasiya olsun, istərsə də şəkillər, çox azdır. Düşmən ölkə bizdən daha irəlidədir. Onlar internetdə daha aktivdirlər. Onların hansısa bir saytına baxsaq, Ermənistan haqqında bütün informasiyaların olduğunu görerik. Amma müharibə şəraitində yaşayan bir ölkə olan biz informasiya siyasətini düzgün qurub, qalib gələ bilmirik. Bizim gənclərin çoxusu vaxtlarını çatlarda, əyləncələrdə keçirdikləri zaman erməni gənci ölkəsi üçün işlər görür. Bilirik ki, məlumat saytları - Google maps, Google Earth-də, vikipediyada informasiyalar könüllülər tərəfindən həyata keçirilir. Bunun üçün ayrıca bir qurum fəaliyyət göstərməli, onlara pul ayrılmalıdır. Proses sistemli şəkildə həyata keçirilməlidir. Bu gün bizdə baş verənləri dünyaya çatdırmaq üçün hər il milyonlarla vəsait ayrılır. Bununla Azərbaycanın ayrı-ayrı ölkələrdə təbliği aparılır. Amma ermənilər bütün dillərdə öz yalan tarixlərini bütün dünyaya yayırlar. Bizdə vəsait ayrılır, amma ortada istənilən nəticə yoxdur. Deməli, puldan da çox əsas ideologiya lazımdır. O da ki, bu günkü Azərbaycan gəncinin çox az bir hissəsindədir. Bu gün hələ də Xocalını bilməyən yüzlərlə Azərbaycan gənci varsa, deməli hələ bu kimi problemlərlə çox üzləşəcəyik."



Oktay Hacımusalı



http://www.xalqcebhesi.az/news.php?id=1597









Yorumlar









Aktif Ziyaretçi 28
Dün Tekil 2050
Bugün Tekil 856
Toplam Tekil 4079634
IP 18.191.135.224






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.001 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu