Ayhan Dəmirçi ilə Müsahibə - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Ayhan Dəmirçi ilə Müsahibə - Elnur ELTÜRK
Tarih: 17.03.2011 > Kaç kez okundu? 3248

Paylaş


Ayhan Dəmirçi: “Azərbaycan diasporu gənc olsa da son illərdə erməni diasporuna və onların uydurduğu yalanlara qarşı gücünü ortaya qoya bilər və hətta daha güclü addımlar ata bilər”

Mart ayının 17-də Avropa Parlametində Azərbaycanda milli tolerantlığın inkişafı, azsaylı xalqının milli mədəniyyəti mövzusunda (tədbir xüsusilə, Azərbaycanda yaşayan rus, udin, yəhudilər aiddir) Avropa Parlamentində Millət Vəkili İsmayil Ertuğun və Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə elmi praktiki konfrans keçiriləcək. Həm tədbir haqqında, həm də digər suallarımızın cavabını almaq üçün tədbirin təşkilatçılardan olan Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi ilə söhbətləşmişik.

- Avropa Parlamentində belə bir tədbirin təşkil edilməsinin Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Bilirsiniz ki, hazırda Azərbaycanda bir çox xalqlar yaşayır. Onlar yüzillərdir ki, bir yerdə yaşayırlar və Azərbaycanın siyasi-ictimai və sosial-mədəni həyatında aktiv rol oynayırlar. Hətta Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və güclənməsinə öz töhfələrini verirlər. Onların bu gün hüquqları yüksək səviyyədə qorunur və belə bir tədbiri təşkil etməkdə əsas məqsədimiz odur ki, Avropa ictimaiyyəti Azərbaycanda tolerantlığın, xalqlararası mədəni dialoqun necə inkişaf etdiyini göstərməkdi. Xüsusilə, Avropa cəmiyyəti bu məsələlərdə həssasdır və onlara buna diqqət ayırırlar. Bu gün ola bilər ki, hansısa qüvvələr Azərbaycanda tolerantlığın olmadığını bəyan edirlər, bu tədbir vasitəsilə Azərbaycanda vəziyyətin nə yerdə olduğunu dəvət etdiyimiz dini cəmiyyət rəhbərlərinin dillərindən eşidəcəklər. Həmçinin, bu tədbir həmin qüvvələrə elmi və əsaslandırılmış cavab olacaq. Bu məsələdə Avropa Parlamentinin tribunasi yaxşı vasitə ola bilər. Bizdə dəyərli millət vəkilimiz İsmayıl Ertuğ cənablarının köməyini burada yüksək dəyərləndiririk və gələcəkdə də ümummilli işlərimizin həyata keçirilməsində birgə addım atacayıq.

- Təbirdə kimlərin iştirak edəcəyi gözlənilir?

- Dağ yəhudiləri dini icmasının sədr müavini Semyon Şalmiyev, Azərbaycanın Alban-Udi Xristian İcmasının sədri, Bakı Dövlət Universitetinin geologiya fakultəsinin baş elmi işçisi, geoloq Robert Mobili, Qafqazlar Müsəlmanlar İdarəsindən Ziyad Əmrahov, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov, Rusiya Ortadoks Kilsəsinin Azərbaycan nümayəndəsi Priest Mifodi, Bakıda Avropa Yəhudi Dini Cəmiyyətinin sədr müavini Yevgeniy Brennesyen iştirak edəcək.

- Qarabağ məsələsilə bağlı sizin qurum hansı işləri görür?

- Bu problem cəmiyyətimizin bütün istiqamətinin əsas xəttini təşkil edir. Hər il Azərbaycan təqvimində qara hərflərlə yazılan 20 Yanvar, 26 Fevral Xocalı faciələrini anım günlərini təşkil edirik. Erməni vəhşiliyini dünya ictimaiyyətin çatdırmaq üçün Avropa Parlamenti önündə aksiyalar təşkil edirik və insanlar broşuralar paylayırıq. Eyni zamanda, Avropa parlamentinin rəhbərlərinə və İnsan Haqları Məhkəməsinə Qarabağ işğalı ilə bağlı məktublar göndəririk. Bundan başqa Avropada ayrıca yayımlanan Avropa televiziyasında cəmiyyət rəhbəri olaraq, Qarabağ işğalı ilə bağlı proqramların yayımlanmasına nail olmuşuq. Həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramını yüksək səviyyədə təşkil etməyə çalışırıq. Bayram tədbirlərimizdə Belçikadan olan millət vəkilləri də iştirak edirlər.

-Ümumiyyətlə, Belçikada Azərbaycan diasporunun mövqeyi necədir, orada güclü bir diaspor təşkilatımız varmı?

- Səmimi olaraq qeyd edim ki, Belçikada çoxda güclü təşkilatımız yoxdur. Güclü olmaq üçün maddi və mənəvi baxımdan geniş imkanlara sahib olmaq lazımdır. Bu cür imkanlar da bizlərdə çox olmadığına görə güclü sayılmırıq. Bu cür dəstəyin olmaması da bizim fəaliyyətimizi məhdudlaşdırır, gücümüzü azaldır və həyata keçirəcəyimiz layihələrin icra olunmasına mane olur. Ancaq öz imkanlarımız daxilində nələrsə etməyə çalışırıq. Belə tədbirlər təşkil edirik ki, öz diaspor potensialımızı ortaya qoyaq. Avropa səviyyəsində tədbirlərin keçirilməsinə nail olaq.

- Gənclərimizin aktivliyi necədir?

- Fəaliyyətimizin əsas istiqaməti gənclərimizin hərəkətə keçməsinə və fəallaşmasına nail olmaq istəyirik. Qeyd etdiyim kimi Belçikada çoxlu sayda azərbaycanlı yaşamadığı üçün gənclərimiz çox deyil. Yəni bu gün Belçikada təhsil alan bir neçə azərbaycanlı gənc var. Keçirdiyimiz tədbirlərimizə gənclərimizi dəvət edirik və onların bu sahədə fəal olmasına çalışırıq.

- Belçikada erməni diasporunun gücü hiss olunurmu?

- Dünyanın bir çox yerlərində olduğu kimi Belçikada da erməni diasporu var və güclü fəaliyyət göstərir. Bunun da əsas səbəbi məlum olduğu kimi onların ABŞ-a və Avropaya daha əvvəlcədən gəlməsi idi. Onlar artıq bu cəmiyyətə inteqrə olunub və müəyyən mövqe tutublar. Bu səbəbdən də xüsusi olaraq vurğulayım ki, Azərbaycan diasporu gənc olsa da son illərdə erməni diasporuna və onların uydurduğu yalanlara qarşı gücünü ortaya qoya bilər və hətta daha güclü addımlar ata bilər.

Söhbətləşdi: Elnur Eltürk









































Yorumlar









Aktif Ziyaretçi 24
Dün Tekil 952
Bugün Tekil 872
Toplam Tekil 4090716
IP 18.219.189.247






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























29 Sevval 1445
May s 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Benim Hayatta yegane fahrim, servetim T rkl kten ba ka bir ey de ildir.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 4.696 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu