Bəxtiyar Hacıyevin həbsinin təfərrüatları - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bəxtiyar Hacıyevin həbsinin təfərrüatları
Tarih: 07.03.2011 > Kaç kez okundu? 3306

Paylaş




Nüşabə Fətullayeva

“Onlar Bəxtiyarın harada olmağını bizdən gizlətdilər. Son anda biz xəbər tutduq ki, Bəxtiyar Nizami rayon Məhkəməsindədir. Oraya da bizi yaxın buraxmadılar”.



Martın 4-də gənc fəal Bəxtiyar Hacıyev barəsində Gəncə Şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə bir aylıq həbs qəti-imkan tədbiri seçiləndən sonra Gəncəyə yollandıq.







Həmin gün Bəxtiyar Hacıyev iki dəfə polisə çağırılıb facebook-dakı fəaliyyəti barədə sorğu-sual edilmişdi. Hacıyev facebook sosial şəbəkəsində 11 mart Böyük Xalq Günü kampaniyasının təşkilatçılarından biridir. Bu qrup facebook üzvlərini virtual etiraz kampaniyasına qoşulmağa çağırır.



Martın 5-də səhər saat 10-da Bəxtiyarın hüquqlarını müdafiə etmək üçün vəkilləri – Elçin Namazov və Əlayif Həsənov Gəncə şəhər Prokuroru və işi aparan müstəntiqlə görüşüblər. Prokuror Adil Vəliyev Nizami rayon Məhkəməsinin qərarını və görüş üçün icazə məktubunu vəkillərə təqdim etdi.



Əvvəl Nizami rayon Polis Şöbəsinə, daha sonra isə müvəqqəti saxlama təcridxanasına yollanan Prokurorluğun müstəntiqinə və vəkillərə Bəxtiyarın orada olmadığını bildirirlər.



BƏXTİYARLA GÖRÜŞ NİYƏ YUBADILIR?



Əlayif Həsənov: “Bilərəkdən bizim Bəxtiyarla görüşümüzü yubadırlar”. Bundan sonra 2 saylı Təcridxanaya qayıdan vəkillər və müstəntiq rəsmi icazə məktubu olmadan görüşə baş tutmur.



(Yazı fotonun altında davam edir)







Vəkillər yenidən Prokurorluğa- 2 saylı İstintaq Təcridxanasının adına yazılmış rəsmi icazə məktubu almağa yollandılar. Buradan isə bildirdilər ki, prokuror nahardadır və məktubu yalnız saat üçdən sonra ala bilər.



Axşam saat 3-ə kimi vəkillər Nizami rayon Məhkəməsinin qərarından Apelyasiya şikayəti hazırlayıb, poçtla göndərdilər. Axşam saat 4-dən sonra rəsmi icazə məktubunu alan vəkillər yenidən təcridxanaya qayıdırlar.



Lakin bu dəfə də Bəxtiyarla görüş mümkün olmur. Bu dəfə isə səbəb kimi təcridxananın şənbə günü qısa iş günü olması göstərilir.



Burda qeyd edim ki, martın 4-də təxminən 5 saat ərzində Bəxtiyar Hacıyevin harda olması barədə yaxınlarına məlumat verilməyib.



AzadlıqRadiosu Gəncə polis və prokurorluğu ilə əlaqə saxlsa da, onlar Hacıyev barədə məlumatları olmadığını deyirdilər. Yalnız günün sonunda gənc fəal barəsində bir aylıq həbs qərarı çıxarıldığı bəlli oldu.



Məsələ ilə bağlı AzadlıqRadiosuna məlumat verməkdən imtina edən müstəntiq Emin Quliyev gənc fəalın ailə üzvlərinin və vəkillərin suallarına “balam ölsün, mənim xəbərim yoxdur” cavabını verir.



Təxminən yarım saatdan sonra tələsik təcridxananın rəisi maşınından düşüb Bəxtiyarla kimn görüşmək istədiyini soruşur və deyir ki, belə bir görüş üçün onun yanına gəlsinlər.



Artıq Bakıya qayıdan vəkillərdən biri Əlayif Həsənov yoldan geri qayıdıraq Bəxtiyarla görüşməyə nail olur. Bu görüş 2 saatdan çox davam edir.



TİBBİ EKSPERTİZA TƏLƏBİ



Görüşdən çıxan Əlayif Həsənov Bəxtiyarın üz nahiyəsində, gözlərinin altında və qollarında izlərin olduğunu bildirdi.



“Bəxtiyar saxlanıldığı vaxt Nizami və Kəpəz rayon Polis Şöbələrində işgəncə, fiziki təzyiqlərə məruz qaldığını bildirdi. Biz bu gün Gəncə şəhər Prokurorluğunda Bəxtiyarın üzündəki izlər itmədən tibbi ekspertizadan keçməsi ilə bağlı vəsatət qaldıracağıq”.



Əlayif Həsənov Bəxtiyarın siyasi baxışlarına, son zamanlar sosial şəbəkələrdə yaydığı materiallarla bağlı həbs edilməsinə dair iddiaların əsaslı olması qənaətindədir.



“Bunu Bəxtiyarın qanunsuz şəkildə saxlanması, onun ailə üzvlərindən məlumatların gizlədilməsi və həbsdə məruz qaldığı zorakılıqlar və hədə-qorxular göstərir ki, Bəxtiyar həqiqətən də siyasi baxışlarına görə həbs olunub”.



“37-Cİ İLLƏRDƏN DƏ BETƏRDİR”



Bəxtiyarın anası Solidə Mövlayeva da oğlunun ancaq və ancaq siyasi baxışlarına görə həbs edildiyini bildirir.



“Onlar Bəxtiyarın harada olmağını bizdən gizlətdilər. Son anda biz xəbər tutduq ki, Bəxtiyar Nizami rayon Məhkəməsindədir. Oraya da bizi yaxın buraxmadılar. Tam 37-ci illərdə ki, repressiya, hələ 37-ci illərdən də betərdir”.



Bəxtiyarın atası İlyas Hacıyev isə deyir ki, oğlu gəncləri ədalətə, haqq sözünü deməyə səslədiyi üçün həbs olunub.



“İndiki dövrdə gənclik inkişaf edir. O da istəyir ki, sağlam düşüncəli, düzgünlük, ədalət tərəfdarı olsunlar”.



Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Bəxtiyar Hacıyev martın 2-də və 4-də Gəncənin inzibati ərazilərini tərk etməyəcəyinə dair iltizamnaməyə imza atsa da, həmin günlərdə icazəsiz olaraq şəhəri tərk edib.



Gənc fəalın ailə üzvləri bunu əsassız adlandırırlar. Onlar bildirirlər ki, Bəxtiyar həmin günlərdə Gəncədə olub, bunu təsdiq edəcək şahidləri də var.



“ANA-BALA SÖHBƏTİ”



Martın 5-də axşam saat 8-dən sonra Bəxtiyarın anası və bacısı işlədikləri 11 saylı orta məktəbə çağırıldılar. Az sonra YAP-ın Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov məktəb direktorunun otağına daxil olub və Mövlayevanı müşayiət edən şəxslərdən və hadisə yerində olan AzadlıqRadiosu müxbirlərindən otağı tərk etmələrini xahiş etdi.



Yarım saatdan çox davam edən görüşdən çıxan İsmayılov Hacıyevin valideynləri ilə “ana-bala söhbəti” apardıqlarını bildirib:



-YAP-ın üzvü ilə mən partiyanın şəhər təşkilatının sədri kimi elə- belə söhbət etmişik, ana- bala kimi".



-Siz bütün partiya üzvləri ilə axşam saat 8-dən sonra görüşürsünüz?



-Lazım olanda görüşürük



-Bəxtiyar Hacıyevin həbsinə münasibətiniz?



-Mən bu barədə heç nə bilmirəm.



“AZ QALIRAM BƏXTİYARA QOŞULAM”



Solidə Mövlayeva isə bildirib ki, görüşdə ondan Bəxtiyar Hacıyevə ziyan vuracaq hərəkətlərdən çəkinmək tövsiyə olunub:



"Mən YAP-ın üzvü olduğuma görə məsləhət gördülər ki, artıq-əskik söhbətlər olmasın, Bəxtiyarın xeyri üçün. Deyirdi, mən fəxr edirəm ki, Bəxtiyar kimi gənclərimiz var. Mən də dedim ki, biz nə danışasıyıq ki? Bəxtiyar da əqidəsindən dönən deyil".



Həbs olunmuş gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva özü də bütün bu haqsızlıqları gördükdə oğluna qoşulmağı istədiyini bildirib:

“Elə narazıyam ki, az qalıram, Bəxtiyarın özünə qoşulam".





Yorumlar









Aktif Ziyaretçi 62
Dün Tekil 2050
Bugün Tekil 253
Toplam Tekil 4079032
IP 3.141.8.247






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu