Azərbaycan dövlətçiliyinə qarşı uzanan əllər və ya İran Azərbaycandan nə istəyir? - Seymur HƏSƏNLİ - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycan dövlətçiliyinə qarşı uzanan əllər və ya İran Azərbaycandan nə istəyir? - Seymur HƏSƏNLİ
Tarih: 23.02.2011 > Kaç kez okundu? 3174

Paylaş




DAK Gənclər Təşkilatının sədri

Son günlər İran adlı dövlət və onun qurumlarından, informasiya mərkəzlərindən Azərbaycana qarşı müxtəlif təhdid mahiyyəti daşıyan mesajlar gəlməkdədir. Öncə onu vurğulayım ki, bu dövlət özünün rəsmi KİV orqanlarında Azərbaycanın ayrı-ayrı regionlarından olan xəbərləri “Şimali İrandan xəbərlər” başlığı altında neçə illərdir ki, təqdim edir. İstər müxtəlif tarix kitablarında, istər informasiya mərkəzlərində Azərbaycan adının hallanmamasına, müstəqil olan Quzey Azərbaycanı “Şimali İran” adlandırmaqda davam edib. Azərbaycanda islam adı altında müxtəlif siyasi maraqlar güdən İran, son zamanlar ölkəiçi proseslərə birbaşa müdaxilə etməkdə davam edir.

Təhsil Nazirliyimiz uzun müddətdən bəri qalmış olan bir problemin həlli istiqamətində addım atdı. Məktəblərdə hər kəsin vahid geyim formasından istifadəsi üçün atılan bu addım gecikmiş olsa da təqdirəlayiq hal idi. Çünki, məktəbdə təhsil alan şagirdin maddi durumundan asılı olmayaraq digər şagirddən özünü aşağı hiss etməməsi, diqqətini təhsildən kənar şeylərə yönləndirməməsi və müxtəlif dini maraqlar güdən qüvvələrin təhsil sahəsində maraqlarının qarşısının alınması üçün verilən qərar çox önəmli idi. Amma bu qərarı, İran və ona məxsus informasiya mərkəzləri öz istədikləri istiqamətə yozub guya Azərbaycanda islam dininə qarşı basqılar güclənib başlığı altında təqdim etməyə başladı. Hətta ölkəiçində bəzi farsçı qüvvələr öz hisslərini gizlədə bilmədi və açıq şəkildə Azərbaycan dövlətçiliyinə, onun rəhbərliyinə qarşı çıxışlar etdi, hətta terror hədəsi isə müxtəlif bəyanatlar verdilər. Təbii ki, qüdrətli Azərbaycan dövləti onun daxilində siyasi sabitliyi pozmağa yönəlmiş, terrorçuluq fəaliyyəti ilə məşğul olan dini-siyasi qüvvələri zərərsizləşdirməli idi və zərərsizləşdirdi də. Amma bütün bunları yenə İran və onun informasiya mərkəzləri islam dininə hücumlar başlığı altında verdilər. Bu prosesdə bəzi siyasi qüvvələrimiz də həmin “islamçı” şəxsləri müdafiə etməklə özlərini ifşa etdi. Bəlkə də bunu siyasi divident qazanmaq niyyəti ilə etdilər. Amma düşmənin yanında olmaqla siyasi divident qazanmaq istəyi vətənə və dövlətə xəyanət etməkdən başqa bir şey deyil.

Azərbaycan müstəqil və demokratik bir dövlətdir. Bütün qərarları özü verir. Hər hansı bir dövlətin onun daxili işinə qarışmağa ixtiyarı yoxdur. Ola bilər ki, onun daxili qanunları digər dövlətin qanunları ilə ziddiyyət təşkil etsin. Bu o demək deyil ki, bir dövlət digərinin daxili işinə müdaxilə etməlidir. Halbuki, Azərbaycan İranın daxili işinə birbaşa müdaxilə edə bilər. Çünki, tarixən Azərbaycanın parçalanması nəticəsində onun böyük bir hissəsi hazırda İranın tərkib hissəsindədir. Orda yaşayan 38 milyon Azərbaycan türkü, Tanrı tərəfindən insana verilmiş olan ana dilində təhsil alıb danışmaq hüququndan məhrumdur. Hazırda İran adlı ölkədə hər səkkiz saatdan bir insanlar edam olunur. Soydaşlarımız yeni doğulmuş körpələrinə türk adları qoya bilmirlər. Dövlət büdcəsindən ərazisi türk əyalətindən dörd dəfə kiçik olan fars əyalətinə dörd dəfə çox pul ayrılır. Bütün bunlara baxmayaraq soydaşlarımız hələ də ayaqdadır və öz mübarizələrindən dönmürlər. Ən əsası isə Azərbaycanımızın prezidenti, cənab İlham Əliyevin də dediyi kimi müstəqil Azərbaycan Respublikası 9 milyonun deyil, 50 milyondan yuxarı Azərbaycanlının dövlətidir. Bu dövlət hər gün inkişaf edir, güclənir, beynəlxalq nüfuzu artır. Təbii ki, qazanılan uğurlar 38 milyondan yuxarı soydaşımızın da milli istiqlalı uğrunda mübarizəsinə stimul verir. Ona görə də fars rejimi qazanılan bu uğurları pərdələmək, gözdən salmaq üçün islam faktorundan istifadə edir. Güney Azərbaycanda yaşayan soydaşlarımızda müstəqil Azərbaycan barədə ateist, dinsiz obrazı yaratmağa çalışır.

İranın islam “sevgisi”

İran əgər Azərbaycana qarşı belə islam “sevgi”si ilə yanaşırsa, bu sevgi yalnız bir dövlətə deyil, hər bir dövlətə qarşı olmalıdır. Ən əsası Azərbaycan torpaqlarını işğal edən, müsəlmanları soyqırıma məruz qoyan Ermənistana qarşı. Niyə İran və onun hakim dairələri, informasiya mərkəzləri Azərbaycan torpaqlarını işğal altında saxlayan və həmin ərazilərdə olan bütün məscidləri darmadağın edən, içində donuz və müxtəlif heyvanlar saxlayan erməniyə etiraz etmir? Bütün bunların əksi olaraq Ermənistan adlı dövlətlə iqtisadi, siyasi, mədəni əlaqələri ən yüksək səviyyədə inkişaf etdirir. Ermənistanın bir dövlət kimi yaşamsında İranın əvəzsiz rolu vardır. Bunu hər iki tərəfin rəsmiləri dəfələrlə qeyd edib. Əgər dini qardaşlığımız varsa, bu dildə deyil, əməldə olmalıdır. Etnik qardaşlığını əməldə sübut edən Türkiyə kimi. Demək İranın islam “sevgisi” sadəcə siyasi marağa hesablanmış və gələcəkdə onu məhv edəcək 38 milyon Azərbaycan türkünün azadlığa qovuşması xofu ilə bağlıdr. Ona görə də öz tarixi ərazilərində yaşayan soydaşlarımıza bir dənə də olsun məktəb açmır. İran adlı ölkədə cəmi 100 min ermənin 40-a yaxın məktəbi, müxtəlif mədəniyyət ocaqları vardır. Artıq erməni universiteti açmaq ətrafında danışıqlar gedir. Öz tarixi ərazilərində yaşayan güneyli qardaşlarımız hər hansı etiraz aksiyası keçirən kimi həbslərə, işgəncələrə, ölüm hökmlərinə məruz qalır. Amma ermənilər sərbəst şəkildə kilsələrdə toplantılarını keçirib müxtəlif aksiyalarla öz fikirlərini yaya bilirlər. İranın Azərbaycan qorxusu o dərəcədədir ki, hətta öz addımlarını ikitərəfli münasibətlər çərçivəsində, yəni, hüquq çərçivəsində də atmır. Əgər Azərbaycanda İranın mədəniyyət mərkəzləri varsa, niyə bu qarşlıqlı şəkildə İranda olmasın? Niyə Bakı Dövlət Universitetində İran mərkəzi var, amma Tehran Universitetində Azərbaycan mərkəzi yoxdur? Çünki İranda hakim olan fars rejimi Azərbaycan adının düşmənidir. Çünki Azərbaycan yaşadıqca və gücləndikcə dünyadakı 50 milyondan yuxarı soydaşlarımız da güclənəcək. Onlar da gücləndikcə Azərbaycanın milli problemləri daha tezliklə həll olunacaq. Elə tarixdə baş vermiş ədalətsizliyi də son qoyulacaq. Bir milləti ayıran Araz çayı birləşdirici funksiyasını bərpa edəcək. Bunu dostlarımız da, düşmənlərimiz də yaxşı anlayır. Bütün baş verən təxribatlar da həmin anlayışdan doğan nəticələrə verilən reaksiyalar, ona qarşı cızılan planlardır.





Yorumlar









Aktif Ziyaretçi 55
Dün Tekil 2050
Bugün Tekil 257
Toplam Tekil 4079036
IP 3.128.78.41






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























18 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Hepiniz birer T rk Bayra s n z. Bayra lekelemeyin, kirletmeyin yere d rmeyin.
(Alpaslan T RKE )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.907 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu