20 yanvarda bir yersiz şüar və “barmaq qıran” polis… - Azer HASRET - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









20 yanvarda bir yersiz şüar və “barmaq qıran” polis… - Azer HASRET
Tarih: 21.01.2011 > Kaç kez okundu? 2431

Paylaş


Azər Həsrət (azer@azerhasret.com)



Bunu yazmadan keçə bilmirəm. 20 yanvar 2011-ci ildə Şəhidlər Xiyabanına gedən yolda baş verənlərdən yazmaq fikrindəyəm.



Anlayıram ki, yazını oxuyan “radikallar” əvvəlcə məni hakimiyyətə işləməkdə suçlayacaqlar. Bir az sonra isə fikirləri qarışacaq.



Bundan sonra hakimiyyət yanlıları mənə hirslənəcəklər. Müxalifətin yanında “olduğuma” görə. Təbii ki, hər oxucuya ayrılıqda cavab vermə imkanım olmadığı üçün elə indidən demək istəyirəm ki, mən bu yazını kənar bir gözləmçi (ərəbcəsi müşahidəçidir) olaraq qələmə alıram.



Adəti üzrə AXCP və Müsavata bağlı siyasi kəsim yenə də Şəhidlər Xiyabanını birlikdə ziyarət edirdi. İnternetdə yayımlanan görüntüdən (video deyirsiniz) izlədim. Normaldır. Yəni bir siyasi kəsimin istənilən işdə birlikdə olması normal qəbul edilməlidir. Burada sayı müəyyən etmək də onların öz işidir.



Ancaq normal olmayan bir hal da vardı. Bu siyasi kəsimin ardınca gedən gənclərin əlində bir plakat daşınırdı. Üstünə də belə yazılmışdı: “Azadlıq uğrunda öldü şəhidlər, azadlıq görmədi vətəndaşları!”. Əslində bu şüarla bağlı artı və ya əksi (ərəbcəsi müsbət və ya mənfi) fikirlər səsləndirmək olar. İşimiz bunda deyil.



Bu cür cırnatıcı plakatın məhz Şəhidlər günündə qaldırılması bir yanlış idi. Bunun heç yeri deyildi. Yəni siyasi mübarizə üçün başqa zaman və başqa yer seçilməlidir. Azərbaycan xalqını gerçəkdən birləşdirən tək yer olan Şəhidlik və tək gün olan Şəhidlər günündə bunu etmək yanlışdır.



Şəhidlər Xiyabanı və oranın ziyarəti zamanı məncə hər kəs susaraq 20 yanvar 1990-cı ili xatırlamalıdır. Lap elə şüar da səsləndirmək olar. Məsələn, bu faciəni bizə yaşadan “Qorbaçova ölüm!” kimi. Əcəba, “Azadlıq uğrunda öldü şəhidlər, azadlıq görmədi vətəndaşları!” şüarını qaldıranların ağlına bu gəldimi?



Məncə gəlməmişdir. Bilirsiniz, niyə? Çünki o gənclərə (ki, onların çoxu 20 yanvar faciəsi haqqında kitablardan, qəzetlərdən oxuyur və bu kitab-qəzetlər də bir qayda olaraq özlərinin bağlı olduqları siyasi kəsimin istəyinə uyğun yazır) bəlkə də 20 yanvarın əsl mahiyyəti haqqında danışmırlar. Mənsub olduqları siyasi kəsimi deyirəm. Misal üçün, özüm də görmüşəm ki, müxalifətçi və iqtidarçı dostlarımız 20 yanvar və Xocalı faciələri haqqında danışanda daha çox bu faciələri bizə yaşadanları deyil, əks siyasi cəbhəni ittiham etməyə üstünlük verirlər. Yanlışdır bu. Belə olmamalıdır.



Təbii ki, polis bu şüarı endirməli oldu. Görüntülərdən izlədim ki, öncə nəzakətli bir şəkildə yanaşma sərgiləyən polis az sonra əsəbləşir. Ancaq onu da gördüm ki, polislər mümkün qədər çalışırdılar ki, zor işlətməsinlər. Söhbət kobud zorakılıqdan gedir. Hətta deyərdim ki, bunu bacardılar. Düzdür, yenə də qaba polis tərzi özünü göstərdi. Neynək, bu ölkədə polisi nəzakətli davranışlara öyrədəcək kimsə yox ki…



Müxalifətin Şəhidlər Xiyabanını birgə ziyarətinə daha bir olay öz damğasını vurdu. Bu dəfə Müsavat başqanı İsa Qəmbərlə bir polis arasında söz çəkişməsi yaşandı. Polis, yumşaq desək, ədəbsizlik etdi başqana qarşı.



Ziyarətçiləri əlli nəfərlik qruplara ayıran polislərə üz tutaraq İsa Qəmbər bir az zarafatyana (onu tanıyanlar İsa bəyin zarafat tərzini bilirlər) “Bölücülük salmayın, insanları bölməyin” deyə bir fikir səsləndirdi. Təbii ki, bu zaman əl hərəkətlərindən istifadə edərək. Əlini, ardından da barmağını irəli uzadaraq bu fikirləri söylədi o.



Bu da normaldır. Çoxumuz danışarkən əl hərəkətlərindən (ümumiyyətlə isə bədən dilindən) istifadə edirik. Bunu anlayanlar normal da qarşılayır. Düzdür, məhlə uşaqları arasında bu cür hərəkətlərə görə tez-tez dava da düşür. Ancaq normal tərbiyəsi, savadı və dünyagörüşü olanlar arasında belə davaların olması hələ ki, görülməmişdir.



Polislərdən biri bu hərəkətə “dözmədi”. İsa Qəmbərə “Mənə barmaq silkələmə, barmağını qıraram” dedi. Hə, elə beləcə də dedi! Heyrət!



Dünyanın heç bir ölkəsində bu qədər sayğısızlıq ola bilməzdi ki, mənim ölkəmdə oldu! Azərbaycanda oldu bu! Özü də elə bir müqəddəs gündə, elə bir müqəddəs yerdə ki, bəlkə də təşkil etsən bu cür alınmazdı. Oldu belə bir olay! Həm də ayıb oldu! Çox ayıb oldu!



İsa Qəmbər kiminçünsə, lap elə prezident İlham Əliyev və onun komandası üçün siyasi rəqib ola bilər. Və əlbəttə ki, cənab prezidentin şəxsən özü və ya onun siyasi kursunun önündə gedənlərdən kimsə İsa Qəmbərlə dartışa, ona əxlaq çərçivəsində fikirlərini deyə bilərlər. Normal qarşılanacaq bir şeydir. Ancaq bir polisin, özü də zabit olduğu deyilən polisin bunu bu şəkildə etməsi həddini bilməzlikdir! Məhz belədir! Mən bir kənar gözləmçi olaraq bu cür dəyərləndirirəm!



Bu polis geyimli adam sıradan bir vətəndaşa, yaxud da hansısa cinayətə qarışmış birisinə deyil, İsa Qəmbərə deyir ki, “barmağını qıraram”! Olmaz belə şey! Bu, bir daha nəzakətli şəkildə deyək, ədəbsizlik nümunəsidir. Çünki…



Çünki hər şeydən öncə polis forması daşıyan insanlar öz nəzakət və davranışları ilə mütləq şəkildə başqalarına nümunə olmalıdırlar. Təəssüf ki, Azərbaycanda bu, az rast gəlinən (əslində bəzən heç rast gəlinməyən də demək olardı) bir haldır.



Çünki polis geyimli əmilər kiçiklərimizə, xüsusən də belə bir gündə, siyasi yönlərini deyil, məhz ictimai asayişi qorumalarını nümayiş etdirməlidirlər. Ancaq bu polisin timsalında başqa hərəkət gördük. Bəlkə də siyasi rəğbət və ya nifrətini ifadə etdi o. Siyasi yönü onun öz işidir. Bunu içində saxlayıb vəzifəsinə yansıtmamalıdır polis olan kəs.



Bu polis İsa Qəmbəri barmağını qırmaqla hədələməməli idi. Çünki İsa Qəmbər bir zamanlar Azərbaycan parlamentinin rəhbəri olub. Ondan öncə isə Azərbaycan Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öndə gələnlərindən olub. Daha sonra tarixi Müsavat Partiyasını bərpa edərək bu günə kimi onun başında duran şəxsdir. İsa Qəmbər bütün dünya siyasi dairələrinin tanıdığı və qəbul etdiyi bir siyasi şəxsiyyətdir və onunla davranışlar məhlə uşağı səviyyəsində olmamalıdır. Bizim polisimizdə bunu anlamayanlar deyəsən hələ də qalmaqdadır axı…



Dövlət ərkanı deyilən bir nəsnə (ərəbcəsi şey) var. Böyük-kiçik deyilən bir nəsnə də. Özü də Azərbaycan xalqı belə nəsnələri çox yaxşı bilir. Tarixən böyüyə hörmət, ağsaqqal, sayğılı insanlar məsələsi olub bizdə. Soyu-kökü sağlam olanlar bunu yaxşı bilirlər…



İsa Qəmbər hakimiyyət üçün siyasi rəqib ola bilər. Normaldır. Onu siyasi rəqibləri tənqid də edə bilər. Bu da normaldır. Ancaq bir polisin onu barmağını qırmaqla hədələməsi, bir daha yumşaq desək, ədəbsizlikdir. Məncə bu hərəkət hakimiyyətin zərərinə yazılmalıdır. Bu polis və onu örnək alaraq başqa polislərlə dövlət ərkanı və sayğı məsələləri ilə bağlı “söhbətlər” edilməlidir. Dövlətimizin simasını qorumaq üçün…



Hə, bu arada, lütfən, biriləri mənim yanaşmamı sağa-sola yozmasınlar. Məqsədim kimisə hədəfə alıb başqa birini yüksəyə qaldırmaq deyil. Sadəcə kənar bir gözləmçi kimi izlənimlərimi qələmə aldım. Axı mən hələ də inanıram ki, bizim cəmiyyəti bu cür bilgiləndirmək bir sonuca gətirib çıxaracaq…



Bir də çox istərdim ki, bu yazım özünə müstəqil deyən bütün qəzetlərdə dərc edilsin. Xüsusən də “Azadlıq”, “Yeni Müsavat”, “Bizim Yol”, “Bakı Xəbər”, “Xural” və daha nə bilim hansı qəzetlərdə. Əlbəttə ki, bunu dərc etməyə ürəyi çatanları görmək üçün deyirəm. E-poçtla hamısına göndərəcəm. Nöqtəsinə, vergülünə toxunmadan çap edəcək nə qədər qəzet varsa bir görək…





Yorumlar








Aktif Ziyaretçi 10
Dün Tekil 763
Bugün Tekil 257
Toplam Tekil 1636551
IP 54.163.147.69






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































4 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Ne kadar bilirsen bil; söylediklerin karşındakinin anladığı kadardır.
(MEVLANA)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu