ASİF ATA TÜRKÇÜLÜK LƏYAQƏTİ - Eluca ATALI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









ASİF ATA TÜRKÇÜLÜK LƏYAQƏTİ - Eluca ATALI
Tarih: 07.01.2011 > Kaç kez okundu? 3340

Paylaş




( Bu izhar Asif Atanin \\\\\\\" Uluyur Aqibəti Bütöv Azərbaycan \\\\\\\" kitabındandır. )



Türklərin türklərlə Ruhani görüşü -- Birliyi baş tutsaydı, Dünyamız başqa Dünya olardı. Zərdüşt İşığı qaranlıqları yarardı. Babək yenilməzliyi mütiliyi yenərdi, Dədə Qorqud Ağsaqqallığı Hərcayiliyə qənim kəsilərdi, Hürufi İnsaniliyi Anti İnsani Cəhaləti qovardı, Füzuli Eşqi Şəhvəti sındırardı, Muğam ehtizazı həqarəti susdurardı, Saz cuşu Mənəvi Buzları əridərdi -- Dünya Dəllala, Siyasətbaza, Riyakara, Fitnəkara qalmazdı -- Qərb özü durulardı.

Dönüklüyün, minsifətliliyin, əqidəsizliyin, ləyaqətsizliyin tüğyan etdiyi Bugündə Türk mərdliyi, birsifətliyi, inamı, etiqadı, bütövlüyü Dünyaya gərəkdir : Türk özünü itirməsə, dünya ondan çox şey öyrənər.

Müsir Türkiyənin iqtisadi möcüzəsindən danışırlar. Mən türk mərdliyinin, bütövlüyünün mənəvi möcüzəsinə inanıram : müasir dünyanın itirdiyi mənəvi ləyaqətə güvənirəm. TÜRK RUHU ÇATIŞMIR DÜNYADA : namərdlik, satqınlıq - çeviklik haylanır ; əxlaq lağa qoyulur, bütövlük gerilik sayılır. Uçurum qarşısındadır Dünya -- Türkün çiyninə ağır Yük düşür. Türkün bu yükdən xəbəri yox, -- Türk Dünyanın arxasınca Uçuruma tələsir.

Türk türklə vaxtında görüşə bilsəydi, birləşə bilsəydi, Cəlaləddin Rumilər, Nəimilər, Nəsimilər, Füzulilər Birliyi yaranacaqdı -- Müqəddəs İnam səviyyəsində -- Dünyaya gərək olan.

Türk Türklə birləşsəydi, Türk Dünyası yaranacaqdı -- Halal, Mətin, Vüqarlı...

Türkçülük carçıları Avropa İşığında qaranlıqdan çıxmağa çağırırdılar ; ancaq Avropalaşma özü Qaranlıq oldu, indi Türklər ondan çıxa bilmirlər və son vaxtlar ona ehtirasla qoşulurlar...

Türk Kapitalizminə inanmıram, Türk Morqanına, Forduna, Rotşildinə inanmıram, -- Türk Həmzəsinə inanmadığım kimi. Mənə elə gəlir ki, Həmzə ermənidir...

Türk Türklə birləşsəydi -- Türk Dünyada bu dərəcədə, bu səviyyədə Təklənməzdi ; Türk Türkə əl qaldırmazdı ; \\\\\\\"şiə - sünnü türkləri\\\\\\\" yaranmazdı, vüqarlı Türk qoltuğa alışmazdı. Türk Türklə özgə dilində danışmazdı, misgin yağılar azğınlaşmazdı.

Qoy \\\\\\\"Körpü\\\\\\\" Türk birliyinə çağırsın, bu bizə və dünyaya çox lazımdır. ( Qeyd : Bu yazı 1992 - ci ildə \\\\\\\"Körpü\\\\\\\" adlı qəzetdə çap olunub. E.A. )

Türk Dünyası Mütləqə İnam əsasında birləşməlidir.

Türk özünün İnam yaratmaq, peyğəmbər yetirmək haqqına çatmalıdır.

Mütləqə İnam -- Dünyanın Dünyadan artıq mütləq Mənasına İnam deməkdir.

Mütləqə İnamda -- Dünya öz Mənasından yaranır, həmin Məna Əzəli, Əbədi, Sonsuzdur, Mütləqdir.

Dünyada nə varsa həmin Mənanın Təzahürüdür. Təzahür Mənaya bərabər deyil. O, Nisbidir -- yəni natamdır, Keçicidir, Sonludur, Qeyri ...kamildir.

İnam -- keçici, natam, sonlu, qeyri - kamil Təzahürün arxasındakı mütləqi -- yəni Əzəli, Əbədi, Sonsuz, Kamil Mənanı görür.

O, həm də İnsanları nisbiylə barışmağa çağırır...

Həmin barışmadan İnsan Yoxluq əldə edib : nisbi Ədalət -- əslində Ədalətin Yoxluğudur ; Nisbi Həqiqət -- əslində Həqiqətin Yoxluğudur ; Nisbi Xeyir-- əslində Xeyirin Yoxluğudur ; Nisbi Dostluq -- Dostluğun Yoxluğudur ; Nisbi Sevgi -- Sevginin Yoxluğudur...

MƏQSƏD ---- MÜTLƏQƏ ÇATMAQDIR : Mütləq Ədalətə, Mütləq Həqiqətə, Mütləq Xeyirə, Mütləq Dostluğa, Sevgiyə və s.

İnsan Mütləqləşməli, daxildəki naqisliklə döyüşməli, saflaşmalı, kamilləşməlidir : bu onun öz qarşısında borcudur ; o, Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə yetməlidir.

Mütləqə İnam -- İnsanlaşma Etiqadı -- Türk Elində yaranmış İnamdır, Türkləri Birləşdirən İnamdır, Türkün Dünyaya müqəddəs Sözüdür -- Türkün Dünyaya yararlığıdır.

Türk Dünyası İnsani Birlik əsasında birləşməlidir -- həm sosializmi, həm də kapitalizmi rədd eləyən birlik İdealı əsasında -- Zəhmətkeş mülkiyyəti -- mülkiyyətin Dövlətdən və Kapitalistdən, sahibkardan alınıb zəhmətkeşə verilməsi ; Fərdi Özünüidarə -- İnam, İdrak, Mənəviyyat, İradə azadlığı, Ağalığın Atalıqla əvəz olunması; İmtiyazsız başçılıq əsasında.

Nəhayət, türklər Özümlü Şərq ideyası əsasında birləşməlidirlər.

Şərqin Özünə qayıtması, təqlidçilikdən qurtarması, öz əzəli ruhani mahiyyətini bərpa etməsi öyrənmək səyindən -- öyrətmək nüfuzuna yüksəlməli, Hərcayi Dünyanı müqəddəslik suyunda təmizləmək iqtidarına yiyələnməsi əsasında.



13 - cü il, Qar Ayı.

Yanvar, 1992.



Evladı Eluca Atalı

İzharı təqdim etdi Asif Ata Ocağının







Yorumlar









Aktif Ziyaretçi 45
Dün Tekil 1947
Bugün Tekil 848
Toplam Tekil 4077576
IP 3.145.156.250






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu