DÜNYAXANIM ELİYEVA'NIN AÇIQLAMASI - Elnur ELTÜRK - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









DÜNYAXANIM ELİYEVA'NIN AÇIQLAMASI - Elnur ELTÜRK
Tarih: 28.12.2010 > Kaç kez okundu? 3638

Paylaş


"Dünya" Ana və Uşaq İctimai Birliyi şəhid ocağında



"Dünya" Ana və Uşaq İctimai Birliyinin sədri, tanınmış ictimaiyyətçi Dünyaxanım Əliyevanın təşəbbüsü ilə bir qrup QHT rəhbəri Milli Qəhrəman gizir Mubariz İbrahimovun, mayor Əhməd Abdullayevin, baş leytenant Fərid Əhmədovun böyüyüb başa çatdıqları Biləsuvar və Cəlilabad rayonlarında olub.



Bu ziyarətin əsas məqsədi "Dünya" Ana və Uşaq İctimai Birliyi tərəfindən təsis olunan "Qəhrəman Ana" fəxri diplomunu mayor Fərid Abdullayevin və baş leytenant Fərid Əhmədovun analarına təqdim etmək idi.

Qeyd edək ki, Fərid Əhmədov və Əhməd Abdullayevin anaları Bakıda televiziyaya dəvət olunduqlarından ziyarətçilər şəhidlərimizin yaxın qohumları ilə görüşüblər.

Ziyarətçilər öncə Fərid Əhmədovun Cəlilabaddakı evlərində olublar. Diplomu Fəridin bibisi Tohidə xanıma təqdim ediblər. Diplomu qəbul edən Tohidə xanım Fəridin olduqca vətənpərvər bir gənc olduğunu qeyd edib. Tohidə xanım ziyarətçilərə öz təşəkkürünü bildirib.

"Dünya" Ana və Uşaq İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva çıxışında Fərid kimi qəhrəman övladlarımızın tərbiyə olunmasında, bir vətənpərvər kimi formalaşmalarında Azərbaycan analarının rolunu qeyd edərək və qəhrəman şəhidlərimizin öz qanları ilə tarixin şərəfli səhifəsini yazmalarından danışıb: "Xüsusilə, onların vətənpərvərliyi təbliğ olunmalıdır və bugünkü gəncliyimiz onların həyat yolunu öyrənməlidirlər. Məhz şəhid anaları "Dünya" Ana və Uşaq İctimai Birliyi tərəfindən Qəhrəman Ana diplomuna layiq görülüblər. Şəhid analarımız bundan da uca diplomlara, fəxri adlara layiqdirlər".

Mina Qurbanları İctimai Birliyinin sədr müavini, Qarabağ qazisi Yasəmən Sarıyeva da çıxışında bildirib ki, tezliklə işğal altında qalan torpaqlarımız azad olunduqdan sonra, şəhidlərimizin ruhu rahat olacaq. Yasəmən xanım torpaqlarımızın azadlığını yalnız müharibə yolu ilə mümkünlüyünü bildirib.

Şairə-yazar Sara Göyçəli deyib: "Mübarizlər, Fəridlər, Əhmədlər şəhid olmaqla xalqımızın milli gücünü ortaya qoydular və sübut etdilər ki, düşmən Qarabağı uzun müddət işğalda saxlaya bilməyəcəkdir".

"Aydın Səma" Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədri Nərgiz Hacıyeva şəhid ailələrinin bir ziyarətgaha çevrilməsinin vacibliyini vurğulayıb.

Fəridin ailəsindən sonra ziyarətçilər Əhməd Abdullayevin evində olublar. Ziyarətçiləri Əhmədin atası qarşılayıb. O, oğlundan danışaraq, Əhmədin cəsur bir zabit olduğunu bildirib.

Sonra ziyarətçilər Biləsuvar rayonunda Milli Qəhrəman, gizir Mubariz İbrahimovun ocağında da olublar. Ziyarətçiləri Milli Qəhrəmanın atası Ağakərim kişi və anası Şamama xanım qarşılayıb. Şəhidin valideynləri Mübarizin Azərbaycan xalqının övladı olduğunu bildirərək, bununla qürur duyduqlarını deyiblər.

Yazar Nəzakət xanım, şairə Şərafət Dağıstanlı, "Sara Xatun" Qadın Müdafiəsi İctimai Birliyinin sədri Şövkət İmani çıxış edərək, Azərbaycan xalqının Mubariz kimi oğulları ilə qürur duyduqlarını bildiriblər.

Sonda ziyarətçilər Bakıda Fəridin və Mubarizin, eyni zamanda digər şəhidlərimizin məzarlarını ziyarət edib, onların ruhuna dua oxuyublar.

Allah şəhidlərimizə rəhmət eləsin!



Elnur Eltürk





Yorumlar









Aktif Ziyaretçi 77
Dün Tekil 1947
Bugün Tekil 731
Toplam Tekil 4077460
IP 18.220.178.207






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.192 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu