Bir Şəhidin Məktubu - Dr. Elnur Nəsirov - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Bir Şəhidin Məktubu - Dr. Elnur Nəsirov
Tarih: 06.01.2009 > Kaç kez okundu? 3590

Paylaş


“Ey ərəblər! Nə günlərə qaldığınızı görmürsünüzmü? Mən ömrümün ahıl günlərini yaşayan bir qocayam. Qurumuş iki əlim nə qələm tuta bilir nə də silah. Səsimlə yeri göyü inildədə biləcək natiq də deyiləm mən. Mən saçı ağarmış, ömrünün son çağlarında, cürbəcür xəstəliklərlə didişən, üzərində dövranın bəlaları uçuşan bir adamam. İstəyim budur ki, müsəlmanların düşdüyü aciz və zəif vəziyyəti dilə gətirilsin, bacaranlar bunu etsinlər. Fəqət əslində belədirmi?

Sizlər! Ey müsəlmanlar!. Susqun və aciz insanlar. Həlak olmuş ölülər. Hələ də qəlbiniz sızıldamırmı? Başınıza gələn bu qədər fəlakətlərdən sonra Allah üçün, bu ümmətin namusu üçün qeyzlənəcək heç kim yoxdurmu? Bizlər şərəfi ilə müqavimət göstərən döyüşçülər ikən qatil terrorçular adlandırılırıq, yoxdurmu aranızda buna etiraz edəcək olanlar. Bizləri məhv etmək üçün, yurdumuzu viran etmək üçün and içiblər. Bu ümmət utanmırmı görəsən? Şərəflər tapdalanırkən, bu ümmətin dövlətləri utanmırmı görəsən? Utanmırlarmı sionist qatillərə və onların dünyadakı işbirlikçilərinə göz yumarkən. Harayımıza səs verəcək, gözlərimizdəki yaşı siləcək əllər yoxdurmu?

Bu ümmətin təşkilatları, sivil qurumları, partiyaları, tanınmış şəxsləri Allah üçün qəzəblənməzlərmi? Küçələrə çıxıb “Ey Rəbbimiz gücümüzü səfərbər et, zəifliyi üzərimizdən al və mömin qullarına yardım et” deyə dua etməzlərmi? Buna da gücünüz çatmır? Bizlər üçün dua etməyə!. Yaxın vaxtda bizim kütləvi ölüm xəbərlərimizi eşidəcəksiniz. Alnımızda bu yazı olacaq: “Biz müqavimət göstərdik. İrəli atıldıq və qaçmadıq. Bizimlə birlikdə uşaqlarımız, qadınlarımız, yaşlılarımız və gənclərimiz də öləcəklər. Qoy onların cənazələri bu lal dinməz ümmətin yanacağı olsun”.

Təslim olmağımızı və ağ bayraq qaldırmamızı gözləməyin! Çünki biz bunu etsək belə öldürüləcəyimizi bilirik. Heç olmasa döyüşçü şərəfimizlə can verərik. Diləsəniz bizlərlə birgə olun. Qisasımızı sizlərdən hər biri boyunbağı kimi boynuna taxsın. Ya da istəyirsinizsə bizə yazığınız gələrək ölümümüzə tamaşa edin. Bizim istəyimiz budur ki, Allah əmanətə xəyanət edənlərdən qisas alsın. Ümid edirik ki, heç olmasa əleyhimizə olmayacaqsınız. Allah xətrinə heç olmasa əleyhimizə olmayın.

Ey bu ümmətin liderləri! Ey bu ümmətin xalqları! “ALLAHIM MƏN SƏNƏ ŞİKAYƏT EDİRƏM. SƏNƏ ŞİKAYƏT EDİRƏM. SƏNƏ ŞİKAYƏT EDİRƏM. Gücümün azlığını, imkanlarımın yetərsizliyini və insanlar qarşısında zəifliyimi sənə şikayət edirəm…. Sən zəiflərin Rəbbisən, sən bizim Rəbbimizsən…. Bizi kimin əlinə təslim edirsən? Bizim üçün cəhənnəmə dönəcək ellərəmi? Və ya düşmənlərəmi? Allahım axıdılan qanları, tapdanmış namusları, alçaldılan şərəfləri, yetim qalmış balaları, oğul itirmiş anaları, dul qalmış gəlinləri, yıxılmış evləri, darmadağın edilmiş yurdu, məhv edilmiş əkinləri, SƏNƏ ŞİKAYƏT EDİRƏM”.

Sənə şikayət edirəm! Gücümüz dağıldı… Birliyimiz pozuldu….Yollarımız ayrıldı… Xalqımızın zəifliyini və ümmətimizin bizə kömək etməməsini, düşmənə qarşı çıxmaqdakı acizliyini sənə şikayət edirəm.!”

Bu məktubun müəllifi HAMASın (İslami Müqavimət Hərəkatı) qurucusu və lideri Şeyx Əhməd Yasindir. Şeyx Əhməd Yasin bu gün artıq həyatda yoxdur. 22 mart 2004-cü ildə şəhid olmuşdur. 1937-ci ildə Fələstinin Əsqəlan qəsəbəsində anadan olmuşdu. Sionist rejim tərəfindən yurdundan didərgin salındı. Qərbi Şəriəyə köçdü. Uşaq yaşlarında iflic oldu. Ömür boyu əlil arabasına məhkum oldu. Lakin sionist işğalçılara qarşı müqavimətdən bir an belə əl çəkmədi. HAMASı qurdu və liderlik etdi. Ömrünün böyük bir hissəsi İsrail həbsxanalarında keçdi. HAMAS onu ələ keçirdiyi iki MOSSAD agentinə dəyişdi. 22 mart 2004-cü ildə Qəzzədə öz əlil arabası ilə bir məsciddən çıxarkən İsrail vertalyotundan atılan roketlə qətlə yetirildi. “İslam-İman, Cihad və Şəhadətdir” prinsipini qəlbi və ruhu ilə idrak etmişdi. Bu məktubunu ölümündən cəmi bir neçə ay əvvəl yazdırmışdı. Sanki bu günü görüb yazdırmışdı. Əslində Fələstində 1917-ci ildən bəri heç bir şey dəyişməyib. İngiltərənin başnaziri Lord Balfourun məşhur “Balfour Bəyannaməsi”ndən sonra ingilis mandatında olan Fələstinə Avropadan və dünyanın hər tərəfindən yəhudilər köçürülüb gətirildi. 1948-ci ildə isə Fələstin torpaqlarında beynəlxalq sionizm İsrail dövlətini qurdu.

Bu sətirləri oxuyan bir çoxlarının zehnindən “deyəsən mən bu filmi görmüşəm” fikri keçəcəkdir. Çünki eynən bizim də başımıza bunlar gətirilib. Torpaqlarımız üzərində Ermənistan adlı dövlət qurulub, döyülmüş, söyülmüş, təhqir edilmiş, alçaldılmış, öldürülmüşük. Millətimizin namusu tapdalanıb, şərəfinə tüpürülüb. Bir neçə həftə sonra da Xocalının ildönümünü yad edəcəyik. Qətlə yetirilmiş uşaqlar, qadınlar, qocalar. Eynən bu gün Qəzzədə olduğu kimi. Sadəcə dünən Qəzzədə 21 uşaq sionist terrorçular tərəfindən öldürülüb. Lakin bu ölkədə sionist terrora qarşı bəsit bir etiraza belə dözüm yoxdur. Niyə? Fəryadlarımıza qulaq tıxayan, illər uzunu “ərazi bütövlüyümüzü” tanıyaraq bizi az qala ələ salanlara yaranmaq üçünmü? Onlar ki, Rusiyanın Gürcüstana atdığı 3-5 bombadan sonra donuz topası kimi birləşərək çığırışanlardır, lakin eni 10 km, uzunu 36 km olan, Qəzzə adlanan torpaq parçasını tərk etmədikləri üçün 1,6 milyon insanın soyqırıma uğradılmasına tamaşa edənlərdir.





Yorumlar









Aktif Ziyaretçi 71
Dün Tekil 1947
Bugün Tekil 1687
Toplam Tekil 4078415
IP 18.221.239.148






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























17 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Tanr nasip eder, mr m vefa ederse; Musul, Kerk k ve Adalar geri alaca m. Selanik de dahil Bat Trakya'y T rkiye hudutlar i ine kataca m.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.120 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu