DAK Daimi Şurasının sədri “Bütöv Azərbaycan" mövzusunda keçirilən seminara qatılıb - Samir ASADLI - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









DAK Daimi Şurasının sədri “Bütöv Azərbaycan" mövzusunda keçirilən seminara qatılıb - Samir ASADLI
Tarih: 21.12.2010 > Kaç kez okundu? 2850

Paylaş




Bazar e., 20.12.2010, 22:41 (GMT+5)





Bütöv Azərbaycan Gənclər Təşkilatının təsisçiliyilə fəaliyyət göstərən Bütöv Azərbaycan Məktəbində BAGT və Borçalı GT-nın təşkilatçılığı ilə “Güney Azərbaycan və bu gün” mövzusunda dərs oldu. Dərsi DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə dedi.

Tədbiri Azərbaycanın Dövlət himnilə açıq elan edən Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri Ruslan İzzətli Bütöv Azərbaycan Məktəbinin məqsədi və geçirdiyi dərslər haqqında iştirakçılara məlumat verdi. “Bütöv Azərbaycan Məktəbini qurmaqda məqsədimiz gəncləri Bütöv Azərbaycan ideologiyası ətrafında elmi şəkildə birləşdirmək və vətənimizin harayını dünya ictimaiyyətinə çatdırmaqdır”, – dedi Ruslan bəy.



BAGT sədri R. İzzətli daha sonra sözü Əjdər Tağızadəyə verdi.



Əjdər bəy gəncləri salamladı və belə tədbirlərin keçirilməsinin əhəmiyyətinin çox olduğunu bildirdi: “Güney Azərbaycanda yaşayan türklər istər şah rejimində, istərsə də indiki molla rejimində həmişə basqıya məruz qalıb. Hər zaman da soydaşlarımız mübarizə aparıb. Doğrudur, bu mübarizələrin bir çoxu proqramsız və pərakəndə olsa da millətimiz heç zaman əsarətə baş əyməyib. Seyid Cəfər Pişəvəri 1940-cı illərdə böyük bir hərəkata başladı. Doğrudur, Pişəvərinin böyük qətiyyəti vardı, amma təəssüflər ki, Pişəvəri o zaman Azərbaycanın müstəqilliyini ortaya qoymadı. Necə ki, M.Ə.Rəsulzadə cənabları 1918-1920-ci illərdə Quzey Azərbaycanın müstəqilliyini ortaya qoydu, gərək Pişəvəri də 1940-cı illərdə Güney Azərbaycanın müstəqiliyini ortaya qoyardı. Əgər o belə bir addım atardısa, indi Güney Azərbaycandakı proseslər daha sürətlə addimlayardı.



Bu gün mən DAK-ın rəhbərliyində təmsil olunan bir şəxs kimi dünyanın bir çox ölkələrinin tribunalarından, parlamentlərindən Güney Azərbaycanın haqqını dünyaya çatdırıram. Bu, bizim borcumuzdur, harda olmağımızdan asılı olmayraq Bütöv Azərbaycan ideyasını yaşatmalı və bunun reallaşması üçün çalışmalıyıq. Bu yöndə siz gənclik aktiv olmalı və çalışmalısız”.



Daha sonra gənclərin suallarını cavbalandıran Əjdər Tağızadə Borçalı və Dərbənd haqda da gördükləri işlərdən danışdı: “2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum edəndə Sabir Rüstəmxanlı və mən Borçalıda soydaşlarımızla görüşürdük. Mən o zaman bildirdim ki, əgər Gürcüstan parçalanacaqsa Borçalılar öz haqlarını alacaq. Bizim işimiz təkçə Güney Azərbaycan deyil. Borçalı və digər ərazilərimizdə yaşayan soydaşlarımızın haqları ilə maraqlanırıq və bu yöndə çalışırıq. Təbii ki, işimizin çox hissəsi Güney Azərbaycanla bağlıdır. Çünki ərazimizin çox hissəsi də elə Güney Azərbaycandadır”.



Əjdər bəy gənclərin Güney Azərbaycan və ümumilikdə Bütöv Azərbaycanla bağlı suallarını cavablandırdı. Tədbir maraqlı diskussiya ilə sona çatdı.



BAGT Mətbuat Xidməti









Yorumlar








Aktif Ziyaretçi 22
Dün Tekil 813
Bugün Tekil 537
Toplam Tekil 1640892
IP 54.161.168.87






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































9 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Onlara Allah Türk Adını verdi ve Onları yeryüzüne hakim kıldı.
(Kaşgarlı MAHMUT)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 2.384 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu