TÜRK DÜNYASININ DÜŞMƏNLƏRİ - Ahmet ŞAHİDOV - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









TÜRK DÜNYASININ DÜŞMƏNLƏRİ - Ahmet ŞAHİDOV
Tarih: 14.12.2010 > Kaç kez okundu? 2261

Paylaş


…və ya Türkü özünə düşmən sayanlar!

Türklər min illər boyu müxtəlif irili-xırdalı dövlətlər və boylar şəklində Asiyanın ortalarından Avropanın içlərinə qədər yayılmışdılar. Bütün bu fərqli bölgələrdə onlarla birlikdə yaşamış digər xalqların şübhəsiz ki, bu cəsur və döyüşkən köçəri savaşçılarla müəyyən əlaqəsi olmuşdu. Lakin xalqları və döyüşçüləri qarşı-qarşıya gətirən ən əsas əlaqə də məhz maraqların toqquşması nəticəsində yaranmış düşmənçilikdən başqa bir şey deyildi. Əslində qarşılaşdıqları hər mədəniyyətə asanlıqla uyğunlaşan Türklər beləcə qədim dünyanın bəlkə də ən çox düşmənə malik xalqlarından biri oldular.



Beləliklə, tarixin ən qədim dövrlərindən bu yana maraqlı bir düşmənçilik ənənələrinin meydana gəlməsini müəyyən fasilələrlə də olsa, izləmək mümkündür. Yəqin ki, tarixdə, habelə müasir dünyamızda “Türk düşmənçiliyinin tarixi” mövzusu hamımıza məlumdur.



Avropanın Türklərlə düşmənçiliyi lap qədimə gedib çıxır…



Türk düşmənçiliyinin Avropadakı ilk izləri eramızın V əsrindəki Hun hücumlarına qədər uzanır. Hunların romalılar üzərindəki təsirləri elə dərindir ki, bugün belə yunan mətbuatı Türkiyəni pisləyən məqalələr dərc etməkdədir. Papa II Paşalis 1100-cü ildə yazdığı bir məktubunda bütün müsəlmanları “barbarorum” sifətiylə anmış və “Turci” olaraq xarakterizə etmişdir. “Turchia” adının ilk rast gəlindiyi latınca əsər isə alman kralı Fridrix Barbarossanın Səlib yürüşü (1188-1190) barədə olan “Ansbert Gündəliyi”dir. Bucür Səlib mənbələrində “Türklərin qorxaq olduqlarından və necə qaçdıqlarından söz açmaqla yanaşı, zaman-zaman da döyüşkənliyi və igidlikləri təsvir edilir. Alman əsilli Georga görə, “Türklər hiyləgər və pisdir, amma qabiliyyətlərini istifadə edəcək qədər də ağıllıdırlar …”



1185-1204-cü illər arası Bizansı təsvir edən “Historia” əsəri Bizanslı məşhur tarixçi Niketas Khoniatesin xüsusilə Səlcuq Türkləri haqqında yazdığı ilk əldən mənbədir. Türklərə qərəzli yaxınlaşan Niketas İmperator Manuelin bacısı oğullarından biri olan Teodoros Dasiotesin Səlcuqlar tərəfindən əsir götürülərək Konyadakı Səlcuq Sultanı Məsudun yanına aparılmasını belə izah edir: “Ordu üçün ov əti əldə edəcəkləri halda, özləri insan ovçularına ov olmuşlar…” Məşhur tarixçi türkləri bir anda “insan ovçusu” olaraq xarakterizə etmişdi.



Türklər xüsusilə xristian kilsə xadimlərinin gözündə “Tanrının cəzası” kimi qələmə verilirdi. Məşhur islahatçı Martin Lüter bir məqaləsində Türkləri “Tanrının qırmancı”na oxşadırdı və onlarla əlaqədar olaraq, “Türklərə qarşı döyüş” (1528) və “Türklərə qarşı duaya çağrı” (1541) adlanan iki kiçik həcmli kitab yazmışdı. Lüterə görə, “Türk ordusu şeytanın ordusudur” və “Bugün türklərin ayaqları altında əzilib inləyən xristianlar zamanı gəlincə onları mühakimə edib əzaba düçar etməlidirlər…”



Şekspir də Türklərə qarşı nifrətini gizlətmirdi. Qərbdə əsrlər boyu dəyişməyən, klassikləşmiş bir dəb şəklinə bürünən “Türk düşmənçiliyi”nə Şekspir də öz “töhfəsini” vermişdi. Şekspirin “IV Henri” adlı tamaşasında taxta çıxan Kral xalqına belə səslənirdi: “İngilis sarayı Türk sarayı deyil. Mən Murat deyil, Anriyəm, Anri!” Qardaşlarını öldürməyəcəyini söyləyərək öyünən Anri çıxışını “İstanbula çatıb Türkü saqqalından asacağam” deyərək davam etdirirdi. Yenə Şekspir “Kral Lir” adlı əsərində də Türkləri “qadın düşkünü” olaraq adlandırıb təhqir etmişdi.



Avropanın millətimizə qarşı bəslədiyi bu ön mühakimə və nifrətin əsas səbəbi nədir?! Osmanlının Vyana qapılarına qədər getmiş olmasıdır bu nifrətin səbəbi? Yoxsa bunların böyük babaları olan “barbar qövmləri”ni bir vaxtlar önümüzə qatıb qovduğumuz üçünmüdür bütün bunlar?! Təmizliyi və mədəniyyəti bizdən görüb utanmalarımıdır yoxsa?! Heç biri deyilsə, döyüş meydanlarındakı gücümüzü qəbul etməyibmi nifrət etdilər bizə?! Orası məlum deyil! Bir şeyi bilirik ki, “üstün ali irqlərin böyük mütəfəkkirlərindən” sayılan Martin Lüter və Volterin haqqımızdakı düşüncələrini öyrənəndə, necə bir zədə altında olduqlarını və necə xəstə bir ruha sahib olduqlarını anlayacaqsınız… Bu da tarixi sübutlardan bir-neçəsi:



Alman keşiş Martin Lüter (1483-1576) Türk əleyhdarlığını düşüncə və hərəkətinin təməlinə yerləşdirərək sistemləşdirən qərblilərin qabaqcıllarından biridir. Orta əsrlər düşüncəsinə (skolastik) qarşı çıxaraq dində islahat hərəkatını başladan adam kimi tanınan, ancaq Xristianlıq dinini feodal suverenliyin bir vasitəsi olmaqdan çıxararaq burjuaziyanın suverenlik vasitəsi halına gətirməyə çalışan bu alman ilahiyyatçısının Türklər haqqındakı mühakimələri belədir: “Türklər Allahın hirsli qırmancı, yandırıb yaxan Şeytanın uşağıdır. Onları məğlub etmək üçün əvvəl əfəndisi şeytanı məğlub etmək və Türkləri tək başına buraxmaq lazımdır. Türkün tanrısı olan şeytanı yenmədən Türkü məğlub etmək asan olmayacaq. Şeytan isə bir ruhdur; topla, tüfənglə, at və insanla yenilməz… Tanrı işlənən saysız günah və nankorluq səbəbiylə Şeytan Türkləri almanların başına bəla etmişdir. Bir Türkü öldürən vicdan əzabı duymamalı, əksinə Xristianlığın düşmənini yox etdiyi üçün vicdanı rahatlamalıdır… Türklər Avropanın əbədi düşmənidir. İndi onları düşünür və deyirəm ki, əgər Samson (Tövrata görə, bir eşşəyin çənə sümüyü ilə tək başına mindən çox Fələstinlini öldürən gücə sahib Yəhudi qəhrəman) kimi güclü olsaydım, çarəsini tapar və hər gün bir Türk öldürərdim.”



Volter 1771-ci ildə Talmont Şahzadəsi ilə Prusiya Kralı II Frederikə yazdığı iki məktubda Türklərə qarşı duyduğu “nifrəti” dilə gətirirdi. Talmont şahzadəsinə yazdığı məktubda “Yunanıstanı tamamilə yandırıb yıxmış, yoxsullaşdırmış və sərsəmlətmiş insanlara (Türklərə) hər zaman nifrət edəcəyəm. Məndən Homerosun, Sophoclesin, Demosthenosun vətənini yandıranları sevməyimi istəyəməzsiniz. Sizin də ürəyinizin dərinliklərində mənim kimi düşündüyünüzə inanaraq hörmət edirəm” deyirdi. Prusiya padşahına yazdığı məktubda isə “Yunanıstana zülm edən Türklərə hər zaman nifrət edəcəyəm. Nə barbar şeylərdir! Onlara altmış ildir Cenevrə saatları satırıq, ancaq hələ bunlarla nə edəcəklərini bilmirlər. Vaxtları necə quracaqlarını belə bilmirlər” deyə yazırdı.



Tarix isə təkrarlanır…



Bu tarixi faktlar hələ min illər bundan əvvəl də Türklərin düşmənlərinin kimlər olduğunu açıq-aydın təsvir edir. “Tarix isə təkrarlanır” deyirlər. Həqiqətən də tarixdə sadəcə rəqəmlər dəyişib, görünür. Çünki, yenə eyni düşmənçilik və məkirli siyasət davam etməkdədir. Bugün də eyni millətlər, eyni güclər biz Türklərə qarşı savaşmağı və Türkü öldürməyi özlərinə həyat mübarizəsi hesab edirlər. Deməli, onlar tarixi babalarının buraxıb getdiyi nəsihətləri unutmamış və babalarının kinini, nifrətini yaşatmağı qarşılarına mqəsəd kimi qoymuşlar. Hədəf isə eynidir! Yenə biz Türklər!!!



Bəzi faktlara nəzər yetirək!



Yenə Avropada anti Türk tendensiyası tüğyan edir. Hələ 70-ci illərdə Almaniyanın televiziyalarından birində çıxış edən bu ölkənin keçmiş baş naziri Helmut Şmidt ABŞ-ın Türkiyəni parçalamaq istədiyini bir neçə dəfə təkrarladı. Phoenix telekanalında məşhur aparıcı Sabine Christiansenin verilişinə qatılan Şmidt çox kəskin danışdı. Başqa yığıncaqlarda da eyni sözlərini təkrarlayan Şmidt heç olmazsa, dürüst davranmaqla və həqiqətləri dilə gətirməklə səmimilik nümayiş etdirmiş oldu. Amma bu həqiqət heç də ürəkaçan deyildi.



Amerika Silahlı Qüvvələri jurnalında ilk dəfə nəşr olunan Türkiyənin parçalanmış xəritələri onsuz da çox normal hal kimi bütün saytlarda və bir çox mətbuat orqanlarında gələcəyin xəritələri olaraq nəşr olunmağa başlandı. ABŞ xarici işlər naziri Condi Rays içlərində Türkiyənin də olduğu 24 ölkənin sərhədlərini dəyişdirməyi planlaşdıran Böyük Orta Şərq Layihəsinin başladığını və sürətlə nəticəyə varacaqlarını açıqladı. Bu planın bir hissəsi kimi İsrail Livana hücum edib 10 minə yaxın sivil günahsız insanı qətlə yetirdi və soyqırım etdi. Bunun ardınca Şimali İraqdakı kürdlərin amerikalı məsləhətçisi Galbraith “Türkiyə müstəqil bir Kürd dövlətinin qurulmasını əngəlləyə bilməyəcək, Kürdüstanın qurulması qaçılmazdır” dedi. Bunların hamısı rəsmi şərhlərdir.



Yaxşı, gəlin görək, bizə dostmuş kimi davranan almanlar və avropalılar daha fərqlidirlərmi, onlar nə istəyirlər? Baş nazir Helmut Şmidt kürdlər və Kürdüstan haqqında daha fərqli düşünməkdədirmi? Onların Türkiyə ilə bağlı yanaşmaları soyuq müharibənin bitdiyi 1991-ci ildən sonra necə olmuşdur? Avropa Birliyi Parlamenti Türkiyə ilə əlaqədar hansı qərarlar qəbul etmişdir, bir onlara baxaq.



Roma Papası: “Mən tam xristian Avropa Birliyinin qorunmasını istəyirəm”



AB Parlamentinin əlavə protokollarına baxsaq, yaxın gələcək üçün Türkiyədən ən son istənilənlərin xülasəsini bucür sıralamaq olar:



- TSK (Türk Silahlı Küvvetleri) yalnız hərbi mövzularda, o da hökumətin izni ilə danışa biləcək;



- Milli təhlükəsizlik strategiyasında, xüsusilə qonşu ölkələrlə əlaqələrdə, TSK söz sahibi olmayacaq (MGK-ın və TSK-ın ölkə rəhbərliyindən tam təmizlənməsi);



- Hakim və prokurorlar Türkiyə deyil, Avropa qanunvericiliyinə görə qərar verəcək (Türk Hüquq Sisteminin təmizlənməsi və AB-nin hüquq boyunduruğuna girməsi. Arxasından şəxsən terrorla mübarizə etmiş TSK-ın təqaüdçü və fəal paşalarının və zabitlərinin ömürlük həbslə və terror günahıyla mühakimə olunması gələcək);



- AİHM-ın (Avropa İnsan Haqları Məhkəməsi) bütün qərarları vaxtında və tam tətbiq olunacaq (AB məhkəmələrini və iradəsini Türkiyəyə tətbiq edərək tam təhkim və müstəmləkələşdirmə zehniyyəti);



- Cənub-Şərqdəki hərbi əməliyyatlar məhdudlaşdırılacaq (Şimali Kürdüstan dövlətinə və Kürdçü terrorist qruplara daxili üsyan üçün zəmin hazırlanması);



- Kürd problemi, dialoq daxil, əhatəli inkişafla həll ediləcək (Dialoqla nəzərdə tutulan: Türklərin öz əliylə Türkiyəni parçalayıb, Şimali Kürdüstanın qurulmasını təmin etmək);



- Minalı bölgələr təmizlənəcək (Bu bölgələr İsrail şirkətləri tərəfindən və Böyük İsrail planı üçün təmizlənəcək);



- TCK (Türk Ceza Kanunu) 301, başda ifadə azadlığı ilə əlaqədar maddələr AB standartlarına uyğunlaşdırılacaq. Məsələn, “erməni soyqırımı olmadı” demək cinayət sayılacaq. (Erməni soyqırımının Türkiyədə də qəbulu üçün zəmin hazırlanır, sonra ermənilərə torpaq verilməsi soyqırım kompensasiyası olaraq istəniləcək, daha sonra isə kürd, Rum Pontus, Helen soyqırımları da gündəmə gətiriləcək; bunlar üçün də sistematik torpaq tələbləri gələcək);



- Terrorla Mübarizə Qanunuyla azadlıqlar məhdudlaşdırılmayacaq. Yəni ki, separatçılıq, təşkilat təbliğatı sərbəst olmaqda davam edəcək. (Bir çox separatçılıq fəaliyyəti AB və ABŞ tərəfindən Türkiyəyə yeridiləcəyi üçün separatçılıq cinayət olmaqdan çıxır);



- Qeyri müsəlman azlıqların kilsə, mülkiyyət, təhsil problemləri həll olunacaq. Türk vətəndaşıdır və ya deyil, bütün rahiblərə yaşayış və iş icazəsi veriləcək. Özlərinə aid olduğunu iddia etdikləri bütün mülklər azlıq cəmiyyətlərinə təslim olunacaq. (Missionerlik fəaliyyətlərinin sürətlə inkişaf etməsiylə, planlaşdırılan idarəçi bir protestant sinif formalaşdırılacaq, bu 2050-ci ilə qədər İstanbul əhalisinin 5-10 %-i arasında planlaşdırılıb, missionerlik Anadoluya da yayılacaq);



- Keşiş Məktəbi Türk qanunlarına görə deyil, imtiyazlı və beynəlxalq keşiş məktəbi olaraq açılacaq (İstanbulda Bizansın inşa planlarının ilk addımları);



- Gökçeada və Bozcaadadakı yunan azlığın bütün istəkləri həyata keçiriləcək (Bu bölgələrin gələcəkdə işğalının qarşısı açılır);



- Şiə vətəndaşlara status və təmsil haqqı veriləcək (Türkiyəni ələvi-sunni, Türk-Kürd, dünyəvi-anti dünyəvi qarşıdurması nöqtəsinə gətirməyi planlaşdıran parçalama və atomizə etmə hərəkəti, Sevr anlaşmasında nəzərdə tutulandan daha çox hissələrə bölməyi düşünürlər);



- Kürdcə radio-tv nəşrlərində heç bir məhdudiyyət olmayacaq (Kürdüstanın inkişaf etdirilməsi üçün onlara sərhədsiz mədəniyyət yaymaq haqqı);



- Türk dilindən başqa dillərin öyrənilməsi təşviq ediləcək;



- Azlıqların (Kürd mənşəli vətəndaşlar) qorunmasında, yalnız Türkiyə deyil, bəzi AB üzvü olan ölkələrin belə imzalamadığı, imzalayanların isə yerinə yetirmədiyi Azlıqların Qorunması Konvensiyası ən yaxşı şəkildə tətbiq olunacaq (Süryani, Keldani və s. bir çox azlıq yaradılacaq və bu azlıqların mədəni hüquqları tələb olunacaq, beləcə Türkiyə daha çox atomizə ediləcək);



- Yaxşı qonşuluğa təsir edəcək hərəkət və təhdidlərdən yayınmaq. Yəni Egeydə Yunan istəklərinə “Bəli” deyiləcək (Bütün Ege yunanlılara veriləcək, beləcə Egey bölgəsinin özünü müdafiə imkanı aradan qaldırılacaq);



- Ermənistanla sərhəd açılacaq və dialoq qurulacaq (Ermənistana yeni yollar açılacaq, İngilislərin satın almaqda olduqları Artvin üzərindən Qara dənizə yol açılacaq, Van, Ardağan üzərindən torpaq verilməsi təmin ediləcək);



- Beynəlxalq Cinayət Məhkəməsi qəbul ediləcək (Bu qanun ilə TSK tamamilə neytrallaşdırılacaq, bütün komandirlər və ali rütbəli zabitlər ömürlük həbslə mülki məhkəmələrdə mühakimə olunacaqlar və Türkiyənin milli təhlükəsizliyini müdafiə etmək cinayət olacaq. TSK nə daxili, nə də xarici düşmənlə mübarizə apara bilməyəcək. ABŞ ümumiyyətlə, bu məhkəmələri qəbul etmir);



- Və Türkiyənin təhlükəsizlik ilə xarici siyasəti tamamilə Avropa Birliyinə indekslənəcək. (Bu son maddə qızıl vuruşdur. Bütün təhlükəsizlik siyasəti Avropa Birliyinə indekslənirsə, TSK-ın tam neytrallaşdırılması, Jandarmanın qaldırılması təmin ediləcək və AB idarəli kiçik bir polis gücünün Türkiyədə tam hakimiyyəti bərqərar olacaq).



“İstanbul Konstantinopolis olsun!”



İstəsək, bu mövzunu bir az da dərinləşdirib, üzvlüyünə girməyə çalışdığı Avropa Birliyi Parlamentinin Türkiyə ilə bağlı 1991-ci ildən etibarən hansı qərarlar qəbul etdiyini görə bilərik. Əslində bu qərarlar Birinci Dünya Müharibəsindən sonra 10 Avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsinin məntiqi davamıdır.



Bu qərarlar Türkiyədə kürdlərə öz dillərindən istifadə etmək və inzibati idarələrdə təmsil olunmaq hüququnu tanıyır ki, bu da gələcəkdə Türkiyənin parçalanmasının başlanğıcını qoya bilər.



Avropalılar İstanbulun Konstantinopolis adlandırılmasını, onun daxilində Vatikan sayağı kilsə hakimiyyətinin qurulmasını və bucür cəmiyyətlərin Türkiyə dövləti tərəfindən qorunmasını istəyir. Türkiyədə yerləşən Ruhani Məktəbinin fəaliyyətinin yenidən bərpa edilməsini və bu məktəbdə Türk dünyasının məhv edilməsinə çalışan casus şəbəkəsinin yaradılmasına zəmin hazırlanması istənilir. Kürdlərə milli-mədəni muxtariyyət verilməsi tələb olunur. Avropa Birliyi Türkiyənin Şimali İraqda təhlükəsizlik zonası yaratma cəhdlərini qəti şəkildə pisləyir və bununla bir növ Şimali İraqda Kürdüstan yaradılmasına zəmin hazırlayır. Yunanıstanla sərhəd bölgədə, Kardak adası ətrafında Türkiyənin profilaktik əsgəri əməliyyatlarına son qoyulması istənilir, bununla da Yunanıstanın Ege bölgəsində hegemonluğu üçün şərait yaradılır. Kiprlə bağlı qərarlar da Avropa Birliyinin Türkiyəni zəiflətmək istiqamətində qəbul etdiyi ciddi addımlardır. Avropa Birliyinin qəbul etdiyi qərarda bildirilir ki, Türkiyə Silahlı Qüvvələri Kiprin 37%-ni “işğal etmiş və qeyri-qanuni olaraq dövlət qurmuşdur”. Avropalılar Türklərin Kiprdən birdəfəlik çıxmasını, ada ilə bağlı bütün hüquqlardan imtina etməsini və adanı tam olaraq, yunanlara təslim etməsini istəyir.



Avropalıların Türklərdən istədikləri növbəri absurd tələb isə sözdə “erməni soyqırımı” ilə bağlıdır. 1915-1917-ci illər hadisələrini “soyqırım” kimi tanıyan və bundan da Türkiyəyə qarşı siyasi təzyiq kimi istifadə edən qüvvələr əslində həmin dövrdə dünyasını dəyişmiş insanları düşünmür, əksinə ələ düşmüş tarixi şansdan maksimum yararlanmağa çalışır və Türkiyəni maddi təzminat, daha sonra isə ərazi şəklində kompensasiya verməklə parçalamağa çalışırlar.



Türkiyəni parçalamaq və zəiflətmək istiqamətində atılan növbəti addım isə ölkənin idarəetməsi ilə bağlıdır. Bu qərar demək olar ki, Türkiyəyə vurulan son və həlledici zərbədir. Qərarda Türkiyənin mərkəzi idarəetmədən məhəlli idarəetməyə keçidini nəzərdə tutur ki, bunun həyata keçirilməsi Türkiyədə özbaşınalıq və xaosun tüğyan etməsinə səbəb olacaq.



“Müstəqil Kürdüstan qurulsun!”



ABŞ və Avropanın Türkiyəyə nifrətinin ən bariz nümunəsi isə Şimali İraqda qurulan Kürdüstan dövlətinin gizli konstitusiyasında öz əksini tapmışdır. Bu ana qanunda Türkiyənin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə və suverenliyinə ciddi təhdidlər yer alıb ki, Türk milləti bucür qanunların reallaşmasına heç vaxt razılıq verə bilməz. “Kürdüstanın Konstitusiyası” Serv anlaşmasının müddəalarını özündə cəmləşdirir!



Əslində Türk dünyasının düşmənləri deyəndə, ilk növbətə Türkün gücündən, qüdrətindən qorxub birləşən, xain fəaliyyətlə məşğul olan və həyatda amacı, məqsədi Türkə ziyan vurmaq, onu öldürmək olan və Türk dünyasını özünə düşmən elan edən qüvvələrdir. Bu qüvvələr ayrı-ayrı ölkələr, qitələr, siyasi qüvvələr, görünən və görünməyən güclər şəklində fəaliyyət göstərir.



Türklərin düşmənləri sırasında duranlardan biri də ermənilərdir. Dədə-babadan Türklərə nifrət edən və müasir dövrdə də sözdə “Erməni soyqırımı” pərdəsi altında mübarizə aparan bu mənfur düşmən dünyadakı bütün Türklərə qarşı ərazi iddiaları ilə çıxış edir. Müxtəlif ölkələrin məclislərində Türklərin ermənilərə qarşı “soyqırım” həyata keçirdikləri istiqamətində danışıqlar aparılır və bəzilərində belə bir “soyqırım” edildiyi barədə qərarlar alınmaqdadır. Əslində bu qərarlar əvvəl-axır bir soyqırım günahlandırması, Türkiyədən bəzi siyasi və ya iqtisadi güzəştlər alınması üçün bir bazarlıq və təzyiq vasitəsi kimi də istifadə edilir.



Reallıqda isə ermənilərin özləri bəşəriyyət tarixinə “Xocalı soyqırımı” adı ilə daxil olmuş bir bağışlanmaz günah işləmişlər. XX əsrin əvvəllərindən başlayan ermənilərin ərazi iddiası Azərbaycanı zaman-zaman parçalamağa xidmət edirdi. 1988-ci ildən yenidən süni şəkildə qızışdırılan etnik konflikt sonunda Azərbaycan Respublikasının 20% torpaqlarının işğal altında qalması ilə nəticələndi. İndi də bu işğal davam etməkdədir. Maraqlısı isə odur ki, müasir dövrdə açıq şəkildə davam etdirilən erməni işğalını görmək istəməyən və ikili standartlardan çıxış edən bəzi iri dövlətlər XX əsrin əvvəllərində baş vermiş və bir tarixi olay kimi tarixçilərin araşdırmalı olduğu hadisələrə yüksək səviyyədə siyasi-hüquqi qiymət verməyə çalışır və burada da görməzlikdən gəlirlər.



“Tək hədəfimiz Türk diplomatları və Türk qurumlarıdır!”



XX əsrin ikinci yarısında Avropanın müxtəlif ölkələrində Türk diplomatlarını qətlə yetirən, Azərbaycan və Türkiyə ərazisində müxtəlif terror aktları – avtobus, metro partlayışları həyata keçirən erməni terror təşkilatları deyildimi bəs?!



1982-ci ildə Los-Ancelesdəki Türk baş konsulunu qətlə yetirən “Ədalət Komandoları” adlı erməni terror təşkilatının “Tək hədəfimiz Türk diplomatları və Türk qurumlarıdır!” açıqlaması nədir bəs?! Düşmənçilik deyilmi?! Həm də açıq-aşkar və nümayişkaranə düşmənçilik!



Erməni terrorunun əsas milli-mənəvi dayağı olan daşnaqlar bugün də qonşu Türkiyə və Azərbaycana olan nifrətlərini gizlətmirlər! Bu nifrət isə tarixdən süzülüb gəlir. Tarix boyu bizə nifrətlə yanaşmış və bizə düşmənçilik etmişlər. 27 Dekabr 1981-ci ildə Vyana şəhərində keçirilən 22-ci Daşnak Konfransının qəbul etdiyi qərarların xülasəsinə nəzər yetirək:



* Partiyanın məqsədi bütöv və müstəqil bir Ermənistan qurmaqdır!

* Digər erməni təşkilatları da siyasi təzyiqlər vasitəsilə daşnaklara qatılmalıdırlar;

* Qərb ölkələriylə tam yaxınlıq qurulmalıdır;

* Sovet Ermənistanı ilə münasibətlər möhkəmlənməli və erməni köçü dayandırılmalıdır.



1984-cü ildə Münhen şəhərində təşkil olunan və 15 ölkədən gəlmiş partiya təmsilçilərinin də iştirak etdiyi konfransda isə aşağıdakı qərarlar qəbul edilmişdir:



* Erməni iddialarının tanıdılması üçün ceşidli kampaniyalar başladılmalıdır;

* “Erməni soyqırımının” tanınması üçün ABŞ və BMT-də müzakirələrə nail olmaq lazımdır.



Bu toplantının sonunda dərc olunan bəyanatda isə bucür bildirilir: ”Erməni xalqlarının qədim hüquqları Türkiyə tərəfindən həyata keçirilən soyqırımın tanınması vasitəsilə təmin edilməli, insani, iqtisadi və mədəni itkilərin təzminatı kimi Böyük Ermənistanın yenidən qurulması təmin olunmalıdır!” Vəssəlam! Budur ermənilərin əsl xisləti, niyyəti və məqsədi!



Türk dünyası üçün digər bir təhlükə isə kürd-erməni iş birliyidir. Belə ki, erməni terror təşkilatları 1980-ci illərdə fəaliyyət taktikasını dəyişərək, PKK terror təşkilatı ilə əməkdaşlığa başlamışlar. 1984-cü ildə həyata keçirilən Eruh və Şemdinli basqınlarıyla PKK səhnəyə atılmış və Asala erməni terroru arxa plana çəkilmişdir. Daha sıx əməkdaşlıq edən tərəflər bunu heç də gizlətmirdilər. 21-28 Aprel 1980-ci ildə “Qızıl həftə” elan edən PKK terror təşkilatı 24 Aprel günündə ermənilərə dəstək əlaməti olaraq geniş toplantı keçirmiş və silsilə hücumlara başladığını elan etmişdir. 9 Noyabr 1980-ci ildə Türkiyənin Strasburq Baş Konsulluğuna edilən hücum, 19 Noyabr 1980-ci ildə Türk Hava Yollarının Roma ofisinə təşkil edilən hücumlar PKK-Asala əməkdaşlığının bariz nümunəsi kimi tarixə qanlı hərflərlə düşdü. Hətta bu azmış kimi PKK rəhbəri Abdullah Öcalan “Böyük Ermənistan ideyasına verdiyi töhfələrinə görə” Erməni Yazıçılar Birliyi tərəfindən fəxri üzv elan edilmişdir.



Bundan başqa, PKK tərəfindən maliyyələşən və Ermənistanda sərbəst şəkildə yayımlanan bir-neçə qəzetlər faəliyyət göstərir ki, bu da xain əməkdaşlığın göstəricisi kimi qəbul olunmalıdır.



4T Planı işə düşüb…



İşin ucunu günahsız insanları qətlə yetirməyə qədər aparan erməni terrorunun məqsədi sözdə “erməni soyqırımı”nı tanıtmaq və ermənilərin istəklərini dünya ictimaiyyətinə çadırmaqdır. Əsl məqsəd isə “Böyük Ermənistan” xülyasıdır. Bu yolda atılması nəzərdə tutulan ən böyük məqsəd isə dünya ictimaiyyətini Türklərə qarşı yönəltmək və müxtəlif sanksiyalar vasitəsilə Türkiyəni parçalamaqdır. Bunun üçün cızılan və fəaliyyətinə start verilən “4T Planı” isə dörd əsas məqsədə əsaslanır: Tanıtım, Tanınma, Təzminat və Torpaq… Burada artıq şərhə ehtiyac yoxdur, əslində… amma yenə başa düşmyənlərə detallarıyla anladaq: sözdə “erməni soyqırımını” bütün dünyada Tanıtmaq, daha sonra bu “soyqırım”ın Türkiyə tərəfindən Tanınması, “soyqırıma” görə Təzminatların ödənilməsi və “Böyük Ermənistan”ın gerçəkləşdirilməsi üçün gərəkli olan Torpaqların Türkiyədən qopardılması. Budur 4T!



4T Planına əsaslanan əsas erməni iddiaları isə bunlardır:



* Türklər Ermənistanı işğal edərək ermənilərin torpaqlarını əllərindən almışlar;

* Türklər 1877-1878-ci il savaşından etibarən erməniləri sistemli olaraq soyqırıma məruz qoyublar;

* Türklər 1915-ci ildə planlı şəkildə erməniləri soyqırıma məruz qoyublar;

* Tələt Paşanın erməniləri soyqırıma məruz qoymaq barədə gizli əmrləri mövcuddur;

* Soyqırımda həyatlarını itirən ermənilərn sayı 1,5 milyoin nəfərdir.



Bugün ermənilərin dünya siyasətində necə çirkin və saxtakar siyasət yürütmələrinin arxasında isə yuxarıda sadalanan məqsəd və niyyətlər dayanır. Bütün bunlar isə ermənilərin sözün əsl mənasında Türk millətinin, yaranacaq Türk birliyinin düşmənləri sırasında dayandığını göstərir.



Türk dünyasının əsas düşmənlərindən biri də təbii ki ABŞ-ın simasında Qərb dünyasıdır. ABŞ bütün dünyada irqçiliyi yayan bir gizli güc mənbəyi kimi formalaşmışdır. Türkiyədə məhz etnik zəmində qarşıdurmaların yaradılması və qızışdırılması, kürd probleminin böyüyərək Türkiyə üçün ciddi şəkildə qabarması da ABŞ-ın uzun illərdir üzərində çalışdığı bir plandır. Milli azlıqların hüquq və azadlıqlarından danışan ABŞ əslində bu demokratik dəyərdən ölkələri parçalamaq və sanki özündən asılı şəklə salmaq üçün istifadə edir. Sözdə müttəfiq adlandırdığı və ərazisində hərbi bazalarını yerləşdirdiyi Türkiyənin bu etnik problemlər içində boğulmasında birbaşa maraqlı olan ABŞ həm Türkiyəni dolayısıyla özündən asılı vəziyyətə salır, həm də regionda Türkiyə vasitəsilə özünün hegemonluğunu həyata keçirə bilir.



ABŞ-da millətçilik elementləri yox dərəcəsindədir, əksinə irqçilik pik həddə çatmışdır. Diqqət yetirsək, Türkiyədəki kürd irqçiliyi ilə ABŞ-dakı imperializm arasında bağlantıların olduğunu görərik. ABŞ imperializmi kürd burjuaziyası, kürd ordusu və kürd kimliyini dəstəkləməklə, regionu real bir təhdid altında saxlamaqdadır. Bucür irqçi-faşist təhlükəsinin qarşısını isə yalnız milliyyətçi dirənişlə almaq mümkündür.



Ümumiyyətlə, Qərbdə minillik bir “Türk düşmənçiliyi” düşüncəsi mövcuddur. Bu, irqçilikdən də qədim bir axındır. Kürdlər isə bu düşmənçiliyin xeyrinə işləyən bir oyunun içindədirlər.



Nurçuluq – ABŞ-ın Türk dünyasına vurduğu görünməyən zərbə kimi…



ABŞ-ın Türkiyə üçün düzüb-qoşduğu növbəti təhlükə mənbəyindən biri də nurçuluqdur. Hamımız qəbul edirik ki, din bir ruhi ehtiyacdır. Hələ qədim dövrlərdən bəri insanın dinə sitayiş etdiyini də bilir və qəbul edirik. İnsan zəkası və elmin inkişafı ilə dinlər də inkişaf etmiş, tək Allahlı dinlərlə din əsri bitmiş, din uğrunda aparılan müharibə və axıdılan qanlar dayandırılmışdır. Artıq mədəni dünyada din fərdlərin vicdanına sığınmış, insana ruh verən bir qanad kimi ən yüksək zirvədə bərqərar olmuşdur. Zaman-zaman din pərdəsi arxasında insanları kölə tək qorxu içində saxlayan müxtəlif cərəyanlar mövcud olmuşdur. Və bugün də müasir Türk dünyasının, xüsusilə Türkiyənin, indi də Azərbaycanın milli təhlükəsizliyi və milli maraqları üçün ciddi təhdidə çevrilən “Nurçuluq” cərəyanı nədir bəs?



Bilirsinizmi Nurçuluq nədir? Qəzetlərdə tez-tez görünən Nurçular, Nur risaləsi tələbələri kimdir? Aralarında avamdan aydına qədər, mühəndis, vəkil və həkimə qədər hər cür adamın olduğu Nurçuluq “Səid-i Nursi” adında cahil bir kürdün arxasına düşmüş cahil bir toplumdur. Nur risaləsi tələbələri də Səid-i Nursinin o cahil kürd türkcəsiylə yazdığı risalələri atom fizikası və Eynşteyn nəzəriyyəsi oxumuş kimi toplayıb oxuyan bir yığın yazıq insanlardır.



Səid-i Nursi deyilən adam köhnədən Səid-i Kürd-i deyə bir sıra risalələr nəşr etmiş, Türkcə bilməyən, hətta nöqtə ilə vergülün harada istifadə edilməsini dərk etməyən aciz Şafii məzhəbindən olan bir kürddür. Lakin bugün müasir Türkiyəyə baxaq. Türkiyə nurçuluğun əsirinə çevrilib. Əhalinin əksər hissəsi gah cahillikdən, gah da yoxsulluqdan bu məzhəbə qulluq etməyi özlərinə borc sayırlar. ABŞ və Qərb ölkələri tərəfindən maliyyələşən və ciddi dəstək alan bu məzhəb artıq öz sıralarında milyonları birləşdirə bilib. Nurçuların müasir lideri sayılan Fətullah Gülənin hazırda ABŞ-ın Pensilvaniya ştatında ciddi təhlükəsizlik şərtlərində yaşaması müəyyən siqnallardan xəbər verir. Adi orta məktəb təhsili olmayan bir şəxsin Türkiyədə dini lider kimi qəbul etdirilməsi cəhdləri isə ABŞ-ın maraqlarına xidmət etməkdən başqa bir şey deyil. Fətullah Güləni dəstəkləməklə, ABŞ Türk dünyasının alınmaz qalası olan Türkiyədə siyasi quruluşu məhv etmək və idarə olunan siyasi bir dövlət yaratmağa çalışır. Demək, dolayısıyla ABŞ görünməyən başqa bir tərəfdən də Türk dünyasına öz qarmağını ata bilib. Məqsəd isə birdir. Bir olan bu məqsəd də aydındır. Türk dünyasını hansı yolla olursa, olsun, parçalamaq, zəiflətmək və idarə olunan hala gətirmək. Etnik konfliktlər, dini asılılıq, hərbi asılılıq və sairə.



Fikir verirsinizsə, Türk dünyasını parçalamaq və əsarətdə saxlamaq üçün istifadə olunan bütün metodların arxasında hansısa ideologiya dayanır. İstər milli azlıqlar, istər dini asılılıq, istərsə də sosial quruluş. Kommunizm də bu ideologiyalardan biridir. Bəli, Lenin-Marksist ideyaları da bugün Türk dünyası üçün real təhlükə mənbəyinə çevrilə bilib. Özündə insanların sözdə “bərabərliyini, millətlərin qardaşlığını” ehtiva edən kommunizm ideologiyası əslində Türkləri parçalamaq və zəiflətmək kimi iyrənc bir məqsədi hədəfləməkdədir. Çünki, kommunizm dini, milliliyi, dəyərləri sındırmaq, “sosial bərabərlik” naminə milli-mənəvi, tarixi mənsubiyyəti puç etmək məqsədi güdür ki, bu da Türklərə düşmən bir yanaşmanın bariz nümunəsidir.



Rusiya metodu: Parçala, hökm sür!



Türk dünyasının digər əzəli düşmənlərindən biri də Rusiya və ruslardır. Türk dünyasını bölmə və Türkləri bir-birinə düşmən etmə siyasəti rus milləti və Rus dövləti üçün bir var olma döyüşüdür. Çar Rusiyası dövründə ruslar məzhəb fərqliliyi, ləhcə fərqliliyi və bölgə fərqliliklərini istifadə etməklə Türklər arasındakı birliyə davamlı maneələr törətmiş, hətta fürsət tapdıqca, Türkləri bir-birinə toqquşdurmuşdur. Çar Rusyasının Türklər üzərindəki siyasəti Sovet dövründə də dəyişməmiş, hətta daha amansız yeni üsullarla Türklər arasındakı birlik az qala tamamilə yox edilmə nöqtəsinə gətirilmişdir.



Kommunist dövründə Türklərə tətbiq olunan yeni millətlər təşkil etmə layihəsi bu mərhələlərdən keçmişdir:



* Türk, Türkcə və Türküstan sözləri qadağan edilmişdir. Türk adı yerinə boy adları millət adı halına gətirilmiş, o günə qədər Türk şəxsiyyəti altında yaşayan türklər bölgə adına və ya boy-oymaq adına görə yenidən adlandırılmışlar. Beləcə, Qazax, Qırğız, Türkmən, Başkırt, Tatar, Özbək kimi məhəlli adlar millət adı vəziyyətinə gətirildilər. Ortaq vətən Türküstan adı yerinə Qazaxıstan, Özbəkistan kimi bölgə adları, Türk şəxsiyyəti yerinə bölgə adlarına söykənən adlar, Türkcə yerinə də bölgə adlarına uyğun dil adları istifadə edilməyə başlandı. Qazax – qazaxca, Özbək – özbəkcə və sairə kimi;

* Türk və Türkcə sözlərindən başqa adı olmayan Azərbaycan Türklərinə isə süni bir ad və süni bir dil icad edildi. Azərbaycan Türklərinə şəxsiyyət olaraq azərbaycanlı, dil olaraq da Azərbaycanca adı təyin edildi. İçindən Türk və Türkcə sözlərinin silindiyi bu anlayışlar zorla qəbul etdirilməyə başlandı;

* Türk bölgələri bir-birindən ayrı federativ dövlətlər halına gətirilərək, aralarına sərhədlər çəkildi. Sərhədlər cızılarkən qəsdən problemli və sərhəd anlaşılmazlıqlarına mövzu olacaq bölgələr meydana gətirildi. (Məsələn; Özbək Türklərinin sıx olduğu bölgələr Qırğızıstana, Qırğız Türklərinin sıx olduğu yerlər Özbəkistana, Türkmənlərin sıx olduğu yerlər Özbəkistana, Özbək Türklərinin sıx olduğu bir başqa yer isə Qazaxıstana qatılmaqla, gələcəkdə ortaya çıxması ehtimal olunan qarşıdurmalara zəmin yaradıldı);

* Türk bölgələri içində kiçik muxtar respublikalar qurularaq, bu dövlətlər içəridən də ixtilaflı hala gətirildi. Bugün baş qaldıran Dağlıq Qarabağ problemi bu düşüncənin məhsuludur. Azərbaycanın Naxçıvan ilə əlaqəsini təmin edən Zəngəzur bölgəsi Ermənistana verilməklə Naxçıvan və Azərbaycan arasındakı ərazi bütövlüyü aradan qaldırılmışdır. Azərbaycanın qanuni və təbii bir hissəsi olan Naxçıvan ilə arasında bir su borusu keçəcək qədər belə əlaqə yoxdur. Bu azmış kimi bir də Azərbaycan torpaqları içində erməni əhalinin qəsdən köçürüldüyü Dağlıq Qarabağ bölgəsində muxtar bir dövlət qurulmuşdur. Sovetlər dağıldıqdan sonra belə bu problemlər həll edilməmiş, əksinə daha da dərinləşmişdir;

* Türklər arasında anlaşılmazlığı artırmaq üçün ortaq əlifbaları dəyişdirildi. Hər birinə fərqli bir Kiril əlifbası təyin edildi. 1991-ci ildən sonra müstəqilliyini qazanan respublikalardan yalnız Türkmənistan və Azərbaycan Latın əlifbasına keçdilər. Ancaq burada da yenə gizli bir əl iki Türk dövlətinə bir-birindən fərqli Latın əlifbalarını qəbul etdirdi;

* Türkləri assimlyasiya etmək üçün fərqli etniklərlə ortaq qurulan respublikaların damı altına yığdılar. Məsələn, heç əlaqəsi olmamasına baxmayaraq, Balkarlı Türklər və Karaçaylı Türklər fərqli Çərkəz birlikləri ilə birgə respublika altında bir araya gətirildilər. Bu birləşmə ixtilaflı bir birləşmə idi. Həm Türkləri, həm də Çərkəzləri bölən bir birləşmə idi;

* Bəzi yerlərdə muxtar səviyyədə də olsa, dövlətləşməsi istənilməyən Türklər vətənlərindən sürgün edildilər. Bunun bilinən ən yaxşı nümunələri Ahıska Türkləri və Krımlı Türklərdir. Bilinməyəni isə ermənilərə bəxşiş edilən ərazilərdə qalan Türklərin vəziyyətidir. Azərbaycan içində yaşayan ermənilər Dağlıq Qarabağ bölgəsində toplanıb muxtar bir idarəyə təhkim edildiyi halda, ermənilərə pay verilən ərazilərdə yaşayan Türklər Anadoluya və ya Azərbaycana köç edildilər. Qalan Türklərin isə aqibəti müəyyən deyil. Qısaca, Cənubi Qafqazda Azərbaycandan başqa, digər bölgələrdə yaşayan türklərə muxtar idarələr belə verilməmiş, onlar üçün sürgün və assimlyasiya siyasətləri tətbiq olunmuşdur.

* Krım və Ahıska Türkləri Orta Asiyaya sürgün edilmiş, Borçalı, Gümrü, İrəvan, Göyçə, Zəngəzur bölgələrində yaşayan türklər zorla Türkiyə və Azərbaycana köç etdirilmiş, Acarıstan, Abxaziya və Gürcüstanın daxili bölgələrində yaşayan türklər isə zorla gürcüləşdirilməyə, Rusiyanın daxili hissələrində yaşayan Türklər isə ruslaşdırılmaya məruz qalmışlar. Xüsusilə Çar Rusiyası dövründə Qara dənizin şimalında qalan bölgələrdəki Türklərin çox böyük bir qismi zorla və ya mənfəət qarşılığı ilə əvvəl xristianlaşdırılmış, sonra da ruslaşdırılmıştır;

* Sovetlər dövründə sürgünə məhkum olunan Krım Türkləri və Ahıskalı Türklər məqsədli şəkildə Özbəkistana yerləşdirildilər. Digər bir qismi isə Qazaxıstan, Qırğızıstan, Qaraçay-Balkar Muxtar Respublikaları, Ukrayna və Rusiya Federasiyası daxilindəki bölgələrə yerləşdirildilər. Ailə bütövlüyü pozulan Türklər yerləşdirildikləri yerlərdə də rahat buraxılmayaraq, yerli xalqla toqquşduruldular və ya SSRİ DTK-nın agent şəbəkəsinə qoşulmağa məcbur edildilər. Sonra da sürgün Türklərin KQB agenti olduqları yalanını əl altından yaymaqla yerli xalq ilə sürgün Türklər arasında qarşıdurmalar çıxardılar. 1989-cu ildə Özbəkistanın Fərqanə bölgəsində Özbək Türklərini qızışdıraraq, Ahıskalı Türklərə hücum etməsi də bu düşüncənin bir nəticəsi idi.



Bugün də Rusiyanın Türklərə və yaranacaq Türk dünyasına münasibəti birmənalı mənfidir. Rusiya Federasiyası daxilində inləyən türklər muxtar respublika adı ilə əslində qeyri-müstəqil bir toplum olaraq əziyyət çəkirlər. Onların heç bir milli-mənəvi hüququ tanınmır. Rusiya da hər vəchlə Türklərin oyanmasına, birləşməsinə və Türk Birliyi yaratmasına əngəllər törədir.



Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!



Türk dünyası düşmənləri silsiləsindən növbəti mənfur qüvvə kimi İranı deməmək düzgün olmazdı. Mövcudluğunun ilk günlərindən İran adlanan yerdə yaşayan farslar Türklərlə savaşmış, onların hüquqlarını tapdalamış və işğal etmişdir. Təkcə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrini göstərmək kifayətdir ki, İran rejiminin Türklərə münasibəti barədə dolğun səhnə canlanmış olsun. 200 ilə yaxın bir müddət ərzində Türkləri əsarətdə saxlayan İran indi də onların heç bir hüququnu tanımır, əhalisinin yarısından çoxu Türklərdən ibarət olan İranda Türk dilində bir dənə də olsun qəzet, jurnal, televiziya və radio fəaliyyət göstərmir. 35 milyondan çox olan Azəri Türkləri öz ana dilində yazıb-oxumaq hüququndan məhrum olunmuş, onların sərbəst toplaşmaq, azad söz hüquqları kobudcasına pozulmuşdur. Mütəmadi olaraq, keçirilən aksiyalarda həbs edilən, qətlə yetirilən və qanunsuz məhkəmələrin hökmü ilə edam edilən Türklərin sayı isə minlərlədir. Türkün gücündən, birliyindən qorxan İran rejimi heç şübhəsiz ki, hər vəchlə Türk Birliyinə qarşı çıxır, yarana biləcək Turanın qarşısına əngəllər atmaq üçün bütün imkanlardan maksimum istifadə edir.



Əslində dünyanın siyasi xəritəsinə ötəri nəzər yetirmək kifayətdir ki, Türklərin düşmənlərini sezmək mümkün olsun. Həmin xəritədə özünəməxsus yeri olan Çin də bu düşmənlər siyahısındadır. 35 milyonluq Uyğun Türklərini əsarətdə saxlayan, onların heç bir milli-mənəvi hüquqlarını tanımayan Çin kommunist rejimi də Türkün bir nömrəli düşməni hesab olunmalıdır. Qəddarlıq və vəhşilikdə heç də İran rejimindən geri qalmayan Çində türklər əsrin ən böyük amansızlıq dalğası ilə üz-üzədirlər. Həbs, qətl və edamlarla qarşı-qarşıya qalmış Uyğur türklərinin ən fəal və ziyalı təbəqəsi hazırda Çin zindanlarında çürüyür. Bəşəri insan haqları və azadlıqlarına düşmən olan Çin hakimiyyəti Türklərə qarşı ikiqat qəddar və amansızdır. Çünki, Türklərin birləşməsi, Böyük Turanın yaranması İran kimi, Çini də bərk narahat etməyə bilməz.



Bu sadalanan ölkələr, qüvvələr və güc mənbələri əslində Türk dünyasının ən böyük düşmənləri sayıla bilər. Lakin bu böyük güclərin öz əllərində cəmləşdirdikləri və zaman-zaman Türklərə qarşı istifadə etdikləri xırda ölkələr, güclər də mövcuddur ki, onları da bir-bir sadalamaq həm vaxt itkisi, həm də əsas hədəfdən yayınmağa qulluq etmiş olar. Amma yenə ötəri də olsa, bu adları sadalamaq məqsədəuyğun olardı. Bunu isə Türk dünyasının böyük oğlu Nihal Atsızın öz oğluna yazdığı məktubundan sitat gətirməklə etmək istərdim. Nihal Atsız oğlu Yağmura yazdığı vəsiyyət xarakterli məktubunda bunları deyir:



“Yağmur oğlum, bugün tam bir yaş yarımsan. Vəsiyyətnaməni bitirib qapadıram. Sənə bir şəklimi yadigar olaraq verirəm. Öyütlərimi eşit, yaxşı bir Türk ol!



Kommunizm bizə düşmən bir peşədir. Bunu yaxşı anla. Yəhudilər bütün millətlərin gizli düşmənidir. Ruslar, çinlilər, farslar, yunanlar tarixi düşmənlərimizdir.



Bolqarlar, almanlar, italyanlar, ingilislər, fransızlar, ərəblər, serblər, xorvatlar, ispanlar, portuqaliyalılar, rumınlar yeni düşmənlərimizdir.



Yaponlar, əfqanlar və amerikalılar sabahkı düşmənlərimizdir.



Ermənilər, kürdlər, çərkəzlər, abazalar, bosniyalılar, albanlar, pomaklar, lazlar, ləzgilər, gürcülər, çeçenlər içimizdəki düşmənlərimizdir.



Bu qədər çox düşmənlə vuruşmaq üçün yaxşı hazırlanmalısan.



Tanrı köməkçin olsun!”



Niyə məhz Türklər?!



Sırf Türk milliyyətçiliyi nöqteyi-nəzərdən qələmə alınmış bu məktubda əslində bir tarix və gələcək yatır. Bunu başa düşmək və tədbirli olmaq gərəkdir. Düzdür, bəzilərimiz Nihal Atsızın bu fikirlərini tam qəbul etməsək də, tarixin gedişi bu reallığı açıq-aydın ortaya qoyur. Adları sadalanan millətlərin, onların irqçi təbəqələrinin Türk millətinə münasibətdə sərgilədiyi düşmənçilik olub və gələcəkdə də bucür təhdidlər gözlənilir. Bəs bu düşmənçiliyin səbəbi nədir, görəsən? Nəyə görə bu qədər millət məhz Türklərə nifrət edir və Türklərin birliyini istəmir. Maraqlı sualdır!



Məsələ burasındadır ki, insanlıq tarixinin ən mərd nəsli və milləti olan Türklər əsrlər boyu dünya hakimiyyətini əllərində saxladıqdan sonra, son zamanlarda geriləmiş, dağılmış və gücsüz bir hala düşmüşlər. O hakimiyyət illərində savaşdığımız və müharibələrin çoxunda məğlub etdiyimiz millətlər davamlı məğlubiyyətlərin təsirindən Türklərə qarşı düşmənçilik hissləri ilə yaşamışlar. Türk atlarının gəzdiyi və Türk Bayrağının dalgalandigi üç böyük qitədəki millətlərin çoxunun Türkə qarşı olmasının da əsas səbəbi elə budur.



Avropa qitəsindəki cəmiyyətlərin Türk düşmənçiliyinin isə davamlı məğlubiyyətlərdən başqa bir səbəbi də vardır. Bu səbəb illər boyu sürən Hilal-Xaç döyüşlərində xaçlıların qarşılarında yenilməz güc olaraq həmişə Türk nəslini görmələridir. Qərbin İslamın kökünü kəsmək istəyi bu səbəbdən müvəffəqiyyətsizliyə uğramış və ən ulu dinin dünya hakimiyyəti Türklərin sayəsində təmin edilmişdir.



Tarixi hadisələrin nəticəsi olan bu vəziyyət bugünün və sabahın Türk nəsillərinə böyük bir vəzifə yükləmişdir. Bu vəzifə Türklüyün düşmənlərini öyrənib tanımaq, düşmənliklərinin dərəcəsini müəyyən etməq və bu düşmənlərə qarşı ayaqda qalmış sonuncu qalası olan Türkiyəni qorumanın yollarını araşdırıb tapmaq.



Bu mövzuda ən böyük yük gənclərin çiyinlərinə düşür. Bu vəzifənin yerinə yetirilməsinin ilk addımı mənəvi saflaşmaqdır. Türk gənci təpədən dırnağa qədər Türklük ruhu və şüuru ilə silahlanmağa məcburdur. Ancaq bu ruh və şüurdur ki, Türk gənclərinə bugünün çətin dünyasında aparmaq məcburiyyətində olduğu böyük mübarizə əzmi və yenilməz bir güc verə bilər!



Tanrı Türkü qorusun!



Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti, fəlsəfə doktoru Əhməd Şahidov





Yorumlar








Aktif Ziyaretçi 28
Dün Tekil 863
Bugün Tekil 388
Toplam Tekil 1639140
IP 50.16.107.222






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































7 Rebiü'l-Evvel 1438
Aralık 2016
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


TÜRK, Yıldırımdır, kasırgadır, Dünyayı aydınlatan güneştir
(Mustafa Kemal ATATÜRK)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

Sayac

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu